Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                 

“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Tarix: 26-04-2016, 09:24 | Çap et
“Torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır”
Azərbaycan müxalifətinin öndə gedən simalarından olan Qərbi Azərbaycanlılara Qayıdış Birliyinin sədri, “EL” hərəkatının sədr müavini və Milli Şuranın keçmiş üzvü Köçəri Nağıbəylinin siyasi proseslərdən uzaqlaşdığı müşahidə olunur. Təsadüfi deyil ki, son 1 ildə demək olar ki, onun mətbuat səhifələrində bir açıqlamasına belə rast gəlməmişik. Nağıbəyli əsasən fikirlərini ara-sıra sosial şəbəkələr üzərindən cəmiyyətə çatdırır.

O, siyasi proseslərdən son ildə uzaqlaşdığını təsdiqləyərək, buna səbəb kimi anasının vəfatını göstərdi: “Anamın ili çıxmamış siyasi proseslərdə iştirak etmək etik cəhətdən düzgün olmazdı. Ona görə proseslərdə iştirak edə bilmədim. Anamın ili fevralda çıxdı. Bizdə adət-ənənə var. Yasımızı yola verməmiş, başqa proseslərdə iştirak etmirik. Gələcək baxımından təbii ki, vətənimiz, ərazi bütövlüyümüz, torpaqlarımızın işğaldan azad edilməsi üçün gedən proseslərdə siyasi xadim kimi iştirak edəcəm. Hazırda siyasi proseslərdə susqunluğun olduğu ortadadır. Amma buna birmənalı cavab vermək mənim üçün çətindir. Çünki son bir ildəki proseslərdən uzaq olmuşam. Liderlik hər şəxsin işi deyil. Fəaliyyətimizdə səhnədən gediş yoxdur. Proseslərdə olmasam da, təşkilatımız daim baş verənlərə münasibətini bildirib. ”EL" hərəkatının sədri Eldar Namazovun səhhətində son iki ildə problemlər oldu. Ona görə proseslər bir qədər uzandı. Artıq o, müalicəsini başa vurub, aktiv siyasətə qayıdır.

Onunla görüşmüşəm. Yaxın zamanlarda siyasətdə gedən proseslərdə Eldar müəllim aktiv iştirak edəcək. Onunla daim birlikdə fəaliyyət göstərmişik, yenə də belə olacaq. Bundan sonra Milli Şura və başqa qurumlarda təmsil olunmaq fikrim yoxdur. Amma müxalifətin toparlanmasına böyük ehtiyac var. Yeni bir güc mərkəzi yaradılmalıdır. Müxalifətdə intriqa aparanlarla birlikdə olmaq bəri başdan düzgün deyil. O şəxslər bəllidir. Əgər bir-biri ilə intriqa aparacaqlarsa, birliyə ehtiyac qalmır. İllər öncə yaratdığımız İctimai Palata böyük işlər gördü. Hazırda belə bir qurumun yeri görünür. Ziyalıların və öndə gedən siyasətçilərin yeni birliyinə ehtiyac var. Belə bir birlik yaranarsa, biz də iştirak edərik. Çünki güclü müxalifət olmasa, güclü dövlət də olmayacaq".

“EL” hərəkatının sədr müavini son bir ildə siyasi proseslərdə bəzi dəyişikliklərin olduğunu söylədi: “Siyasi məhbusların hamısı tam azad olunmayıb. Amma ötən ay bəziləri prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdı. İqtidar bu prosesi davam etdirib, bütün məhbus siyasiləri azad etməlidir. Düşmənçiliyə son qoyulmalıdır. Qarabağ boyda dərdimiz var. İqtidar daxilində də islahatlara ciddi ehtiyac var. Qohumluğa görə vəzifələrə təyin olunma hallarına son qoyulmalıdır. Yalnız qeyd etdiyim yollarla Qarabağ savaşında daha önə gedə bilərik. Qarşıdan önəmli günlər gəlir. İqtidar bundan istifadə edib, siyasi məhbusları azad etməli, Avropadan gələn təzyiqlərin qarşısını almalıdır. Milli birlik buradan yaranır. Özüm də vaxtilə günahsız həbsdə olmuşam. Bunun nə demək olduğunu yaxşı bilirəm”.

K.Nağıbəyli aprelin əvvəllərində cəbhədə baş verən gərginliyə də münasibət bildirdi: “Hadisələr başlayanda, buna biganə qala bilməzdim. Mən də öz fikirlərimi bildirdim ki, hər kəs ordunun yanında olmalıdır. Belə də oldu. Düşünürəm ki, torpaq məsələsində Azərbaycanda iqtidar-müxalifət anlayışı aradan qalxmalıdır. İqtidar, müxalifət və xalq Qarabağ məsələsində bir arada oldu. 4 günlük savaşda dünya Azərbaycan ordusunun bacarığını gördü. Şəxsən cəbhədə baş verənləri böyük uğur hesab edirəm. 25 ildən sonra ilk dəfə idi ki, xalqımızın üzü gülürdü, ruh yüksəkliyi yerində idi. Bu, çox sevindirici hadisə idi. Qarabağ məsələsində sülh yolu ilə baş tutmadı, hərbi yolla bu məsələni həll etmək lazımdır. Rusiya onsuz da daim erməninin yanında olub. Ermənilər kimdirlər ki, bizə qarşı mübarizə aparsınlar. Rusiya faktoru olsa da, bizim də arxamızda Türkiyə, Pakistan kimi böyük orduları olan, dünya siyasətində önəmli yerləri tutan ölkələr var. Daim ölkəmizlə bir yerdə olduqlarını deyirlər. Mənə elə gəlir ki, Rusiyadan və Ermənistandan çəkinmək lazım deyil. Onlar bizim torpaqları qaytarmırlarsa, hərbi yolla azad etməyə məcburuq. Ordumuzun hər cəhətdən güclü potensialı var. Özüm daxil olmaqla, istənilən yerə gedib torpaqlarımızı azad etməyə qadirik”.

Köçəri Nağıbəyli müdafiə naziri Zakir Həsənovdan da söz açdı: “Zakir Həsənovdan tam razı qaldım. O, peşəkar zabit, hərbçidir. Nizam-intizamı sevən şəxsdir. Hər halda, göz qabağındadır. Səfər Əbiyevlə Zakir Həsənov arasındakı fərqi görməmək mümkün deyil. Müxalifətdə olsaq da, gərək obyektivliyi söyləyək. Hər şeyə qara demək düzgün olmazdı. İndiki vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Hərbidə olanlardan maraqlanmışam ki, Zakir Həsənov orduda da ciddi intizam yaradıb, qələbə əhval-ruhiyyəsini gücləndirib”.

Müsahibimiz son günlərdə “talış separatizmi” məsələsinin gündəmə gəlməsinə də toxundu: “Bu məsələyə qərbi azərbaycanlı kimi yox, bir vətəndaş kimi münasibət bildirirəm. Azərbaycanın ərazi bütövlüyü hər bir vətəndaş tərəfindən dəstəklənməlidir. Talış və digər məsələləri ortaya atanlar zaman-zaman çirkin siyasətlərindən istifadə ediblər. Məqsəd çaxnaşma yaratmaqdır. Bir neçə şəxsi talış millətinin simasında qələmə vermək düzgün deyil. Talışlar bizim kimi Qarabağda can qoyublar, qan töküblər. Sadəcə, bəzi avaraları ortaya atırlar. Onlar da düşmənin agentləri ola bilərlər. Azərbaycanın qərbi, şərqi, şimalı, cənubu vahid dövlətdir. Bu dövlətin bayrağın altında bir olmalıyıq. Rusların ölkəmizdəki bölücü fəaliyyətləri baş tutmayacaq. Azərbaycan türkləri burda yaşayan digər xalqlarla dost olub. Heç bir millət bizdən pislik görməyib. Burada türkün yaşayışı necədirsə, talışınkı da elədir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru