Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                     "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada .....                     “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” .....                     Parisin Bakıya “cırtdanlar”la hücumu .....                     Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub .....                     Müxalifət partiyası YAP-ı .....                     Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi .....                     Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu .....                     “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” .....                     Uşaqpulu bu tarixdən bərpa olunacaq? .....                     Növbədə psixoloqlardır: .....                     Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... .....                     Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir .....                     `LEO BANK` yenə də aldadır... .....                     Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb .....                     Model Razi ANA OLDU .....                     Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib .....                     Günah nə SOCAR-dadır, nə Santuşda .....                     Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq .....                     Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu .....                     “400 minlik yeyintidən xəbərim olmayıb” .....                     Dənizçilər üçün UNİKAL VƏSAİT: .....                     Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır .....                     Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? .....                     İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb .....                     Məktəblərdə ciddi çatışmazlıq .....                     “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib .....                     Erməni deputat dilə gəldi: .....                     Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib .....                     Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur .....                     Şər-böhtan kampaniyası iflasa uğradı .....                     Azərbaycanda BOKT ləğv edilir .....                     Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... .....                     Elza Seyidcahanın iddiasına .....                     Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir .....                 

“MƏNƏ QARŞI TƏZYİQLƏR BAŞLAYIB...”
Tarix: 15-09-2011, 15:29 | Çap et
“MƏNƏ QARŞI TƏZYİQLƏR BAŞLAYIB...”

RƏŞAD MƏCİDİN OĞLU TƏZYİQLƏRDƏN DANIŞDI

“Qol.az” idman portalının baş direktoru, Rəşad Məcidin oğlu Mirhacib Məcidin “Qafqazinfo”ya müsahibəsi

- “Qol.az” nə vaxt yaranıb?
- Bizim sayt 2008-ci ilin noyabrın 17-də, “525-ci qəzet”in 16 yaşı tamam olan gün yarandı. Özümüz əvvəlcədən elə planlaşdırdıq ki, həmin günə düşsün. Bizim üçün maraqlı idi ki, həmin gün “525-ci qəzet”i “Qol.az”la təbrik edək.

- Yəni, öz qəzetinizə bir növ sayt hədiyyə etdiniz...
- Bəli sürpriz və maraqlı hədiyyə etdik. Saytın yaranması xəbəri çıxanda saytlarda yazmışdılar ki, “525-ci qəzet” öz ad gününü yeni layihə ilə qeyd edir. Artıq iki aydan sonra fəaliyyətinin 3 ili tamam olacaq.

- Elə yaranan gündən rəhbəri sizsiniz?
- Bəli

- “Qol.az” idman saytı...
- Adı idman portalı gedir, amma hələlik yalnız futbol xəbərləri yayımlayırıq. Digər idman növlərindən demək olar ki, heç nə vermirik.

- Bəs Aydın Bağırovun bu saytda işi nədən ibarətdir?
- Aydın Bağırov həm “525-ci qəzet”in redaktorudur, həm də “Qol.az” saytının da baş redaktoruluğunu edir.

- Bəs siz nə iş görürsünüz?
- Mənim vəzifəm baş direktordur.

- İşinizdən razısınızmı?
- İşim çox maraqlıdır. Mən gözümü açandan evdə jurnalistika ilə bağlı xəbərlər eşitmişəm, media ilə bağlı söhbətlərin içində olmuşam. Mənim üçün bu sahə həmişə maraqlı olub.

- Adətən jurnalistlərin övladlarına bu peşə maraqlı olmur, onlar başqa işlərlə məşğul olurlar. Yəni, jurnalistlərin həyatı o qədər də rəvan keçmədiyinə görə... Nə əcəb atanızın həyatı Sizə maraqlı gəldi?
- Bəlkə də bir az ona görə ki, mən gələcəkdə özümü Rəşad Məcid kimi görmək istəmişəm. Ona baxmışam, istəmişəm ona oxşayım. Yəni, hardasa ola bilsin, bununla bağlılıq var. Atamın düz yaşadığını, zəhmətlə-əziyyətlə işlədiyini, bunun nəticəsində isə qələbə, uğur qazandığını görmüşəm.

- Bu məsələyə toxunacağıq. İstəyirəm “Qol.az”la bağlı məsələni yekunlaşdıraq. Siz futbol xəbərləri verirsiniz. Belə bir fikir var ki, Azərbaycanda futbol yoxdur. Futbolu olmayan bir ölkədə futbol saytı işlətmək nə dərəcədə maraqlıdır?
- Məntiq var. Biz 2008-ci ildə belə bir layihə haqqında fikirləşirdik. Mən deyəndə ki, belə bir ideyam var, sizin dediyiniz fikirləri səsləndirənlər oldu. O zaman Azərbaycanda demək olar ki, bir ya iki idman saytı var idi.

- İdeya şəxsən Sizindir?
- Bəli, ideya mənimdir. Amma həyata keçirilməsində təbii ki, Rəşad Məcid dətsək olub.

- Hə deyirsiniz ki, saytı yaradanda idman saytı çox az idi...
- Üç il əvvəl heç nə yox idi. Amma biz bu günlərdə hesablamışıq ki, Azərbaycanda 22 idman saytı var. Baxmayaraq ki, Onlardan cəmi bir neçəsi populyardır, oxucusu var. Bu arada deyim ki, Azərbaycanda futbol da son illər inkişaf edib. Klublararası rəqabət güclənib. Futbolda bir canlanma əmələ gəlib. Yəqin bu işdə cüzi də olsa idman saytlarının rolu var. Ümumiyyətlə, günü-gündən futbola marağın artması məni sevindirir.

- Yəni, deyirsiniz ki, idman saytları futbolumuzu da inkişaf etdirə bilər.
- Bəli, əlbəttə ki, təsir edir. Əvvəllər, qeyd etdiyim 2-3 sayt olan dövrlə müqayisə edək. Məsələn, klub rəhbərləri açıqlama verirlər, bir-birilərinə atmacalar atırlar. Məncə, bu şeylərdə idman saytlarının rolu danılmazdır, yəni futbolun canlandlrılması məsələsində.

- Bir sözlə, işləyirsiniz.
- Çox işləyirik, həvəslə işləyirik. Sayt gecə saat 03.00-dan saat 09.00-a qədər istisna olmaqla dayanmadan yenilənir. Biz saat 03.00-a qədər işləyirik, saat 09.00-da yenə öz işimizə başlayırıq. Çox ağır şəraitdə olsa da, maraqlı işdir. Bizim üçün maraqlıdır, həm də baxırıq, sevinirik ki, qısa müddət ərzində “qol.az” artıq Azərbaycanda ən çox oxunan, Azərbaycan dilli idman saytıdır.

- Nə qədər oxunur?
- Sayta stabil olaraq, 4 min, 4500 ip-dən giriş var. İngilis və rus dili versiyası yoxdur, sırf Azərbaycan dilindədir. Bu yerdə vaxtı ilə futbol şərhçiliyi edən Altay Əliyevin də zəhmətini qeyd etmək istərdim. Onun saytımızın məşhurlaşmasında böyük rolu olub.

- Xarici dildə versiyasının hazırlanması ideyası varmı?
- Bu ideya var. Həyata keçirmək üçün o qədər ideyam var ki...

- Məsələn nə?
- Məsələn, çox istəyərəm ki, yaxın zamanda internet televiziya yaradaq.

- İdmanla bağlı?
- Xeyr, idmanla bağlı olması şərt deyil, ümumiyyətlə, internet televiziya. Mənim onu daha maraqlı edə biləcək fikirlərim var. Fikirləşib, bir az da qətiləşdirib yaxın zamanlarda növbəti layihə kimi hazırlamaq istəyirəm.

- “525-ci qəzet”lə bir yedə işləmək Sizə sıxıntı vermir?
- “525-ci qəzet”in redaksiyasında bir neçə sayt fəaliyyət göstərir. Biz varıq, “modern.az” var, “axar.az” və qəzetin özü var və s.

- Eşitdim birini də gətirmək istəyirlər.
- Orada otaq qalmayıb, artıq yer yoxdur. Bizim üçün bir neçə redaksiya ilə bir yerdə çalışmaq heç bir maneçilik törətmir. Sağ olsun, Rəşad müəllim. Biz özümüz olsaydıq, gedib haradasa yer tapmalı idik, ona icazə almalı idik, internet çəkdirməli idik. Yenə deyirəm, sağ olsun Rəşad müəllim kömək edir. Yəni, bizim üçün heç bir problem yoxdur, əksinə xeyirdir, bizə köməkdir. Təbii ki, adam istəyər ki, özünün başqa ofisi olsun, daha rahat işləsin.

- Rəşad Məcid işlərinizə müdaxilə etmir?
- Xeyr, müdaxilə etmir, qətiyyən.

- Bəs evdə necə?
- Rəşad Məcid mənə ən yüksək səviyyədə demokratiya verib. Tək mənə yox, məndən başqa iki qardaşım var, üçümüzə də demokratiya verib. Amma, biz həmişə hiss etmişik ki, üstümüzdə nəzarət var. Kənardan, bizə hiss etdirmədən nəzarət edib.

- Ailədə ən böyükk övlad sizsiniz.
- Bəli, ailədə ən böyük mənəm. Dediyim kimi müstəqilliklə bərabər, biz də çərçivəni bilirik. Yəni, əndazəni aşmırıq. Ona görə də, bizim müstəqilliyimiz qorunub saxlanır. Atam hər şeydə bizə etibar edib, inanıb.

- Sizin neçə yaşınız var?
- Avqustun 10-da 24 yaşım tamam oldu.

- Hansı bitiribsiniz?
- Mən Bakı Slavyan Universitetinin İngilis-çex dilləri üzrə Tərcümə fakultəsini bitirmişəm. Yəni, mənim ixtisasım ingilis dilindən çex dilinə tərcümə olub. Mənim ümumiyyətlə, həvəsim var idi ki, slavyan dillərindən birini öyrənim. Elə oldu ki, çex dili alındı. Deməli, 4 il təhsil aldım. Bir il də Çexiyada oxudum. Məni Bakı Slavyan Universitetindən göndərdilər Çexiyanın Zin şəhərinə, orada təhsil aldım. Fürsətdən də istifadə edib bizim rektorumuz Kamal Abdullaya təşəkkürümü bildirmək istəyirəm. Kamal müəllim həmişə gənclərin elə dayağındadır ki, inanmıram Bakı Slavyan Univeristetində elə bir tələbə olsun ki, ondan Kamal müəllim haqqında soruşanda əleyhinə bir söz desin. O bizim hamımızın sevimlimizdir. Oxuduğumuz 4 il ərzində çox gözəl münasibətlərimiz var idi. Mənim Çexiyada təhsil almağıma da o, köməklik göstərdi.

- Orduda xidmət edibsiniz?
- Şəkidə, Dövlət Sərhəd Xidmətində qulluq etmişəm.

- Bəs o biri qardaşlarınız nə iş görür?
- O biri qardaşlarım, məndən kiçik olan, Ayxan bu il Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili fakultəsini bitirdi. O biri qardaşım Ümid isə 4-cü kursda oxuyur.

- Atanıza hansınız oxşayırsınız?
- Həmişə deyirlər ki, mən oxşayıram. Bəzən olub ki, mənə baxıb deyiblər ki, bu, oğlan Rəşad Məcidin oğludur.

- Bayaqdan Rəşad müəllimə oxşamaq istədiyinizi bir-neçə dəfə deyibsiniz. Rəşad Məcidə oxşayacaqsınızsa, bəs Siz özünüz harada qalacaqsınız? Adam özü olar axı...
- Əksinə, mən ona oxşamaq istəyirəm. Düzdür, çətindir Rəşad Məcid olmaq, amma istəyərəm ki, onun kimi olum. Gen deyilən bir şey var. Bu həm də təbiidir, mənim bir neçə xüsusiyyətim də var ki, ona oxşayır. Məsələn, bir hərəkət edirəm, deyirlər ki, eyni ilə Rəşad Məcid kimi etdi.

- Atanız cəmiyyətdə nüfuzu olan bir şəxsdir. Onun ictimai mövqeyi sizi qane edir?
- Bəli, qane edir. İndiki Azərbaycanda atam elə yol tutub ki, buna mütləq qane olmalıyam. O, elə bir statusdadır ki, ona qane olmamaq olmaz. Mən indiyə kimi tək-tük adam göprmüşəm ki, onun haqqında mənfi fikir desin. Bəzi cavan yazıçılar yazırlar, onlar da inanıram ki, ürəkdən yazmırlar bunları.

- O yazıları oxuyanda hisrlənmirsiz?
- Yox, yox. O qədər yazılar oxuyuram ki...

