Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                 

ŞAHBUZ: Nə şahlıq yıxılıb... nə vətəndaşa buz kimi münasibət dəyişib... - Hamı özünü Talıbovun dönəmindəki kimi hiss edir...
Tarix: 25-06-2023, 09:51 | Çap et
ŞAHBUZ: Nə şahlıq yıxılıb... nə vətəndaşa buz kimi münasibət dəyişib...
Bu yazımızda, əsas mətləbə keçməzdən öncə, bir daha xatırlatmaq məqsədi ilə, xüsusi olaraq onu vurğulamaq istəyirik ki, 27 il Naxçıvana rəhbərlik edən Vasif Talıbovun gözlənilməz istefası ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Ümumiyyətlə, aradan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də gündəmdən düşməyən bu müzakirələr zamanı, daha çox, naxçıvanlıların onun istefasını necə qarşıladıqları, gözlənilməz gedişi ilə, Azərbaycan vətəndaşı olan hər kəsi təəccübləndirən Vasif Talıbovun xatirələrdə necə qalacağı barədə, daim ortada olan suallara inandırıcı cavablar axtarılır.

Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, bağışlanmaz qanunsuz əməllərin törədiciləri kimi yaddaşlarda əbədiləşən Vasif Talıbovun və onun, 1995-ci ilin dekabr ayından — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə gəldiyi vaxtdan başına topladığı hakimiyyət dəstəsindəki yüksək səlahiyyət sahibi məsul vəzifə sahiblərinin əllərindən olmazın əzab-əziyyət çəkənlərin sayı-hesabı yoxdur. Məhz buna görəydi ki, Vasif Talıbovun gözlənilməz məlum istefa xəbəri, bunu çoxdan arzulayan əksər naxçıvanlılara böyük sevinclər bəxş etdi. Üstəlik, elə həmin andan da, Vasif Talıbovun hakimiyyətdən bu gedişinin Naxçıvanın özü üçün xeyirli olacağına hamıda tam əminlik yaratdı. Di gəl ki, aradan vaxt da keçməsinə baxmayaraq, onların bu arzu-istəkləri Tanrı dərgahında çin olmadı: Yenə, əvvəldən Vasif Talıbova söykənən özbaşınalıq mühiti, indiki hakimiyyət komandasında da, olduğu kimi qalmaqdadır — Sanki yuxarıların göstərişləri belədir ki, başı bəlalı Naxçıvanın rəhbər şəxsləri mövcud qanunlarımızın tələbləri çərçivəsində işləməməlidirlər!

Bəli, indiyədək ortada qalan çoxdankı məlum durumun artıq iyrənc həddə çatması, naxçıvanlı olan hər kəsdə xoş gələcəyə yaranan inamı beləcə qıraraq, puç edir. Çox təəssüflər ki, Vasif Talıbov hegemonluğuna Naxçıvanda rəsmən son qoyulsa da, onun və dəstəsindəkilərin təyin etdikləri orqanları idarə edənlər öz əvvəlki stillərində işləməyi, indinin özündə də, üstün sayırlar. Əvvəlki kimi, sanki, vətəndaş şikayətlərini dəqiq, vicdan çərçivəsində araşdırmağa cürət tapa bilmir, hətta bu şikayətləri yeri gələndə sabotaj etməkdən belə çəkinmirlər. Yenə, son anda, aidiyyatı orqanların rəhbərləri: “Gedin, məhkəməyə verin!” — deyə, öz işlərini bitmiş hesab edirlər. Bu başdansovdu cavabları, indinin özündə də, Naxçıvanın əksər rayonlarında özlərinin saysız-hesabsız müxtəlif problemləri ilə, bu problemləri içində çoxluq təşkil edən öz əmlak və mülklərinə təcavüz xarakterli qanunsuz müdaxilələrlə bağlı, aidiyyatı qurumlara şikayətçi düşən əmlak sahibi sakinlərin və mülkiyyətçi iş adamlarının qulaqları daha çox eşidir. Elə, bu yaxınlarda, Naxçıvanın Şahbuz rayonundan bir şikayətçi vətəndaşın ölkə mediasında və sosial şəbəkələrdə dərc olunan, hətta özü tərəfindən araz.az-ın redaksiyasına da ünvanlanan kömək istəkli bir Müraciəti deyilənlər barədədir.

