Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                 

“Vallah, bizi artıq xəstəxana da götürmür” - NARAZILIQ VAR!
Tarix: 29-06-2023, 10:04 | Çap et
“Vallah, bizi artıq xəstəxana da götürmür”
Tovuzun Alakol kənd sakini Vüqar Qurban oğlu İsmayılov şikayətçidir.

DİA.AZ-ın məlumatına görə, vətəndaş Meydan TV-yə deyir ki, həyat yoldaşı Aynur İsmayılovanın və qızı Güllü İsmayılovanın əlilliyə görə aldıqları pensiyalar kəsilib:

“Həyat yoldaşım on beş ildir ki, mübarizə apardığı qıcolma, yüksək təzyiq, eplepsiya və ikinci dərəcəli tənəffüs çatışmazlığına görə əvvəllər ikinci, daha sonra isə üçüncü qrup üzrə pensiya alıb. Pensiyasını bir ildir ki, kəsiblər, yenidən bərpa edə bilmirik. Rayon xəstəxanasından göndəriş verilir. Gedib, Bakıda xəstəxanada yatır. Arayış verilir, sistemə vururuq, cavab gəlir ki, əlavə müalicəyə ehtiyac var. Təkrar başqa xəstəxanada yatır, arayış verilir. Sistemə vururuq, eyni imtina cavabı gəlir. Bütün müalicələrdən keçir, həkim buraxılış vərəqi verir. Sistemə yüklənir, deyir ki, əlavə müalicə etdirin. Başa düşə bilmirəm ki, bu adam ölənə qədər müalicə olunmalıdır?”

“Bakı ilə rayonun yollarında qalmışıq, nəticə də yoxdur”

Vətəndaş deyir ki, həyat yoldaşının pensiyası heç onun müalicəsini qarşılamır:

“Kənd Təsərrüfatı İdarəsində toxumçuluq şöbəsində laborant işləyirəm. Maddi vəziyyətimiz qənaətbəxş deyil. Həyat yoldaşım 130 manat pensiya alırdı. Ay ərzində qəbul etdiyi dərmanın bir qutusuna 39-40 manat pul veririk. Heç dövlətin verdiyi 130 manat onun dərmanlarının pulunu qarşılamırdı. Pensiya bir ildir ki, kəsilib, bu müddət ərzində yazmadığım təşkilat qalmayıb. Bakı ilə rayonun yollarında qalmışıq, nəticə də yoxdur”.

“Vallah, bizi artıq xəstəxana da götürmür”

Vüqar İsmayılovun sözlərinə görə, qızı Güllü İsmayılovanın pensiyasını 2023-cü il yanvarın 1-dən kəsiblər:

“Qızım da epilepsiya xəstəsidir. Uşaq vaxtından onda xəstəlik vardı. On səkkiz yaşı tamam olmasına bir ay qalmış pensiyasını kəsdilər. Gözləmədilər ki, on səkkiz yaşı tamam olsun. Altı aydır ki, müraciət edirik. Yazır ki, əlavə müalicəyə ehtiyacı var. Daha öncə yazmışdı ki, xəstə ən azı, iki ay müalicə olunmalıdır. İki aylıq müalicəsi də var. Vallah, bizi artıq xəstəxana da götürmür. Gedirik, deyirlər ki, bir aydır çıxıb. Əlimizdən gələn köməkliyi etmişik. Görürsünüz ki, burada yatmaqla sizə kömək olmur”.

Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, Aynur İsmayılovanın diaqnozu əlillik əlamətini təyin etmir:

“Vətəndaşda əlillik əlaməti yoxdur. Güllü Vüqar qızı İsmayılovanın isə göndərişi natamam doldurulub. Xəstənin psixi statusu, ağciyərləri rentgenin nəticəsi qeyd olunmalıdır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ölkədə saxta pensiya alanların aşkarlandığını bildirmişdi.

Nazir demişdi ki, ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edilib.

Onun sözlərinə görə, ləğv edilən əlillik dərəcələri büdcəyə ildə 101 milyon manat qənaət etmək imkanı qazandıracaq.

Ekspertlər rəqəmlərin doğru olmadığını deyirlər…

İqtisadçı Nemət Əliyev Meydan TV-yə bildirmişdi ki, pensiyaların ləğvi prosesi 2023-cü ilin əvvəlinədək, hətta ondan sonrakı dövrdə də davam edəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 10 faizini əlilliyi olan insanlar təşkil edir.

Azərbaycanda rəsmi rəqəmlərə görə, əlilliyi olan şəxslərin sayı 5 faiz civarındadır.

Toğrul Maşallı deyir ki, bu rəqəm həqiqəti əks etdirmir:

“Bir neçə il öncə bu rəqəm 6 faiz civarında idi. Birinci Qarabağ müharibəsini də nəzərə alsaq, rəqəm daha yüksək olmalıdır”.

Əlilliyin meyarları hansılardır?

2021-ci ildə “Əlilliyin müəyyən olunması Meyarları”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi və xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunacaq:

I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;

II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;

III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi.

Əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunur.

2015-ci ildə qəbul olunan “Əlilliyin qiymətləndirilməsi qaydası” yalnız I, II və III qrupu əhatə edirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru