"Gülənin verdiyi pullar hesabına deputat olanlar var" - Azərbaycanda
Tarix: 13-08-2016, 09:21 | Çap et
Türkiyədə iyulun 15-də Gülən tərəfdarlarının hərbi çevriliş cəhdi beləliklə baş tutmadı. Türk xalqı və hökuməti birlik nümayiş etdirərək bu cəhdin qarşısını ala bildi. Gülən çetesinin başqa türkdilli ölkələrdə, o cümlədən Azərbahycanda da müəyyən qədər tərəfdarlarının olduğu istisna deyil. Bu fonda belə fikirlər səslənir ki, Türkiyədə çevriliş cəhdi baş tutsaydı, o öz təsirini başqa yerlərə, o cümlədən ölkəmizə də göstərə bilərdi.
Görəsən bu nə dərəcədə realdır?
Yenicag.az-ın qonağı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu barədə düşündüklərini bizimlə bölüşdü.
– Azərbaycanda hakimiyyət dairələrində yerləşdirilən xəyanətkar qüvvələr çoxdur. Görürsünüz ki, oturuşmuş Türkiyə kimi bir dövlətdə hakimiyyət içində olanların 70-80 faizi gülənçilərdən ibarət idi. Azərbaycan hakimiyyətinin içində olanların da deyərdim ki, 80 faizi İlham Əliyevə, vaxtilə Heydər Əliyevə də xəyanət edən qüvələrdən ibarətdir. Onlar da ölkədə mövcud olan stabilliyi pozmaq üçün hər an müəyyən planlar cızırlar. Buna misal olaraq çörəyin qiymətinin qaldırılmasını göstərə bilərəm. Halbuki bu qiymət artımına heç bir əsas yoxdur. Hazırda dünya bazarında unun qiyməti 30 faizə qədər aşağı düşüb. Amma buna baxmayaraq Azərbaycanda çörəyin qiymətini qaldırırlar. Keçən il prezident un idxalını əlavə dəyər vergisindən azad etdi. Habelə, suyun, işığın qiymətinin qaldırılması da stabilliyin pozulmasına aparan yolun başlanğıcıdır. Yəni bu gün Azərbaycan hakimiyyətində elə qüvvələr var ki, onlar çox ustalıqla Azərbaycan müxlifətinin illərlə görmədiyi işi görürlər. Bu barədə ciddi mesajlarımı hətta rəsmi dairələrə də çatdırmışam. Dövlət çevrilişi gözlənilir və onun bünövrəsi əsasən hakimiyyət daxilində olan xəyanətkarlardan ibarətdir. Ona görə də ehtiyatlı olmalıyıq, Azərbaycanda referendum ərəfəsi və ondan sonrakı dövrlərdə ciddi fəsadlar törənə bilər. Amma bunlara imkan verməyəcəyəm. İmkan verməyəcəyəm ki, əziz qardaşıma hardansa bir zərbə dəysin. Dövlətçilik əleyhinə olan qüvvələrin qarşısına canımı sipər olaraq qoymağa hazıram. Sona qədər də bu qüvvələrlə mübarizəmi davam etdirəcəyəm.
Həmin məmurlara da mətbuat vasitəsilə mesajımı çatdırıram ki, ağıllı olsunlar. İmkan verməyəcəyəm ki, Azərbaycan dövlətçiliyi təhlükə altına düşsün. Nə qədər sağam, əziz qardaşım İlham Əliyev yolunda şəhid olmağa hazıram. 90 min partiya üzvü bu məsələdə öz mövqeyini ortaya qoyub və bu əsasda da dövlətimizin sarsıdılmasına imkan verməyəcəyik. Prezidentin yanında oturan bəzi xəyanətkar insanlar barmaqlarına xına qoysunlar. Düşünürəm ki, hər halda daş qayaya rast gəlib. Qardaşımı tam gücü ilə müdafiə edəcəyik.
– Konkret olaraq həmin dediyiniz məmurlar kimlərdir?
– Onları Azərbaycanda bilməyən adam yoxdur. İstəmirəm ki, bu gün onların adını açıqlayam, onları şərəfləndirəm. Bu insanlar vicdanlarını itiriblər. Onların da bir tərəfi ermənilərə, erməni diasporasına sıx bağlıdır. Onlara qarşı mübarizədə ayıq-sayıq hərəkət edirik.
Bilirsiniz ki, Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanov, onun anası Rəbiyyət Aslanova və onları hakimiyyətə gətirən insanların bir hissəsi yenə də hakimiyyətdədirlər. Elnur Aslanovun Təhsil Nazirliyində yer tutan səhv etmirəmsə, qaynı təhsilimizə ziyan vurmaqla dövlət əleyhinə ciddi proseslərdə öz rolunu nümayiş etdirir. Hazırda Milli Məclisdə oturanların da çoxu Gülənin verdiyi pullar hesabına deputat olublar. Lazım olsa onların kimlər olduğu barədə siyahı da verə bilərik.
Hər halda düşünürəm ki, yaxın günlər həm gülənçilərdən, həm də Heydər Əliyevi təhqir edənlərdən, İlham Əliyevə xəyanət edən qüvvələrdən Azərbaycan hakimiyyətini təmizləyə biləcəyik. Bunun üçün də prezidentə möhkəm siyasi, ideoloji dəstək lazımdır ki, bu dəstəyin önündə də biz dururuq.
hafiz haciyev– Bu dövlətçiliyə zidd qüvvələrə qarşı hansı istiqamətdə mübarizə aparmaq niyyətindəsiniz?
– Onlara qarşı ideoloji mübarizə aparırıq. Düşünürəm ki, referendumla xalq vitse-prezidentlik institutunun yaradılmasına razılıq versə, həmin postdan birini tutmaqla qardaşımın qorunmasında öz xidmətlərimi göstərə biləcəyəm.
Ondan sonra da həmin məmurlar çox pis durumda qalacaqlar, əlimdən başlarını götürüb gedəcəklər.
– Həmin vitse-prezident postlarından birini tutmağa özünüzü layiqli sayırsınız?
– Tam hazır vəziyyətdəyəm. Qardaşım prezidentdirsə, mən də onun vəziri ola bilərəm. Hər halda dövlətimizin qorunmasında etibarlı insanlara ehtiyac vardır. Bu insanlar da prezidentin yanında olub, ona yardımçı ola biləcəklər. Həmin yerdə özümü ən güclü və sadiq insanlardan biri hesab edirəm. Bu postda oturaramsa, Azərbaycanda istər insanların maddi rifah halının yaxşılaşması, istər prezidentə xəyanət etmənin qarşısının alınmasında, istərsə də digər siyasi qüvvələrlə aparacağım mübarizə dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə gətirib çıxaracaq. Hər halda bəri başdan namizədliyimi elan etmişəm. Zaman hər şeyi yerinə qoyacaq. Düşünürəm ki, bu məsələdə ciddi füqur ola bilər və dövlətimizin qorunmasında xüsusi xidmətim ola bilər. Mənim qardaşımın yanında olmağım daha sərfəli ola bilər, nəinki ona və atasına xəyanət edən insanların.
Kimsə düşünürsə ki, bundan sonra da İlham Əliyevə xəyanət edə biləcək, onda gəlib meyitimin üstündən keçsinlər. Bir şöbə müdiri Türkiyədə gedib 20 villaya sahib olursa, Təhsil Nazirliyində və digər qurumlarda kök salıb prezidentə xidmət etmək əvəzinə, onu nüfuzdan salmaq üçün addım atırlarsa, sağlıq olsun, qardaşımla birlikdə xəyanətkarlara qarşı mübarizəni asanlıqla həll edib, Qarabağı da azad edəcək və Azərbaycan prezidentinin əbədi olaraq xalqın qəlbində qalmasını təmin edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|