"“Beşinci kolon” ortadan qalxmadan ölkədə islahat aparılması mümkün deyil" - Sülhəddin Əkbər
Tarix: 3-06-2016, 09:37 | Çap et
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər musavat.com-a müsahibə verib. Partiya sədri müsahibəsində 23 il əvvəl 4 iyunda baş verənlərdən, həmçinin hazırda ölkədə gedən proseslərdən, hakimiyyətin və müxalifətin durumundan danışıb.
- Azərbaycanda baş verən devalvasiyalardan aylar, hətta birincidən ildən artıq vaxt keçir. Hökumətin apardığı antiböhran tədbirlərini necə qiymətləndirirsiniz?
- Birinci böhrandan sonra biz AzDP olaraq təkliflər paketi hazırladıq, irəli sürdük, hansı addımların atılmasının vacibliyini göstərdik. Ondan sonra müxalifətin dəyirmi masası oldu. Orada da təkliflər verdim. Birinci təkliflər paketi yalnız maliyyə-iqtisadi böhrandan çıxış haqqında idisə, ikinci təkliflər paketi artıq Azərbaycanın bütövlükdə böhrandan çıxması üçün atılacaq addımlar idi. O təkliflər birinci devalvasiyadan sonra yerinə yetirilsəydi, ikinci baş verməzdi. Həmçinin mətbuatda yazılarım oldu. Azərbaycanın idarəçilik sistemində yaranmış vəziyyətlə bağlı təkliflərimi verdim. Bu təkliflərdən biri - MTN-in ləğvi məsələsi nəzərə alındı. Digər təkliflər qəbul olunmadı. Biz yalnız hökuməti tənqid etməklə məşğul deyilik, hər məsələ ilə bağlı təkliflər də veririk.
- Hakimiyyətin atdığı addımlar yetərli idimi?
- Yetərli olsaydı, bu gün ölkədə bu vəziyyət olmazdı. Bizdən başqa digər partiyalar, ictimai təşkilatlar, şəxslər də təkliflər verdilər. Amma Azərbaycanda demokratik mexanizmlər işləmədiyinə, hakimiyyət-müxalifət, hakimiyyət-cəmiyyət münasibətləri normal olmadığına görə, müxalifətdən, cəmiyyətdən gələn təkliflərə barmaqarası baxılır. Hakimiyyət daxilində yaranmış vəziyyətdən çıxmaqda maraqlı olmayan qüvvələr var. Artıq hakimiyyətdə də təmizlənmə aparılmalıdır. Yaşlı nəsil indiki elmi-siyasi tələblərə, iş metodlarına cavab vermir. İkincisi, Rusiyanın “beşinci kolon”unun burada çox böyük şəbəkəsi var. Bunlar təmizlənməlidir. Bunlar Azərbaycanda müasir demokratik dövlətin yaranmasında maraqlı deyillər. “Beşinci kolon” ortadan qalxmadan ölkədə islahat aparılması mümkün deyil.
- Yəni siyasi islahatlar aparılmadan iqtisadi islahatlar mümkün deyil?
- Mümkün deyil. Çünki iqtisadi islahatları hökumət aparmalıdır, hökumətdə də bu adamlar yer alırlar. Siyasi islahatlar aparılmasa, atılan digər addımlar effekt verməyəcək. Müəyyən düzgün addımlar atılmaq istədi. Amma bir neçəsi sonradan geri oxundu. Bu, həmin təxribat-pozuculuq işinin nəticəsi idi. Onda anladım ki, ölkədə iqtisadi islahatların aparılması mümkün deyil. Keçmiş sovet partiya təsərrüfat fəalları getmədən, “beşinci kolon” uzaqlaşdırılmadan, hakimiyyət daxilindəki məmur-oliqarx sistemi sındırılmadan, təmizlənmədən, ölkədə kadr siyasətində tayfa-klan münasibətlərinə son qoyulmadan və peşəkar, intellektual, vətənpərvər qüvvələr idarəçiliyə gətirilmədən bu ölkədə heç bir sahədə islahatları aparmaq mümkün deyil. Və yaxud islahat adı ilə atılan addımlar o nəticəni verməyəcək.
- Bəzi ekspertlər hökumətin bu istiqamətdə atdığı addımları islahat görüntüsü, imitasiya hesab edirlər. Sizcə, hökumət nəyə arxayındır ki, köklü islahatlarda maraqlı deyil?
- Demokratik islahat iqtisadi azadlıqlar, mülkiyyət, təşəbbüs azadlığı deməkdir. Həmçinin ölkədə milli burjuaziyanın, demokratik fikirli burjuaziyanın ortaya çıxması, orta təbəqənin yaranması deməkdir. Hakimiyyət başa düşür ki, ölkədə təkcə iqtisadi sahədə demokratik islahatlar aparılsa, sonucda milli burjuaziyanın, orta sinfin yaranmasına gətirib çıxaracaq. Onlar da bir müddətdən sonra öz maraqlarını qorumaq üçün siyasi islahatlar tələb edəcəklər. Dünyada burjua-demokratik inqilablarının əsas qüvvəsi milli burjuaziya olub. Buna görə elmi şəkildə bu işi önləyirlər. Bu gün ölkədə islahat aparılsa da, demokratik islahat deyil. Bu dəyişikliklərin xalqa bir nəticəsi olmayacaq.
- Bəs bu dövrdə müxalifətin ölkəni böhrandan çıxarmaq üçün təklifləri, atdığı addımlar yetərli idimi?
- Xeyr. Hər bir partiya verdiyi təklifləri müdafiə edə, hər kəsin də fikirləri subyektiv ola bilər. Amma biz təklif etdik ki, hakimiyyət bir qurum yaratsın, cəmiyyətdən gələn bütün təkliflər orada toplansın, bitərəf, müstəqil, texnokrat ekspertlər, mütəxəssislər tərəfindən qiymətləndirilsin. Hakimiyyətin öz iqtisadi komandası ilə texnokratların komandası birgə böhranın nəticələrinin ortadan qaldırılması üçün hökumət proqramı hazırlasınlar. O zaman ortaya gerçəkdən də obyektiv elmi-siyasi proqram çıxa bilərdi. İslahatlar kompleks olmalıdır. Azərbaycanın elmi-siyasi potensialı var, yetərsiz olan siyasi iradənin olmamasıdır.
- Bir neçə ay əvvəl müxalifət ölkəni böhrandan çıxarmaq üçün Antiböhran Koalisiyası yaratmışdı. Sizcə, müxalifət səmimi idimi?
- Ümumiləşdirsək, Azərbaycan müxalifəti vətənpərvər, demokratik fikirlidir. Azərbaycan müxalifəti öz vətənini sevir, müasir demokratik ölkə olmasını istəyir. Hələ 1918-ci ildə ölkədə cəmi 450 təhsil almış insan olduğu halda, siyasi elita demokratiya, Avropaya inteqrasiya yolunu seçib. İndiki müxalifət də bu ənənəyə sadiqdir, bu ideyalara söykənir. Biz 1991-ci ildə müstəqillik aktını qəbul edəndə bildirmişdik ki, bu dövlət 1918-20-ci illərdə olan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
- Amma 2013-cü ildə müxalifətin yaratdığı Milli Şuraya rusiyameylli şəxslər rəhbərlik edirdi. Onlar da vətənpərvər idilərmi?
- Müxalifət çox travmaitk siyasi həyat yaşayıb. Bugünkü müxalif qüvvələr Dağlıq Qarabağ məsələsinin yaranması ilə bərabər zamanda meydana çıxıb. Onlar öncə Azərbaycanda kiçik gizli dərnəklər olub. Amma kütləvi siyasət, xalqın siyasət meydanına çıxması 80-ci illərin sonlarında ortaya çıxıb, Qarabağ məsələsi gündəmə gəldikdən sonra intensivləşib. Azərbaycan müxalifəti vətənpərvərlik dalğasında siyasi səhnəyə çıxıb. İlk öncə ərazi bütövlüyünə görə meydanlara çıxıb. 1990-cı il 20 yanvardan sonra anlaşıldı ki, müstəqillik əldə olunmadan problemləri həll edə bilməyəcəyik. Çünki problemin arxasında Moskva dayanır. Ağrılı bir məsələdir ki, həmin dövrün milli-azadlıq hərəkatında iştirak etmiş bəzi şəxslər belə bu gün Moskvadan mədət umurlar. Bu, çox ağrılı bir prosesdir. Tarixə ekskursiya etsək, rus imperiyası 1721-ci ildə yaranıb. İlk hücumu 1722-ci ildə məhz Şimali Azərbaycana olub. 1724-cü ildə bu yürüş başa çatar-çatmaz çar fərmanı olub, ermənilərin Cənubi Qafqaza köçürülməsi və himayə olunması başlanıb. Onu deməkdə məqsədim odur ki, rus imperiyası yarandığı gündən Azərbaycana yönəlik imperiya siyasəti aparıb. Bu siyasət dörd mərhələdən keçib. 1722-ci ildən başlanan proses, birinci mərhələ 1828-ci ildə Şimali Azərbaycanın ilhaqı ilə bitib. İkincidə 1828-ci ildə “Gülüstan” müqaviləsi bağlanandan sonra 21 martda Azərbaycan torpaqlarında erməni vilayəti yaradılıb. Üçüncü mərhələ 1918-ci ildə Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması idi. O gündən bu günə də dördüncü mərhələdir, erməni dövlətinin genişləndirilməsi məsələsidir. İndi necə olur ki, milli-azadlıq hərəkatından çıxmış siyasətçilər bu gün Rusiyadan mədət umsunlar? Ya bu insanlar cahildir, öz dövlətlərinin, millətlərinin tarixini bilmirlər, nadandırlar, ya da ancaq Rusiyanın maraqlarına, “beşinci kolon”a xidmət edirlər. Azərbaycanda 1993-cü ilin 4 iyun qiyamı baş verəndə Azərbaycan demokratik inkişaf prosesindən yenidən çıxarıldı. Birinci dəfə də 1920-ci ildə rus işğalı milli dövlətçiliyin inkişafı prosesini, demokratik inkişaf prosesini durdurub. Rusiya hibrid savaşını ilk dəfə məhz Azərbaycanda sınaqdan çıxarıb, 4 iyun klassik hibrid müdaxilə idi. Bu prosesləri biləndən sonra bu gün hansısa bir azərbaycanlı siyasətçi, partiya Rusiyadan mədət umursa, yaxud Rusiyadan kömək alaraq hakimiyyətə gəlmək istəyirsə, “kömək haradan gəlir gəlsin, təki bu hakimiyyət getsin” kimi düşünürsə, çox yanılır. Onlar çox səhv yoldadırlar. Bu gün Azərbaycanda Rusiyadan kömək alaraq hakimiyyətə gəlmək prosesinə intensiv hazırlıq gedir. Bax, 4 iyun 93-də də belə düşünürdülər, nəticəsini, acı meyvələrini bu gün biz yeməkdəyik.
- Milli hökumətin içində də rusiyameyilli qüvvələr var idimi?
- Var idi. Güclü də mövqeyə sahib idilər. Daha bu cümlədən irəli getməyək. Bu, kifayət qədər güclü bir mesajdır.
- Müxalifət düşərgəsi 20 ildən artıqdır pərakəndədir. Sizcə, bu, nə vaxta qədər davam edəcək? Durumu dəyişmək üçün uyğun şərait yoxdurmu?
- Birincisi, SSRİ təkpartiyalı sistem olub, müxalif siyasi fəaliyyət mümkün olmayıb. Bizim siyasi varisliyimiz yoxdur. Tarixi təcrübəmizin yetərsizliyi, siyasi mədəniyyətin yetərsizliyi, siyasi şüurumuzun inkişaf səviyyəsinin geridə qalması, siyasi mədəni ənənələrimizin olmaması bunun dərin səbəbləridir. Bu günə gəldikdə isə milli-azadlıq hərəkatından çıxan qüvvələrin orada yaşadıqları intriqalar siyasi yetkinliyin olmaması üzündən getdikcə artaraq böyüdü. Ziddiyyətlər barışmaz hal aldı, bu qüvvələrin birliyi pozuldu. Bundan da həm siyasi rəqiblər istifadə etdi, həm də Azərbaycana düşmən olan ölkələr. Bu gün həmin siyasi qüvvələr tam təsirsiz vəziyyətə gətirilib. Onların bu gün nə Azərbaycan siyasətinə, nə də ictimai-siyasi fikrinə heç ciddi təsiri yoxdur. Azərbaycanda artıq yeni iqtisadi-siyasi şərait yaranıb, landşaft dəyişib, siyasi-iqtisadi güclər də dəyişib, onların maraqları da. Bu da yeni xarakterli siyasi qüvvələrin siyasət meydanına çıxmasını tələb edir. Milli-azadlıq hərəkatından çıxan qüvvələr yeni şəraitə uyğunlaşa bilmədiyinə görə artıq onlar siyasi meydanda təsirsiz hala gəliblər. Yeni qüvvələr ortaya çıxmalıdır. Müxalifətin vəziyyətə reaksiyası adekvat deyil, vəziyyət getdikcə pisləşir, ancaq insanlar susur. Bu, paradoksal və qeyri-adekvat reaksiyadır. Səbəbi o etirazı təşkil edə biləcək qüvvələrin artıq meydanda neytrallaşdırılmasıdır. Müxalifətin böyük hissəsi sıradan çıxarılıb, satın alınıb.
- 1993-cü ilin iyun hadisələrinin ildönümü yaxınlaşır. Siz də həmin dövrdə siyasi səhnədə aktiv olan fiqurlardan biri idiniz. Milli təhlükəsizlik nazirinin müavini idiniz. Heç olmasa, illər sonra 4 iyun hadisələrinə, həmin ərəfədə baş verənlərə fərqli prizmadan baxa bildinizmi? Hakimiyyəti buraxıb getməmək mümkün idimi? Məsələn, bugünlərdə o vaxtkı baş nazir Pənah Hüseyn müsahibəsində bildirib ki, biz yetərincə qətiyyətli olsaq, hakimiyyət çevrilişinin qarşısını ala bilərdik. Siz necə düşünürsünüz?
- Bu barədə çox danışmaq istəmirəm, bu, artıq tarixdir. Əgər cəmiyyət bu hadisələr barədə obyektiv fikir bilmək istəyirsə, iki yolu var, ya obyektiv şəraitdə araşdırılmalıdır, tarixçilər həqiqəti ortaya çıxarmalıdır, ya da obyektiv istintaq olmalıdır. Bu günə qədər bunun heç biri aparılmayıb. Danışan tərəflər prosesin iştirakçısıdırsa, maraqlı tərəfdir. Hər bir tərəf də istəyir öz mövqeyini əsaslandırsın. Mən bu cür görünmək istəmirəm. Ümumi maraqları nəzərə alıram, milli-azadlıq hərəkatının ictimai-siyasi əhəmiyyətini, təsirini, gələcək nəsillərə müsbət təsirini nəzərə alıram və ona ləkə düşməsinə razı deyiləm.
Həm də istintaq prosesi o zaman başlayanda keçmiş hökumət üzvləri arasında centlmen razılaşması oldu ki, danışmayaq. Hökumətin apardığı müsbət işlərə kölgə salmaq lazım deyil. Milli-demokratik hökumətin Azərbaycan xalqı, Azərbaycan milli-dövlətçiliyinin inkişafı üçün misilsiz-əvəzolunmaz xidməti olub. Bu qüvvələr Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa ediblər, milli dövləti məhz onlar bərpa ediblər, Azərbaycanda ilk demokratik seçki keçiriblər, ölkənin siyasi müstəqilliyinin, iqtisadi, mədəni müstəqilliyinin əsasını qoyublar.
Həmin vaxt milli valyuta olan manat ortaya çıxıb, latın qrafikalı əlifba yaradılıb, türk dilinin dövlət dili hesab olunması mümkün olub, dövlət təhsilinin yalnız türk dilində olması mümkün olub. İqtisadi müstəqilliyimizin əsası qoyulub, enerji layihələrinin əsası qoyulub və Azərbaycanın demokratik inkişafının əsası qoyulub. Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edilib. Rusiyanın Kəlbəcərdəki kobud müdaxiləsinə qədər bu, davam edib.
Bu gündən baxanda səhvlər çox aydın görünür. Amma nə yazıq ki, tarix birvariantlıdır, dəyişmək qeyri-mümkündür. Həmin dövrdə də mən açıq şəkildə gördüm ki, Rusiyanın Azərbaycanda təsiri nə qədər böyükdür. Milli-azadlıq hərəkatında, xalq cəbhəsi daxilində, o cümlədən milli hökumət adlandırılan hökumətin daxilində nə qədər geniş agentura şəbəkəsi və mövqeyi var idi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
|