Hər axşam içir, işə nahardan sonra gəlir... - Agentlik sədri haqqında şok iddialar
Tarix: 19-07-2022, 15:47 | Çap et
Ötən həftə sosial şəbəkədə maraqlı bir statusla qarşılaşdım. Belə ki, tanınmış jurnalistlərdən biri özünün “Facebook” səhifəsində Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin, özünün təbirincə desək, “ilin-günün bu vaxtı” Covid-ə yoluxduğu haqda açıqlama verdi.
Əlbəttə, Fuad Nağıyevin hansısa xəstəliyə yoluxması maraqlı bir hadisə deyil, bu, hər kəsin başına gələ bilər. Amma DTA rəhbərinin bu xəstəliyə yoluxmasından necə və hansı şəraitdə xəbərdar olması, həmçinin bütün “önləyici tədbirlərə” rəğmən, yenə də bu virusa yoluxması kifayət qədər düşündürücüdür. Hansı ki, həmkarım da məhz bu haqda yazır:
“Deyilənə görə, o, bunu (Covid-ə yoluxduğunu – müəl.) araq içərkən dad hiss etmədiyindən anlayıb. Dərhal bir qədəh də süzdürüb, “do dna” vurub, üstündən bir göyçə dişləyib, görüb yox e, dad nə gəzir?! “Atalar üçdən deyib” prinsipi ilə birini də süzdürüb, gözünü yumub başına çəkib, deyib, “net” balam, alınmır – “kartinka” var, dad yox. Sonra qızdırma başlayıb. PSR, o yan-bu yan, Covid təsdiqlənib. “Müdir”i aparıb bağda təcrid eləyiblər, yanına ancaq sürücü və tibb bacıları gedə bilirlər.
Bu məşum olaydan sonra bütün agentlik, Fuad Nağıyevi tanıyan-bilən baş sındırır ki, necə olub, spirtin Covidi nisbətən dəf etməsi üzrə dünya alimlərinin tövsiyyələrini ciddi şəkildə nəzərə alaraq, bədənini damarlarının içinə qədər mütəmadi spirtləyən Fuad Nağıyev bu virusa yoluxub?
Yoluxub, Allah şəfa versin. Ehtiyat elədiyim odur ki, Turizm Agentliyi rəhbərinin xəstəliyini əsas gətirərək, Pirqulunun, Göygölün, Qaxın qapılarını turistlərin üzünə bağlayalar”.
Sədrin içki həvəsi
Doğrusu, jurnalistin bu statusu xeyli marağıma səbəb olduğundan, DTA-da olan tanışlarımdan biri ilə əlaqə yaradıb, bu məsələ ilə bağlı ətraflı məlumat əldə etməyə çalışdım. Onunla söhbətimdə məlum oldu ki, həqiqətən də Fuad Nağıyevin spirtli içkilərə həvəsi böyükdür. Onu yaxından tanıyanlar deyir ki, agentlik rəhbəri içki masasına oturdumu, onu oradan qaldırmaq çətin məsələdir, ayaqları sözünə baxmayanadək içəcək, yekunda isə sürücüsünün və ya masa yoldaşlarından ayıq olanların dəstəyi ilə maşına salıb evinə göndərəcəklər. İddia olunur ki, bu vəziyyət demək olar, hər gecə təkrar olunduğundan cənab Nağıyev işə adəti üzrə nahardan sonra gəlir. Katibəsinin gətirdiyi bir-iki fincan tünd qəhvəni başına çəkdikdən sonra “paxmel”dən ayılan cənab sədrin yadına düşür ki, yenə də axşamdan günün birinci yarısına təyin olunan rəsmi və ya qeyri-rəsmi görüşləri yaddan çıxarıb. Odur ki, dərhal görüş verdiyi adamlarla əlaqə saxlayıb yarı rus, yarı Azərbaycan türkcəsində üzrxahlıq edir, görüşün zamanını dəyişir. Təbii ki, təxirə salınan görüşün reallaşması da DTA rəhbərinin axşam nə qədər içəcəyinə bağlıdır. Əgər “doza” “gündəlik təlabat”dan artıq olacaqsa, ikinci dəfə təyin olunan görüş də baş tutmaya bilər...
Bir haşiyə də çıxım ki, DTA-da Fuad Nağıyevin ingiliscə də mükəmməl danışdığını deyirlər. Nə qədər olmasa da, şəxsi anketində 1998-ci ildə İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil aldığı yazılır. Amma onun indiyədək əcnəbi qonaqlarla ingilis dilində danışdığını nə görən, nə də eşidən olub.
Turizm sektorunun əhəmiyyəti
Dəyərli oxucularımıza bəlli oldugu kimi, qeyri-neft sektorunun inkişafında turizmin böyük yeri var. Heç də təsadüfi deyil ki, dövlətimiz son illər bu sahəyə böyük maraq göstərdiyindən, turizmi inkişaf etdirmək məqsədilə hər il büdcədən külli miqdarda vəsait ayrılır. Lakin çox təəssüflə qeyd olunmalıdır ki, Dövlət Turizm Agentliyi rəhbərinin başı “daxili orqanlarını spirtləməyə” qarışdığından rəhbərlik etdiyi sahədə olub-bitənlərdən tamamilə xəbərsizdir. Belə görünür ki, cənab Nağıyev öz səlahiyyətlərini qeyri-rəsmi olaraq müavini Azadə xanım Hüseynovaya və DTA-nın Baş müşaviri Avstriya vətəndaşı Florian Zenqstşmitə həvalə etdiyindən, onların və digər rəsmi şəxslərin rəhbəri layiqincə əvəz edəcəklərinə arxayındır. Ona görə də, hər gün işə nahardan sonra gəlib, iş saatının bitməsini gözləmədən kabinetini tərk etməsini normal hesab edir. Deyir, sədr sıradan bir işçi deyil ki, hər gün səhər saat 9:00-da işdə olub, axşam 18:00-da evinə getsin.
Amma insaf naminə onu da deməliyəm ki, cənab Nağıyev işə gecikməyi adət etsə də, qonaqlıqlara, içki məclislərinə vaxtında, hətta hər kəsdən bir qədər də tez gəlir. Rəsmi tədbirlər zamanı isə özünü “gözə soxmağı” çox sevir, xüsusən də kameraların önündə. Bu haqda az sonra.
Florian Zenqstşmit kimdir?
Məlumat üçün bildirək ki, Avstriya vətəndaşı Florian Zenqstşmit DTA-nın Baş müşaviri və qurumun nəzdindəki Turizm Bürosunun rəhbəri olsa da, agentliyi o və qurumun digər məsul əməkdaşları idarə edir. Ümumiyyətlə, Florian Zenqstşmit turizm sahəsində böyük potensialı olan, bir çox inkişaf etmiş ölkələrlə geniş əlaqələrə malik, təcrübəli və müasir baxışlı şəxsdir. Bu sahədə bir çox uğurlu ideyaların müəllifidir. Necə deyərlər, çalışır ki, işini almansayağı ortaya qoysun. Odur ki, agentliyin əsas işi, rəsmi rəhbəri Fuad Nağıyev istisna olmaqla, Florian Zenqstşmit və qurumun digər rəhbər şəxslərinin üzərinə düşür.
Fuad Nağıyevin “ulduz xəstəliyi”
Fuad Nağıyevin rəsmi tədbirlərdə özünü “gözə soxmağı” sevdiyi haqda deyilənlərə gəldikdə, mənbə bildirir ki, DTA rəhbəri son vaxtlar ciddi şəkildə “ulduz xəstəliyi”nə yoluxub. Doğrudur, bu “xəstəlik” onu Covid-19 kimi yorğan-döşəyə salmayıb, amma axır zamanlar yaxın ətrafı DTA rəhbərinin qəribə hərəkətləri ilə bağlı əməlli-başlı narahat olmağa başlayıblar. Məsələn, istər ötən ay İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin Bakıda keçirilən 11-ci konfransı, istər də həmin ərəfədə Şuşaya səfər zamanı Fuad Nağıyevin yeri gəldi-gəlmədi özünü kameraların önünə atması, öncədən onu çəkmələri ilə bağlı operatorlara tapşırıq verməsi heç də vəzifəsinə yaraşan bir hərəkət kimi qəbul edilməyib.
Bütün qonaqlar məscidə daxil oldu, Nağıyev isə...
Onu da dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, Fuad Nağıyevlə bağlı daha qəribə bir hadisə Heydər Məscidində namaz qılınması zamanı yaşanıb. Belə ki, hər kəs məscidə daxil olub ibadətlə məşğul olarkən DTA sədri tənha şəkildə məscidin qarşısında dayanıb. Onun bu vəziyyətini görən yaxın çevrəsi hələ də cavab tapa bilmir ki, həmin vaxt agentlik rəhbərinin ibadətlə məşğul olmasına nə mane olub: hər axşam “vurduğu” içkilər, namaz qıla bilməməsi, yaxud hansısa başqa səbəb?
Sonda onu da deyək ki, DTA-dakı mənbəmizlə söhbət zamanı yaxınlarının agentlik rəhbərini “Fatik” deyə çağırdığını da öyrəndik. Maraqlıdır ki, Azərbaycanda qeyri-neft sahəsinin inkişafı ilə bağlı ən çox sərmayə qoyulan və gələcəyinə böyük ümidlə yanaşılan turizm sektoruna “Fatik” kimi bir şəxsin rəhbərlik etməsi ilə istənilən nəticə əldə etmək mümkün olacaqmı?! Hər halda bu sual haqda ciddi düşünməyə dəyər. //Hurriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|