Özbəkistanda bu partiya qalib gəldi .....                     Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? .....                     Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? .....                     Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda .....                     Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... .....                     Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib .....                     Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... .....                     Mədəniyyət naziri Xalq artistini təltif edib .....                     Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu .....                     Maşın almaq istəyən şəxsi döyənlər .....                     Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi .....                     Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır .....                     Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir .....                     Prezident Sahir Şamşad Mirzanı qəbul etdi .....                     Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi .....                     Ağadadaş Ağayevin işi məhkəmədə .....                     60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... .....                     Putindən Çinə qəribə təklif .....                     İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... .....                     Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir .....                     “Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” .....                     İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında .....                     "Plagiat müsbət dinamikadır?!" .....                     "Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..." .....                     "Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." .....                     Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib .....                     20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... .....                     Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub .....                     Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. .....                     Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? .....                     İrəvana da müharibəyə başlamaq təklif edilib .....                     Şəhid atası vəfat etdi .....                     Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... .....                     UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... .....                     GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... .....                     Vitse-spikerin qəbuluna düşə bilmədilər... .....                     İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... .....                     Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... .....                     Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb .....                 

"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?" - deputat
Tarix: 8-10-2016, 07:56 | Çap et
"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?"
Milli Məclisin deputatı, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı parlamentin son iclasındakı çıxışına görə sərt tənqidlərə məruz qalır. Xanım deputatın internet televiziyaları barədəki sözləri sosial şəbəkələrin və mətbuatın müzakirə mövzularından birinə çevrilib.

M.İbrahimqızı təklif edib ki, internet televiziyalarının fəaliyyəti barədə qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir.

Oktyabrın 6-da internet media ilə bağlı keçirilən dəyirmi masada çıxış edən M.İbrahimqızı yenə də bu mövzuda sərt danışıb. Deputat sosial şəbəkələrdə və bütünlükdə internetdə nəşrlərə nəzarət tətbiq etməyə çağırıb: “İnsanlar mətbuatda sərhədi aşan, əxlaqımıza uyğun olmayan fikirlərdən beziblər. Təhqiramiz sözləri görəndə dəhşətə gəldim, görəsən biz beləyikmi? Dövlət atributlarımız haqda ağıllarına gələni yazırlar. İnsan hüquqlarının nə olduğunu bilməyən insanlar təhqiramiz fikirlərlə ziyalılarımızı cəmiyyətdə gözdən salmağa çalışırlar. Bunun qarşısı alınmasa, proses sürətlənə bilər”.

M.İbrahimqızı internetdə nəşrlərə nəzarət üçün xüsusi monitorinq qrupunun yaradılmasını da təklif edib. Bu fikirlərindən sonra o, yenə də tənqid obyektinə çevrilib. Xüsusilə, facebookda xanım deputat daha çox tənqid olunur.

Barəsində sərt tənqidlərlə bağlı M.İbrahimqızının mövqeyini aldıq. YAP-çı deputat nəzarət deyəndə senzuranı nəzərdə tutmadığını söylədi: “Küçə sözlərindən istifadə olunanda, mənəviyyatımıza zidd şəkillər qoyulanda buna etirazımı bildirirəm. Düşünürəm ki, kimsə əxlaqsız fikirlər səsləndirirsə, onun mənəviyyatı odur. İnsan insanla niyə təhqirlə danışmalıdır? Bu fikirlərim təkcə jurnalistlərə deyil, istənilən şəxsə aiddir. Bütün cəmiyyətlərdə əxlaqında belə problemi olan şəxslər var. Onları tərbiyələndirmək fikrimiz yoxdur. Belə insanlar tarix boyu olub, indi də var, bundan sonra da olacaq. Burada söhbət ziyalıdan, jurnalistdən, cəmiyyətdə tanınan şəxsdən gedir”.

Xanım deputat onu təhqir edənlərə sərt cavab verdi: “Tənqid nə qədər istəyirlər etsinlər. Bacarıqsız, qabiliyyətsiz yazsınlar, buna heç zaman etiraz etmərəm. Bəlkə məni o cür tanıyırlar. Ola bilər ki, özümü düzgün tanıda bilməmişəm. Amma parlamentdəki çıxışımdan sonra paylaşılan şəkilləri görəndə dəhşətə gəldim. Onlar evdə ailələri ilə də o tərzdə davranırlar? Mənim 30-40 yaşım olsaydı, bəlkə də bu məsələlərdə bu qədər danışmazdım. Onların mənəviyyatsız hərəkətlərinə münasibət bildirməzdim. Mənim 58 yaşım var, nənəyəm. Öz övladlarım yaşında olan şəxslərə qarşı fikir bildirməyə haqqım çatır. Bizim minlərlə insanlarımız sosial şəbəkələri, həmin saytları izləyirlər. Elə şəkillər görmələri onların mənəviyyatına təsir edə bilər. Bu baxımdan normaların olmasını vacib saydım. Biz harada yaşayırıq ki, belə hallarla üzləşirik. Əlinə qələm alan şəxs ziyalı, məmur sayılırsa, belə şəxslər hərəkətlərinə diqqət etməlidirlər. İndiyə qədər mətbuatla heç bir problemim olmayıb. Niyə də olmalıdır? Bizim fəaliyyətimizi sizlər qiymətləndirir, cəmiyyətə çatdırırsız. Sizlər olmasaydı, bizləri heç kim tanımazdı. Məni kimlər tanıyırsa, mətbuatın vasitəsilə tanıyırlar. Amma ogünkü çıxışımdan sonra bəzi mətbuat orqanları barəmdə olmazın sözlərini yazdılar, sosial şəbəkələrdə təhqir olundum.

Bunları sübut etmək üçün əlimdə screenlər var. Onları məhkəməyə də verə bilərəm, şərəf və ləyaqətimin pozulması ilə bağlı. Amma yenə də bunu vicdanıma buraxıram. İşlətdikləri ifadələr bizlərə yapışmır, ən yumşaq halda bu fikirləri işlədən şəxslər qınaq obyekti olurlar. Kim deyir ki, tənqid etməyin? Edin, amma normaları keçməyin. Mətbuat cəmiyyətin işığıdır, hamımızın buna ehtiyacımız var. Məlumatları mediadan alırıq, qısa zamanda dünyada və ölkədə gedən proseslərdən bunun vasitəsilə məlumat tuturuq. Sosial şəbəkələr, internet əsrində yaşayırıq. Təsəvvür edin ki, həmin şəxslərin instagram səhifələri bundan da dəhşətlidir. Mən Azərbaycan qadınıyam, bu ölkənin ziyalısıyam. Belə hallara göz yummamalıyıq? Bu əsla olmaz. Bir mətbuatdan xahiş edəcəm ki, onların paylaşdıqları fotoları, yazdıqları statusları dərc etsinlər. O zaman hər kəs görəcək ki, heç bir əxlaqlı insan belə şeylərdən istifadə etməz. İnsanların şəxsi həyatının toxunulmazlığı var. Elə şəxslər üçün mənəviyyat, dəyərlər yoxdur. Onların təhqirlərindən sonra yüzlərlə insanlar zəng edib, dəstək olduqlarını bildirdilər. Artıq onlar sərhədi keçiblər. İş o yerə çatıb ki, küçə söyüşlərini bu şəxslər adi sözlər kimi qarşılayırlar”.

YAP funksioneri internet televiziyalarının fəaliyyətləri ilə bağlı təkliflərinin təhqirlərə məruz qalmasından sonra qaynaqlanmadığını da qeyd etdi: “Bu qətiyyən elə deyil. Əgər belə olsaydı, heç danışmazdım. Deyərdim ki, məni təhqir etmirlər, mənəviyyatıma toxunmurlar. Buna görə də nəyimə gərəkdir. Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq? On minlərlə izləyiciləri var, utanmırlar. Bunlara ana-bacılarımız baxırlar. Öz ailələrində həmin fotolardan, sözlər istifadə edirlər? İmzalarına hörmət etdiyimiz çoxsaylı jurnalistlər var. İndi bunları həmin jurnalistlərlə eyniləşdirək? İşlərim kifayət qədər çoxdur. Amma belə hallara göz yuma bilmərəm. Nizami Gəncəvi, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər bu kimi tarixi şəxsiyyətlərimizdən yazırlar. Demək bunların məqsədi Azərbaycanın dəyərlərini məhv etməkdir. Bunlar milli mənəvi dəyərlərimizə terrordur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özbəkistanda bu partiya qalib gəldi
Bu gün, 11:19
Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"
Bu gün, 11:17
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:12
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
Bu gün, 11:11
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda TƏFTİŞ QƏRARI...
Bu gün, 11:01
Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... - VİDEO
Bu gün, 10:58
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
Bu gün, 10:52
Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... - BU FAKTDIR...
Bu gün, 10:47
Mədəniyyət naziri Xalq artistini təltif edib - FOTO
Bu gün, 10:43
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - DETALLAR
Bu gün, 10:42
Maşın almaq istəyən şəxsi döyənlər qərardan şikayətçidirlər
Bu gün, 10:30
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi - YENİ TƏYİNAT
Bu gün, 10:19
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Bu gün, 10:16
Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir - “The Times of India”
Bu gün, 10:12
Prezident Sahir Şamşad Mirzanı qəbul etdi - FOTO
Bu gün, 10:09
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:07
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
Bu gün, 10:04
60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... - "Hamı DEYİR MƏNLİK DEYİL"
Bu gün, 09:53
Putindən Çinə qəribə təklif - "...bu hadisələrdən çox az adam xəbərdardır"
Bu gün, 09:49
İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... - Ekspert danışır...
Bu gün, 09:46
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Bu gün, 09:43
“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” – Mask VƏD VERDİ
Bu gün, 09:42
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Plagiat müsbət dinamikadır?!" - ETİRAZ VAR...
Bu gün, 09:35
"Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..." - REPLİKA
Bu gün, 09:31
"Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." - GİLEY
Bu gün, 09:25
Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib
Bu gün, 09:18
20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... - Başçı da bilir...
Bu gün, 09:17
Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub - FOTO
Bu gün, 09:09
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. - Daha biri vuruldu!..
Bu gün, 09:03
Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? – Ekstrasens açıqladı
Bu gün, 09:02
İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
Bu gün, 09:00
Şəhid atası vəfat etdi
Bu gün, 08:58
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:51
UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... - BİZ DEMİRİK...
Bu gün, 08:43
GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... - YOXSA...
Bu gün, 08:32
Vitse-spikerin qəbuluna düşə bilmədilər... - "Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi..."
Bu gün, 08:30
İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... - Rüstəmovun HESABATI...
Bu gün, 08:25
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Bu gün, 08:21
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb - SİYAHI
Bu gün, 08:12
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru