Etibar Əliyevdən Əli İnsanovla bağlı sərt mövqe – “O, mənim necə ağsaqqalım ola bilər?!”
Tarix: 1-09-2016, 08:35 | Çap et
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova yenidən cinayət işinin açılması mətbuatda bəzi müzakirələrə yol açdı. Bunlardan biri də Ə.İnsanovun həmyerlilərinin onun barəsində susması oldu. “Yeni Müsavat”ın əməkdaşı qərbi azərbaycanlı kökənli bir neçə tanınmışa zəng edərək sabiq naziri müdafiə edib-etməmələrini soruşmuşdu. Onlardan bəziləri bu mövzuda danışmaqdan imtina etmişdi. Yalnız “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Yeni Müsavat”a danışmış, məsələyə öz mövqeyini bildirmişdi.
Bundan sonra Qərbi Azərbaycandan olan təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev “Yeni Müsavat” qəzetinə müraciət edərək mövzu ilə bağlı öz mövqeyini bildirib:
“Keçmiş səhiyyə naziri Əli İnsanovun yerliləri olan bir neçə tanınmış şəxsə sabiq nazirlə bağlı danışmaları üçün müraciət edilməsi haqqında ”Yeni Müsavat" qəzetində yazı oxudum. Məqalədə bildirilirdi ki, onlar bu mövzuda danışmaqdan imtina ediblər. Deyiblər ki, mətbuatda adlarının sabiq nazirlə yanaşı çəkilməsini istəmirlər. Əslində bu, reallıqdır. Ancaq həmin bölgəni təmsil edən şəxs kimi bu barədə fikirlərimi qısa şəkildə yazıb sizə göndərirəm. Əli İnsanovu yeri gəldi-gəlmədi qərbi azərbaycanlıların ağsaqqalı hesab edirlər. Bilirsiniz, ağsaqqal məsələsi çox mürəkkəb məsələdir. Ailənin, nəslin ağsaqqalı olmaq mümkündür. Ancaq regionun ağsaqqalı olmaq, absurddur. Regionun ağsaqqalı olmaq üçün gərək regionu təmsil edən bütün insanların qayğısına qala biləsən. Əli İnsanov 12 il səhiyyə naziri vəzifəsində çalışıb. Belə çıxır ki, o, öz sahəsində regionun ağıllı və qabiliyyətli nümayəndələrini işə götürüb, yaxud başqa yerlərdə onların işlə təmin olunmasına çalışıb?
Biz həmin illərin canlı şahidləriyik və onun regionun hansı keyfiyyətlərə malik olan insanlarını dəstəklədiyini çox gözəl bilirik. Təvazökarlıqdan uzaq, yeri gəlmişkən, özümlə bağlı bir məsələni deyim. Misir Mərdanov da bizim regionun adamıdır. O, qanunsuz olaraq məni işdən çıxarmışdı. Belə çıxır ki, regionun ağsaqqalı onu tənbeh etməli idi. Özü də mən pis təhsil işçisi deyildim. Amma Əli İnsanov məni müdafiə edib, Misir Mərdanovu tənbehlədimi? Yox. Əvəzində nə etdi? Dəhşətə gəlmişdim. Əli İnsanov mənim işdən çıxarılmağıma hüquqi don geyindirmək üçün poliklinikadan mənə verilən qanuni bülleteni ləğv etdirdi. Bu, bəlkə də tibb sahəsində yol verilən ən əcaib hallardan biri idi. Belə olan halda konkret olaraq o, necə mənim ağsaqqalım ola bilər?! Yaxud mən onu necə müdafiə edim? Bunu qoyaq bir tərəfə, müdafiənin mənası nədir? Əslində dövlətdə böyük vəzifələr tutan adamlar siyasətlə məşğul olmamalıdırlar. Hansısa Amerika sosioloqunun maraqlı fikri var: “Kimin pulu milyonu ötdüsə, o özü də bimədən siyasətə girişir”. Buna görə də qərbi azərbaycanlıları qınamayın. Kiminsə siyasətin burulğanına düşməsi mənim və başqalarının problemi deyil".
E.Əliyev bildirir ki, indiyədək qərbi azərbaycanlıların adından kifayət qədər imitasiyalar edilib: “Ayaz Mütəllibov hakimiyyətini möhkəmləndirmək üçün bu kartdan istifadə edərək bir çox vəzifə düşkünlərini ətrafında toplamağı bacarmışdı. Yəni bizi özünün elektoratına çevirmək üçün təbliğatını qura bilmişdi. Sonra nə oldu - bunu da hamımız bilirik. Hansısa regionun insanlarının adından sui-istifadənin bumeranq effekti yaman pis olur.
Dövlətdə sabitlik yarandıqdan sonra seçkilərdə regional faktor sıradan çıxdı. Bu, təbii idi. Yürüdülən səriştəli siyasət bu kabusu aradan qaldırdı. Əslində bu, rasional düşünən bütün insanların istəyidir. İndi heç kim deyə bilməz ki, mən hansısa regionun ağsaqqalıyam. Bu paradiqma artıq işləmir. Yaxud hansısa region dayanıqlı elektorat kimi seçkidə məsələləri həll etmir. Ümumxalq səsverməsi var, vəssalam. Sual olunur, bizdən başqa digər regionların “ağsaqqalı”nın olmasını kimsə eşidibmi? Əlbəttə ki, yox. Onda bizim regiona nə düşüb?"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|