İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Evi yıxılmış Azərbaycan təhsilinin ağlamalı günləri... - Nə yaxşı ki, Avropa oynları ölkəmızdə keçiriləcək
Tarix: 4-04-2015, 12:04 | Çap et
Evi yıxılmış Azərbaycan təhsilinin ağlamalı günləri...
Yenə də giley, yenə də güzar. Bir sözlə bu giley-güzar deyilən gileylənmək vərdişindən heç cür yaxa qurtara bilmirik ki, bilmırik. Hər dəfə də, nədən şikayətlənməyimiz bəlli olsa da, kimdən şikayətlənməyimiz məlum olmur. Bu, sanki bir xalq mahnısındakı “mənim yar, sənə yar, səndən yar, şikayətim var” və ya el məsəlindəki “qara məni basınca, qoy qaranı mən basım” məntiqi ilə tam səsləşir. Nə etmək olar, təbiətimiz belədir. Adətən, yatağa düşəndən sonra həkimə müracıət etdiyimiz kimi, hər hansı bir çıxılmaz vəziyyətlə üzləşəndə də problemlərimiz yadımıza düşür.

Bu dəfə də, yerli əmək bazarında yeni yaranan peşələr üçün lazım olan kadrların tapılmamasından, qonşu, bəzən də hətta qonşu olmayan ölkələrdən peşəkarlar, işçi qüvvəsi dəvət etmək məcburiyyətində qalmağımızdan Təhsil naziri Mikayıl Cabbarov şikayətlənib.Düzdür, Nazir yeni yaranan peşələrin defisitinə diqqət çəkib. Lakin, kimdəsə belə təsəvvür yaranmasın ki, guya digər köhnə peşələrlə bağlı bütün ışlərimiz yerli-yerindədir və tam yoluna düşüb.

Belə olsaydı deputatlarımızdan biri bənnalıq peşəsinə bu qədər önəm verib, tanıdığı Baləbəy müəllimin nümunəsində bütün müllimləri dərsdən sonra daş hörməyə səsləməzdi vəgenış müzakirələrə səbəb olan Cəbış və Mustafa müəllim obrazları yenidən, yeni və fərqli yanaşmada gündəmə gəlməzdi. Cəbiş müəllimin sabun bişirməsı, səngər qazıması, Mustafa müəllimin həm ticarət həm ziyarət məqsədilə İstanbul səfəri lağa qoylmazdı. Halbuki, bu günün Balabəy müəllimindən fərqli olaraq o dövrün Cəbış müəllimi ağır müharibə illərində qələbə naminə arxa cəbhədə təmənnasız səngər qazıyıb, arvadının hikkəsi ilə dolanışıq xətrinə bişırdiyi sabunları da ön cəbhəyə yola düşən əsgər balalarımıza paylamışdı. Mustafa müəllim də başına gələn olmazın müsibətlərdən sonra, son qəpiyini də məktəb üçün aldığı qlobusa vermışdi. Hər halda kimin necə qiymətləndirməsindən asılı olmayaraq Cəbiş, Mustafa və Balabəy müəllim olayları həyatımızın reallığıdır.
Deyə bilmərəm, bəlkə də deputatın cəmiyyət tərəfindən müəllim nüfuzunun aşağılanması kimi qəbul edilən bu mesajında nə isə bir miskin həqiqət var:Vaxtında peşəyönümü ışı aparmamısınız, sadə zəhmət adamlarına rəğbət oyatmamısınız, indi gedin bədəlini ödəyin, bənnalığı da fəhləliyi də özünüz edin. Çünki, bir vaxtlar peşəyönümü ışı elə erkən yaş dövrlərindən məktəblərdə təlim- tərbiyə ışinın ən başlıca komponentlərindən biri sayılardı və sadə peşə sahiblərinə xüsusi rəğbət bəslənilər, lazımı diqqət və qayğı göstərilərdi, onların şəninə şerlər yazılar, mahnılar qoşulardı.
Deyirəm, allah birinci Avropa oyunlarının Bakıda keçirilməsi ideyasının təşəbbüskarları və təşkilatçılarından razı olsun.Yoxsa, peşə hazırlığı ilə bağlı problemlərimiz bəlkə də, heç üzə çıxmayacaqdı, daha doğrusunu desək yada düşməyəcəkdi.Nəhayət ki, təhsilimizlə bağlı gen-bol informasiya axınında peşə hazırlığına aid heç olmasa bir kəlmə eşitdik. Deyəsən yanlışlığa yol verdim, bir dəfə belə bir söhbət olub.Əgər səhv etmirəmsə ötən ilin aprelində Təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri və bu ölkənin İxrac-İdxal Bankının İcraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı Peşə Tədris Mərkəzinin yaradılması məqsədilə hökumətlərarası razılaşma əldə edilib.

Verilən rəsmi məlumatlara görə kredit sazişi əsasında həyata keçiriləcək layihənın maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Deyilənlərə görə də layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılması, ölkənin əmək bazarının xarıci işçı qüvvəsindən asılılığının azaldılması və müasir peşə təhsili sisteminin yaradılmasına təkan verilməsini təmin etməkdən ibarətdir.Bununla belə saziş imzalanmasının artıq bir ili tamam olmasına baxmayaraq, hələ ki, layihənin reallaşması istiqamətində hansı addımların atılması və atılacağı barədə heç bir təsəlliverici məlumata malik deyilik. Yəqin bu da nə isə məxfi bir prosesdir.
Sözüm onda deyil. Onsuz da Təhsil Nazirliyi ilə “Abşeron Hotel Group” MMC arasında yeni razılaşma əldə edilib.Koreya İxrac-İdxal Bankı bir az da gözləyər.Nədənsə bu arada istər-istəməz timsahın göz yaşları ilə bağlı bir süjet yadıma düşdü. Bəzən ovunu yeyərkən timsah acgözlük edərək, iri loxma götürmək üçün ağzını o qədər geniş açır ki, bundan çənə əzələləri gərilir, nəticədə o, kəskin ağrılar keçirir və ağrılara tab gətirməyərək göz yaşları axıdır.
Lətifəsı Təhsil Nazirliyindən uzaq, bir vaxtlar, müstəqillik əldə etməyimizlə əlaqədar, keçid dövrünün boşluqlarından istifadə edib, bu ali təhsil qurumumuzun o zamankı rəhbərliyinin ifrat acgözlüyü ucbatından nazirliyin tabeliyində olan bir çox bağçaların və peşə məktəblərinin profilləri dəyişdirildı. Onlara məxsus binalar, eləcə də ərazilər özəlləşdirmə adı ilə hərraca çıxarılaraq dəyər-dəyməzinə satildı.Bunların bəzilərinin yerində şadlıq evləri, gözəllik salonları və göydələnlər tikildi. Bununla da bağça və peşə təhsili tamamilə çökdürüldü. Olan-qalan peşə məktəbləri də imic xatirinə heç bir səmərəsi olmayan peşə liseylərinə çevrildi.
İndi də tımsahsayağı göz yaşları axıdıb məktəbəqədər hazırlığı həyata keçirmək üçün yüzlərlə yeni bağça binası tikmək, məktəblərdə əlavə hazırlıq qrupları açmaq zərurəti qarşısında qalmış, Avropa oyunlarını yola vermək üçün peşə hazırlıqlı kadr axtarışına başlamışıq, bu məqsədlə yenı saziş və müqavilələr imzalayırıq. Halbuki hələ 1999-cu ildə qəbul edilən İslahat Proqramında fəaliyyətdə olan bağçaların təkmilləşdirilməsi, yeni tipli tədris komplekslərinin açılması, əmək bazarının təlabatına uyğun olaraq orta ixtisaslı fəhlə və kiçik mütəxəssıs kadrların hazırlığını yüksəltmək məqsədi ilə müasir texnikı peşə məktəblərinin yaradılması nəzərdə tutulmuşdu. Burda deyiblər ki, “yumurtlamadı, bəs falı hara getdi?!”
Baxmayaraq ki, “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər)” qəbulundan kifayət qədər vaxt ötüb və Prezidentin müvafiq Sərəncamında ölkəmizdə dinamık inkişaf edən iqtisadiyyatın peşə ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin günün tələbləri səviyyəsində qurulmasının təmin edilməsi məqsədilə mühüm vəzifələr müəyyənləşdirilib, təhsilin bu pilləsi ən axsayan və ən çox tənqidə məruz qalan sahələrdən biri olaraq qalmaqdadir.
Təkzib olunmaz faktdır ki, yüksək peşəkarlığa malik işçi hər yerdə qəbul olunur, işə götürənlər onun üçün rəqabət aparırlar. Nə yazıq ki, nəinki orta məktəblərin, ilk peşə və orta ixtisas təhsil müəssisələrinin heç alı məktəblərimizdə də ixtisas hazırlığı profilinın nəzərə alınmasına, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılmasına, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsinə lazımı diqqət yetirilməyib.Təssüflər olsun ki, bu hal indinin özündə də davam etməkdədir.
Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bılik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.
Nə baş verir, işə götürənlər diplomlu gənc mütəxəssisləri işə götürməkdə niyə qısqanclıq edib, onları “dağa-daşa” salırlar? Çünki, məlum səbəblər bir yana, sən demə bu “mütəxəssislərin” əksəriyyətinin yarımçıq biliklərindən savayı, seçdiklərı ixtisas üzrə bacarıq və vərdışləri yoxdur, peşə hazırlığına malik deyillər.Belə çıxır kı, bu gənclər uzun illər təhsil aldıqları müəssisələrdə boş vaxt keçiriblərmiş, seçdikləri ixtisas qruplarında qeyri ixtisas fənləri keçiblərmış, lazımzız məlumat və materiallarla yükləndiriliblərmiş. Bu vəziyyət mətbuat materiallarında, tələbələrin “facebook” paylaşmalarında da kifayət qədər öz əksini tapıb:
”Bakı Dövlət Universitetinin tarix fakültəsində Zimbabvenin, Mozambikin tarixi, Yaponiyanın 12-ci əsr tarixi və ya Koreya respublikasının erkən feodal orta əsrlər dövrünü necə keçməsi tədris olunur. Koreyada 3-cü əsrdə hansı tayfalar neyləyib? Yaponiyada Tokogaua Shogunluğunun gördüyü işlər kimin nəyinə lazımdır? Ya da imperator Meiginin dövründəki islahatları dərindən öyrənmək bizim nəyimizə lazımdır? Onsuz da bunlar 1 semestr sonra unudulub gedəcək. Sadəcə vaxt itkisidir. Bunun əvəzinə bizə lazımlı olan məlumatlar öyrədilsə, gələcəkdə praktikada istifadə edərik. Müqayisə edəsi olsaq, deyə bilərəm ki, Türkiyə məktəblərində Azərbaycan tarixi bizim universitetlərdəkindən yaxşı keçirilir. Bizsə lazımsız faktları, islahatları öyrənə-öyrənə vaxt keçiririk".

Tədris prosesinə ixtisasa aid olmayan fənlər, lazımsız materiallar daxil etməklə, təkrarçılğa yol verməklə, “ailə universitetləri”nin sayını artırmaqla, əlavə ixtisas qrupları yaratmaqla, qruplarda ixtisas yerdəyişmələri etməklə, perspektivsiz universitetlərin planlarını doldurmaq naminə keçid balını ildən ilə aşağı salmaqla, bəzı ixtisaslara imtahansız qəbul keçirməklə Mark Zuckerberqlər,
Bill Qeytslər, Stiv Cobslar yetişdirmək xülyasını reallaşdıra bilməyəcəyik.Hələ, heç olmasa, Nobel mükafatçılarını demirəm.

Bir şeyi bilirəm ki, Azərbaycanın adlarını çəkməyə ehtiyac belə qalmayan çoxsaylı elm və təhsil, mədəniyyət və incəsənət korifeylərinin yetışdiyi dövrdə 5-ci ixtisas qrup olmayib, və onlar qabiliyyət imtahanı vermədən qabiliyyət sahibi olublar, peşəkarlara çevriliblər. Çünki onlara peşəkarlığın, qabiliyyət sahibinə çevrilməyi sirləri və yolları təlqin olunub.Onların amalı diplom yox ürəkdən seçdikləri ixtisas və bağlandıqları peşə olub. Nə deyə bilərəm, bəlkə də böyük Nizami dühasının hikmətindən yararlanıblar:

Kamıl bir palançı olsada insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nadir İsrafilov-DİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru