“Ya mərhələli həll, ya da müharibə - 3-cü yol yoxdur” – Eldar Namazov
Tarix: 28-05-2016, 09:17 | Çap et
“Dağlıq Qarabağda referendum – danışıqlar prosesində dalan deməkdir”.
Musavat.com-un məlumatına görə, bu barədə politoloq, Qarabağ danışıqlarında sabiq prezident Heydər Əliyevin xüsusi nümayəndəsi olmuş Eldar Namazov “Novosti Azerbaydjana” portalına müsahibəsində deyib. Müsahibıni təqdim edirik.
- Qarabağ konfliktində hansısa kompromis mümkündürmü? Referendum olmalıdırmı, ya yox?
- Bu, həlledici məsələdir. Məhz buna görə də “Madrid prinsipləri” razılaşdırılmayıb. Çünki tərəflər referendumla bağlı anlaşa bilməyib. Bu mövzunun nə qədər dolaşıq olduğunu göstərmək üçün kiçik bir tarixi ekskurs eləmək istəyirəm.
Referendum, plebissit ideyası ilk dəfə hələ 1988-ci illərin ortalarında – münaqişə təzəcə yarananda meydana çıxıb. O zaman akademik Saxarovun təşəbbüsü var idi ki, Ermənistanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan ermənilər arasında referendum keçirilsin. Bunun əsasında da - əgər ermənilər Ermənistana, azərbaycanlılar isə Azərbaycana birləşməyə səs versəydi - ərazi mübadiləsi həyata keçirilsin. Saxarov Bakı və İrəvana səfərləri zamanı buna istinad edirdi ki, məslə ilə bağlı Qorbaçovla ilkin razılaşma artıq var və əgər tərəflər razı olsa, belə bir mübadilə baş tuta bilər.
O zaman ermənilərin reaksiyası özünü çox gözlətmədi. Saxarov gedəndən bir neçə həftə sonra azərbaycanlıların Ermənistandan total deportasiyası başlandı. Bütün bu hadisələr də zorakılıqlarla, qətlərlə və s. müşayiət olundu. Dağlıq Qarabağda referendumla bağlı Azərbaycanın mövqeyini izah edəndə məhz bu faktoru nəzərə almaq lazımdır. Çünki məhz bu təklif nəticəsində yüz minlərlə azərbaycanlı oradan zorla çıxarılıb.
Bundan sonra referendum məsələsi danışıqlar prosesinə daxil edilmədi. O, nə paket həll, nə də başqa həll variantında olmadı. Nədən ki, tərəflər bununla bağlı anlaşmanın mümkün olmadığını başa düşdülər. Əgər belə bir bənd daxil edilərsə, sülh danışıqları dalana girəcək. Və qəfildən bu mövzu “Madrid prinsipləri” adlanan sənəddə peyda oldu. Bu yanlış idi, və məhz bu üzdən “Madrid prinsipləri” yekun etibarilə hələdə qəbul edilməyib. Hazırda Qərb ekspertləri və diplomatları ilə işə istinad edərək deyə bilərəm ki, referendum məsələsi üzrə anlaşmaq mümkünsüzdür. Niyə?
İndilikdə referendum haqda 3 təsəvvür var - Azərbaycanın, erməni tərəfinin və beynəlxalq ekspertlərin. Azərbaycan hesab edir ki, referendum Konstitusiyaya uyğun surətdə Azərbaycanın bütün ərazisində keçirilməlidir. Erməni tərəfi və beynəlxalq ekspertlər isə bununla razı deyillər, çünki nəticə öncədən bəllidir. Qərb ekspertləri deyir ki, azərbaycanlı köçkünlər Dağlıq Qarabağa qayıtmalı və bundan sonra referendum keçirilməlidir. O halda yagin ki, keçmiş DQMV-nin 5 rayonundan 4-ü Azərbaycandan qopmağa səs verəcək, Şuşa rayonu isə əksinə səs verəcək və Azərbaycanın tərkibində qalacaq. Ancaq Azərbaycan tərəfi də, erməni tərəfi də belə yanaşmağa qarşıdır. Ermənilərin yanaşması belədir ki, qaçqınlar qayıda bilər, ancaq referendum zamanı onların səsi heç bir əhəmiyyət daşımır. Bu, elə təxminən referendumu bütün Azərbaycan ərazisində keçirmək kimi mövqeyin oxşarlıdır. Ancaq bu, Qarabağ azərbaycanlılarının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Nə Azərbaycan, ne də Qərb ekspertləri buna razıdır. Yəni hər üç tərəfin referendumla bağlı öz yanaşması var. Və hər bir tərəfin də təklifi digərləri tərəfindən rədd olunur.
Bu şəraitdə referendum məsələsində anlaşma – sadəcə, utopiyadır və danışıqlar prosesini “bloka” alınmasına xidmət edir. Bu məsələ sülh sazişi imzalamağa və konfliktin mərhələlin şəkildə nizamlanmasına başlamağa imkan vermir. Başqa beynəlxalq təcrübədən istifadə eləmək lazımdır. Bu da ondan ibarət olmalıdır ki, referendum say çoxlugu ilə statusu müəyyən edilməsi demək olmamalıdır. Çünki onun harada keçiriləcəyi, kimin iştirak edəcəyi ilə bağlı anlaşma əldə etmək mümkün deyil. Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişinin ratifikasiyası olaraq, referendum keçirmək olar. Təxminən Kiprin məsələsindəki kimi: öncə sülh planı hazırlanır, sonra ayrıca Kiprin yunan və türk kəsimində referendum keçirilir.
Həqiqətən də Qarabağ münaqişəsinin nizamlanması – mərhələli plandır. Hansı plana görə ki, həm işğal altındakı ərazilər azad edilir, həm köçkünlər qayıdır, həm Dağlıq Qarabağa təhlükəsizlik qarantı verilir və Qarabağla Ermənistan arasında dəhliz gözlənilir və sərhədlər açılır, iqtisadi əməkdaşlıq bərpa olunur. Yekun olaraq bu məsələ eyni vaxtda Azərbaycan və Ermənistanda, Dağlıq Qarabağda referenduma çıxarıla, eyni vaxta səsvermə ilə təsdiqlənə bilərdi. Ona görə də referendum məsələsinə yanaşmanı məhz indi dəyişmək lazımdır.
-Kerri və Lavrovun iştirak elədiyi Vyana görüşünü necə qiymətləndirirsiniz? İşğal altındakı ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkündürmü?
-Bu, 4 günlük müharibədən sonra ilk görüş kimi çox mühüm idi. Ermənilərin 22 ildir söykəndiyi mövqe indi artıq əsaslı deyil, ona görə ki, Ermənistan bu mövqedən çıxış edirdi ki, o, müharibənin qalibidir və əgər Azərbaycan münaqişəni hərb yolu ilə həll eləməyə cəhd eləsə, guya onların “məğlubedilməz” ordusu Gəncəyə və Bakıya çatacaq. Ona görə də ermənilər heç bir güzəştə getmir və Bakının diplomatik kapitulyasiyasını tələb edirdilər. 4 günlük müharibə zamanı Azərbaycan ordusu göstərdi ki, siyasi razılaşma olmasa, o, öz ərazilərini hərbi yolla qaytarmağa qadirdir. O üzdən düşünürəm ki, erməni tərəfi və vasitəçilər öz mövqeyinə korrektə etməlidirlər. İndi problemin paket həll imkanları yoxdur, çünki bu, eyni vaxtda Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur. Münaqişənin 22 il dondurulması isə artıq müharibəyə gətirib. Bu da o deməkdir ki, status-kvo davam edə bilməz. Beynəlxalq vasitəçilər də eyni şeyi bəyan edir. Hazırda qarşımızda iki yol var: ya genişmiqyaslı müharibə olacaq, ya da mərhələli həll. Və çox vacibdir ki, tərəflər mərhələli nizamlama ilə bağlı razılığa gəlsinlər – hansı planı ki, yeganə həll yolu kimi vaxtilə Bakı və İrəvan dəstəkləmişdi. Əfsus ki, o zamanın dramatik hadisələri və Ermənistanda çevriliş hər şeyi alt-üst elədi.
O vaxtdan 17 il keçib. Bu müddət göstərdi ki, mərhələli həll planının alternativi mövcud deyil. Danışıqlar prosesini dondurmaq cəhdləri edildi, ancaq bu, müharibəyə gətirdi. Odur ki, məsələdə seçim elə də böyük deyil: ya mərhələli həll, ya da müharibə.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|