“Referendum xalqın gələcəyi üçün böyük bir korpü açacaq”
Tarix: 31-08-2016, 11:26 |
Çap et
“Sentyabrda keçiriləcək referendum dövlətimizin, xalqımızın gələcəyi üçün böyük bir korpü açacaq”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin üzvü Nizami Cəfərov deyib. Onun sözlərinə görə, referendum aktında prezident üsülunün təkmilləşdirilməsi, gənclərə daha böyük etimadın göstərilməsi, onlara daha erkən yaşlarından həm seçmək, həm də seçilmək hüquqlarının verilməsi, ökənin iqtisadi təsərrüfat həyatının şəxsi əllərdə çəmləşməsinin qarşısının alınması və daha çox onun cəmiyyətin ixtiyarına verilməsi, sonra beynəlxalq münasibətlər sahəsində ölkənin mövqeyinin daha yaxşı təmin olunması, inteqrasiyanın gücləndirilməsi və başqa bu kimi məsələlər yer alıb: “Bu referedum aktının keçirilməsinə ehtiyac ölkənin öz daxili imkanlarından irəli gələn məsələdir. Referdumda yer tutan təkliflərin hər biri dövlətin və xalqın gələcəyinə hesablanıb. Bu təkliflər hər bir şəxsin qarşısında geniş prespektiv imkanlar açır”.
N.Cəfərov hesab edir ki, müasir dünyada dövlət necə olmalıdır prinsipi ilə konistitutsiyaya edilən düzəlişlərin birinci səbəbi ölkədə idarəçilik texnologiyalarının möhkəmləndirilməsidir: “Bu dəfə keçiriləcək referdum aktı da ona istiqamətlənib. Ölkədə idarəçilik texnologiyalarını müəyyənləşdirmək, demokratiyanı inkişaf etdirmək, insan hüquqlarının daha yaxşı təmin olunması da bu aktda nəzərə alınıb”.