Şahbuzlu Əsəd Yavər oğlu Abışov məktubla redaksiyamıza göndərdiyi haqlı narazılıq dolu həmin Müraciətində, öncə, xüsusi olaraq onu qeyd edib ki, müharibə veteranı, təqaüddə olan hərbçi olması da, onun işlətdiyi obyektinə təcavüz edən yüksək səlahiyyət sahibi məmurların veclərinə olmayıb. Deyilənlərin təsdiqi olaraq, bu iş adamının tam mətnini aşağıda dərc etdiyimiz həmin Müraciətini oxumaq kifayətdir:

“Mən, Şahbuz rayonunda yaşayır və ailəmi dolandırmaq üçün, xeyli müddətdir bir kafe işlədirəm. Adı «Turan» olan bu kafedən gələn gəlirlə, dövlətə vergi verməklə yanaşı, təxminən 5 — 6 ailənin başçısına da çörək pulu qazandırıram. Bir iş adamı olaraq, bu istiqamətdə olan fəaliyyətimi həmişə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstəriş və tövsiyələrinə uyğun qurmağa çalışıram. Bir sözlə, fəaliyyətimi dövlət rəhbərimizin göstərişləri əsasında qurmaqla, ölkəmizdə işsizlik probleminin aradan qaldırılmasına bacardığım köməyi əsirgəmirəm. Və bundan, bir vətəndaş, bir sahibkar olaraq, daim rahatlıq tapmışam. Hazırda görünənsə odur ki, mənim möhtərəm Prezidentin göstərdiyi yolla getməyim kimlərinsə xoşuna gəlməyib, ürəyindən olmayıb. Bunun pis nəticəsi isə, göz qabağındadır — “kor-kor, gör-gördür!”.

Bu yerdə, konkret olaraq, onu demək istəyirəm ki, mən kafedə olmadığım vaxtlar, elə, bu obyektimə də, təcavüz xarakterli qanunsuz müdaxilələr olub. Təcavüzü törədənlər istədiklərini edə də biliblər: Kubik daşlarla kafenin əsas giriş qapısını hörərək, bağlatdırıblar. Kafedəki işçilərimə isə, sərt şəkildə onu deyiblər ki, bura onlara İcra Hakimiyyətindəki səlahiyyət sahibləri tərəfindən satılıb. Bu deyilənin təsdiqi kimi, xüsusi olaraq onu demək istəyirəm ki, əgər belə olmasaydı, bu barədə olan çoxsaylı şikayətlərimin heç olmasa birinə Rayon İcra Hakimiyyətində vaxtında baxılardı. İcra başçısı tərəfindən isə, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ciddi tapşırıqlar verilərdi ki, əməkdaşları baş verən bu hadisə yerinə təcili cəlb edilsin, üstəlik, onlar haqlı vətəndaş, obyekt sahibi bir iş adamı olaraq, məni, necə də olsa, müdafiə etsinlər.

Bəs, görəsən, Şahbuzun icra başçısı indiyədək niyə və nədən susub bu özbaşınalığa?! Axı, bu qədər özbaşınalıq olarmı?! Mən, kiçik də olsa, sahibkaram. Azdan-çoxdan respublika iqtisadiyyatına xeyir də verirəm. Bir daha deyirəm, bir-neçə ailənin yaşam problemlərinin həll olunmasına köməyimi də əsirgəmirəm. Məgər bura Meksikadır, ya Texasdır ki, burada belə özbaşınalıqlar olsun?! Məgər bu özbaşınalığı edənlər bilmirlər ki, özgənin mülkiyyət hüququnu pozmaq, birbaşa, cinayət məsuliyyəti yaradır?! Məgər bütün günü ərazidə ora-bura hərəkət edən rayon polisinin post-patrul xidmətinin əməkdaşları belə bir ciddi qanunsuzluğun, hüquq pozuntusunun baş verdiyini görmürlər?!

