KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI
Tarix: 11-05-2012, 17:22 | Çap et
MASALLIDAN OLAN QADIN SAHİBKARA NECƏ “TİRBA TİKİLDİ”?
DİA.AZ: - Masallı rayonunda da qadın sahibkar məmur özbaşınalığından uzun illərdir ki, əziyyət çəkir. DİA.AZ-a müraciət edən Masallı rayonunun Qəriblər kənd sakini, qadın sahibkar Səbirə Mirzəyeva bu iddiadadır. “Turan” kooperativinin rəhbəri olan Səbirə Mirzəyeva deyir ki, 1990-cı il martın 1-də “Azərtikinti”Trestinin “Lənkərantikinti” İdarəsi ilə müqavilə bağlayaraq idarənin 29 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin 1,5 hektar əkin üçün yararlı olan torpaq sahəsini icarəyə götürüb. Sahibkar bərbad vəziyyətdə olan həmin ərazini abadlaşdırıb. 10 ilə yaxın bu ərazidən istifadə edən Səbirə Mirzəyeva burada “Turan” kooperativinin hesabına artezian quyuları qazdırıb, ərazidəki yarımçıq tikililəri başa çatdırıb təmir edib. İcarəyə götürdüyü vaxtdan Səbirə Mirzəyeva həmin ərazinin icarə və digər rüsumlarını da vaxtında ödəyib. Ərazidə infrastruktur qurulandan sonra sahibkar sahəni özəlləşdirmək üçün texniki pasportu da şəxsi vəsaiti ilə hazırladıb, digər sənədləri də toplayıb. Amma, yer qəfil olaraq sahibkardan alınıb və saxta sənədlərlə başqa şəxsə satılıb. Əraziyə torpağın mülkiyyətinə dair Dövlət Aktı da verilib, bütün sənədlər qanunauyğun hazırlanıb. Amma, buna baxmayaraq, rayonun yüksək rütbəli məmurları qanunsuz olaraq saxta sənədlərlə torpaq sahəsini sahibkardan alıb başqa şəxsə, Masallı rayonuna aidiyyəti olmayan bir məcburi köçkünə satıb: “2006-cı ildə rayonun Şərəfə kəndi ərazisindəki klubda məcburi köçkün kimi məskunlaşan Qurban Həşimov adlı şəxs Qəriblər ərazi vahidinin Şıxlar kəndi ərazisindəki Masallı-Yardımlı Yol Evini zəbt etmişdi. Bundan xəbər tutan Yardımlı Yol İdarəsinin rəisi məcburi köçkün adı ilə dövlət əmlakını zəbt edən Qurban Həşimovu oradan çıxardı. Nəqliyyat Nazirliyinin müdaxiləsilə həmin yer Qurban Həşimovdan alınandan sonra o Qəriblər kəndi ərazisinə gəldi və bizdən sığınacaq istədi. Mən də Qurban Həşimovun yalanlarına inanaraq ona həmin 1,5 hektar torpaq sahəsində şəxsi vəsaitimlə inşa etdirdiyim binada müvəqqəti sığınacaq verdim. Amma sonra bu bizim başımıza bəla oldu. Bir də xəbər tutduq ki, Qurban Həşimov rayonun yüksək rütbəli məmurları ilə birləşib ərazini ələ keçirib”.
Məmurlar Qəriblər icra nümayəndəsinin binasını da satıb
Səbirə Mirzəyeva deyir ki, həmin ərazidə Qəriblər ərazi icra nümayəndəliyi də fəaliyyət göstərir: “ 2000-ci il mayın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qəriblər ərazi vahidi yaradıldı. Həmin il iyunun 13-də inzibati bina olmadığı üçün “Turan” firması icarəyə götürdüyü həmin ərazidə şəxsi vəsaiti ilə bina tikib əsaslı təmir edərək icra nümayəndəliyinin bu binada yerləşməsinə icazə verdi. Həmin vaxtdan etibarən icra nümayəndəliyi həmin ərazidəki binada yerləşir. Amma, Qurban Həşimov saxta yolla sənəd alandan sonra bu binanı da zəbt edib. O binanın bir tərəfində məskunlaşıb. Ona görə də ərazini bütünlüklə qanunsuz olaraq hasarlayıb və icra nümayəndəliyinə girişi qadağan edib. Özü haçan istəsə qapını açır, icra nümayəndəsinə binaya daxil olmağa icazə verir, istəməyəndə isə oranı qıfıllayıb gedir. Heç kim də bu şəxsin özbaşınalığına “dur” demir. Dəfələrlə Qəriblər, Şıxlar kənd sakinləri bununla bağlı aidiyyəti qurumlara müraciət edib, amma heç bir faydası yoxdur. Heç kim Qurban Həşimovun bu qanunsuzluğuna müdaxilə etmək istəmir. Hazırda məcburi köçkün adından istifadə edən bu şəxs də “Turan” firmasının balansındakı torpaqlarla yanaşı, vətəndaşlara bölünən pay torpaqları da zəbt edib, ora heç kimi buraxmır”. Şikayətçinin dediyinə görə, torpaq sahəsi bələdiyyənin balansında olduğu halda Qəriblər bələdiyyəsinin yeni tərkibi də torpaqlarının qaytarılması ilə bağlı iddia etmir. Bələdiyyənin bu hərəkəti onun da bu məsələdə marağının olmasından xəbər verir. Heç bir əsas olmadan torpaqları zəbt edilən bələdiyyə Qurban Həşimovdan həmin torpaqlarının geri qaytarılmasıl ilə bağlı hec bir tələb irəli sürmür.
Kərəm Həsənovu aldadan mütəşəkkil qrupun üzvləri
Səbirə Mirzəyeva iddia edir ki, həmin ərazinin zəbt edilməsində Qurban Həşimova himayədarlıq edənlər də bəllidir. Həmin şəxslər Masallı və Cəlilabad rayonlarında yüksək vəzifə tuturlar: “ Bu işdə saxtakarlığı Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad Ərazi İdarəsinin müdiri Qalib Xudaverdiyev, komitənin Masallı rayon şöbəsinin müdiri Cəfər Gözəlov və 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəhbəri Daxil İbayev edib. Həmin şəxslər cinayət əlaqəsinə girərək Əmlak Məsələləri Dövlət Komitəsindən xəbərsiz gizli hərrac keçirib və hərrac barədə heç kimə bildirməyiblər. Onlar bilə-bilə ki, “Turan” firması bu ərazini icarəyə götürüb, bizə məlumat vermədən torpağı Qurban Həşimovun adına keçirib. Həmin vaxt nə hərrac keçirilib, nə də bu barədə elan verilib. Sadəcə həmin şəxslər birləşib müəyyən maraqları hesabına Qurban Həşimovla cinayət əlaqəsinə girib hərracda onun qalib olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə yalan məlumat veriblər. Nəticədə komitədən Qurban Həşimovun adına saxta sənədlər əsasında şəhadətnamə çıxarıblar. Buna görə də, həmin şəxslər indi də məhkəmələrdə Qurban Həşimovu müdafiə edir, onun guya vicdanlı alıcı olduğunu sübut etməyə çalışırlar. Torpaq sahəsi hərrac qiymətindən 10 qat aşağı qiymətə Qurban Həşimova satılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2008-ci il sentyabrın 24-də sənəd tərtib edərək guya torpaq sahəsinin hərraca çıxarıldığını və Qurban Həşimovun həmin hərracda qalib gəldiyini bildirib. Torpağın qiyməti aidiyyəti qurum tərəfindən 26 min 895 min manat qiymətləndirildiyi halda, Rafiq Cəlilovun imzaladığı sənəddə həmin məbləğ 2 min 356 manata hərraca çıxarıldığı və Qurban Həşimov tərəfindən alındığı bildirilir ”. Sahibkar məsələ ilə bağlı Masallı rayon məhkəməsində iddia qaldırıb. Lakin, məhkəmə iqtisadi məsələ olduğundan işi Şirvan İqtisad Məhkəməsinə göndərib. Adıçəkilən məhkəmə isə heç bir əsas olmadan işi qeyri-müəyyən vaxta təxirə salıb.
Rafiq Cəlilovun saxta sənədləşmədə marağı
Səbirə Mirzəyeva deyir ki, saxta şəhadətnaməni görəndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edib. Sahibkarı Kərəm Həsənov deyil, onun müavini Rafiq Cəlilov qəbul edib. Rafiq Cəlilov isə iddia edib ki, guya hərrac qanuni keçirilib. Amma sahibkar hərracın saxta olmasını sübut edən sənədləri ona təqdim edəndə o məsuliyyətdən yayınmaq istəyib. Torpağın 1990-cı ildən “Turan” firmasının icarəsində olduğu barədə sənədləri görən Rafiq Cəlilov sonda onlara yenidən məhkəməyə müraciət etməyi məsləhət görməklə məsuliyyətdən yayınmağa çalışıb. Lakin Səbirə Mirzəyeva bununla sakitləşməyib hüquqlarının müdafiəsi üçün birbaşa Kərəm Həsənovla görüşməyə cəhd edib və nəhayət buna nail olub. Komitənin bəzi məmurlarının müdaxiləsinə baxmayaraq sahibkar komitə sədrinin qəbuluna düşüb. Qəbulda məsələni danışan sahibkar Kərəm Həsənovdan qanunsuzluğu araşdırmasını xahiş edib. Qəbul zamanı məlum olub ki, həqiqətən də Kərəm Həsənovun bu məsələdən məlumatı olmayıb və saxta hərrac məsələsi aşağı səviyyəli məmurlar tərəfindən rəsmiləşdirilib: “Mən Kərəm Həsənova vaxtilə özəlləşmənin mənə verdiyi arayışı, 26 saylı Səyyar Mexanikləşdirilmış dəstənin sabiq rəisinin torpağı özəlləşdirməyə çıxarmaq üçün verdiyi sənədi təqdim etdim. Məlum oldu ki, həqiqətən də torpaq sahəsi hərraca çıxarılarkən bu barədə yerli sakinlərə heç bir məlumat verilməyib və birbaşa hərracda Qurban Həşimov iştirak edib. Həmin maraqlı şəxslər də gizli yolla hərrac keçirməklə Qurban Həşimova torpaq satmaq üçün sənədləri saxtalaşdırıb, bu barədə nə “Turan” firmasına, nə də digər sakinlərə məlumat verməyib. Məsələ ilə bağlı maraqlanan Kərəm Həsənov bütün müavinlərini çağırıb məsələnin ciddi araşdırılmasını tapşırıb və sahibkara şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsini tapşırdı. Bundan sonra sahibkar Xətai rayon məhkəməsində iddia qaldıraraq saxta hərracın nəticələrinin və Qurban Həşimova verilən 24.09.2008-ci il tarixli 00154 sayı şəhadətnamənin ləğv edilməsini, torpaq sahəsilə bağlı yenidən hərracın keçirilməsini istəyib. Lakin, Xətai rayon məhkəməsi iddianı tam təmin etməyib. Məhkəmə araşdırması zamanı hərracın qanunsuz keçirilməsi təsdiqini tapsa da, hakim Leyla Talıbova hərracın nəticələrini ləğv etməyib. Məhkəmənin qərarı ilə şəhadətnamə ləğv edilsə də, hərracın nəticələri olduğu kimi saxlanılıb.Leyla Talıbovanın qəbul etdiyi qərarda göstərilir ki, vətəndaşların torpaqları özlərinə qaytarılandan sonra şəhadətnamənin verilməsinə yenidən Əmlak Məsələləri Dövlət Komitəsində baxıla bilər. Amma, hakimin hərracın nəticələrini niyə ləğv etməməsi iddiaçıya qaranlıq qalıb. Qərarla razılaşmayan iddiaçı sənəddən Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Səbirə Mirzəyeva deyir ki, Xətai Məhkəməsindən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmağa başlanıb. İlk məhkəmə proseslərindən hakim İsa İsmayılov tərəflərin dindirilməsini həyata keçirsə də, cavabdehlərin, yəni Qurban Həşimovun himayədarlarının yalan çıxışlarını dinləməyə ehtiyac görməyib. Hazırda iş üzrə növbəti məhkəmə prosesi mayın 15-ə təyin edilib. Sahibkar inanır ki, Bakı Apellyasiya Məhkəməsi işi sonadək obyektiv araşdıracaq və qanuni, ədalətli qərar qəbul edəcək. Səbirə Mirzəyeva məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, ədliyyə naziri Fikrət Məmmədova, nazirliyin Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsini rəisi Azər Cəfərova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş Komitəsinin sədri Əli Həsənova müraciət edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Aİ-yə üzvlükdən danışdı - "50 min imzanın toplanacağına əminəm"
Bu gün, 02:04 |
|
|
|
• 70 kiloqram qızılla yaxalanan azərbaycanlı KİMDİR? - “Cumhuriyet”
Bu gün, 02:00 |
|
|
|
• Ballistik raketdən istifadə: nüvə hücumu məşqi, yoxsa blef? - NƏ BAŞ VERİR?
Bu gün, 00:37 |
|
|
|
• İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib - Paşinyan
Bu gün, 00:34 |
|
|
|
• "Bu gün niyə tez parlayanlar tez də sönürlər?"
Bu gün, 00:23 |
|
|
|
• 6 ay Bako Saakyanın villasında qalmış “Sərxan” kod adlı erməni İrəvanda... - Ermənistan KİV
Bu gün, 00:20 |
|
|
|
• Rusiya nüvə silahından istifadə edəcək – Hədəfdə bu ölkələr var
Bu gün, 00:17 |
|
|
|
• Həftəsonu quru sərhədlər AÇILIR? - AKTUAL
Bu gün, 00:15 |
|
|
|
• Dövlət qurumu 13 milyon manatlıq tibbi avadalıqlar aldı - DETALLAR
Bu gün, 00:05 |
|
|
|
• 4 rayon və 1 şəhərdə köçkünlərin binaları təmir olunacaq - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02 |
|
|
|
• “Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” – Lukaşenko
Dünən, 19:50 |
|
|
|
• Qaradağda ədliyyə işçilərinin peşə bayramı qeyd edildi - FOTO
Dünən, 19:45 |
|
|
|
• Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 19:02 |
|
|
|
• “Sülhlə bağlı Vaşinqtonun yanaşmasında dəyişikliklər gözlənilir” - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi
Dünən, 18:58 |
|
|
|
• Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - TƏFƏRRÜAT
Dünən, 18:14 |
|
|
|
• Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı (FOTO)
Dünən, 18:11 |
|
|
|
• ABŞ-da Nyu-York birjasını partlatmaq istəyən şəxs saxlanılıb
Dünən, 18:06 |
|
|
|
• Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 18:03 |
|
|
|
• Mətbuat katibinin qızı YÖS imtahanında I oldu - FOTO
Dünən, 18:01 |
|
|
|
• “Huner Group” MMC-nin direktoru dəyişdirilib - BUNDAN SONRA...
Dünən, 17:56 |
|
|
|
• “Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Dünən, 17:52 |
|
|
|
• Gəncənin yollarını 10 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Dünən, 17:50 |
|
|
|
• Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:44 |
|
|
|
• Mingəçevirdə muzey direktoru vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:42 |
|
|
|
• Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
Dünən, 17:40 |
|
|
|
• Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 17:38 |
|
|
|
• FHN 57 min manata mənzil təmir edir: “Baku Buildinq”i nazirliyə bağlayan nədir?
Dünən, 17:35 |
|
|
|
• “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib - FOTO
Dünən, 17:34 |
|
|
|
• “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Dünən, 16:38 |
|
|
|
• Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Dünən, 16:32 |
|
|
|
• Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Dünən, 16:30 |
|
|
|
• Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Dünən, 16:26 |
|
|
|
• Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
• Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Dünən, 16:18 |
|
|
|
• Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Dünən, 16:05 |
|
|
|
• Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Dünən, 16:01 |
|
|
|
• Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Dünən, 15:51 |
|
|
|
• "Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Dünən, 15:45 |
|
|
|
• Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Dünən, 15:32 |
|
|
|
• Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Dünən, 15:29 |
|
|
|
• “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Dünən, 15:22 |
|
|
|
• Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Dünən, 15:19 |
|
|
|
• Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Dünən, 14:00 |
|
|
|
• "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Dünən, 13:26 |
|
|
|
• Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Dünən, 13:13 |
|
|
|
• “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Dünən, 13:10 |
|
|
|
• “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Dünən, 13:06 |
|
|
|
|