Dədə Süleymanın .....                     "Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" .....                     Həkimlərə 30 xəstə limiti? .....                     Atlantikdən gələn təhlükə: .....                     Ermənistan ordusunda "bardaq" hökm sürür .....                     İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə .....                     Arabir duman olacaq .....                     İki insanın ölümünə səbəb olan tunel .....                     Bakıda 371 min manatlıq fırıldaq .....                     Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir .....                     Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib .....                     “Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” .....                     Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb .....                     Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir .....                     Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir .....                     Sülh danışıqlarında erməni quyuları: .....                     DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib .....                     "Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" .....                     İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib .....                     Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama .....                     Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün .....                     BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu .....                     “Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub .....                     “Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır .....                     Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən .....                     Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil .....                     Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin .....                     Ordumuzun zabiti faciəli şəkildə öldü .....                     Xankəndidə erməniəsilli qadın ölüb .....                     MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır .....                     Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir .....                     Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ .....                     Gəncənin və digər iki rayonun prokuroru dəyişdi .....                     ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir .....                     `Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... .....                     Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında .....                     İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: .....                     Bakıda bahalı yas mərasimi .....                 

METYU BRAYZA İLƏ BAĞLI ŞOK FAKTLAR - ARAŞDIRMA
Tarix: 11-10-2011, 12:56 | Çap et
METYU BRAYZA İLƏ BAĞLI ŞOK FAKTLAR - ARAŞDIRMA

DİA.AZ ABŞ SƏFİRİNİN ƏSL KİMLİYİNİ ORTAYA QOYUR

1-ci hissə


DİA.AZ: - Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı hazırki səfiri Metyu Brayza (Matt J. Matthew Bryza) əslində uzun çətinlikdən sonra Azərbaycanda diplomatik fəaliyyətə başlaya bildi. Və hələ də bildirilir ki, Metyu Brayza Azərbaycanda sınaq dövründədir və onun səfirlik missiyasının birdəfəlik təsdiqlənməsi üçün bir illik vaxt verilib.

Təbii ki, bu işdə Amerikadakı erməni lobbisinin müstəsna xidmətləri var. Elə buna görə də ABŞ-ın Azərbaycandakı sabiq səfiri xanım Enn Dörsinin görəvdən alınmasının üstündən iki il keçdikdən sonra Azərbaycanda yeni amerikalı diplomatik fəaliyyətə başlaya bildi. Buna qədərsə ABŞ-dakı güclü erməni təşkilatları Metyu Brayzanın Azərbaycana təyinatını əngəlləməkdə idilər.

Nə baş verirdi? Nədən erməni lobbisi Metyu Brayzanın Azərbaycana təyinatına qarşı idilər? Hər halda, bu sualların cavabı bu vaxta qədər hamımızı düşündürüb. Və əksəriyyətimiz də bu qənaətə gəlmişik ki, Metyu Brayza Türkiyə vətəndaşı Zeyno Barana evli olduğundan erməni lobbisinin hədəfinə çevrilib.

Amma bu arqumentin zəifliyi barədə heç bir zaman düşünməmişik. Çünki Metyu Brayzanın nəinki evləndiyi qadının və hətta özünün belə türkəsilli olması belə heç nəyi dəyişməməli idi. Çünki Amerikanın dövlət siyasətində hansısa şəxsin etnik mənsubiyyəti yox, onun Amerika siyasətinə olan sədaqəti üstün götürülür. Digər yandan, tutalım Metyu Brayzanın özü belə türkdür. Bu zaman da dəyişən heç nə yoxdur. Ona görə ki, onun hansı səviyyədə türkpərəst və Azərbaycanpərəst olmasının ermənilərə heç bir aidiyyatı olmur. Çünki o, Amerikanı Ermənistandan yox, Azərbaycanda təmsil edir.

Əslində isə Metyu Brayzanın nə özü, nə də xanımı etnik baxımdan türk deyillər. Türkiyə vətəndaşı olan Zeyno Baran isə kürd əsillidir. Yəni belədə onun və həm də diplomat həyat yoldaşının bir türk düşməni olmaları lazımdır. Amma yuxarıda da vurğuladıq ki, ABŞ siyasətində etnik kimlik yox, ABŞ dövlətinə olan sədaqət mühüm faktordur.

O zaman ortaya yenə də həmin sual çıxır: Bəs nədən ermənilər Metyu Brayzanın Azərbaycana təyinatının əleyhinə idilər və bu təyinat iki ilə yaxın müddət ərzində yubandı, Metyu Brayza isə birdəfəlik yox, müvəqqəti olaraq səfir vəzifəsinə gətirildi? İş də bundadır və elə buna görə də «Dünya» İnformasiya Agentliyi (dia-az.site) olaraq araşdırmalar aparmaq qərarına gəldik.

Kimdir Metyu Brayza?

İlk öncə bu suala cavab verilməlidir. Və buradan məsələnin əsl mahiyyətini görmək mümkün olacaq. Polyak əsilli Metyu Brayza Amerikanın Stanford universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib. Fletçer Hüquq və Diplomatiya kollecində macistr təhsili alıb. Dörd dil bilir: rusca, polyakca, almanca və ispanca.

2007-ci ilin avqustunda hələ Stanford Universitetində təhsil alarkən tanış olduğu Zeynao Baranla evlənib. Və onun toy mərasimi İstanbulda baş tutub.

Zeynao Barana gəlincə isə onun Türkiyədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agentlərindən olduğunu hər kəs bilir. Stanford universitetinin iqtisadiyyat və beynəlxalq münasibətlər faklutəsinin məzunu olan Zeynao Baran türkiyəli məşhur iqtisadiyyat adamı Kamal Dərvişlə birgə Dünya Bankı qrupunda təmsil olunub. «CSİS», «Nixon» və «Neo Con Hudson»-da Türkiyə bürolarının rəhbəri olaraq çalışıb. Bildirək ki, Türkiyənin «Vətən» qəzetinin keçmiş sahibi Zəfər Baranın ögey qızı olan Zeyno Baran Amerika CİA-nın agenti olaraq Gürcüstan və Qırğızıstandakı məxməri inqilabların baş tutmasında müstəsna rol onyayıb.
Metyu Brayzaya gəlincə isə o, Azərbaycana səfir təyin olunana qədər böyük bir yol keçib.

Metyu Brayza ABŞ dərin dövlətinin adamıdır

Metyu Brayza ilə bağlı araşdırma apardığımız zaman çox ilginc faktlara rast gəldik. Məlum olur ki, ABŞ-ın Azərbaycandakı hazırki səfiri postunu tutan bu şəxs heç də sıradan birisi deyilmiş. Bu barədə böyük araşdırma aparmış Türkiyənin məşhur simalarından olan Ərol Bilbilik Metyu Brayzanın adının ABŞ dərin dövlətinin 33 əsas adamının siyahısında olduğunu iddia edir.

Haşiyə: Ərol Bilbilik kimdir? Bu haqda qısa məlumat verək. Ərol Bilbilik 1956-cı ildə Türkiyə Dəniz Hərb Məktəbindən məzun olub. Amerika Birləşmiş Ştatlarında «müdafiə idarəçiliyi» istiqaməti üzrə təhsil alıb. 1971-ci il 9 Mart hərəkatı zamanı həmin dövrdə Türkiyə dəniz qüvvələrində mayor rütbəsində təmsil olunurdu və o hərəkatdan sonra Türkiyə Dəniz Qüvvətləri Qərargahı ilə əlaqələri kəsilir. Həmin proseslər zamanı həbs olunan ərol Bilbilik «Zivərbəy köşkü» kimi tanınan hərbi həbsxanada ağır işgəncələr görüb. Qardaş Türkiyənin «Cümhuriyyət», «Aydınlıq», «Teori», «Yeni Həyat», «Geopolitika» və «Berfin Baharı» kimi mətbu orqanlarında müəllif araşdırma yazıları ilə çıxış edib və etməkdədir.

Ərol Bilbilik iddia edir ki, ABŞ-ın 21-ci əsrdəki dövlət siyasətini Dərin Dünya Dövlətinin 33 əsas adamı müəyyən və icra edir. Bu adamların sırsında isə Metyu Brayza da var. Bildirək ki, həmin siyahıda Azərbaycan vətəndaşlarının da «Qurdlar Vadisi Pusqu» filmindən bir obraz kimi tanıdığı Aron Feller (əslində Graham Edmund Fuller), Madlen Olbrayt, Bill Klinton, Zalmay B. Halilzad kimi ünlü simalar da yer alıb.

Ərol Bilbilik öz araşdırmalarında çox ilginc faktları da ortaya qoyur. Azərbaycan üçün daha vacib olanı isə təbii ki, Metyu Brayza ilə bağlı olanlardır.

Brayza təsadüfi seçilməyib

Gələk Brayzanın karyera yüksəlişi məsələsinə. Beləcə kifayət qədər hazırlıqlı olan Metyu Brayza 1989-91-ci illərdə ABŞ-ın Polşanın Ponzan şəhəridəki konsulluğunda və Varşavadakı səfirliyində yüksək vəzifə tutub. Brayza həmin illərdə Polşa xalqının Milli Müqavimət Hərəkatının yönləndirilməsinə istiqamət verən əsas fiqur kimi diqqətə gəlib. Yəni Lex Valensanın öncüllük etdiyi hərəkata əsas dəstək verən Amerikanı təmsil edən açıq simalardan birincisi olub. Metyu Brayza həmin illərdə eyni zamanda Polşa təhlükəsizlik xidmətlərinin fəaliyyətindən və regional siyasətdən də sorumlu olub.

Bir sözlə Polşadakı fəaliyyəti zamanı çox mühüm bir missiyanı öhdəsinə götürən Metyu Brayza əslində keçmiş SSRİ-nin Şərqi Avropadakı tənəzzülünün memarlarından biri hesab olunmaqdadır. Onun polyakca və rusca danışıq qabiliyyəti də fəaliyyətində yardımçı olub.

SSRİ dağılandan sonra isə artıq missiyası başa çatan Metyu Brayca ABŞ Xarici İşlər Nazirliyində Avropa və Rusiya əlaqələri istiqamətində çalışıb və bu fəaliyyəti də 1991-ci ildən 1995-ci ilə qədərki dövrü əhatə edib.

1995-97-ci illərdə isə artıq yeni görəvə istiqamətləndirilən Metyu Brayza Amerikanın Rusiyadakı səfirliyinə təyinat alır. Və həmin illərdə ABŞ-ın Rusiyadakı səfiri Tomas Pikerinqin şəxsi müşaviri postunu tutur. Və bu postu ona Rusiya Dumasından, Rusiyanın Kommunist Partiyasının fəaliyyətindən, Dağıstan Respublikası və Cənubi Qafqaz respublikalarından sorumlu olması məsuliyyətini yaradır. Yəni bu missiya ilə 2 il ərzində Metyu Brayza Rusiyada fəaliyyət göstərir. Bu isə artıq polyak əsilli Amerika diplomatının Cənubi Qafqaz regionu ilə bağlı ilkin təmsları kimi qiymətləndirilir.

Nəhayətdə 1997-98-ci illərdə Metyu Brayza konkret olaraq Cənubi Qafqaz regionuna təhkim olunur. Həmin illərdə o, ABŞ-ın Qafqaz və Orta Asiya regionunda iqtisadiyyat və islahat proqramları üzrə sorumlu səfiri Riçard Morninqstarın şəxsi müşaviri vəzifəsini tutur.

2001-ci ilin aprel ayında isə Metyu Brayza Türkiyə, Yunanıstan, Kipr, Qafqaz, Orta Asiya və Xəzər enerji siyasətinə nəzarətdən sorumlu olan Beynəlxalq Təhlükəsizlik Şurasının direktoru vəzifəsinə gətirilir. Bu şuranın isə hansı missiyanı daşıdığını artıq Azərbaycanda həri kəs bilir. Buna qədərsə, yəni 1998-ci ilin iyun ayından 2001-ci ilin mart ayına qədər ABŞ prezidentinin, eyni zamanda Amerika Xarici İşlər Nazirliyinin Xəzər bölgəsi və enerji diplomatiyası üzrə özəl müşaviri vəzifəsini tutan Metyu Brayza bu vəzifəsi boyunca Amerika Birləşmiş Ştatlarının Xəzər regionundakı enerji, neft və təbii qaz siyasətini kordinə edib.

