Sumqayıt səhiyyəsində NƏLƏR BAŞ VERİR? - İDDİA
Tarix: 15-03-2022, 11:53 | Çap et
 2019-cu ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın bir çox əməlləri ilə bağlı silsilə yazılar dərc etmişik. Uzun-uzadı bəhs etmədən qeyd edək ki, son iki ildə Səkinə Sadıqovanın adı Sumqayıt şəhər səhiyyə şöbəsinə dövlətin ayırdığı pulları mənimsəməsi ilə bağlı dəfələrlə mediada hallandırılıb. Təsəvvür edirsiniz, ağır travma alan xəstə pulu olmadığı üçün 14 gün əməliyyat olunmayıb. Və həkim deyib ki, Səkinə Sadıqovaya 3 min manat pul verməliyik. (bu yazılar müxtəlif medialarda dərc olunub) Səkinə Sadıqova Sumqayıtda istənilən xəstəxananın baş həkiminin xəbəri olmadan istədiyi adamı qanunsuz olaraq hansı vəzifəyə və hansı xəstəxanada istəyirsə ora təyin edir və baş həkimlər buna etiraz edə bilmirlər. Səkinə Sadıqova təkcə dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımaqla kifayətlənmir. Həm də Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya mərkəzinə çevirib. Və qarajın müdiri Kamran Əhmədovun əli ilə qaraja ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir. İndi isə Səkinə Sadıqovanın “tender biznesi”ndən bəhs edək. Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb. İndi əlimizdə olan sənədlər əsasında Səkinə Sadıqovanın keçirdiyi tenderləri təhlil etməyə çalışaq. Deməli, redaksiyamıza daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona yaxın dövlət vəsaitini özü bildiyi kimi xərcləyib. 32 şirkətin hamısını birdən birə deyil, növbə ilə araşdırmaq qərarına gəldik. Deməli, ilk olaraq əlimizdəki sənədlərdə əks olunan “Mətbəə blankları” xərcindən başlayaq. Deməli, Səkinə Sadıqova mətbəə blankı almaq üçün “BURRELL TT” MMC ilə 19 min 959 man 53 qəpik , “A4 Plaza” MMC ilə 49 min 955 manat 90 qəpik məbləğində müqavilə imzalayıb. Birincisi, görəsən, Səkinə Sadıqova 19 min 959 man 53 qəpik + 49 min 955 manat 90 qəpik = 69 min 95 manat 43 qəpik dəyərində blankı neylirdi..? Yəni 70 min dəyərində mətbəə blankını bir neçə vaqona yükləsən çəkib apara bilməz. İkincisi və ən vacibi bilirsiniz nədir ? Səkinə Sadıqovanın 50 min manat pul ayırdığı “A4 Plaza” MMC-nin dövlətə 100 min manatdan çox vergi borcu var. Onda ortaya sual çıxır ki, ay Səkinə doktor, dövlətə yüz min borcu olan şirkəti necə qalib elan edib, ona blank almaq üçün 50 min manat pul vermisiniz ? Yəni bütün bu məsələlər dövlət qurumları tərəfindən ciddi araşdırılmalıdır. Onu da qeyd edək ki, Səkinə Sadıqovanın qalib elan etdiyi digər şirkət, yəni “BURRELL TT” MMC barədə Dövlət Vergi Xidmətinin saytında heç bir məlumata rast gəlmədik. Bu necə olur, ay Səkinə xanım..? İndi isə Səkinə Sadıqovanın dəftərxana biznesinə nəzər salaq. Əlimzdə olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 267 min 54 manat dəyərində dəftəxana kağızı alıb. Görəsən 300 min manata yaxın dəftərxana kağız-kuğuzunu Səkinə xanım neyləyirmiş..? Və bu pulları "MEDPROQRESS" MMC ( 196 min manat) və “NUR-E.A” MMC ( 71 min 54 manat 30 qəpik ) arasında bölüşdürüb. Sözün düzü, vn.taxes.gov.az saytında da bu şirkətlər barəsində konkret məlumata rast gəlmədik. Yəni bu şirkətlər konkret şəxslər tərəfindən tenderi udmaq üçün yaradılır. Yəqin ki, tender biznesində Səkinə Sadıqovaya ən böyük dayaq İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşad olub. Bizim araşdırmamız davam edir. İndi söz müvafiq dövlət qurumlarınındır. Bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|