Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. .....                     Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə .....                     “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” .....                     Aktyorla xanımının qətlinin .....                     “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” .....                     15 il həbs cəzası alan iş adamı və digərləri .....                     Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? .....                     Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur .....                     AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? .....                     Gürcü hərbi attaşe Papikyanla görüşdü .....                     Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir .....                     Tanınmış vəkil komaya düşdü .....                     "MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün .....                     Bakıda 5 milyonluq mənzil .....                     İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: .....                     Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub .....                     ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... .....                     Göyüşov və oğlu haqda yeni məlumatlar: .....                     Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır .....                     Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı .....                     Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR .....                     Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... .....                     Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA .....                     Azərbaycan Mərkəzi Bankı .....                     Bütün ermənilərin katolikosu Bakıya gələ bilər .....                     Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi .....                     Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib .....                     Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər .....                     Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir .....                     Gözətçi "Kapital Bank"a kredit almağa getdi .....                     İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı .....                     Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Qarabağ belə azad edilib: .....                     Ora da Azərbaycanındır, geri çəkilməliyik .....                     HƏMAS-ın Siyasi Bürosunun sədr müavini .....                     Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... .....                     Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var .....                     Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? .....                 

“KAMAZ” SÜRÜCÜSÜ İŞDƏN ÇIXARILDI
Tarix: 15-04-2012, 12:52 | Çap et
“KAMAZ” SÜRÜCÜSÜ İŞDƏN ÇIXARILDI

O, SAATLIDA PEŞƏ LİTSEYİNİ YÖNƏLDİRMİŞ

Saatlı peşə lseyinin direktoru Şahin Rəşidovun ixtisasca "Kamaz" sürücüsü və sonradan hansı yollarlasa saxta diplom alaraq guya Azərbaycan dili və ədəbiyyatı müəllimi olmasını iddia etməsi barədə məqalə dərc olunmuşdu.

Bu günlərdə redaksiyaya daxil olmuş şikayət məktubunu araşdırmaq qərarına gəldik. Saatlı peşə liseyində çalışan və hələki adının çəkilməsini istəməyən mənbəmiz israrla xahiş edirdi ki, bu şikayəti yalnız araşdırdıqdan sonra dərc etməyə də razıdır. O, məktubunda Ş.Rəşidovun hədsiz dərəcədə savadsız olmasını qeyd edərək, həm də bunun onun diplomunun saxta olmasını təsdiqlədiyini bildirirdi: "...Bir də ki, Saatlıda onu yaxından tanıyanlar da çox yaxşı bilirlər ki, Şahin Rəşidov heç bir ali məktəbdə təhsil almayıb. Hətta ondan hansı İnstitutu və ya Universiteti bitirdiyini soruşduqda heç bir cavab vermirdi. Maraqlıdır ki, nə Şahin Rəşidovu bu vəzifəyə təqdim edən rayon rəhbərliyi, Azərbaycan Təhsil Nazirliyi onun diplomunun saxta olduğunu "bilməyiblər". Sonradan Ş.Rəşidov bu "görməməzliyin" səbəbini özü açıqlamışdı. Hər yerdə deyirdi ki, bu vəzifəyə təyin olunan zaman nə az, nə çox, düz altımış min manat xərci çıxıb. özünün deməsinə görə, guya bu məbləğin 40 min manatını rayon rəhbərliyinə, 20 min manatını isə Təhsil Nazirliyinin peşə təhsilinə nəzarət edən idarə rəisinə çatdırılıb. Onun diplomunun saxta olmasının görməməzliyə vurulması isə dediklərində həqiqət nə dərəcədə olmasından xəbər verirdi..."

Saatlı Təhsil Şöbəsininmüdiri Şamil Nurəliyev görüşdən niyə qaçırdı?

Məsələ ilə bağlı əvvəlcə Saatlı rayon TŞ-nin müdiri Şamil Nurəliyevin telefonuna zəng etdim. Məqsədim bu idi ki, onunla görüşərək məktubdakı çoxsaylı problemlərə birlikdə aydınlıq gətirək. Dəfələrlə etdiyim zəngə Şamil Nurəliyev cavab vermədi. Nəhayət, bağlı telefon nömrəsindən ona zəng etdim. Bu dəfə deyəsən, "yalançı tamahkarı aldatmışdı". Şamil müəllim telefonunu açdı (Maraqlıdır ki, o, telefonunu elə mesaj xidmətinə yönəldib ki, nə vaxt zəng edirsən, telefonun çağırdığı hiss olunmur. Amma zəng edən nabələd abonent elə bilir ki, telefona dalğa çatmır, ona görə də susur). Şamil müəllim salamlaşıb mətləbə keçdi:

- Kimdir?