Brayzaya erməni antipatiyası

Bir sözlə, təsadüfən görəv başına gətirilməyən Metyu Brayzanın ermənilər tərəfindən «arzuolunmaz şəxs» elan edilməsi də təsadüfi deyil. Hər halda, yuxarıda danışdığımız keçid yolları bu şəxsin hansı əhəmiyyətdə vacib bir fiqur olduğunu təsdiqləyir.

Elə Azərbaycandakı qısa müddətli fəaliyyəti boyunca da Metyu Brayza əvvəlki səfirlərdən çox fərqləndiyini sübutlamaqdadır. O, nə tamahkar Stenli Eksudero deyil, nə də pensioner Rino Harniş. Onun Enn Dörsidən də ciddi fərqləri var. Doğrudur, adını çəkdiyimiz Stenl Eskudero bu gün Azərbaycanda elə tanınır ki, sanki, o artıq Amerika dövlətinə xidmətdən vaz keçərək artıq özünə xidmətlə məşğuldur, yəni pul qazanır. Amma əslində məsələ heç də göründüyü kimi deyil.

Bildirək ki, həm də Amerika-Azərbaycan Ticarət Palatasına rəhbərlik edən ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero Azərbaycanda «McDonalds» restoranlar şəbəkəsinin və bir sıra iqtisadi strukturların sahibi, eləcə də Nardaran sakinlərinin qənimi kimi tanınır. Keçmiş səfirin Nardaran kənd sakinlərinə məxsus böyük pay torpaqlarını qanunsuz olaraq ələ keçirdiyini mətbuatdan hər kəs yaxşı bilir.

Və bu gün elə bir təəssürat yaradılır ki, guya, Stenli Eksudero artıq ABŞ dövlətinin siyasi çevrələri ilə əlaqələrini tam olaraq kəsib. Əslində isə bu, heç də belə deyil. Məlumatlı şəxslər də yaxşı bilir ki, ABŞ dövlətinin az qala simvolu kimi qəbul edilən «McDonalds» restoranlar şəbəkəsi əslində Amerikanın bir tanıtım nişanı, eyni zamanda kamufulyajlı kəşfiyyat bazasıdır. Buna görədir ki, ABŞ əleyhinə çevrilən xalqların ilk hədəflərindən biri də ölkələrindəki «McDonalds» restoranları olur. Elə qardaş Türkiyədə də «McDonalds» restoranlarının ayrı-ayrı filialları bir neçə dəfə terrora məruz qalıb.

Buna görədir ki, bir sıra diplomatik qaynaqlar hələ də Stenli Eskuderonun görəv başında olduğunu, onun Azərbaycanda ABŞ-a xdmət missiyasının bitmədiyini, əslində əbədilik qazandığını iddia edirlər. Yəni Stenli Eskudero iqtisadi fəaliyyət pərdəsi altında ABŞ-ın Azərbaycandakı daimi simasıdır.

Amma buna baxmayaraq, Stenli Eskuderodan daha vacib və səlahiyyətli fiqur olan, Ərol Bilbilik tərəfindən dünyanı yönəldən 33 məşhur simadan biri kimi təqdim edilən Metyu Brayza əslində ABŞ-dakı erməni lobbisi tərəfindən məhz bu kimi keyfiyyətlərinə görə sevilməyib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dədə Süleymanın ANIM GÜNÜDÜR
Bu gün, 13:37
"Blinkenin Yaxın Şərqə səfəri yenə də nəticəsiz qalacaq" - Al Jazeera
Bu gün, 13:29
Həkimlərə 30 xəstə limiti? - RƏSMİ CAVAB
Bu gün, 13:27
Atlantikdən gələn təhlükə: - İki ölkə donacaq, Azərbaycan isə...
Bu gün, 13:24
Ermənistan ordusunda "bardaq" hökm sürür - erməni mediası
Bu gün, 13:15
İcra məmuru yarım milyon manat zərər pulunu naməlum hesaba köçürüb - məhkəməni də saymır
Bu gün, 13:10
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən protest üzrə MƏHKƏMƏ BAŞLAYIB
Bu gün, 13:08
Arabir duman olacaq - belə deyirlər...
Bu gün, 13:07
İki insanın ölümünə səbəb olan tunel - Günahkar tapılacaq?
Bu gün, 13:05
Bakıda 371 min manatlıq fırıldaq - Şirkət rəhbərinə cinayət işi açıldı
Bu gün, 13:02
Ermənistan Ukraynadakı müharibə hesabına qazanc əldə edir - "Euronews"
Bu gün, 12:54
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:52
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq” - Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT
Bu gün, 12:51
Azərbaycan müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO
Bu gün, 12:43
Dilarə Aygün Kazımovanı “Eurovision”da görmək istəyir
Bu gün, 12:39
Misir Mərdanovun qardaşı otel tikdirib, ustaların pulunu vermir - VİDEO
Bu gün, 12:36
Sülh danışıqlarında erməni quyuları: - Paşinyanla Simonyan üz dəyişirlər
Bu gün, 12:32
DİN “ASAN xidmət” mərkəzlərində vakant olan vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edib - DİQQƏT
Bu gün, 12:28
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Bu gün, 12:25
İran kəşfiyyatında Azərbaycan izi: 600-ə yaxın tapşırıq yerinə yetirilib - “Eronews”
Bu gün, 12:17
Keçmiş deputatdan cinayət işi ilə bağlı açıqlama - "İstintaqa cəlb olunmamışam..."
Bu gün, 12:15
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak etmək üçün Kazana səfər edib
Bu gün, 12:14
BRİCS toplantısı ərəfəsində vacib razılaşma əldə olundu - İNCƏLƏMƏ
Bu gün, 12:12
“Bakı Hərrac Mərkəzi”nə yeni direktor təyin olunub - DOSYE
Bu gün, 12:09
“Finca Azerbaijan”ın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - Bununla da...
Bu gün, 12:07
Pirşağıda işbazlar dəniz qumunu belə daşıyır - FOTO
Bu gün, 12:04
Gürcüstan müxalifəti zorla hakimiyyət dəyişikliyi etmək istəyən “5-ci kolon” kimi fəaliyyət göstərir
Bu gün, 11:59
Siqaret tullantılarına görə bu qədər cərimə doğru deyil - ETİRAZ
Bu gün, 11:49
Kürdəmir İcra Hakimiyyətinin sabiq vəzifəli şəxslərinin bəzilərinin müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarılıb
Bu gün, 11:47
Ordumuzun zabiti faciəli şəkildə öldü
Bu gün, 11:45
Xankəndidə erməniəsilli qadın ölüb - Səhiyyə Nazirliyi məlumat YAYDI
Bu gün, 11:40
MSK yenidən formalaşacaq: Məzahir Pənahov postunda qalır - GƏLİŞMƏ
Bu gün, 11:37
Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir - Parlament sədri
Bu gün, 11:27
Dövlət Gömrük Komitəsində ÖZBAŞINALIQ – Görünməyən əllər və milyonluq yeyintilər
Bu gün, 11:25
Gəncənin və digər iki rayonun prokuroru dəyişdi - ƏMR
Bu gün, 11:21
ABŞ liderinin məktubdakı mesaj: Bayden uğur hekayəsi yazmaq istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:10
`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Bu gün, 11:07
Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 11:01
İki nəfərin boğulduğu tuneli tikən şirkətdən açıqlama: - "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
Bu gün, 10:59
Bakıda bahalı yas mərasimi – Onlarla lüks avtomobil, ucsuz-bucaqsız çadır…
Bu gün, 10:57
Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub” - deputat
Bu gün, 10:44
Xəlil Göyüşov həbs oluna bilər – iki nəfərin ölümü...
Bu gün, 10:41
Əliyev və Paşinyan ilin sonunadək sülh bağlanmasına nail ola bilərmi?.. - Baydenin çağırışı...
Bu gün, 10:36
Sərhədlər Göyçə gölünün ortasından keçir: Tarixi sənədlər masaya qoyuldu - GƏLİŞMƏ
Bu gün, 10:34
Oktyabrın 25-də bütün müavinət və təqaüdlər ödəniləcək - MÜJDƏ
Bu gün, 10:29
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
Bu gün, 10:27
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
Bu gün, 10:23
Erməni prezidentin “yuxuları”: Xankəndinə qayıdış, dustaqlar... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:22
Tərtər rayonunda pambıq yığımına start verilib - FOTO
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru