İnsanların həyatı üçün ən başlıca faktor oksigendir. Oksigen bazası məhz meşələrimizdir. Meşə funksiyalarını qısaca bəndlərlə qeyd edirik:
-Su idarəetmə tənzimləyicisi funksiyası; -Sənaye sivilizasiyasının mənfi təsirlərinə qarşı qoruyucu funksiyalar; -Təbii fəlakətlərə qarşı qoruyucu funksiyalar; -Təbiətin qorunması funksiyaları- -İstirahət funksiyaları; -Külək keçirməyən funksiyalar; -Müdafiə funksiyaları; -Landşaft funksiyaları; -Mədəniyyət formalaşdıran funksiya (yəni sənətə təsir); -Torpaqları erroziyadan qorumaq üçün əsas vasitə və s. Meşəlırimizin orta ümumi sıxlığı 0.56 müəyyən edilmişdir, amma bu gün meşələrimiz yoxlanılsa bu rəqəmin dəyişdiyini görəcəyik. Yəni maksimum orta sıxlıq heç 0.5 belə yoxdur. Çünki meşələrimiz qırıldığı üçün seyrəyləşib. Son iki ilin sputnikdən çəkilmiş fotoşəkillərinə baxsaq, o zaman bunun əyani şahidi olacayıq. Son iki il ərzində nə qədər təcrübəli Sovetlər dönəmində Rusiyanın müxtəlif şəhərlərində ali təhsil almış meşə mühəndisləri Ekologiya və Təbii Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun göstərişi ilə işdən uzaqlaşdırıldı ( hətta bəziləri şərlənərək), onların yerinə isə mühasib, baytar, zootexnik, idman müəllimi , hərbiçi və mexaniklər gətirildi. Bu mürəkkəb sahəyə sözügedən qeyri-meşəçiləri qoymaq bağışlanılmaz və dövlətimizə xəyanətdir. Bir təsəvvür edin meşənin funksiyasını bilməyən və hətta ağacların cinslərini belə tanımayan şəxsləri gətirib meşə sahəsinə rəhbər vəzifəyə qoyublar. Bu nə deməkdir? Görəsən bu biyabırçılığa nə zaman son qoyulacaq?!.
Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq. //azinfo.tv//