Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                     Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... .....                     Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında .....                     Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... .....                     Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq .....                     Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? .....                 

“Əkrəm Əylislinin içində həmişə bir erməni sevgisi olub” - Sabir Rüstəmxanlı
Tarix: 19-05-2016, 08:41 | Çap et
“Əkrəm Əylislinin içində həmişə bir erməni sevgisi olub”
Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və artıq sabiq hesab olunan deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur.

Yubiley ərəfəsində 70 illik həyat yoluna, yaradıcılığına nəzər salmaq, iştirakçısı olduğu milli-azadlıq hərəkatı, ondan sonrakı dövlət quruculuğu prosesi, 25 illik deputatlıq fəaliyyəti ətrafında söhbət etmək üçün onu redaksiyamızda qonaq etdik. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak etdi.

Həmin müsahibənin ikinci hissəsini sizə təqdim edirik.

(əvvəli BURADA)

- Sizin Meydan hadisələri ilə bağlı çıxışınıza münasibət necə oldu?

- Heydər Əliyev mənim bu sözümdən sonra bütün çıxışları kəsdi və təxminən yarım saat özü danışdı, 1988-ci il Meydan hadisələrinin bizim tariximizdəki əhəmiyyətini xüsusi vurğuladı, dedi ki, bu bizim tariximizin ən parlaq səhifələri idi. Bu onun verdiyi qiymət idi. Prezident dedi ki, hadisələri özü Moskvadan izləyirdi, Bakıdan lentləri gətizdirib baxırdı. Mən Milli Məclisdə də dedim ki, ay yoldaşlar, gedin, bu ölkənin rəhbərinin Meydan hərəkatına verdiyi qiyməti oxuyun. Niyə həmin dövrü bizim tariximizdən silməyə çalışırsınız?

R.A.

- Üstündən 20 il keçib. İndiki hökumətin sizə münasibəti bir qədər dəyişib, deyəsən...

- Bir ara, 90-cı illərin sonlarına yaxın ordendən imtina etdiyim vaxtlarda (xalq şairi 1998-ci ildə "şəhər" ordenindən imtina edib - red.) çox sərt bir münasibət başladı mənə qarşı. Demək olar ki, ölənlərimizi gordan çıxarırdılar. Heydər Əliyev də gileylənmişdi ki, o orden mənim deyildi, dövlətin idi. Sonra biz “Gülüstan” sarayında dövlət tədbirində iştirak edəndə, o, yazıçılarla görüşməyə gəldi. O zaman mən də yazıçıların arasında dayanmışdım. Yaxınlaşdı mənə, dedi ki, səndən incimişəm. O orden dövlətin idi, mənim deyildi. Mən orada niyə imtina elədiyimi dedim. Dedim ki, bilirəm, mən bunun əzabını çəkəcəyəm. Amma siz özünüz Moskvaya bir yığıncağa gedəndə demişdiniz ki, bizim millət niyə bu qədər assimilyasiyaya, əyilməyə, boyun əyməyə meyillidir. Bu baxımdan mən gənclərimizə bir örnək göstərmək istədim. O baxdı ki, mən səmimi deyirəm.

Dedi ki, aydındır, mən səni başa düşdüm. Orada yazıçılar da dayanmışdı və hamısı söhbətimizi eşidirdilər. O söhbətdən sonra mənə qarşı münasibət dəyişdi, iqtidar mətbuatı mənim haqqımda bir kəlmə də mənfi söz demədi. Mənə elə gəlir ki, Heydər Əliyev o zaman tapşırıq vermişdi. Sonradan bəzi mətbuat orqanlarında belə yazılar çıxdı ki, guya mən bu ordeni götürməməklə öz reytinqimi yüksəltmək istəyirəm. Halbuki mənə reytinq yüksəltmək lazım deyildi. Mən qaçqınların vəziyyətini gördüyümə görə bu addımı atmışdım. Azərbaycan prezidentinin bu işə təmkinli və müdrik münasibətini görəndən sonra düşündüm ki, mən o ordeni götürməli idim. Çünki bu, dövlətin mükafatı idi və mən dövlətimizə sayqı ilə yanaşmalı idim.

Son vaxtlar münasibət bir qədər dəyişib. Yenə mənim üçün fərq eləmir. Bir məktəbdə görüşdə mənə sual verdilər ki, sizin haqqınızda bu qədər kitablar yazılıb, bəs heç tənqid olunmusuz? Dedim ki, mənim 25 kitabım var, haqqımda isə 12 kitab yazılıb. Dünya ölkələrində 60-dan çox kitabım çıxıb. Ancaq bu qədər yaradıcılığın müqabilində bir dəfə də tənqid olunmamışam. Sadəcə, Meydana çıxan gündən bəri kifayət qədər təhqir olunmuşam. Tənqid olsa nə var ki... Bəzi gədə-güdəni salırlar həbsə, sonra çıxardırlar, hərəsinə bir sayt verirlər. Onlar da millətin nə qədər ziyalısı varsa, başlayırlar hamısını söyməyə. Azərbaycan cəmiyyətində ən pis olan odur ki, bəziləri əlinə pul keçən kimi düşünür ki, bunun mütləq kitabı olmalıdır, mütləq dədəsi və ya babası haqqında kitab yazdırmalıdır. Ədəbiyyata dəxli olmayan, ucuz mahiyyətli şeir kitablarının çapına himayədarlıq edirlər. Yazıçılar İttifaqının üzvlərinin sayı 2500-dən çoxdur. Beləliklə, əsl ciddi ədəbiyyatla bu cür cızma-qaranın arasındakı fərqi müəyyən etmək də çətin olur.

R.A

- Ancaq ciddi ədəbiyyat da sanki bir böhran keçirir...

- Yox, normal ciddi ədəbiyyat böhran keçirmir.

- Hanı bəs o əsərlər, Sabir bəy? Siz son vaxtlar ciddi ədəbiyyat deyə kimləri oxumusunuz?

- Mən də bütün əsərləri oxuya bilmirəm. Ancaq bəzi gənclər var ki, mən onların şeirlərini, povestlərini oxuyuram və haqlarında da yazmışam. Məsələn, Qan Turalı, Seymur Baycan, Şərif Ağayar haqqında yazmışam. Eyni zamanda yaşlı nəslin də maraqlı əsərləri var. Anarın maraqlı bir əsəri var, Elçinin “Baş” romanı var. Məmməd Orucun Azərbaycan-Ermənistan müsibətləri ilə bağlı çox maraqlı bir romanı var idi. Roman əvvəllər Bakıda yaşamış bir ermənidən bəhs edir. O dilimizi gözəl bilir və azərbaycanlılardan fərqlənmir. Gəlir Bakıya və burada onun nostalgiyası, keçirdiyi hisslər əsərdə əksini tapır. Müharibənin indiki vaxtında belə əsərlərin rolu böyükdür. Əkrəm Əylislinin “Daş yuxular” romanında isə heç ermənilərin əsərlərində azərbaycanlılara olmayan qədər nifrət əks olunub.

R.A.

- Əkrəm Əylislinin o əsərinin bədii dəyəri nədir? Ona həqiqətən Nobel mükafatı düşürmü? Nobelin standartları nədir?

- Əvvəla, Nobel siyasi mükafatdır və elə əsərə Nobel verə bilməzlər.

R.A.

- Aydındır, bu ermənilərin mövqeyini müdafiə edir. Hesab etsək ki, erməni yazıb, o zaman əsərin bədii dəyəri nədir?

- Bədii dəyərlə mövzunu çox zaman bir-birindən ayırmaq mümkün deyil. Bir məsələdə ki, subyektiv yanaşma var, orada bədii dəyərdən söhbət gedə bilməz. Əkrəm Əylisli uşaq deyil ki... Dili yerində, cümləsi yerində, bir erməni sevgisi ilə yazıldığı da aşkar... Orada öz kəndlərinin nostalgiyası var. Erməni kilsələri üçün ürəyi gedir.

- Siz Əkrəmlə tanışsınız, o xristiandırmı?

- Yox, xristian deyil. Əkrəm həmişə özünü bir kənd uşağı kimi aparıb. Amma içində həmişə bir erməni sevgisi olub. Artıq bu məsələ keçib gedib, onun haqqında danışmaq istəmirəm. Ancaq mən ona öz sözümü dedim. Bir dəfə Naxçıvandakı erməni kilsələrinin kataloqunu gətirmişdi və deyirdi ki, bunlar gərək dağılmayaydı. Dedim ki, Əkrəm, Qarabağda onlarla qədim abidəmiz məhv edilib, onların kataloqunu niyə qoltuğuna vurub gətirmirsən? Birtərəfli mövqe tutmaq olmaz axı...

- Sabir bəy, partiyanın işləri necə gedir? İndiki siyasi mühitdə bir partiyanın başqanı olmaq, partiya yönəltmək nə deməkdir? Bunun Azərbaycan üçün, millət üçün, şəxsən Rüstəmxanlının özü üçün bir əhəmiyyəti varmı?

- Mənim üçün şəxsən, bir partiyanın başqanı olmaq əlavə yükdür. Çünki 30 il bundan əvvəlki qüvvəm yoxdur. Partiya işi bir savaş işidir, cavanlıq istəyir.

- Neçə ildir partiya başqanısınız?

- 1992-ci ildə partiyanı yaratdıq. Artıq 24 ildir... Təklif edirəm ki, gənclərdən biri mənim yerimə keçsin, qəbul etmirlər. Vətəndaş həmrəyliyi ideyası mənə doğmadır. Xüsusən müharibə şəraitində olan bir ölkədə milli birliyin, vətəndaş həmrəyliyinin zərurətini mən həmişə hiss eləmişəm. Vətəndaş həmrəyliyi məfhumunu Azərbaycan siyasi leksikonuna biz gətirmişik. Həmçinin bizim partiya yüzlərlə gəncin siyasi həyatdakı fəallığına yardım edib. İki nəfərimiz- Rəfail Hüseynovla Fəzail İbrahimli Milli Məclisdə partiyanı təmsil edirlər. Bu mənada partiyanın müsbət tərəfi var. Bizim bütün rayonlarda təmsilçilərimiz var. Bir çox adı böyük görünən partiyalar rayonlarda bizimlə müqayisədə zəifdir.

R.A.
- Ancaq onların da iddiaları budur ki, sizin partiyanın üzvlərini hökumət təyin edir...

- Bu necə ola bilər? Kimsə o sözü deyirsə, deməli, mənə zərrə qədər hörməti yoxdur. Düzdür, rayonlarda çalışan icra nümayəndələrinin, rəhbər şəxslərin mənə rəğbəti ola bilər. Bəzi siyasətçilər var ki, rayonlarda onları heç tanımırlar. Təbii ki, onlara nisbətdə mənə daha isti yanaşacaqlar. Bu o demək deyil ki, bölgələrdə mənim partiyamın üzvlərini hökumət təyin edir. Bu işin bir tərəfi...

İkinci məsələ isə ondan ibarətdir ki, dünyanın əksər ölkələrində partiyalar öz əvvəlki mahiyyətindən ayrılır. Daha çox dövlətin özünün yürütdüyü siyasətə çevrilir. Məsələn, Amerikada iki partiya var. Yəni orada, üçüncü, dördüncü, beşinci partiya qurula bilməzdi? Sadəcə, dövlət o iki qanadı saxlayır və gah biri seçilir, onun işləri düz gətirməyəndə o biri seçilir. Dərin dövlət onları idarə edir və dövləti qorumağa çalışır. Harada bizim kimi yenicə demokratiya yoluna qədəm qoyanlar varsa, onlar o çətin prosesi, bölücülüyü, hər tayfanın bir partiya yaratmasını, demokratiya adına qarmaqarışıq bir sistemin formalaşması mərhələsini keçir. Lakin getdikcə onların sayı azalır. Xüsusən müharibə şəraitində olan bir dövlətdə partiyalar nə qədər hakimiyyət davası aparsalar da, əsas məqamda yalnız bir məsələ önə çıxır. O da millətin və dövlətin taleyidir. Bu baxımdan partiyalar mübarizəni istədikləri kimi davam edə bilmir.

- Sabir bəy, 30 ilə yaxındır münasibətdə olduğunuz müxlifətçi dostlarınızla əlaqələriniz qalırmı? 20 il əvvəlki kimi onları yenə də yubiley tədbirinizə dəvət edəcəksinizmi? O zalın tərkibi necə olacaq?

- Təbii ki, münasibətlərimizin davam etdiyi adamları mən oraya dəvət edəcəm. Mənim demək olar ki, bütün siyasi partiyalarla münasibətlərim davam edir. Ümummilli məsələlərə həsr olunan yığıncaqlarımıza da mən bütün siyasi partiyaların liderlərini dəvət edirəm. Hamıya məlumdur ki, müxalifətdə qruplaşmalar gedir. Mən bir müddət həmin qruplaşmaların hamısında olmuşam. Sonra gördüm ki, bəzi dostlarımız səmimi deyillər. Əvvəlcə yaradırlar, münasibətlər qaydasında olur. Sonra ilk uğursuzluqda qarşılıqlı ittihamlar başlayır. Buna görə də mən o qruplara qatılmıram. Çox istərdim ki, Azərbaycanda təkcə müxalifət arasında yox, hakimiyyətlə müxalifət arasında da bir dialoq olsun. Məncə, Azərbaycan prezidenti ildə bir dəfə, iki dəfə siyasi partiyaları yığmalıdır, necə ki, jurnalistləri toplayır.

- Ancaq müxalifətin elə bir qismi var ki, ümumiyyətlə, prezidentə xitab edərkən, ünvanına prezident sözünü işlətmirlər. Buna necə baxırsınız?

- Yox, bu cahillikdir. Bizə ən yaxın dövlət Türkiyədir. Orada hətta ağır şəkildə tənqid edəndə də, deyirlər ki, hörmətli, sayın Ərdoğan bu məsələni çox səhv edib. Çünki prezidenti xalq seçib. İlham Əliyevə sənin rəğbətin ola da bilər, olmaya da bilər. Ancaq o, dövlətin başçısıdır. Ona hörmət və sayğı ilə yanaşmalısan, tənqid edərkən belə. Mən qəzetlərdə tərbiyəsizliyi qəbul eləmirəm.

Dünyada xalqları, millətləri bir-birinə birləşdirən bir "sement" varsa, onun adı sevgidir. Millət bir-birini sevməlidir, hətta düşmənin olsa belə, hörmətlə yanaşmalısan. Bizim milli əxlaqımız küçə uşaqları səviyyəsində danışmağa imkan vermir. Milli əxlaq, hörmət istəyir, düşməninə də, rəqibinə də...

- Sabir bəy, “Ömür kitabı”nda millətə bir aşiqlik hiss olunur. Türk soyuna qarşı böyük bir eşq var. Üstündən təxminən 30 il keçib. Fikriniz dəyişibmi? Millətin keyfiyyəti ilə bağlı o eşq bir qədər arxa plana keçibmi?

- Sözsüz ki, o romantik eşq bir qədər sozalıb. Elə şeirlərim var ki, o dövrün ruhu ilə başlamışam, şəhidlik haqqında böyük bir şeir yazmaq istəmişəm. Ancaq sonu gəlib Mirzə Ələkbər Sabirin ruhuna qayıdıb. Eyni şeirin əvvəli tərənnümlə başlayır, sonu tənqidlə bitir. Mənim onlarla bu cür şeirim var ki, bu milləti tənqid edirəm. Mən rayondan heç nəsiz gəlmişəm, illərlə evsiz-eşiksiz yaşamışam...

R.A.

- Bakıya nələrlə gəlmişdiniz, xatırlayırsınızmı? Çamadanınızda nələr var idi?

- İplə bağlanmış köhnə bir əsgər çamadanım var idi. İçində kitablarım, bir də bir-iki köhnə paltarım idi. Bakıya gələndə heç pencəyim də yox idi, bir şalvar, bir köynəklə gəlmişdim. Həmin qışı heç paltom da olmadı, bir köynəklə keçirdim.

- Xeyirxahınız kim olub o zaman? Hansısa mərhələdə sizə arxa-dayaq duran olubmu?

- Mənim xeyirxahım orta məktəbdə ədəbiyyat müəllimim, Qazax rayonunun Yuxarı Salahlı kəndindən Cavad müəllim olub. Səməd Vurğunun qohumu idi, görünüşdə də ona oxşayırdı. O məndə ədəbiyyata sevgi öyrədib. İkinci, Qazaxdan olan riyaziyyat müəllimim olub, o da mənə bu fənni sevdirib.

- Siz harada təhsil almısınız ki?

- Yardımlıda.

- Orada niyə qazaxlılar dərs deyirdi?

- Əvvəllər bir rayon məktəbində bütün bölgələrdən müəllimlər olurdu. İndi isə rayon məktəbləri tayfa səviyyəsində fəaliyyət göstərir. O vaxt Yardımlının məktəbi universitet səviyyəsində idi. Qaxdan, Qazaxdan, Naxçıvandan, Bakıdan, Masallıdan müəllimlər var idi. Sonra universitetdə professor Kamil Əliyev, eləcə də onun yoldaşı Nilufər Əliyeva mənim xeyirxahım oldu. Bir də vertolyotda həlak olan Vəli Məmmədov mənə məsləhətlərini verib.

- "Ədəbiyyat" qəzetinə işə düzəlməyiniz necə oldu?

- “Ədəbiyyat” qəzetinə məni Hüseyn Abbaszadə işə qəbul elədi. 4-cü kursda oxuyanda bir gün cibimdə ərizə ilə universitetin rektorunun qəbuluna gedirdim ki, məni qiyabiyə keçirsin, Bakıda yaşaya bilmirəm, gedim kəndə müəllimlik edim. Yolda, Sabir heykəlinin yanında Aydın Qurbanoğluna rast gəldim. Soruşdu ki, qanın niyə qaradır, dedim, ərizəmi yazmışam, kəndə qayıdacam. Dedi ki, sənin “Ədəbiyyat”qəzetdə bir məqalən çıxmışdı, çox yaxşı məqalə idi. Redaktor da bəyənib. O qəzetdə boş yer var, get oraya, bəlkə götürdülər. Getdim Hüseyn müəllimin yanına, dedim, işə düzəlməyə gəlmişəm. Mənim necə tələbə olduğumu dostunuz Bəxtiyar Vahabzadədən soruşa bilərsiniz. Dedi ki, səndən başqa da iki nəfər namizəd var. Hərəmizə redaktə etmək üçün bir mətn verdilər. Mən redaktənin nə olduğunu bilməsəm də, 20 səhifəlik mətni oxudum və qısaldıb 5 səhifə elədim. Dedim ki, ancaq bu cür çapa gedə bilər. Redaktor dedi ki, Hüseyn müəllim, o birilər ancaq nöqtə-vergülü düzəldiblər, ancaq bunun başı var, işləyə bilər. Sonra Bəxtiyar Vahabzadəyə zəng vurdu. O da dedi ki, mənim son illər belə istedadlı tələbəm olmayıb. Hüseyn Abbaszadə dedi ki, sabah gəl işə başla. Mən də gecə qarovulçuluğa getməliydim, getmədim, gəldim qəzetə. Belə olub.

- Sabir bəy, bir az da Qarabağla bağlı danışmaq istərdik. Bir xalq şairi və Meydan hərəkatının liderlərindən olmuş şəxs kimi bu problemə baxışınız necədir? Ümid varmı? Topxanada meşələr qırılanda siz xalqın etiraz aksiyasının önündə olan ziyalılardan biri idiniz. Aradan 29 illik bir zaman keçib. Zaman bu problemi haraya aparır? Xalqın öz torpaqlarına qayıtmaq imkanları necədir?

(davamı növbəti sayımızda)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Dünən, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Dünən, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Dünən, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Dünən, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Dünən, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Dünən, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Dünən, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Dünən, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Dünən, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Dünən, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Dünən, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Dünən, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Dünən, 09:48
Ukraynaya kimin qalib gələməsi sərfəlidir? - İNCƏLƏMƏ
Dünən, 09:43
Zirəddin ad çəkdi: ABŞ-ın yeni prezidenti kim olacaq? - İLGİNC
Dünən, 09:35
İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib - KİV
Dünən, 09:32
"Məsul qurumların "yarıtmaz" fəaliyyəti araşdırılmalıdır" - Normadan artıq "məsuliyyətsizlik"...
Dünən, 09:27
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru