YAP-çılar referendumdan sonra inqilabi dəyişikliklər vəd edir
Tarix: 30-08-2016, 09:12 | Çap et
Azərbaycanda keçiriləcək referenduma bir aydan az vaxt qalır. Sentyabrın 26-sı yaxınlaşdıqca referendum ətrafında müzakirələr qızışır. Müxalifət düşərgəsi gedən prosesləri ölkənin gələcəyi üçün təhlükə hesab etsələr də, iqtidar təmsilçiləri bunun əksini düşünür və gələn ayın 26-dan sonra Azərbaycanda bütün sahələrdə inqilabi dəyişikliklərin olacağının anonsunu verirlər.
Aznews.az-a açıqlamasında YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, sentyabrın 26-da konstitusiyada edilən dəyişikliklər Azərbaycan tarixində yeni bir səhifə açacaq: “İqtisadi sahədə inqilabi dəyişikliklər ediləcək. İndiki konstitusiya ilə vətəndaşın mülkiyyət hüququ toxunulmazdır. Ancaq təəssüflər olsun ki, bu toxunulmazlıq bəzən sui-istifadəyə gətirib çıxarır. Məsələn, özəlləşmə dövründə bir sıra şəxslər qanun əsasında böyük torpaq sahələrinə malik oldular. Hazırda isə həmin torpaq sahələrindən istifadə olunmur. Azərbaycanın əkinə yararlı torpaq sahəsi azdır, bir hissəsi isə sadəcə olaraq, şəxsi mülkiyyətdə olduğuna görə istifadə edilmir, onları yenidən dövriyyəyə çıxarmaqsa qeyri-mümkündür. Konstitusiyaya edilən dəyişikliklər isə bu problemin həllinə kömək edəcək. Belə ki, torpaq istifadə edilmədikdə məhkəmə yolu ilə hüquqi şəxsdən bazar qiymətinə ödəniş edilməklə alınıb və yenidən təsərrüfat dövriyyəsinə buraxılması mümkün olacaq. Dəyişikliklər problemlərin çevik həll olunmasına, yeniliklərin cəsarətlə həyatımıza daxil olmasına, iqtisadiyyatın güclənməsinə, ən əsası isə vətəndaşın hüquqlarının möhkəmlənməsinə, digər tərəfdən sosial vəziyyətin yaxşılaşmasına kömək edəcək”.
Parlament üzvü Zahid Oruc isə “Yeni Müsavat”a verdiyi son müsahibəsində referendumdan sonra hökumətin fəaliyyətində "ASAN xidmət" modelinin tətbiqinin mümkünlüyündən söz açıb: “Referendumdan sonra hökumətin fəaliyyətində ”ASAN xidmət" modelinin sürətlənməsi daha çox qabardıla bilər ki, bu, hamının xeyrinədir. Dövlət başçısına komandasını yeniləşdirməyə heç kəs mane ola bilmir. Çünki cənab prezidentin iradəsi qarşısında özünü vaxtilə toxunulmaz kastanın üzvü sayanlar da duruş gətirə bilməyiblər. Referendum idarəçilikdəki təkmilləşməni həyata keçirmək, prezidentin xalqa uzanan əllərinə olan maneçilikləri ortadan qaldırmaq və insanların dövlətdən, hökumətdən gözləntilərini tam reallaşdırmaq üçündür".
Göründüyü kimi, iqtidar təmsilçiləri referendumdan danışarkən birmənalı şəkildə inqilabi dəyişikliklərin olacağını deyirlər.
Sabiq baş nazir, AXP lideri Pənah Hüseyn deyilənlərin əksini düşünür. O hesab edir ki, azad siyasi rəqabət mühiti referendumdan sonra ciddi şəkildə geriləyəcək: “Azərbaycan, hər halda, çağdaş dövrdə tutduğu yoldan əksinə doğru hərəkət etməyə başlayacaq. Konkret bu istiqamətdə indidən danışmaq tez olsa da, amma əlamətləri görünür. İnqilabi müsbət dəyişiklikləri kənara qoyuram, hər hansı bir cüzi müsbət dəyişikliyi belə görmürəm”.
“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov inqilabi dəyişiklər barədə fikir səsləndirməyin əleyhinədir: “Prezident Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi barədə Referendum Aktı imzalayıb. Yəni islahatlar aparmaq üçün bunun qanuni bazası yaradılır. Əsas qanunumuzda müəyyən dəyişiklər aparılır. Söhbət islahatlardan gedir, burada inqilabi dəyişikliklər sözlərini işlətməyi yerinə düşmüş hesab etmirəm. İndiyə qədər cənab prezident müxtəlif islahatlar keçirib. Bu islahatların hamısı da zərurətdən doğub. Prezidentimizin bir fikri var ki, siyasi islahatlar iqtisadi cəhətdən təmin olunduqda uğur gətirir. Siyasi həyatda inkişaf varsa, iqtisadi cəhətdən dövlət daxilindən dəstək olmalıdır. İqtisadi cəhətdən isə qarşıya müəyyən problemlər çıxırsa, burada da siyasi dəstək önəmlidir. Bütün hallarda bu məsələlər qanuni yolla həll olunmalıdır. Azərbaycanın inkişafı dövlət başçısının daim nəzarətindədir. Məhz indi də onun təşəbbüsü ilə referendum yolu ilə konstitusiyaya dəyişikliklər həyata keçirilir. Burada nə inqilab görürəm, nə də prosesləri inqilabi dəyişiklərə gedən yol kimi görürəm. Artıq üçüncü dəfədir ki, biz konstitusiyada dəyişikliklər etmək istəyirik. Bunu xalqın müzakirəsinə veririk. Xalqın dəstəyi ilə bu proses baş tutacaq. Əgər prezidentimiz bunların baş tutmasını lazım bilirsə, zərurət olduğunu hesab edirsə, o zaman xalqın buna dəstək verəcəyinə inanıram. Bunların Azərbaycanın inkişafı üçün yeni bir təkan olacağını düşünürəm. Söhbət inqilabi inkişafdan getmir, çünki biz daim inkişaf edirik, referendumu inqilabi dəyişiklik yox, zərurəti dəyişiklik kimi qiymətləndirirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|