“MEY ŞƏRAB DEMƏKDİR”
Tarix: 10-05-2012, 15:18 | Çap et
“MEYXANA İSƏ ŞƏRAB İÇİLƏN MƏKANDIR”
Meyxana sənəti şou-biznesə qoşulduqdan sonra fəaliyyətini onun qanunları ilə davam etdirməyə başlayıb. Musiqili, hərəkətli ifalar, qalmaqallar, atmacalar və sair bu kimi şoular gündəmə gəlməklə bu sənət də gəlir mənbəyinə çevrilib. Heç təsadüfi deyil ki, meyxana artıq “palatkalar”ı yırtaraq, tinləri adlayaraq böyük səhnələrə və şadlıq saraylarına yol tapıb. Bu zaman tamaşaçının xəbəri olmadan qədim deyişmə sənəti əvvəlcədən hazırlanmış proqramlarla əvəz olunub. Məclislərdə geninə-boluna mədhiyyələr deyilməyə başlayıb. Təbii ki, pul çox olan yerdə maraqlar da toqquşur. Bəlkə elə buna görədir ki, şou-biznesin bu sahəsi də 2 qeyri-bərabər cəbhəyə bölünüb. Bir tərəfdə deyişmə sənətini meyxana adlandıran mühafizəkarlar, digər tərəfdə isə bədiiyə söylədiklərini iddia edən novatorlar. Bugünkü qonağımız novatorları təmsil edən və meyxana kəlməsini inkar etməklə çoxsaylı tənqidlərin hədəfinə çevrilən Namiq Mənadır.
- Özünüz haqda məlumat verərdiniz?
- 1972-ci ilin noyabr ayının 1-də anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Əslim Zəngəzurludur. Ailəliyəm, iki övladım var.
- Necə oldu ki, məhz meyxana sənətini seçdiniz?
- Orta məktəbdə oxuyanda şeirlər yazırdım, əgər şeir demək olarsa. Hiss etdim ki, istedadım var, bədiiyə sənətinə yiyələndim. Artıq otuz ildir bu sənətdəyəm.
- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?
- Baxır müştərinin vəziyyətinə. Olur ki, 1 000 manata, 2 000 manata da gedirəm. İmkansız olanda razılığa gəlirəm. Bu günə də min şükür, naşükür insan deyiləm.
- Qadın pərəstişkarlarınızla münasibətiniz necədir?
- Hamısıyla münasibətim normaldır.
- Pərəstişkar xanımlar üzündən evinizə söz-söhbət düşübmü?
- Heç vaxt bir problem olmayıb. Mən özüm də o şəraiti yaratmıram ki, nəsə söz-söhbət düşsün. Allah eləməsin, Allah uzaq eləsin.
- Aqşin Fateh Hacılara qarşı bir meyxana demişdi. Bir çox Hacılar bunu yaxşı qarşılamadı. Buna səbəb nə idi?
- İnanın ki, eşitməmişəm, o xəbəri sizdən eşidirəm. Aqşinə hörmətim var, çox istedadlı oğlandır. Dediyiniz bədiiyəni eşitmədiyimə görə heç bir fikir bildirə bilmərəm.
- Meyxanada özünüzə kimi rəqib görürsünüz?
- Əsil sənəti olan ziyalıları güclü rəqib görürəm.
- Elşən Xəzərlə münasibətiniz necədir?
- Özü burda yanımda deyil, heç bir fikir söyləyə bilərəm.
- Namiq, meyxananın adını bədiiyə qoymaq istəyirdiniz. Səbəb nə idi? Axı bir çox həmkarlarınızla aranızda soyuqluq yarandı.
- Bilirsiniz necədir? Bu, tək mənim fikrim deyildi, ziyalıların da fikri idi. Meyxana fars sözüdür; mey şərab deməkdir, meyxana isə şərab içilən məkan mənasını verir. Bədiiyə isə bədahətən söz deyilməsidir. Mənim özüm kitabları qiraət etdim, ziyalıların düz fikir söylədiyini bildim. Meyxananın bədiiyə olduğunu bildirdim. «Onu bağışlamaq olarmı?» filminə baxmısınızsa, xanım orda deyir ki, çox gözəl bədiiyə söylədiniz. Bu, keçmişdə belə olub. Mənim şəxsi fikrimdir. Bir çoxları tərəfdən sənət aləmində də müzakirə olundu.
- Özünüzü müdafiə üçün nəyə güvənirsiniz?
- Əlbəttə ki, qanun alidir. Şükür, intellektual səviyyəm yüksəkdir. Təhsilim, savadım var. Müdafiə üçün də yüksək intellektualımla başa salmağa gücüm var.
- Bəs sizi meyxana sənətində ən çox nə narahat edir?
- Son zamanlar qeyri-etik kəlmələr, təhqiredici ifadələr, sənəti hər cür amilə bağlamaq məni çox narahat edir. Belə baxanda sənətdə otuz ildir varam, bunun iyirmi beş ili məni çox narahat edib. İndi görürsən, yavaş-yavaş yoluna düşür. Əsas cümlədir, ona fikir vermək lazımdır. Qurduğun hər bir cümlə intellektual olmalıdır.
- Davamçılarınız varmı?
- İstedadlılarımız çoxdur. Hamısı ilə qürur duyuram. Davamçılarımız var. Səhnə mədəniyyətində, şeir deməkdə, nitqdə özlərini sənətkarlara oxşadırlar. Onlarla da qürur duyuram.
- Sizin davamçılarınız hansı bəhrdən istifadə edir?
- Sehri-bəhri üzərində qurulmuş qəzəldən. Bu gün bu bəhrdən yararlanıb, istifadə edənlər çoxdur. İnkişaf gedir.
- İlk meyxananız hansı qafiyə üstündə olub?
- İnanın, tam yadıma deyil. Uşaq vaxtından Nizami Rəmzidən, Əliağa Vahiddən, Füzulidən, Nəsimidən, Zəlimxandan çox bəhrələnmişəm.
- Olubmu ki, hansısa həmkarınız kimi meyxana demək istəmisiniz, amma alınmayıb?
- Şükür ki, hələ belə bir hadisə olmayıb.
- Bəhrlə demək çətindir, yoxa məna ilə?
- Hər şeyin çətini də var, asanı da. Bəhrlə demək vacibdir. Qaldı hansısa şeiri deyəndə məna olmalıdır. Məna sadəlikdir.
- Kimləri meyxanada görmək istəmirsiniz?
- Hər gülün öz ətri var. Sənət elədir ki, mübarizə aparmaq lazımdır. Bu gün kiminsə adını çəkmək istəmirəm. Mən özümə cavabdehəm. Amma təəssüf ki, var elə insanlar ki, onları sənətdə görmək istəmirəm.
- Sizcə, indiki zəmanədə söz xiridarlarından kim daha güclüdür?
- Bilirsiniz, istedadlılar çoxdur. Birinin adını çəksəm, o biri inciyər. Namiq Qaraçuxurlunu, Vüqar Maştağalını çox sevirəm. Onlar sənətdə çox yeniliklər ediblər. Yeniləri çoxdur, həddindən çox. Bədiiyədə yenilik etmək lazımdır. El şənliklərində pul qazanmaq olar, başa düşürəm. Amma hər şeyi pulla ölçmək olmaz. İlk dəfə rəhmətlik Nizami Rəmzi bədiiyəni klip kimi sevdirdi hamıya. Ondan sonra da Namiq Qaraçuxurlu rəvayətlə yenilik etdi. Namiqlə Vüqarın bədiiyədə çox zəhməti var. Onu itirmək olmaz.
- “Ustadım olmayıb” deyən meyxanaçılar var. Sizcə, onlar hansı yolları gedirlər?
- Getdikləri yolda onlarla rastlaşmamışam. “Ustadım yoxdur” deyənlər də sənətdə kimdənsə örnək götürüb bəhrələnirlər.
- Rəhmətlik Nizami Rəmzi meyxanalarında haqsızlığın, zülmün eybəcərliklərini cəsarətlə tənqid edirdi. Namiq necə? Hansısa ürəyindən gələn sözləri kimlərəsə ismarış göndərə bilib?
- Vətən haqda olan bədiiyələrimdə göndərmişəm ismarışı. 1991-1992-ci illərdə spirtli içkilərə qarşı çıxmışam. Sosial mövzulu bədiiyələrim çox olub.
- Bəs bəzi gənc meyxanaçıların tez bir zamanda populyarlaşmasına necə baxırsınız?
- Əsas naxışın yaxşı gətirməsidir. Elə bədiiyə deyənlər var ki, iki il, beş il bədiiyə deyir, amma görürsən ki, yavaş-yavaş populyar olur. Bir də görürsən, gənc bədiiyə deyir, naxışı gətirir, həmin an xalq tərəfindən sevilir. İstedadlı bədiiyəçi hər bir kəlməsinə fikir verməlidir. Hətta oturuşunu-duruşunu bilməlidir, sənəti düşünməlidir. Hər bir tərzə fikir verməlidir.
- Bəs sizin necə, naxışınız gətirib?
- Şükür Allahıma. Hər şeydən razıyam. 1989-cu ildən indiyədək yüz diskim var, on beş klipim.
- Pula-şöhrətə görə sənətini qurban verənlərə necə baxırsınız?
- Bədiiyəni toylarda deməyə pis baxmıram. Bu, Allahın ruzisidir. Amma bədiiyə deyəndə də hər adamın adıyla toyda gedib pul qazanmaq olmaz. Bir də görürsən, toy məclisində adlar çəkirlər. Bunu da toy yiyəsi yaxşı qarşılamır, mənim də çox xoşuma gəlmir.
- Qalmaqal nə deməkdir sizin üçün?
- Anlaşılmazlıq, iki nəfər arasında xoşa gəlməyən fikirdir. Sağlam rəqabəti, elmi müzakirəni xoşlayıram.
- Həyatdakı mövqeyinizdən razısınız?
- Əlbəttə, razıyam. Allah bağışlayandır.
- Ürəkdən haçan ağlamısınız?
- Torpaqlarımızı itirəndə, valideynlərimin birini itirəndə.
- Qısqanc insansınız?
- Vacib olan insanları qısqanıram.
- Xəyanətə münasibətiniz?
- Çox pisdir.
- Kədəri dəf etmək üçün nə edirsiniz?
- Səbir edirəm.
- Oxu meni. az saytına sualınız varmı?
- Sualım yoxdur, arzum var. Həmişə hər şeyi fakt ilə yazın.
Şou-biznes gecə həyatını əks etdirir. Gecələrdə isə nə qədər çox ulduz olarsa, bir o qədər aydınlıq olar. Amma bir şeyi unutmaq olmaz ki, mütləq qaranlıq gecənin işıqlı bir səhəri olur. Biz də hər kəs kimi şou-biznesi işıqlandıracaq sənət günəşini gözləyirik...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|