“Qarabağın Azərbaycandan qoparılması Rusiya, ABŞ, İran, Fransa kimi dövlətlərin birgə layihəsidir” - deputat
Tarix: 16-05-2016, 08:44 | Çap et
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafadır budəfəki “Baxış bucağı”ndakı müsahibimiz. Sosial şəbəkələrdə kifayət qədər fəal olan, ölkə gündəminə operativ reaksiyası, mətbuatdakı çıxışları, bir sıra hallarda fərqli baxışları ilə diqqət çəkən Fazil bəylə son gəlişmələri də əhatə edən müsahibəmizə düz 24 il əvvəldən başladıq:
- Fazil bəy, söhbətimiz 1992-ci ilin may hadisələrinə təsadüf edir. Ona görə də öncə həmin günləri necə xatırladığınızı soruşmaq istəyirəm...
- 1992-ci ilin mayında Azərbaycanın ən ziddiyyətli hadisələri çox sürətli ssenari üzrə bir-birini izləyirdi. May ayının əvvəllərindən başlayaraq Şuşada vəziyyətin gərginliyi və ayın 8-də Şuşa şoku insanlarda tamamilə ümidsiz bir durum yaratmışdı. Hakimiyyət boşluğu da öz sözünü deyirdi və əslində iyunun 7-sinə prezident seçkiləri təyin olunmuşdusa da, sanki bu seçkilərin pozulması üçün əksər qüvvələr səfərbər olunmuşdu. Məhz bu ərəfədə Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtmaq üçün hərəkətə keçməsi və Xalq Cəbhəsinin də məcbur olaraq vaxtından əvvəl hakimiyyəti götürməsi siyasi prosesləri gözləniləndən sürətləndirmiş oldu. O zaman AXC sədrinin müşaviri kimi Konstitusiya çevrilişinə qarşı Xalq Cəbhəsinin bəyanatının mətnini hazırlayıb rəhbərlik tərəfindən razılaşdırandan sonra Ali Sovetin binasına doğru hərəkətdən öncə cəbhənin qarşısında oxuduğumu xatırlayıram. Ardınca Laçının işğalı artıq hər kəsin qolunu-qanadını qırmış oldu. Prezident seçkisinin normal keçirilməsi və sabitliyin yaradılmasından başqa yol qalmadığını əksər siyasi qüvvələr dərk etmiş oldu. Ümumiyyətlə, 1992-ci ilin may ayını həm faciəli, həm də ümidlərimizin yenidən canlandırıldığı dövr olaraq xatırlayıram.
- Eks-prezident Ayaz Mütəllibov bu günlərdə bizə müsahibəsində dedi ki, əgər 14 mayda hakimiyyətdə qalsaydı, nə bu qədər itkilər, nə də faciələr olacaqdı. Keçmiş cəbhəçi, Elçibəy komandasının üzvü kimi siz bu fikirlərlə razılaşırsınızmı?
- Tarix zamanı heç vaxt şərt formasında işləmir. Qalsaydım, gəlsəydim bəhanələri ilə məsələyə qayıdış siyasi ciddilikdən uzaq sayılmalıdır. Digər bir cinahda da deyilir ki, o zaman Heydər Əliyev hakimiyyətə gəlsəydi, bu itkilər olmayacaqdı. Halbuki, dövrün reallığı bu idi ki, Xalq Cəbhəsindən başqa ciddi təşkilatlanmış qüvvə meydanda yox idi və cəbhənin başı üzərindən kiminsə hakimiyyəti idarə etməsi ancaq xarici qüvvənin işğal uzantısı kimi gerçəkləşdirilə bilərdi. O dövr Mütəllibovun resursları tamamilə tükənmişdi. Yenidən hakimiyyətə qayıdış iddiası həm cəmiyyət həyatına, həm də Xalq Cəbhəsinin özünə də ciddi ziyan vurdu. Baxın Şuşa itirilib, mövcud hakimiyyət zəif də olsa, onun məhz bu ərəfədə qorunub-saxlanması vacib idi ki, ciddi təlatümlər yaşanmasın və diqqət ordu işinə yönəldilsin. Mütəllibovun bu cəhdi Xalq Cəbhəsini də silah-tank fonunda hakimiyyətə gəlməyə məcbur etdi. Doğrudur, 7 iyunda hakimiyyətin tam legitimləşdirilməsi baş verdi, ancaq bu ərəfədə siyasi ziddiyyətlərin yaranması torpaqların itirilməsində önəmli rol oynadı. Bir də 21 noyabr helikopter faciəsini və Xocalını Mütəllibova zərbə sürprizi olaraq hazırlayan Rusiya may ayında hansı əsasla ona yenidən güzəştli lotereya verməyi düşünə bilərdi?
- Keçmiş prezidentin iddiasına görə, əgər hakimiyyət dəyişikliyi olmasaydı, Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytaracaqmış. Bu, nə dərəcədə inandırıcıdır?