Bu sualların konkret cavabı olaraq, öncə, onu qeyd etmək istəyirəm ki, Şahbuz rayon mərkəzi, o biri rayonların mərkəzlərinə nisbətən, kiçik yaşayış məntəqəsidir. Elə, buna görədir ki, burada “bir quş da uçsa, səsini hamı eşidir”. Bəyəm, rayonun icra başçısı və onun ətrafına topladığı digər vəzifə sahibləri göz önündəki belə xoşagəlməzliyi nə görmür, nə də bu barədə eşitmirlər?!

Bizə kömək olaraq, daha dəqiq desək, bu qoçu dəstəsinin qanunazidd hərəkətlərinin qarşısını almaq üçün, Sizdən də xahiş edirəm, göndərdiyim şikayət xarakterli bu Müraciətimi, ölkənin bir media vasitəsi olan araz.az-da da işıqlandırasınız! Kömək üçün, Sizə, qabaqcadan minnətdarlığımı da çatdırıram!”.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Əsəd Abışov oxşar şikayətini, dəfələrlə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də, əlaqədar dövlət qurumlarının rəhbərlərinə də göndərib. Əfsuslar ki, bu günə kimi, onun bu haqlı şikayətinə nəinki baxılmayıb, heç, onunla maraqlanan belə olmayıb. Bir vaxtlar isə, belə vətəndaş şikayətlərinə dərhal reaksiya olardı, Muxtar Respublikasının ən yuxarı Orqanı — Ali Məclisi tərəfindən! İndi isə, hər şey göz qabağındadır, nə deyəsən?!.

Bu yerdə, onu da qeyd etmək istəyirik ki, bu şikayətçini olduqca narahat edənlər, həm də bunlardır: “Dövlətə aylıq vergi verdiyimiz halda, nə üçün, işlək vəziyyətdəki obyektimizin qapısı, heç bir səbəb olmadan, birdən bağlanmalıdır?! Rayon rəhbərliyi, nədən, bu ciddi məsələyə göz yummalıdır?!”.

Hədsiz narahatlıq yaradan bu suallara konkret cavab olaraq, bizsə, indiyədək redaksiyamıza ötürdüyü çoxsaylı məlumatlarındakı faktların dəqiqliyinə şübhə etmədiyimiz araz.az-ın etibarlı mənbəsinin bu dediklərini ortaya qoymaqla kifayətlənirik: “Sizə verəcəyim məlumatlar onun sübutudur ki, Vasif Talıbovun ağlagəlməz istefasından az sonra, Şahbuzda dəfələrlə şahidi olduğum və birbaşa, icra başçısının, eləcə də onun yaxın ətrafı hesab olunan yüksək səlahiyyətə malik vəzifə sahiblərinin adlarıyla bağlı bir qəribəlik xoşagəlməz pis durum yaratmağa başlayıb. Doğrudan qəribədir, onlar, indi də, gülməli belə bir yolla pul qazanmaq eşqinə düşüblər: Şəxsi obyektlərin girişləri, pilləkən altları, habelə dəhlizləri əmlak sahibi olan sahibkarlardan soruşulmadan, onlar tərəfindən, qanunsuz da olsa, ona-buna satılır. Onlar, elə, dediyiniz həmin kafenin girişini də, obyekt sahibindən xəbərsiz satıblar. Bunu bəziləri ehtimal kimi qəbul etsələr də, mən dediklərimin doğruluğuna tam əminəm.

Yeri gəlmişkən, onu da xüsusi olaraq vurğulayıram ki, mülkləri belə bir təcavüzə məruz qalan iş adamlarının bir çoxu ilə, özüm görüşüb, belə bir problemdən yaranan dərd-sərlərinə şərik olmaqla, söhbət aparmış və onlara əlimdən gələn köməyi göstərməyə söz vermişəm. Mənim də köməyim o ola bilər ki, bu ciddi məsələni ölkənin nüfuzlu media vasitələrinə ötürməklə, ictimailəşdirilməsinin tez bir zamanda baş tutmasına yardımçı olum. Çünki bu ciddi məsələ tez bir zamanda ictimailəşməsə, icra başçısı və onun yaxın ətrafı, öz bildikləri kimi də, zəbt etdikləri yerləri öz yaxınlarının adlarına keçirəcək, bütün bunlara isə, başçının qoyduğu bir sıra lüzumsuz qadağaları tətbiq etməklə nail olacaqlar; Guya, hansısa qanunlar çərçivəsində, iş adamları öz biznesləri üçün, şəxsi obyektlərinin girişlərindən, pilləkənlərinin altından, habelə dəhlizlərlərindən istifadə edə bilməzlər. Gülüş doğuran belə bir özbaşınalığa son qoymaq üçün, mütləq və mütləq, başçının belə iyrənc əməllərinin əsl mahiyyəti yuxarılara olduğu kimi çatdırılmalıdır. Çünki, bu, birbaşa başçının göstərişi ilə tətbiq olunan bir yalançı qadağadır. Nəyə görə, onu da çoxları yaxşı bilirlər. Bir də ki, tətbiq olunan belə qanunsuz qadağaları, rayon rəhbərindən xəbərsiz kimsənin həyata keçirməsi mümkün deyil.

Onu da demək istəyirəm ki, talıbovların və onların yaxın ətrafındakıların cinayət yolu ilə ələ keçirdikləri mülklərdən birinin sahibi də, Naxçıvanda yaşayan mənim yaxın qohumumdur. Düzdür, o da, hər cür təhdid və hədə-qorxular ucbatından, o vaxtlar, heç yerdə heç kəsə bir açıqlama vermədi. İndi isə, vəziyyət tamamilə fərqli, bam-başqadır. Əmlakı saxta yolla adına rəsmiləşdirilən talıbovların bir yaxını, indi mənim yaxınıma yalvarışçı düşüb ki, səs-küy qoparmasın, zəbt etdiyi mülkünü özünə qaytarmağa hazırdır. Bu yerdə, onu xatırladım ki, Şahbuzun icra başçısının da, qanunsuz etdiklərinin sonu belə olacaq — geci-tezi var!

Elə, bu yerdəcə, Şahbuzun icra başçısı Rəfail Babayevə xatırlatmaq istəyirəm ki, Vasif Talıbovun və onun yaxın ətrafının sonunu bir daha göz önünə gətirsin. Hesab edirəm ki, belə gülünc hərəkətləri ilə, mülk və obyekt sahibi iş adamlarını “dağa-daşa salmağın” heç bir adı yoxdur. Bunun da sonu olacaq, mütləq olacaq!

Bir də ki, onlar insan kimi öz əmlaklarından istifadə etmək istəyirlər. Belə iş adamlarının fəaliyyətdə olan və belə təcavüzlərə məruz qalan obyektlərinin təcili qapılarını açmaq lazımdır ki, bu kafe kimi, əvvəlki iş şəraitləri özlərinə qaytarılsın. Yoxsa, necə deyərlər, “bu xəmir hələ çox su aparacaq”!

Ümumiyyətlə, barələrində ölkənin media vasitələrində dərc olunan yazılarda göstərilənlər də, rayondan olan ictimai fəalların, bölgə sakinlərinin əksəriyyətinin dedikləri də onun sübutudur ki, özlərini Şahbuz rayonunun xırda padşahları hesab edən icra başçısı ilə, onun komandasındakı rəsmi şəxslər tutduqları bu məsul vəzifələrə layiq deyillər. Buna baxmayaraq, icra başçısı Rəfail Babayev, onun müavini Tural Quliyev və digərləri elə “qurd ürəyi yeyiblər” ki, qanunlarımızın tələbləri ilə çiling-ağac oynamaqdan belə çəkinmirlər. Hətta idarə və müəssisə müdirlərini, tanınmış, gəlirləri olan iş adamlarını, obyekt sahiblərini icra hakimiyyətinə dəvət edərək, “aylıq haqlarını” vaxtlı-vaxtında ödəmələrini tələb edirlər. Bütün bunlar azmış kimi, hətta başçı rayon polislərinə qəti göstərişini verib ki, ölkə rəhbərliyinə və yuxarılara şikayət etmək, dərdlərini bildirmək istəyən rayon sakinlərini nəzarət altına alsınlar. Bunu etmək isə, başçı üçün daha rahat olub. Çünki rayon polisinin rəhbəri ilə, onun “sarsılmaz dostluq əlaqələri” çoxdan mövcuddur. Bu deyilənlərə görədir ki, əlacsız qalan Şahbuz sakinləri isə, Azərbaycan hökumətindən, onlara yuxarılara sözlərini çatdırmağa şərait yaradılmasını istəyirlər.

Onu da demək istəyirəm ki, öncədən dediklərim bəs deyilmiş kimi, onlar, qaz, elektrik və su idarə müdirlərininin vasitəsi ilə, binəva rayon sakinlərinin sayğaclarına müdaxilələr etməkdən də çəkinmirlər. Bu da ona bir işarədir ki, rəhbər şəxslər, bütün vəzifə sahiblərindən vətəndaşlara qarşı daha qəddar olmağı tələb edirlər. Vətəndaşlar onlardan qaz, su, elektrik üçün tələb olunan pulu verməyəndə isə, ağır təzyiqlərə məruz qalırlar. Bir çox hallarda isə, vətəndaşlar polis özbaşınalığı ilə üzləşirlər. Ən acınacaqlı hallardan biri odur ki, icra hakimiyyəti nümayəndələri sakinlərə xidmət etmək əvəzinə, onların özlərini qul kimi işlədirlər.

Ən dəhşətlisi odur ki, Şahbuzda əhaliyə qan udduran Rəfail Babayevin adı bir vaxtlar narkoman kimi də hallanıb. Elə, buna görədir ki, 2006-cı ildə narkotik vasitə istifadə edərkən, Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. Sonradan “hansısa tale quşu onun çiyninə qonub” və şahbuzlular bir gün gözlərini açıblar ki, artıq, öz rayonlarında Rafael Babayev onlara rəhbərlik edəcək.

Sonda, xüsusi olaraq onu qeyd etmək istəyirik ki, bu və bu kimi olmazın neqativ hallar narahat şahbuzluları çox düşündürür. Bu da, istər-istəməz, rayon sakinlərində rejim mənsublarına qarşı ikrah hissi oyadır. Bunun sübutu kimi, onu demək istəyirik ki, sakinlər bizə ünvanladıqları məktublarında da, açıq şəkildə, onun-bunun qapısında nökər kimi işləməkdən bezdiklərini və özlərini mənən alçaldılmış kimi hiss etdiklərini bildirirlər. İnanmaq istəyirlər ki, Azərbaycan hökumətinin Naxçıvanda apardığı islahatlar, bir gün, mütləq, şahbuzluların da, üzünə güləcək.

Əslində, elə, redaksiya olaraq, bizi də, bu maraqlandırır ki, Naxçıvanın Ali Məclisi nədən belə ciddi məsələlərə, vaxtaşırı baş verən xoşagəlməzliklərə qarşı vaxtında hərəkətə keçib, bir ölçü götürmür. Elə, bu biganəliyə görə də, bu məlum problem layiqli həllini tapanadək, məsələni gündəmdə saxlamağı özümüzə borc bilirik. Hətta, araz.az xəbər portalı olaraq, bu məqaləmizdə iddia olunanlarla bağlı, adları keçən qarşı tərəflərin mövqelərini dəırc etməyə hazır olduğumuzu da, bildiririk.

araz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru