Fazil Mustafa Şah İsmayılın vərəsəliyindən rəsmən QORXUR
Tarix: 29-08-2016, 09:05 | Çap et
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Xətai ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Zaman-zaman deputatın Xətai ilə bağlı birmənalı qarşılanmayan fikirləri mətbuat səhifələrində geniş yer alıb.
Bu dəfə də F.Mustafa ciddi tənqid atəşinə tuş gəlib. Hətta iş o yerə çatıb ki, partiya sədri onu qınayanlara öz facebook səhifəsində status həsr edərək, onlara sərt şəkildə cavab verib. O bildirib ki, facebookda yaradılan “Şah İsmayıl Səfəvi” adlı səhifədə ona hücum edilir və ən aşağı formada tənqidlərə məruz qalır. F.Mustafa qeyd edir ki, şəklini paylaşaraq üzərindən “Babəkin və Şah İsmayılın düşmənləri silsiləsindən” yazıblar.
DİA.AZ xəbər verir ki, F.Mustafa “Yeni Müsavat”a açıqlamasında tarixi şəxsiyyətlərə qarşı münasibətdə şəxsi düşmənçilik və mənfi ritorikanın olmadığını bildirdi: “Bu tipli şəxslərin qoyub getdikləri dəyərlərə münasibət var. Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. İnsanlar ola bilsin ki, kimisə çox sevə bilərlər. Biz istəyirik ki, ölkəmizdə milli dövlət duyğusuna bağlılıq daha çox olsun. Bu yolla dövlətimizi qoruya bilərik. Bu dövlət Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılıb. Biz tarixin qaranlığında işıq axtarmaqdansa, mövcud işığımıza daha çox yaxın olmalıyıq. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Tarixi şəxsiyyət olaraq, bir şəxsin çoxsaylı qələbələr qazanması faktı çox ola bilər. Napoleonun addımlarına həsədlə baxırıq. Əslində isə tarixi şəxsiyyətin qoyub getdiyi dəyərə baxmaq lazımdır. Bu dəyər işimizə nə qədər yarayır? Bu dəyər hazırkı inkişafımıza nə qədər fayda verir? Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Bizdə dövlətçilik duyğuları yüksəkdir. Amma bu duyğular sağlam olmalıdır. 2 milyon kvadrat kilometr ərazinin işğalından danışırıq. Bu gün Qarabağı azad edə bilmirik. Bu baxımdan, 2 milyon kv.kilometrlik ərazinin işğalı illüziyası ilə xalqı yazıq günə qoymağın mənası yoxdur.
Cənubi Azərbaycanda olan soydaşlarımızın haqlarını belə əldə edə bilmirik. İdealları yaşatmaq yaxşı şeydir. Amma buna aludə olub dövlətimizi də itirə bilərik. Azərbaycanda istinad edəcəyimiz ən böyük tarixi şəxsiyyət Rəsulzadədir. Onun modern düşüncəsini Azərbaycan doğru yerinə yetirsə, ölkəmiz qüdrətli bir dövlətə çevrilə bilər. Daha bir sağlam düşüncəli aydın gələcəyə doğru gedərik. Fikirlərimizə dözümsüz yanaşanlar var. Səhifələrində şəkillərimizi düşmən obrazında paylaşırlar. Nadan, cahillər hansı ölkələrdə olmalarından asılı olmayaraq, maraqlıdır ki, eyni hədəfə gəlirlər. Biz öz ölkəmizə bağlı insan tipinin üzərində düşünməliyik. Bu ideologiya gələcəyimizə heç bir perspektiv vəd eləmir.
Şah İsmayıl tarixi bir şəxsiyyətdir. Belə şəxsiyyətlərə hörmətsiz yanaşmaq olmaz. Tariximizdə kimlər olubsa, dövrlərinin adamları olublar. Onları söymək, təhqiramiz kimi ifadələr işlətmək halları yığışdırılmalıdır. Sadəcə onları ideallaşdırmaq olmaz. Bizim yanaşmamız budur. Qəbul etmək olar, amma bunu bütöv Azərbaycanın ideyası kimi sırımaq doğru deyil. Əminəm ki, Azərbaycanda sağlam düşüncəli insanların istinad mənbəyi Rəsulzadədir. Hansısa bir feodal dövrünün torpaq zəbt etməsi bizim dəyərimiz ola bilməz. Yaşayan dəyərlərə istinad etmək lazımdır. Napoleonun çoxsaylı Avropa ölkəsini işğal etməsi yüz minlərlə fransızın məhvinə səbəb olub. Amma onun qoyduğu Mülki Məcəllə bu gün də yaşayır. Yəni onun dəyəri bu məcəllədir. Rəsulzadə dəyər qoyub gedib, heç bir torpaq işğal etməyib. Amma Azərbaycan insanı üçün elə bir dəyər qoyub gedib ki, min dəfə o ərazilərdən üstündür. Milli dövlət yaratmaq duyğusunu o, Azərbaycana yaşadıb. Səfəvi milli dövlət deyil. Bu baxımdan bunu ideallaşdırmağın mənası yoxdur”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, tarixi şəxsiyyətləri bugünkü situasiya ilə dəyərləndirmək doğru deyil: “Babəki, Xətaini və digər belə şəxsləri XXI əsrdə dəyərləndirəndə son dərəcə ehtiyatlı olmaq lazımdır. Çünki bəzi ziddiyyətlər meydana çıxa bilər. Belə tarixi şəxslərə o kəslər düzgün qiymət verə bilərlər ki, həmin dövrün dini, siyasi proseslərini dərindən bilsinlər. Bunlar olmayanda daim ziddiyyətlər meydana çıxır. Şah İsmayıla münasibətdə xüsusən ciddi ziddiyyətlər var. Ona qarşı hücumlar da var. O, şiə dövləti qurub, öz maraqları olub. Hətta onda qisas almaq hissi də var idi. Müharibə etdiyi dövlətlərdən, ata-babasını öldürənlərdən qisas almaq istəyirdi. Amma heç bir halda səfəviləri tariximizdən silib, onu düşmən elan etmək doğru deyil. Bütün yanlışlıqlara rəğmən o, Azərbaycanın bir parçasıdır. Osmanlını ideallaşdırıb, səfəviləri aşağılamaq da doğru deyil. Hər ikisinin ayrı-ayrılıqda, eyni zamanda birlikdə səhvləri olub. Amma onları tarixdən silmək cəhdləri hesab edirəm ki, xalqımızın tarixinə kölgə salmağa, dövlətçilik duyğularını zəiflətməyə yönəlib. Xətaini türkçülüyə qarşı qoymaq düzgün deyil. Türk tarixçiləri bu günləri Xətaini İrana bağlamaq istəyirlər, amma bu doğru ola bilməz. Bu yanlış təfəkkür getdikcə sona çatacaq. Çünki Xətai ilə bağlı yeni-yeni kitablar yazılır, araşdırmalar aparılır. Haqq öz yerini tezliklə tapacaq. Osmanlı və səfəvilərdə kifayət qədər qardaş qırğınları olub. Ona görə də Xətaini Çaldıran döyüşünə görə qınayıb, bu tərzdə barəsində mənfi fikirlər səsləndirmək, formalaşdırmaq düzgün deyil. İndi Türkiyə ilə münasibətlər yüksək səviyyədədir. Bu baxımdan Xətai ilə bağlı hazırda səslənən fikirlərin keçmişdə olan məlum düşmənçiliklə heç bir əlaqəsi yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|