- Absurd iddiadır. Kiminsə hakimiyyətdə saxlanması naminə Rusiya heç vaxt strateji planlarından əl çəkməyən bir dövlətdir. İstəyirsən MDB-yə üzv ol, istəyirsən Avrasiyaya gir, yaxud NATO-ya daxil ol, hətta Rusiya istəsə belə, ABŞ, Fransa kimi dövlətlər Qarabağın qaytarılmasına yol verməzlər. Qarabağın Azərbaycandan qoparılması Rusiya, ABŞ, İran, Fransa kimi dövlətlərin birgə layihəsidir, maraqları başqa məsələlərdə zidd olan bu ölkələr bu məsələdə həmrəy, həmfikirdilər və ortaq siyasəti gerçəkləşdirirlər. Rusiya Mütəllibova azacıq belə dəyər versəydi, onun hakimiyyətdə qalması üçün vaxtında ciddi addımlar atardı və bütün iqtidar komandasını helikopter qəzasında o cür vəhşi metodla məhv etməzdi. Rusiyaya bu bölgədə öz adamı deyil, sadəcə, qarışıqlıq lazımdır və bundan istifadə edərək nüfuz dairəsini qorumağa davam edir.
- May ayı həm də sonuncu rus əsgərinin Azərbaycandan çıxarıldığı aydır və Əbülfəz Elçibəy buna nail oldu. Ancaq elə bu hadisədən bir ay sonra Gəncədə hakimiyyətə qarşı qiyam baş verdi. Sonrakı aylarda isə bir-birinin ardınca rayonlarımız işğal olundu. Belə çıxır ki, rus ordusunun gəlişi kimi, gedişi də fəlakətli perspektiv vəd edir. Siz bu barədə nə düşünürsünüz?
- Azərbaycan tarixində ən şərəfli səhifələrdən biri məhz rus qoşunlarının Azərbaycandan çıxarılmasıdır. Bu, Əbülfəz Elçibəyin atdığı riskli addım idi və bu addımı bu gün də haqlı sayıram. Rus qoşunu çıxarılmasa da, mövcud qarışıqlıqlarda bu işğal baş verəcəkdi, bəlkə miqyası bu qədər böyük olmayacaqdı, ancaq psixoloji durumumuz həmin dövr bu işğala zəmin hazırlamışdı. Hər halda Rusiya öz qoşunlarının çıxarılmasının kompensasiyası kimi daha çox ermənilərə dəstək vermə siyasətini izlədi və nəticəsi də məlum rayonlarımız işğal olundu.
- Bu gün, üstündən 24 il keçəndən sonra yenə də Rusiya əsgərinin “sülhməramlılar” adı altında işğal olunmuş ərazilərdə yerləşdirilməsi cəhdləri var. Azərbaycan ərazilərin hansısa hissəsinin azad olunması qarşılığında buna razılaşa bilərmi?
- Mən bu gün hansısa şərt altında, hansısa torpağın qaytarılması müqabilində, hansısa məhdud sayda belə, rus əsgərinin bu torpaqda barınmasının qəti əleyhinəyəm və bunu müstəqilliyimiz üçün real təhdid olaraq görürəm. Son illərdə ən böyük uğurlarımızdan biri kimi də prezident İlham Əliyevin diplomatik üsullarla Qəbələ RLS problemini çözməsini qeyd edə bilərəm. Rusiyanın Suriyaya giriş şüarını yəqin ki, xatırlayırsınız. Sülhü bərqərar etmək üçün Suriya iqtidarına dəstək verdiyini bəyan edirdi. Nəticədə isə Əsəd tərəfində dayanaraq gerçək terrorçulardan başqa hər kəsi bombaladı. Rusiyanın sülhməramlılığının ən bariz nümunələrini Şimali Osetiya, Abxaziya kimi bölgələrdə aydın görə bilərsiniz. Heç bir şərt altında rus qoşunun Azərbaycana girməsinə yol verilə bilməz! Qarabağın müvəqqəti itirilməsi, müstəqilliyimizin itirilməsi demək deyil. Ancaq rus qoşununun Vətənimizdə hansı səbəbdən olursa-olsun yerləşməsi birbaşa müstəqilliyimizin itirilməsi kimi yozulmalıdır.
- Aprel döyüşlərindən sonra Rusiya danışıqlar üçün təşəbbüslər göstərsə də, Ermənistan aqressivliyini davam etdirir. Sizcə, bu mərhələdə Kreml hansı tərəfə “stavka” edir? Ermənistanın arxayınlığı nədən qaynaqlanır?
- Kreml öz “stavka”sını Pyotrun, Yekaterinanın, Leninin yaşadığı dövrlərdə qoyub, ona görə də belə rahatlıqla “stavka” dəyişikliyini gözləmək sadəlövhlük olardı. Bizə əslində Rusiyanın “stavka”sı deyil, məhz neytrallığı lazımdır. Rusiya aprel döyüşlərində olduğu kimi, azacıq neytrallıq nümayiş etdirsə, Azərbaycan öz problemini öz gücü ilə həll etmək iqtidarındadır.
- Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə mühüm anlaşma əldə oluna bilərmi? ABŞ və Rusiya xarici işlər nazirlərinin, ATƏT rəhbərliyinin də qatılacağı görüş nə vəd edir?
-Vyana görüşü yenilik vəd etməyən bir görüşdür. Maraqlı dövlətlərin siyasətində bir dəyişim baş verməyincə, bu tipli görüşlərə hansısa yeniliklər yansıya bilməz. Formal mövqe müzakirələri, taktiki mübahisələr olacaq, ancaq yeni bir qərarın çıxacağını gözləmirəm. - Fazil bəy, ötən həftə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sizin daim gündəmə gətirdiyiniz problemə münasibət bildirdi. Dənizin hasarlanması mövzusunu nəzərdə tuturam. Nazir dedi ki, bu məsələ onun səlahiyyətinə aid deyil. Qarşıdansa çimərlik mövsümü gəlir və deməli, bu il də insanlar dənizə hasarların arxasından baxacaqlar. Çıxış yolu varmı?
- Bu, ümumdünya tarixi ilə bağlı məsələ deyil ki, çıxış yolu da olmasın. Bizdə çox vaxt qaydalar qanundan yaxşı işlədiyinə görə bu kimi görməmişlik halları baş alıb gedir. Ancaq hər dəfə tikilənin sökülməsinə də effektli yol kimi baxmaq olmur. Burada torpaqdan səmərəli, təyinatı üzrə istifadə tələbini qabartmaq olar, yaxud da dəniz sahilindəki hasarlara və tikililərə görə vergi yükünü artırmaq olar və bu adamlar məcbur olub özləri sökəcəklər. Yəni ya külli miqdarda hasara, tikiliyə görə hər dəfə yüksək məbləğdə pul ödəməlisən, ya da söküb canını qurtarmalısan. Səlahiyyət məsələsinə gəldikdə isə, burada, məncə, səmimi olmaq lazımdır. Dənizi hasarlayanda kimsə mane olmur, ancaq bir vətəndaş gedib evi üçün dənizdən balıq tutsa, hər yerdən üstünə düşəcəklər ki, niyə ekoloji tarazlığı pozursan? Budur gerçəkliyimiz.
- Parlamentin ötən iclasındakı çıxışlardan göründü ki, torpaq sahələrindən istifadə etməyən kəndlinin cəzalandırılması, vergi faizlərinin yüksək olması, sahibkarlara basqılar və digər məsələlərlə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər elə həmin qanunlara səs verən deputatlarda da etirazlar doğurmaqdadır. Belə çıxmırmı ki, qanunların sərtləşdirilməsi heç də çıxış yolu deyilmiş və alternativlər tapılmalıdır?
- Qanunların sərtləşdirilməsi ənənəsi bir çox hallarda problemlərin həlli barədə aydın təsəvvür və çözüm niyyətlərinin olmamasından doğur. Qanunun hamı üçün bərabər tətbiqi nəzərdə tutularsa və icrasına nəzarət olarsa, sərtləşdirməyə də gərək qalmaz. Torpaqlardan səmərəli istifadə edilməməsi ilə bağlı problemlər kifayət qədər çoxdur, ancaq bunu kimlər aydınlaşdıracaq, yenə kimlərinsə zəbt etdiyi hektarlarla torpağın toxunulmazlığı qalacaq, bu suallar hələ də öz aktuallığını qoruyacaq. Ona görə də bu kimi məsələlərdə sərtləşdirməyə deyil, stimullaşdırmağa yönəlmək lazımdır ki, kəndli torpağın becərilməsində maraqlı olsun.
- Bəzi həmkarlarınız bu fikirdədir ki, gənclər hərbi xidmət çəkdikdən sonra ali təhsil almalı, yaxud davam etdirməlidirlər. Bu fikirlə razısınızmı?
- Hərbi xidmətlə təhsili bir-biri ilə eyni kateqoriyada tutmaq olmaz. Ali təhsil bilik qazanmaq üçün seçimdir, hərbi xidmət isə ən azı bir dəfə yerinə yetirilməli borcdur. Bilik almaq üçün hərbi xidməti müəyyən müddətə təxirə salmaq zəruridir. Lakin hərbi xidmətdən yayınmaq üçün bilik almaq imitasiyası yolverilməzdir. Ona görə də bir il tez, bir il gec, hər bir şəxsin Vətən qarşısında borcunu yerinə yetirmək öhdəliyi varsa, insanların intellektual inkişafına mane olmağa dəyməz. Bu səbəbdən magistraturada təhsil alan şəxslərin möhlət hüququ tanınmalıdır. Əgər bakalavr təhsili 4 il, magistiratura iki ildirsə, şəxs qəsdən bu müddəti kursda qalaraq uzatmaq yolunu seçirsə, o zaman dərhal təhsildən götürülüb hərbi xidmətə aparıla bilər. Yəni səmimi təhsil alma niyyəti olanlara müəyyən olunmuş vaxt çərçivəsində fasiləsiz təhsil alma imkanı heç bir maneəsiz verilməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|