Qubad İbadoğlu vətənə qayıtdı
Tarix: 30-03-2016, 10:08 |
Çap et
Demokratiya və Rifah hərəkatının lideri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu təxminən bir illik aradan sonra yenidən ölkəyə qayıdıb. Bu barədə o, sosial şəbəkədəki dostlarına məlumat verərək yazıb: "Dəyərli dostlar, sizləri Bakıdan salamlayıram. Tezliklə görüşürük!"
Qeyd edək ki, keçən ilin birinci yarısında Qubad İbadoğlu ABŞ-a yollanmış, orada Duke universitetində mühazirə oxumaqla yanaşı, ixtisası üzrə bir sıra beynəlxalq toplantılarda iştirak etmişdi. Bu müddət ərzində Q.İbadoğlu iki dəfə Azərbaycana qısamüddətli səfərə gəlmişdi.
Q.İbadoğlu fəaliyyətini bundan sonra Azərbaycanda davam etdirəcək.
Musavat.com