Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var .....                     Naxçıvansayağı təhsil siyasəti... .....                     “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var .....                     “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” .....                     Azərbaycanda DƏHŞƏT: .....                     “Bakı Telefon Rabitəsi” sığortaçı seçib .....                     Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib .....                     Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib .....                     Rusiya ordusu yeni hücuma hazırlaşır .....                     Bu gündən COP29 zolaqları qüvvədən düşüb .....                     İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... .....                     Kredit sənin üçün bitib, bizim üçün yox... .....                     Elmi-Tədqiqat Kardiologiya İnstitutu .....                     AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib .....                     Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI .....                     Vilsondan bəri ən ermənipərəst administrasiya… .....                     Bahar Muradova Faiq Ağayevi təriflədi .....                     İpoteka və Kredit Zəmanət Fondu .....                     Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib .....                     Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik .....                     CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi .....                     Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin .....                     Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... .....                     Yeni iş tapa bilməyən şəxslər üçün... .....                     `Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                 

6 saylı Cəzaçəkmə Müəssisəsində daha nələrə göz dikirlər? - İLGİNC FAKTLAR
Tarix: 8-02-2022, 10:28 | Çap et
6 saylı Cəzaçəkmə Müəssisəsində daha nələrə göz dikirlər?
Məlum olduğu kimi cinayət törədərək cəza alan hər bir məhbusa dövlət tərəfindən ayda müəyyən qədər xərc sərf olunur. Cinayət törədərək təqsirləndirilən şəxs kimi islah müəssilərində cəza çəkənlərin sayı haqqında statistik məlumatlara malik olmasaq da, informasiya vasitələrindən hər gün baş verən cinayət hadisələrinin xronikası barədə məlumatlar alırıq. Bu isə törədilən cinayətlərin sayının heç də az olmadığını göstərir. Təbii ki, bütün cinayətlərin son yolu da cəzaçəkmə müəssisələrindən keçir.

Azərbaycanda cəzaçəkmə müəssisələrinin vəziyyəti əvvəlki illərlə müqayisədə müəyyən qədər yaxşılaşdırılıb. Son illər təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə saxlanılması, habelə cəza çəkməsini təmin etmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən respublikanın regionlarında müxtəlif kateqoriyalı məhkumların bir müəssisə çərçivəsində saxlanmasını nəzərdə tutan yeni qarışıq rejimli müəssisələr kompleksləri inşa etdirilib. Dövlət tərəfindən dustaqların təminatı, saxlanma şəraiti, qidalanması, tibbi yardımı ilə yanaşı cəzaçəkmə müəssisələrinin də saxlanılmasına hər il milyonlarla manat vəsait ayrılır. Bu xərclərə həbsxanaların mühafizəsi, təmiri, yeni həbsxana korpuslarının tikilməsi və sair işlər də daxildir. Bəs bütün bu kimi işlər hansı yollarla aparılır?

Şübhəsiz ki, qanunla müəyyən edilmiş qaydada, dövlət satınalmaları yolu həyat keçirilməlidir. Amma Penitensiar Xidmət büdcədən ayrılan vəsaitlərin hamısınımı tender yolu ilə xərcləyir? Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda ilk baxışdan Penitensiar Xidmətin keçirdiyi tender və kotirovka sorğularında heç bir problemin olmadığı görsənir. Amma bu belədirmi? Buna növbəti yazıların birində ayrıca qayıdacağıq.

Aktualinfo.org Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə tabeli 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar aparmışdır. Araşdırmalarda sözügedən müəssisənin Tender Komissiyası tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verildiyi məlum oldu. Belə ki, müəssisədə dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl edilməmiş, elan olunmuş və keçirilmiş kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirilmişdir.Bu isə tender və kotirovka sorğularında saxtakarlıq hallarına yol verilməsindən, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsi üçün əvvəlcədən planlaşdırılmış əməldən başqa bir şey deyildir.

Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Kotirovka (alınan malların adı göstərilməyib) üzrə 01.12.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və təsərrüfat xərcləri üzrə 25.10.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Xammal və materialın alınması üzrə 21.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların alınması üzrə 19.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və təsərrüfat ləvazimatlarının satın alınması üzrə 04.06.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mebel istehsalı üçün xammal və materialların alınması üzrə 06.04.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi yalnız 2020-ci ildə mebel istehsalı üçün xammal və materialların satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanmış, “OMEQA-5” MMC ilə 99 981 manat məbləğində müqavilənin bağlanıldığı göstərilmişdir. Dövrü mətbutda bu MMC-nin qanuni təmsilçisinin vaxtı ilə kriminal aləmlə yaxınlığı, daha sonra isə təmsilçinin adının dəyişdirildiyi, əslində isə bir oliqarx məmura aid olması barədə məlumatlar yer alıb.

Göründüyü kimi, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-2021-ci illərdə Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilmiş tender və kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasında heç bir məlumat yerləşdirməyib. Bununla bağlı müəssisəsinin Tender Komissiyasına ünvanladığımız sorğu məktubu isə cavabsız qaldı.

İndi çox istərdik ki, cavabsız qalan bu suallara Ədliyyə Nazirliyinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov aydınlıq gətirsin. 6 saylı Cəzaçəkmə Müəssisəsi keçirilmiş kotirovka sorğularının nəticələrini nə üçün ictimaiyyətə açıqlamır, nə üçün gizlədir. Onsuz da 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi oradan kifayət qədər gəlirlər əldə edir. Bu barədə dövrü mətbuatda, sosial şəbəkələrdə yayılmış çoxsaylı şikayət dolu məlumatlara da rast gəlmək mümkündür. Bunlar yetmirmi ki, dövlətin dəftərxana və təsərrüfat malları, xammal və materiallar üçün ayırdığı vəsaitə də göz dikirlər?
Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38
Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30
“Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22
“Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17
Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12
“Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05
Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48
Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47
Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43
İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42
Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25
Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20
AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19
Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17
Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13
Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09
İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05
Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04
Borc ikiqat artdı: çürüyən dövlətə çevrilirik - Avetisyan
Bu gün, 09:01
CƏZA ARDINCA CƏZA: “Bakı Sığorta”nın səhmdarlarından biri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:59
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin - SƏHMDARLARI TOPLANIR
Bu gün, 08:56
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 08:49
Yeni iş tapa bilməyən şəxslər üçün... - Ekspert danışır...
Bu gün, 08:41
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru