“Düşmənlə müharibə bitənədək hər hansı yumşaq rəftar doğru sayıla bilməz” - Həsrət Rüstəmov
Tarix: 16-08-2016, 09:44 | Çap et
Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni əsilli həmkarı ilə münasibəti gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. İctimaiyyətdə, sosial şəbəkələrdə tənqidlərə tuş gələn azərbaycanlı stilistə havadar olanlar da az deyil. Bəziləri qalmaqalın əsas səbəbkarı, stilist Georgi Kotun yalnız anasının erməni olduğunu, bu arqumentlə də onun erməni hesab edilmədiyini, beləliklə də stilist xanımın əsassız olaraq suçlandığını qeyd edirlər.
Azərbaycan mədəniyyəti, incəsənətində xüsusi xidmətləri olan xalq artisti Ramiz Novruzun son vaxtlar adının daha çox qızı ilə bağlı olan qalmaqallarda hallanması da xoşagəlməz olay kimi müzakirə olunmaqdadır. Təbii ki, Azərbaycan cəmiyyəti bu və ya digər formada olan bu cür olayları daha çox neqativ qəbul edir, ictimai hədəfə çıxarır. Bəs görəsən, Azərbaycan müxalifətinin bu məsələdə mövqeyi necədir? Mövzu ilə əlaqədar bir neçə siyasətçinin rəyini öyrənməyə çalışdıq.
AĞ Partiya sədri Tural Abbaslı qeyd etdi ki, bu məsələdə əsas funksiya daha çox cəmiyyətin, ictimaiyyətin üzərinə düşür: “İctimaiyyət mədəni təzyiq, ictimai qınaq və digər vasitələrdən istifadə edərək bu cür halların baş verməməsinə çalışmalıdır. İstər dünya, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xalqlar dostluğu, xalqlar arası barışıq kimi qəbul edilən bu cür arqumentlər var - hansı ki, guya iki xalqın bir yerdə yaşamasına zəmin yaratmaq və yaxud Qarabağ probleminin daha rahat həll edilməsi üçün yeridilən bir siyasətdir. Ancaq biz tarixə baxsaq görərik ki, ermənilər dəfələrlə bizim xalqa qarşı satqınlıq edib, terror törədiblər, amma biz hər zaman unutmuşuq, bağışlamışıq və nəticədə bunlar yenidən təkrarlanıb. Bu baxımdan, ictimai qınaq mütləq olmalıdır, istər həmin şəxsin özünə, istərsə də nüfuzlu bir ailənin nümayəndəsidirsə, həmin ailəyə. Dövlətin bu məsələyə münasibəti bir qədər həssasdır. Amma dövlət bu cür məsələləri nəzarətdə saxlamalıdır. İstənilən halda Ermənistan və xalqı Azərbaycanın dostları siyahısında deyil”.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da düşmən dövlətin nümayəndələri ilə dostluğun doğru olmadığını vurğuladı: “Söhbət əgər Ramiz Novruzdan gedirsə, təbii ki, insanlar yetkinlik yaşına çatan övladlarına görə cavabdeh deyil. Bunun mənəvi tərəfi ola bilər, amma digər tərəfləri aktyora aid deyil. Aktyor tanınmışdır, qızı o qədər tanınan deyil. Amma istənilən halda Azərbaycana zaman-zaman pislik etmiş və onun ərazisini işğal altında saxlayan dövlətin vətəndaşları ilə dostluq etmək doğru deyil. Düşmənlə müharibə bitənə qədər hər hansı bir yumşaq rəftar və müharibənin olmadığını göstərən davranış doğru sayıla bilməz, ən azından bunu təbliğ etmək lazım deyil. Dövlətin bu məsələyə reaksiyasına gəldikdə isə, bunun hüquq tərəfi yoxdur - məsələn, düşmənlə konkret olaraq necə rəftar etmək lazımdır və sairə. Hətta Ermənistan Azərbaycana rəsmi olaraq müharibə elan etməyib. Yəni bu cür məsələlərin ümumi tərəfinə nəzər yetirdikdə dövlət belə şəxslərə heç nə deyə bilməz, biz istəsək belə. Amma digər tərəfdən, bunun doğru olmadığını insanlara çatdıra, təbliğat apara, bu cür halların olmaması üçün əlindəki fürsətlərdən istifadə edə bilər. Elə bir gün olmur ki, Azərbaycan cəbhəsində itki verməyək, mülki əhali yaralanmasın. Belə bir vəziyyətdə düşmən ölkə, onun xalqı ilə yumşaq rəftar edən insanları başa düşmək çətindir və onları ictimai qınağa tuş gətirmək lazımdır. Burada kiminsə erməni əsilli şəxslə münasibəti deyil, onun cəmiyyətdə yaratdığı əks-səda məsələsi müzakirə edilir. Sabah müharibə başlasa və digər tərəfdən, düşmən xalqına məhəbbət oyadan təbliğat gedirsə, bunu necə qəbul etmək olar?! Niyə məşhur şəxslərin bu cür davranışları bizi narahat edir, ona görə ki, onların ictimai rəyə xüsusi təsirləri var”.
KXCP sədr müavini Xəzər Teyyublu isə qeyd etdi ki, düşmən ölkənin, millətin nümayəndəsinə rəğbət bəsləmək azərbaycançılığa qarşı böyük həqarət hesab olunmalıdır: “Zaman-zaman bu cür olaylar olur. Buna qarşı ciddi reaksiyalar olmalıdır. Niyə bu cür məsələlərə yol verilir?! Biz bu gün ermənilərlə düşmən səviyyəsindəyik, onlar bizim torpaqlarımızı işğal ediblər. İctimaiyyət daha çox şou aləminin nümayəndələrinin, aktyorların sözlərini qəbul edir, anlayır. Ona görə bu insanlar başa düşməlidirlər ki, onların övladları da sıradan bir adamlar deyil və bu cür açıqlamaları böyük məsuliyyət tələb edir. Əgər bu faktdırsa, böyük ayıb sayılmalıdır. Düşmən ölkənin, millətinin hər hansı nümayəndəsinə qarşı bu cür mövqe göstərmək azərbaycançılığa böyük həqarət hesab olunmalıdır. Ona görə də belə insanlar, sadəcə, məsuliyyəti anlamalıdırlar - istər xalq, istərsə də əməkdar artist olsun, dəxli yoxdur. Bununla bağlı Azərbaycanın siyasi, ictimai gündəmində Vətənə sevgi, bütövçülük və düşmənə qarşı ümumi vahid mövqe sərgiləmək boşluğu var. Ona görə də ara-sıra bu cür olaylar baş verir. Şəxsən mən bu cür olayları qüsur, xəta hesab edirəm. Belə faktlar varsa, ictimai qınaq olmalı, pislənilməlidir ki, gələcəkdə digərlərinə örnək olsun. Nə qədər ki, biz ermənilərlə müharibə vəziyyətindəyik radikal, şərhsiz mövqe nümayiş etməliyik - ta ki, Vətənimiz işğaldan azad olunanadək”. Siyasətçi təkcə ananın düşmən millətinə aid olması məsələsinə də toxunub: “Bir misal deyim, tarixdə belə bir rəvayət var ki, Atatürk Çanaqqala döyüşündə uduzurmuş. Araşdırma nəticəsində məlum olur ki, döyüşü uduzmaqlarının səbəbi türk generallarının, zabitlərinin arvadlarının və ya analarının türk olmamasıdır. Atatürk bir gecənin içində onların hamısını dəyişir və döyüşlərdə qalib gəlir. Bu, çox önəmli məsələdir. Məsuliyyətli mərhələdə gen, nəsil məsələsinə diqqət edilməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|