Adımı deyirəm və jurnalist olduğumu bildirirəm... Redaksiyaya daxil olmuş şikayət məktubu ilə bağlı rayona gəlmək istədiyimi onun diqqətinə çatdırıram... O, isə tələm-tələsik: - İndi rayona komissiya gəlib, olimpiada keçirilir, odur ki, vəziyyət belədir... özün bil, gəlsən, ola bilər ki, məni tapa bilməyəcəksən...

- Narahat olmayın, harada olsanız, taparam, sadəcə, mobil telefonunuzu açıq saxlayıb mənim nömrəmə cavab verin...

- Baxarıq... Gözləyirəm...

Şöbə müdirinin dilxor səsini hiss edirəm. Amma məktub müəllifinin israrlı xahişi də gözümün qabağına gəlir.

Təsadüfən həmin günlərdə Saatlının mərkəzində bir qanunsuz lotoxana mövcudluğu barədə də şikayət məktubu dərc olunmuşdu və Saatlı RPŞ-dən zəng edərək əməkdaşımızı rayona dəvət etmişdilər. Odur ki, "bir gülləyə iki dovşan" məsəlini xatırlayıb rayona ezam edildim...

Qurbanəli bəy və Şamil Nurəliyevin yoxa çıxması...

Təbii ki, Saatlıya çatan kimi əvvəlcə lotoxanadan yazan şikayətçi-Saatlı Veteranlar Şurasının sədri Əlağa Qurbanovla görüşdüm, sonra Saatlı RPŞ-nin rəis müavini ilə danışdım, daha sonra isə digər aidiyyəti şəxslərlə birgə adı çəkilən lotoxanaya baş çəkdim. Fakt təsdiqinii tapmışdı və dərhal da tədbir də görülmüşdü.

Sonra vaxtdan səmərəli istifadə edərək, Şamil Nurəliyevi axtarmağa başladım. Şamil müəllim etdiyim onlarla zənglərə cavab vermədi. Nəhayət, kor-peşiman Bakıya qayıtdım. Düşündük ki, yəqin başı çox qarışıq olub. Amma sonradan öyrəndim ki, mən hər dəfə zəng edəndə o, yanındakılara deyirmiş ki, hə, zəng elə, bu saat cavab verəcəm, deyib gülürmüş.

Amma, əslində, biz gülüş hədəfi deyildik, onun hərəkəti gülüş doğuracaq qədər qeyri-ciddi hərəkət idi. Sonra da deyirlər ki, qəzet "Jurnalistlərin peşə kodeksinə" əməl etməlidir. Əgər barəsində şikayət ediləndə adamlıq yoxdursa və o, özünü məmur kimi aparmırsa, yalan danışırsa, vəd verib jurnalisti rayona dəvət edirsə və sonra Qurbənəli bəy kimi yoxa çıxırsa, bu binəva jurnalist neyləsin? Hansı ki, həmin gün Saatlıya redaksiyanın hesabına ezam edilmişdim və bir vacib tədbirimi təxirə salmışdım.

Şamil Nurəliyev hələ də telefona cavab vermir

Sonradan yenə də Şamil Nurəliyevə zəng etdim. Onun susmağı razılıq əlaməti kimi qəbul edilmirmi? Odur ki, bu dəfə Saatlıya gedərək mədəniyyət sahəsindən, xüsusən də Saatlı Mədəniyyət və Turizm İdarəsinin, Saatlı Mədəniyyət Sarayının direktorunun, rayondakı kənd klubları və mədəniyyət evləri, kitabxanaların vəziyyəti barədə daxil olmuş şikayətləri araşdırmaqdan əlavə, həm də Şamil Nurəliyevin rəhbəri olduğu rayon təhsil şöbəsinin fəaliyyətinə aid bəzi məsələləri yenidən araşdırmalı oldum.

Rayon sakinləri və məlumatlı mənbə ilə apardığımız söhbətlərdən maraqlı faktlar aşkarladıq.

Saxta diplomun sonu

Beləliklə, əvvəlcə başlayaq Saatlı peşə liseyinin direktoru Ş.Rəşidovun peşə liseyinə vurduğu ağır zərbə barədə. Söhbət etdiyimiz rayon sakinləri və peşə liseyinin məlumatlı nümayəndəsi bildirdi ki, direktorun liseyə vurduğu zərbə heç vaxt sağalmayacaq: "...O, liseyin nadir texniki avadnlıqlarını, bu gün heç bir yerdə tapılmayan dəzgahlarını şökdürüb metaləritmə zavodlarına göndərdi. Onun bu söküntüsünə etiraz edənlərə isə deyirdi ki. direktor təyin olunanda bir ətək pul vermişəm. Bəs onu necə çıxarmalıyam? Məni təsdiq edəndə dedilər ki, sənə pulunu çıxarmağa şərait yardacağıq. Bu gün Azərbaycanda təhsilin inkişafından ağızdolusu danışan Təhsil Nazirliyinin rəhbərliyi buyurub gəlsin Saatlı rayonuna və görsünlər ki, "Kamaz" srücüsü peşə liseyini nə günə qoyub. Məktəbin satılmamış quru divarları qalıb. Hətta peşə liseynin bütün texnikası da satılıb. Görəsən şagirdlər peşələrə necə yiyələnirlər? Biz kimi aldadırıq? Təəccüblüdür ki, peşə liseyinin bu kökə salınmasına şərait yaradan Təhsil Nazirliyinin məsul işçisi haqqında bu vaxta tədbir görülməyib? Həmçinin Saatlı təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin barəsində də. Qəzetinizi izləyirik və görürük ki, yazınıza hətta Respublikanın Baş Prokurorluğu da reaksiya verir. Bu məsələni Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi səviyyəsində qaldırın, qoy tədbir görsünlər...".

"Təzadlar"ın yazısı təsdiqini tapdı

Həmsöhbətimiz olan rayon sakinləri daha bir maraqlı məsələyə toxundular: "Sağ olun ki, məhz "Təzadlar"da dərc olunan məqalədən sonra Saatlı peşə liseyinin direktoru Şahin Rəşidovun diplomunun saxta olduğu üzə çıxdı və o, tutduğu vəzifəsindən azad edildi. Ş.Rəşidovun deməsinə görə, bu yovxamalarda külli miqdarda xərci çıxıb. Yoxlamaya gələnlər deyiblər ki, sənin diplomunun saxta olmasının üstünü açsaq, haqqında cinayət işi açılacaq. Ona görə də bu işin üstünu açıb-ağartmırıq... Get başını aşağı salıb işinlə məşğul ol..."

Şahin Rəşidov saxta diplomu haradan almışdır?

Sən demə, bu "ali təhsil müəssisəsinin" ünvanını da Şahin "müəllim" özü açıqlayıb: "O, liseydə dəfələrlə özü deyirdi ki, bu diplomun alınmasında Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyevin rolu və vasitəçiliyi böyük olub. Şamil müəllim diplomu adını açıqlamadığı Təhsil Nazirliyinin vəzifəli işçilərindən birinin köməkliyi ilə aldığını deyib... Saxta diplomu Şahin Rəşidova verəndə deyib ki, qorxma, bunun arxasında Təhsil Nazirliyinin filan vəzifəli şəxsi dayanıb (Biz həmin məmurun adını açıqlaya bilmədik. çünki özünün buna münasibətini öyrənmək lazım gəldi. Red.). Onu da deyib ki, Saatlıda təkcə səndə deyil ki! Bu işin üstü açılanda isə Şahin Rəşidov diplom alarkən Şamil müəllimə verdiyi şirinliyi ala bilib. "Yenidənhazırlanma və İxtisasartırma" adı ilə Saatlıda xeyli müəllimə belə diplomlar verilib. Qiyməti də 2 min manata. İndi Şamil müəllimin "Yenidənhazırlanma və İxtisasartırma" "İnstitutunun" müəllimlərinə rayonun əksər məktəblərində rast gəlmək mümkündür. Rus dili müəllimi çönüb olub ingilis dili müəllimi. Həmin ingilis dili "müəllimi" bu dildə 10-15 söz bilə, ya bilməyə. Onları da qol-qabırğasını qıra-qıra deyir. Hələ digər fənlərdən Azərbaycan dili və ədəbiyyatı müəlliminə çönənlərini demirik. Belə müəllimlər Azərbaycan dili və ədəbiyyatdan ən sadə sualların cavablarını belə bilmirlər. Görəsən onlar şagirdlərə nə öyrədirlər? Xülasə, Şamil müəllimin diplom satdığı müəllimlər "təhsil aldıqları" ali məktəbin harada yerləşdiyini də bilmirlər. çünki oxumayıblar. Onlar deyirlər ki, bizim təhsil aldığımız universitet Saatlı rayonunda yerləşir, rektoru da Şamil Nurəliyevdir..."

Şamil Nurəliyev Misir Mərdanovun qərarının əleyhinə

Rayonda olarkən daha bir maraqlı məsələni də bizə bildirdilər. Məlum olur ki, Şamil Nurəliyev Təhsil Nazirliyindən xəbərsiz direktor və müəllim təyin edir... Məsələn, Saatlının Əzizbəyov adına şəhər orta məktəbinin direktoru neçə illərdir ki, Şamil müəllimin əmri ilə işləyir. Rayonun Qara Nuru kənd tam orta, Dədə Qorqud və digər kəndlərində diplomu olmayanlar, heç bir təhsil müəssisəsini bitirməyənlər pedaqoji kollektivin üzvləridir. Bunun səbəbini yalnız təhsil şöbəsinin müdiri Şamil Nurəliyev bilir. Belə "müəllimlər" nəyin hesabına işə girib, bunu müdirin özü yaxşı bilir... Buna görə də Saatlı təhsilində özbaşınalıq barədə nə yazmısınızsa, hamısı doğrudur...".

***

Rayonda olanda şikayət məktubundakı digər məsələlərə də aydınlıq gətirdim, bəzi araşdırmalarımı davam etdirdim... Bu barədə növbəti yazılarımda bəhs ediləcək.

Nəhayət, Bakıya qayıtmaq məqamında yenə də ürəyim dözmədi, vicdanımın səsi ilə Şamil Nurəliyevlə görüşmək üçün bir daha Saatlı Təhsil Şöbəsinə baş çəkdim. Düzdür, jurnalist olduğumu gizlətdim, çünki jurnalist deyəndə ağına-bozuna, kimliyinə baxmadan elə bil "qutuda ilan" görürlər. Odur ki, Şamil müəllimin katibəsindən Qara Nuru kəndindən gəldiyimi deyib xəbər aldım. Dedilər ki, sabah gəlin, guya yanında nazirlikdən adam var... Və guya mən adam deyildim... Sonra yenidən sonuncu addımı da atdım və Şamil müəllimin hər iki mobil nömrəsinə zəng etdim. Yenə də daşdan səs çıxdı, bu telefonlardan yox...

Mövzuya qayıdacağam. / “Tezadlar” /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Bu gün, 17:18
Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Bu gün, 17:15
Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Bu gün, 17:12
“Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Bu gün, 17:06
Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Bu gün, 17:02
“Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Bu gün, 16:59
15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Bu gün, 16:57
Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 16:53
Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:41
AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Bu gün, 16:29
Gürcü hərbi attaşe Papikyanla görüşdü
Bu gün, 16:28
Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Bu gün, 16:25
Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Bu gün, 16:22
"MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Bu gün, 16:20
Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Bu gün, 16:11
İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Bu gün, 16:07
Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Bu gün, 16:04
ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Bu gün, 15:59
Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Bu gün, 15:52
Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ
Bu gün, 15:43
Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 15:40
Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR - BUNA GÖRƏ...
Bu gün, 15:38
Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Bu gün, 15:33
Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Bu gün, 15:26
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Bu gün, 15:21
Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Bu gün, 15:19
Əvvəl sevindi, bir neçə dəqiqə sonra isə həbsə getdi - TƏFƏRRÜAT
Bu gün, 15:08
Qiymətləndiricilərin peşə bacarığı səviyyəsinin yüksəldilməsi məqsədilə növbəti kurs keçirilib - FOTO
Bu gün, 15:03
Zaqatalalı “Dadaş”, “Silvestr” və lənkəranlı avtoritetlər – Azərbaycan MAFİYASI NECƏ YARANDI?
Bu gün, 15:00
Ramiz Mehdiyevin kürəkəni hüquqdan sui-istifadə edir – Yenə məhkəməni təxirə saldırdı
Bu gün, 14:54
Gözətçi "Kapital Bank"a kredit almağa getdi - 200 manat cərimələndi
Bu gün, 14:48
İcra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün Azərbaycandan qaçdı - TƏFƏRRÜAT
Bu gün, 14:46
Ana məktəbli övladına ayaqqabı belə ala bilmir... - GİLEY
Bu gün, 14:32
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 14:21
Qarabağ belə azad edilib: - Ermənistan rəsmi şəkildə etiraf etdi
Bu gün, 14:17
Ora da Azərbaycanındır, geri çəkilməliyik - Simonyan
Bu gün, 14:15
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
Bu gün, 14:14
Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... - İLGİNC İDDİA
Bu gün, 14:08
Paşinyan özü Bakıya gəlmək istəyir, amma umacağı var - RƏY
Bu gün, 14:02
Evləri zərər görmüş vətəndaşlara kompensasiya veriləcək? - AÇIQLANDI
Bu gün, 14:00
Neft tədarükünün və ixracının azalması Azərbaycan iqtisadiyyatını nə ilə təhdid edir?
Bu gün, 14:00
İsraildə tutulan Azərbaycan əsilli İran casuslarından YENİ XƏBƏR - TƏFƏRRÜAT
Bu gün, 13:56
“McDonald`s”dakı təhlükə: - Uşaqlarda mədə-bağırsaq infeksiyaları yaradır
Bu gün, 13:50
Dədə Süleymanın ANIM GÜNÜDÜR
Bu gün, 13:37
"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" - Al Jazeera
Bu gün, 13:29
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru