Baş nazirin sabiq müavininin deputatlığa NAMİZƏD QIZI... - Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?
Tarix: 10-08-2024, 11:15 | Çap et
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib. Yenicag.az xəbər verir ki, builki parlament seçkilərində bir çox vəzifəli şəxslərin və məmur övladları da bu seçkidə deputat mandatı uğrunda yarışa qatılıb. Belə namizədlərdən biri də sabiq baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyevadır.
Qeyd edək ki, Xalq yazıçısının qızı Günay Əfəndiyeva namizədliyini 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən irəli sürüb. Günay Əfəndiyevanın namizəd olduğu dairədən Yeni Azərbaycan Partiyasınını namizədi 149 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vüsalə Elman qızıdır. 1979-cu ildən anadan olan Vüsalə Rəsulova 1996-cı ildə Buzovna qəsəbəsində 125 nömrəli məktəbi bitirib. 1996-2000-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında təhsil alıb. 2001-ci ildən Xəzər rayon Binə qəsəbəsi E.Şəmiyev adına 149 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2012-ci ildən isə 149 nömrəli məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Elə də çox tanınmayan bir namizədin alternativi olduğu dairədə seçkiyə qatılmaq sabiq məmur qızı üçün indidən “yaşıl işıq” yandırıldığını söyləməyə imkan verir. Günay Əfəndiyeva 2004-cü ildən 2008-ci ilədək Azərbaycanın İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Daha sonra diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub. O, 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub. Günay Əfəndiyeva ilə bağlı qalmaqallı məlumatlar çoxluq təşkil etməsə də, onun adı bu yaxınlarda bir neqativ hadisə ilə bağlı hallanmışdı. Belə ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı bir məlumatı özünün sosial şəbəkə hesabında paylaşıb. “İan Peart Azərbaycan dilindən ingilis dilinə tərcüməçidir. O, klassik Azərbaycan poeziyası nümunələrindən tutmuş müasir dövr bədii mətnləri, tarix və incəsənətimizə aid əsərləri tərcümə edən bəlkə də yeganə ingilisdillidir. Əvvəl xanımı ilə tərcümə edirdi; xanımı azərbaycanlı idi və 23 il birlikdə yaşamışdılar, o rəhmətə gedəndən sonra tərcümə işinə qızı ilə davam edir”, – deyə Ş.Xuduoğlu yazır. Əlbəttə, bu hissəni oxuyanların məlumatın Günay Əfəndiyeva ilə əlaqəsinin olduğunda çətinlik çəkə bilər. Əsl mətləbin nədən ibarət olduğunu aşağıdakı qeydlərdən bilmək olar. “Qanun” nəşriyyatının direktoru əsl məsələni bundan sonra açıqlayır: “Xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi Fondu onun bir neçə ayını məşğul edən tərcümə sifariş edir. Avans da ödəmir. İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha saldılar, sonra isə “Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur” deməklə qonorarı ödəməkdən imtina etdilər. İan Peart çox vicdanlı, işində dəqiq biridir, tanıyanlar bunu yaxşı bilir. Yaşayışı, sağlamlığı, evinin xərcləri hamısı tərcüməyə bağlıdır. Zəhmətin ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı, hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik”. Qeyd edək ki, tərcümənin sifarişi isə Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fonduna sədrlik dönəminə təsadüf edir. Düzdür, Şahbaz Xuduoğlunun bu paylaşımından bir qədər sonra Türk Mədəniyyəti və İrsi Fondu bir açıqlama yayaraq, bildirmişdi ki, “cənab İan Peartın və təşviqi ilə istənilən şəxsin təşkilat barəsində yaydığı fikir və iddialar əsassız və həqiqətə uyğun deyil”. “Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmamışdır və onun qarşısında Təşkilatımızın hər hansı hüquqi öhdəliyi mövcud deyildir”, – deyə qeyd edilirdi. Günay Əfəndiyevanın adının qalmaqallarda hallandırılması təkcə bununla bitmir. Onunla bağlı il ərzində təkcə təyyarə biletləri üçün yarım milyondan çox pul xərclıdiyinə dair məlumatlar da yayılıb. Bundan əlavə, məlumatlarda qeyd edilirdi ki, G.Əfəndieyva bəzi müqavilə öhdəliklərini də yerinə yetirməyib. 20 min dollara yaxın da maaşı, şəxsi sürücüsü olduğu barədə yayılan informasiyalar G.Əfəndiyevanın hansı dəbdəbəli həyat tərzini seçdiyinin göstərcisi sayıla bilər. Bu məsələnin sosial şəbəkənin və mətbuatın əsas mövzularından birinə çevrildiyinə nəzərə alsaq, ortaya belə bir sual çıxır: İntellektual məhsulun dəyərini ödəməyən bir namizəd, deputat seçiləcəyi təqdirdə, seçicilərinin hüquqlarını necə qoruya bilər? Hər halda, Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun sədri olarkən hansı qlobal işlərin həyata keçirilməsinə imza atdı ki, deputat olduqdan sonra Milli Məclisdə taleyüklü məsələlərin həllinə nail olsun. Seçmək və seçilmək vətəndaşın hüquqlarına daxil olan təməl haqlardan biridir. Lakin görünür, bəzi adamlar deputat seçilmək uğrunda yarışa hansısa məmurun, yaxud sabiq hökumət adamının övladı olduğu üçün qatılır. www.yenicag.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|