- Son illər atanızın hökumət mövqeli olduğunu iddia edirlər. Dediyimiz kimi, atanız adi adam deyil, tanınmış jurnalistdir. Amma, qınayırlar ki, niyə hökumət meyilli yol tutub? Siz necə düşünürsüz düz edib, yoxsa radikal olamlı idi?
- Vallah, indi də ata bəzən elə şeylərə əsəbləşib radikal açıqlamalar verir ki... Rəşad Məcid tanındı, hamı hörmət elədi, istər istəməz iqtidardakı müəyyən adamlarla dostluq münasibətləri oldu. Ancaq atam iqtidarın adamı olsaydı millət vəkili olardı, nazir olardı, yaxud yüksək vəzifə tutardı. Ata həm iqtidarın, həm müxalifətin, həm də bütün cəmiyyətin hörmət bəslədiyi, dəyər verdiyi az saylı ziyalıdır. Mənim özümə də həmişə maraqlı gəlib ki, bəzən özündən də soruşuram, necə olur ki, ən müxtəlif mövqeli adamlar ona dəyər verir? Bunları necə yoluna qoyur ki, heç kim ondan incimir. Hamının dilini bilir, hamını yola gətirməyi bacarır.

- Rəşad Məcid Yazıçılar Birliyinin katibidir, “525-ci qəzet”in baş redaktorudur, Mətbuat Şurasının üzvüdür. Hələ başqa bir-iki vəzifəsi da var. Bu qədər vəzifəni evə necə gətirir? Valideynin bir vəzifəsi olar də...
- Yəqin tələb olub ki, ata bu vəzifələrə təyin olunub. Atanın özünün də açıqlamaları olub bununla bağlı. Mən dəqiq bilirəm ki, o, heç vaxt vəzifə hərisi olmayıb. Hansisa vəzifə uğrunda hər hansı artıq hərəkət etməz. Həmişə öz çəkisini, öz sanbalını qoruyub. Mənə elə gəlir ki, ona ehtiyac var ki, o, bu vəzifələrdə var.

- Evdə də bütün vəzifələri yoluna o, qoyur?
- Yox, təbii ki, xırda məsələləri özümüz həll edirik, amma evdə əsas yük onun çiyinindədir. Tək bizim ailənin yox, nəslin yükü atanın çiynindədir. Ona görə də, biz də yavaş-yavaş başlayırıq fəaliyyət göstərməyə ki, o yükün heç olmasa bir faizini onun çiynindən alaq.

- Ananız işləmir?
- Xeyr, evdar xanımdır.

- Biz qeyd etdik ki, Rəşad müəllimin 5-6 vəzifəsi olmasına baxmayaraq, onun ən böyük vəzifəsi və əsas işi jurnalistikadır. Bunu özü də deyir. “525-ci qəzet” az qala Sizinlə yaşıd olar.
- Demək olar ki, hə. Sonuncu qardaşım 1991-ci ildə doğulub, “525-ci qəzet” isə 1992-ci ildə ilk dəfə çapdan çıxıb. Artıq 19 ildir ki, hər gün bizimlədir. Hər səhər evimizə gəlir. Belə demək mümkünsə, biz üç yox, dörd qardaşıq...

- Sizin bu “qardaşınız” uzun müddət ölkənin nüfuzlu qəzeti olub. Amma indi niyə oxumurlar onu?
- Mən belə deyim də, “Qafqazinfo”nu niyə oxuyurlar? “Qafqazinfo”nu ona görə oxuyurlar ki, onun müstəqilliyi var. Məsələn, mən oxucuyam. “Qafqazinfo” yaranana qədər müəyyən saytlar var idi. Mən adını çəkmirəm, əvvəllər gündə on dəfə girdiyim sayta, indi gündə bir dəfə günün sonunda girib ümumi baxıram. Amma “Qafqazinfo”nu tez-tez yeniləyib, oxuyuram. Ona görə ki, orada müstəqillik var, maraqlı nə isə tapa bilirəm. oxucuya da maraqlı məlumat vermək lazımdır və bir az da sərt yazmaq lazımdır. Oxucu məncə bunu istəyir. “525-ci qəzet” isə başqa mövqe tutub. Hazırda “525-ci qəzet” siyasətdən çox ədəbiyyat nümunələri verir. Onun şənbə nömrəsində buna daha çox yer verilir. Ona görə də əvvəlki kimi reytinqi yoxdur.

- Yaxşı olmazdı ki, əvvəlki kimi olsun?
- Yaxşı olardı. Atanın bir dəfə “Yeni Müqsavat” qəzetində bir müsahibəsi var idi. Orada deyirdi ki, mən istəsəm indi elə qəzet buraxaram ki, ölkədə çaxnaşma düşər. Rəşad Məcid bu dəqiqə elə mövqedədri ki, ona 10-15 il əvvəl çıxardığı qəzet kimi qəzet çıxartmaq çətin olar. Çünki, indi hamı ilə dostdur. Hamı ilə yaxşı münasibəti var, kimin əleyhinə yazı verərsə, düşünəcək ki, bu dostumdur, bu tanışımdır. Həm də ki, atada bir az yumşaqlıq var. Ata özü necə ürəyi yumşaqdırsa, “525-ci qəzet” də elə çıxır. Yəni, o, ayrı cür ola bilməz.

- Siz necə düşnürzüz, qəzet , “525-ci qəzet” kimi olmalıdır?
- Mətbuat azad olmalıdır, tənqid etməlidir. Lakin Rəşad Məcid indi belə bir qəzet buraxırsa, mənə elə gəlir ki, elə bu cür də qəzet buraxmaq məsləhətdir. Yəni, mən özüm qəzet çıxardıb, ayrıca fəaliyyət göstərmərəm, çünki Rəşad Məcid, belə edirsə, deməli belə məsləhətdir.

- Yəni, atanızın dünyagörüşündən kənara çıxmazsınız.
- Xeyr, heç vaxt. Onun elədikləri, onun danışdılqları, onun mənə dedikləri mənim üçün əsasdır.

- Siyasi partiya üzvü deyilsiz?
- Xeyr, heç bir partiyaya bağlılığım yoxdur, tam müstəqiləm. Hansısa partiya üzvü olmaq fikrim də yoxdur.

- Evlənmək istəmirsiz?
- Evlənmək ciddi məsələdir. Yaş artdıqca, son vaxtlar evdən də təzyiqlər başlayır, amma ata tərəfdən yox, daha çox ana tərəfdən. Qız tapmaq məsələni həll etmir, gərək həyat yoldaşın olacaq xanımla qarşılıqlı anlaşma olsun, bir növ qarşına çıxsın bu adam.

- Deməli evlənməyə hazırlaşmırsınız?
- Bu gün planımda yoxdur. Qarşıdakı bir ildə də görünmür. Daha çox öz işləirmlə məşğul olmaq istəyirəm. Ən azı bir-iki il. Ondan sonra bu barədə düşünmək olar. Tez evlənmək gözəl şeydir. Məsələn, Rəşad Məcid 22 yaşında evlənib.

- Sizə demir ki, evlən?
- Ata heç bir məsələdə bizə təzyiq etmir. Deyir özün bax da, istəyirsənsə evlən, istəmirsən evlənmə. Mən özüm öz aləmimdə istəmirəm, çünki elə bir namizəd də yoxdur. Bəlkə də, namizəd olarsa, evlənərəm.

- Niyə yoxdur, namizəd? İndiki qızlardan sizi qane edəni yoxdur?
- Xeyr, niyə ki... O qədər qəşəng, namuslu qızlar var. Yəqin ki, mənim qarşıma çıxmayıb.

- Facebookda varsız?
- Bəli, varam.

- Ailədə hamınız varsız Facebookda?
- Atam, ortancıl qardaşım, balaca qardaşım da yeni üzv olub.

- Neçə dostunuz var?
- 200-dən bir az çox. Mənim ancaq birbaşa tanıdğım, münasibətdə olduğum adamlar orada dostumdur. Elə adam var ki, yolda gedəndə tanımadığı adam facebookda dostluğunda var. Ondansa elə tanıdığım adamlarla Facebookda dostluğumu davam etdirmək daha yaxşıdır.

- Facebookda tanış olduğunuz qızla ailə qurarsız?
- Xeyr, elə şeyə pis baxmaram. Yəni, Facebookda olmaq nəinsə göstəricisi deyil. Ola bilər danışarsan, bəyənərsən, evlənərsən. Onun fərqi yoxdur. Elə dostlarım var ki, internet vasitəsilə tanış olublar, evləniblər və xoşbəxtdirlər. Elə adamlar var ki, pis baxır Facebookda olmağa, amma məncə zaman keçdikcə o mühafizəkar fikirlər arxada qalır.

- Siz ancaq jurnalist fəaliyyəti ilə məşğulsuz, yoxsa başqa işiniz də var?
- Mən şəxsən özümü dövlət işində görmürəm. Mən elə işlə məşğul olmaq istəyirəm ki, sərbəst olum. Robot kimi saat 9-dan 6-ya kimi işdə oturmaq istəmirəm.

- Bu yaxınlarda Rəşad müəllimin doğum günü oldu. Neçə yaşı tamam oldu?
- Avqust ayının 21-də 47 yaşını qeyd elədi. Amma, hədiyyə almadım.

- Niyə?
- Bilmirəm, ad günü bir az özəl gündür. Bizdə münasibət elədir ki, sanki hər gün onun ad gündür, istəmədim həmin gün ayrıcalıq olsun. Atanın özü də hədiyyə gözləmirdi. O biri qardaşlarım da hədiyyə etməyib. Bəlkə də etmək lazım idi, nə bilim...

- Sanki, öz işiniuzdən daha çmox atanızdan danışmağa meyl edirsiz. Düz hiss etmişəm?
- Təbii ki, atadan danışmaq xoşdur. Səhərə qədər oturub danışa bilərik. Amma, öz işlərimdən də danışmaq olar.

- Azərbaycanda hansı komandaya azarkeşlik edirsiz?
- Bunu deməyim düzgün çıxmaz. O barədə mövqeyimizi qorumalıyıq ki, sonra deməsinlər ki, sayt qərəzlilik edir. Biz ümumiyyətlə, çalışırıq ki, saytda hansısa kluba qarşı rəğbət olmasın. Halbu ki, elələri var deyir ki, “Qol.az” “Qarabağ”ın saytıdır, oradan xəbərlər verir. Amma o elə vaxtlar idi ki, “Qarabağ” Avropa kubokunda uğurlar qazanırdı, mərhələlər keçirdi, istər istəməz gündəm “Qarabağ” olurdu. Bizim klublar o dərəcədə deyil ki, azarkeşlik edilsin. Onlardan hansı beynəlxalq yarışlarda uğur qazansa, bizi eyni dərəcədə sevindirir. Mənim üçün fərqi yoxdur, əsas odur ki, klublar futbol oynayıb, Avroliqalara qatılsın.

- Dünya futbol klublarında hansının azarkeşisiz?
- “Barselona”nın azarkeşiyəm. O kluba sözün əsl mənasında azarkeşlik edirəm. Türkiyədən isə “Qalatasaray”ın azarkeşiyəm, xüsusilə də Fatih Terim gələndən sonra.

- Berti Foqstun işini necə qiymətləndirirsiniz?
- Mən həmişə istəmişəm ki, milli komandanın baş məşqçisi azərbaycanlı olsun. Məsələn, Qurban Qurbanov milli komandaya baş məşqçlik edə bilər. Düzdür, hazırda özünün həvəsi yoxdur, amma o, “Qarabağ”da göstərdiyi oyunu milli komandaya da gətirə bilər. Amma, indi başqa cür düşünürlər, komanda alman texnologiyası gedir. Qarşıda iki oyun var, Türkiyə və Avstriya ilə oyun var, ondan sonra artıq məlum olacaq ki, rəhbərlik qalmalıdır, ya getməlidir. Mənim üçün də o oyunun nəticələri vacibdir. Əgər, hansısa uğur olacaqsa qalsın. Onu da demək lazımdır ki, ilk dəfədir ki, Aazərbaycan milli yığmasının 7 xalı var, indiyə qədər belə bir şey olmamışdı.

- Özünüz futbol oynayırsız?
- Tez-tez oynamıram. Ayda bir dəfə.

- Siyasətlə də maraqlanmırsız?
- Çalışıram uzaq durum. Həvəsim yoxdur. Siyasətlə məşöul olmaqdansa “Qol.az”la məşğul olmaq daha maraqlıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26
Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01
Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Dünən, 15:59
“400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Dünən, 15:56
Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Dünən, 15:52
Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Dünən, 15:22
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:19
İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Dünən, 15:17
Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Dünən, 15:14
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Dünən, 15:08
Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Dünən, 15:01
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Dünən, 14:59
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Dünən, 14:55
Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Dünən, 14:00
Azərbaycanda BOKT ləğv edilir
Dünən, 13:58
Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Dünən, 13:06
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Dünən, 13:02
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Dünən, 12:59
Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Dünən, 12:53
“30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Dünən, 12:48
Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Dünən, 12:45
ABŞ səfirinə İrəvandan cavab: - “Bakı ilə belə bir təmas olmayıb”
Dünən, 12:42
Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir? - “Hraparak”
Dünən, 12:40
"Salyan Kəndnəqliyyat" ASC-nin səhmdarları toplanır
Dünən, 12:36
“Onunla uşağlıqdan dostuq, amma” - Paşinyan istefaya göndərdiyi nazirdən danışdı
Dünən, 12:32
“Ehtiras sevginin “abloşka”sıdır” - “Alatava”nın “Emka”sı
Dünən, 12:25
Gecə bəzi yerlərdə arabir az çiskin olacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:22
Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru