KƏMALƏDDİN HEYDƏROV 3 GƏMİNİ SATIN ALDI
Tarix: 13-04-2012, 12:06 | Çap et
GƏMİLƏR KÜRÜ TƏMİZLƏYƏCƏK
Kür çayına və çayın deltasına üç ədəd müasir torpaqsoran gəmi gətirilib. TS1, TS2 və TS3 markalı torpaqsoran gəmilərdən Kür çayında dibdərinləşdirmə işlərində istifadə olunacaq. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Ağalar İbrahimov bildirib. İdarə rəisinin sözlərinə görə, FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin dibdərinləşdirmə idarəsi tərəfindən həyata keçirilən dibdərinləşdirmə işlərinin təşkili üçün Kür boyunca 3 baza tikilir. Dibdərinləşdirmə işlərinin əsas bazası isə Neftçala rayonunun II Qaralı kəndi ərazisində tikilir. Digər iki baza isə köməkçi bazalar olacaq. II Qaralı kəndidə 2,2 hektar ərazidə dibdərinləşdirmə işlərinin təşkili üçün ərazi ayrılıb. Bu baza yeni yaradılmış qurumun işini təmin edəcək. Ümumilikdə burada tam infrastruktur yaradılacaq, yataqxana, inzibati bina, anqarlar, anbarlar, təmir sexi, məişət binası və s. obyektlər tikiləcək.
A. İbrahimov deyib ki, bundan başqa, Sabirabad və Salyanda iki köməkçi baza tikilir. Bu bazalarda infrastruktur olmayacaq, lakin bəzi yüklərin birbaşa ora daşınması təmin olunacaq və kiçik təmir işləri həyata keçiriləcək. Hal-hazırda Neftçala rayonunun ərazisində çökdürmə hovuzlarının ətrafında bir ədəd torpaqsoran gəmi işçi vəziyyətə gətirilib. Bir gəmi Kürün dənizə çıxışını təmin etməkdən ötrü orada gedən dayazlaşmanı qazaraq aradan qaldırır. İkinci gəmi əsas bazanın ərazisindədir. Üçüncü gəmi isə aprelin 13-dən Salyan ərazisinə aparılacaq.
FHN-in xidmət rəisi bildirib ki, əslində qeyd olunanlarla bağlı layihə işlərinə 2010-cu ildən başlanılıb. Əvvəlcə Kür çayında tədqiqat və təhlillər aparılıb. Bütün çay boyu 224 kilometr məsafədə dərinliklər yoxlanılıb və ən təhlükəli zonalar müəyyənləşdirilib. Həmin təhlükəli zonalarda çox dəqiq qazma işlərinin aparılmasından ötrü planlar və layihələr hazırlanıb. Təhlillərdən sonra müəyyən olunub ki, çayın hansı hissələrində enlənmə, hansı hissələrdə dərinləşdirmə işləri aparmaq lazımdır. Qərara gəlinib kİ, Neftçala, Salyan və Sabirabad rayonlarının hər birində 10 kilometr ərazidə dərinləşmə və enlənmə işləri görülməlidir.
A.İbrahimov onu da deyib ki, torpaqsoran gəmilər müasir rəqəmsal texnologiyaya malikdirlər. Onun sözlərinə görə, bu gəmilərdə quraşdırılmış müasir elektron avadanlıqlar kompüter texnologiyası vasitəsi təhlil olunur, dərinliklər yoxlanılır, çayın morfologiyası öyrənilir, nəticədə hansı ərazinin daha mütəhərrik və təhlükəli olduğu müəyyən edilir. Bunun nəticəsində ərazilərdə hansı işlərin aparılmasının vacibliyi müəyyənləşdirilir. Bütün bunlar rəqəmlərin ifadəsi ilə proqram təminatı halına salınır. Bu proqram gəminin kompüter yaddaşına verilir və gəmi avtomatik olaraq bu işləri görür. İnsanlar isə sadəcə, gəmidə operator rolunu oynayırlar. Xidmət rəisi onu da qeyd edib ki, bu təhlilləri aparmadan kor-koranə işlər aparıla bilməzdi: “Artıq bu təhlillər başa çatıb. İndi isə real işlər aparılır”.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|