Moskva Qarabağın elə həll modelini təklif edəcək ki... - deputat
Tarix: 11-06-2016, 09:29 | Çap et
Rusiya Qarabağ məsələsini yalnız siyasi yolla həll edə bilməyəcək, Moskva Bakıya hərbi yolla da dəstək verməlidir ki, problem öz həllini tapsın. Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib. Əliyev, Putin və Sərkisyanın Qarabağ məsələsi üzrə gözlənilən görüşünü şərh edən deputat çox önəmli məqamlara işıq salıb: “Dördgünlük müharibə zamanı real olaraq iki dövlət arasında silahlı münaqişənin genişlənməsini durduran yeganə tərəf Moskva oldu. Prosesləri yaxşı görən Qərb fərqində idi ki, Strasburq və ya Brüsseldən gələn zəng hesabına Füzulidə tank və toplar susası deyil. Putinin buna gücü çatdı, onun təsir gücü Bakı və İrəvanda qəbul olunub. Ancaq fərqli reaksiyalar yalnız 5 apreldən başlandı. İrəvanda Rusiya əleyhinə aksiyalar meydana çıxdı və nə qədər generalların poqonları sökülsə də, əlləri Putinə çatmadıqlarından siyasi müharibəni dərinləşdirdilər. Bu, nəticə etibarilə beynəlxalq dairələr tərəfindən fəal şəkildə danışıqların bərpasını əngəlləyə bilmədi. Vaşinqton avtomatik olaraq prosesdən kənarda qalmamaq üçün Lavrov-Kerri danışıqlarından sonra tərəfləri Vyanada bir araya gətirə bildi. Hər halda Rusiyanın buna nə üçün getdiyini cavablandırmaq çətin deyil. Yəqin Suriya məsələsində də eynən ABŞ-ın hansısa güzəştli addımları baş verib və indi də sanki iki region arasında olan məsələlərdə beynəlxalq güclərin sövdələşmələri özünü göstərməkdədir. Bununla bərabər, Lavrov Vyanadan masa üzərində müzakirə olunacaq sənədin məhz Rusiya planı olduğunu gizlətmədi. İndi Qərb tərəfindən iki hədəfə doğru istiqamətlənmiş addımlar atılmaqdadır. Birincisi, Ermənistanın anti-Rusiya ovqatından istifadə edərək İrəvanı öz tərəflərinə çəkmək istəyirlər. İkincisi, Azərbaycan enerji cəhətdən Qərbin tərəfdaşı olsa da, siyasi cəhətdən Rusiya mövqeyini qəbul etdiyi üçün Bakıya müəyyən təzyiq göstərmək istəyirlər. Hətta bir az da irəli gedib bölgəyə Anjey Kaspşik vasitəsilə özlərinin müşahidə missiyasını göndərməyə çalışırlar. Yəqin ki, onların hamısı kəşfiyyatçılardan ibarət olacaq. Yəni sülhməramlı qüvvələrə bərabər gedişlər etmək istəyirlər. Ermənilər isə buna razıdırlar. Əsas niyyət – bir tərəfdən İranı, o biri tərəfdən Qərbi bu prosesə qoşmaqla Rusiyadan asılılığı azaltmaq, çoxvektorlu bir siyasətə keçməkdir. Ancaq Ermənistan qətiyyən nə İranın, nə də Qərbin fonunda Azərbaycan kimi balanslı siyasət qura bilməyəcək”. Z.Oruc iyunun sonunda hərtərəfli həll üçün Parisdə aparılacaq danışıqlardan öncə Putinin tərəfləri görüşdürmək planından da söz açıb: “Qafqazlardakı davanın bütün keçmiş tarixinə rəğmən, kim regionun gələcəyində iştirak etmək istəyirsə, Qarabağ məsələsinin həllində də o rol oynamalıdır. Əks halda, bu bölgədən siyasi və iqtisadi cəhətdən yararlanmaq çox çətin olacaq. Ona görə də keçmişdə bölgəni münaqişələr vasitəsilə idarə edirdilərsə, indi isə əksinə, həll məsələsi işə düşəndə hər bir dövlət çalışır ki, planı o versin. Təbii, Qərb onun fərqindədir ki, Putin tərəfindən irəli sürülən model həyata keçsə, Azərbaycan Avropaya çox da ehtiyac duymayacaq. Putin bilir ki, Qarabağ məsələsində əlini qızdırmaq istəyən Avropa dairələrinin qarşısını kəsməyin ən yaxşı yolu prezidentlərin görüşünü keçirmək, xalqları gələcək sülhə hazırlamaqdır”. Millət vəkili bildirib ki, Putinin iştirakı ilə baş tutacaq görüş qətiyyən Azərbaycanın maraqlarına zidd deyil: “Ermənistan bütün yüz illərin cinayətini indi Moskvanın əleyhinə yazır. Bu görüşün məqsədi açıq şəkildə Qərbi kənarlaşdırmaq, Putinin planının hər üç tərəfin xeyrinə olduğuna inandırmaqdır. Ən azından Rusiya bölgədə əlavə konfliktlər yaşamaq istəmir. Çünki Qarabağda ocaq yananda bu od dərhal Şimali Qafqazı da bürüyür. Qarabağ məsələsinin Rusiyanın rəhbərliyi ilə həlli Moskvanın yüz illər ərzində bölgədəki savaşları törətdiyinə görə qazandığı addan sınaq üçün bir fürsətdir, qısası, Rusiyanın xilaskar obraza ehtiyacı var. Ona görə də Putin imkan verməyəcək ki, Qərbin planı Qarabağ məsələsində qəbul olunsun. ABŞ da təbii ki, bundan şad olmayacaq və bu planı pozmağa çalışacaq”. Deputat Sankt-Peterburq görüşünə Azərbaycanın böyük önəm verdiyini açıqlayıb: “Bu görüş reallaşacağı təqdirdə Sərkisyan öz xalqına hansı sülhün lazım olduğu bəyanatını verib, yəqin ki, hakimiyyətdən getməli olacaq. Ancaq Petrosyan, Köçəryan və Sərkisyan o həqiqəti dərk etməlidirlər ki, müvəqqəti işğal nəinki dövlət qurmağa imkan vermir, onun regional və beynəlxalq aləmdə qəbul etdirmək məsələsi daha mühümdür. O üzdən Rusiya elə bir həll modeli meydana çıxaracaq ki, Qərbi bölgədən qova bilsin və Qafqazın tək nüfuz qüvvəsinə çevrilsin”. Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|