Özbəkistanda bu partiya qalib gəldi .....                     Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? .....                     Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? .....                     Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda .....                     Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... .....                     Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib .....                     Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... .....                     Mədəniyyət naziri Xalq artistini təltif edib .....                     Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu .....                     Maşın almaq istəyən şəxsi döyənlər .....                     Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi .....                     Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır .....                     Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir .....                     Prezident Sahir Şamşad Mirzanı qəbul etdi .....                     Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi .....                     Ağadadaş Ağayevin işi məhkəmədə .....                     60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... .....                     Putindən Çinə qəribə təklif .....                     İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... .....                     Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir .....                     “Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” .....                     İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında .....                     "Plagiat müsbət dinamikadır?!" .....                     "Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..." .....                     "Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." .....                     Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib .....                     20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... .....                     Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub .....                     Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. .....                     Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? .....                     İrəvana da müharibəyə başlamaq təklif edilib .....                     Şəhid atası vəfat etdi .....                     Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... .....                     UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... .....                     GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... .....                     Vitse-spikerin qəbuluna düşə bilmədilər... .....                     İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... .....                     Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... .....                     Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb .....                 

“Vaşinqtonda verdiyim “ikra” ziyafətində Hillari Klinton da vardı” - Hafiz Hacıyev
Tarix: 4-11-2016, 07:57 | Çap et
“Vaşinqtonda verdiyim “ikra” ziyafətində Hillari Klinton da vardı”
Müsəlman qazanı, zəfəranlı nərə balıq kababı, təptəzə İsrail silahı...Qəribə, çox ziddiyyətli bu mənzərəni görərkən, yadımdadı, xeyli təəccübləndim. 1992-ci ilin may ayı idi, səhv etmirəmsə. Xalq Cəbhəsi fəalları öz qərargahlarına yığılıb hakimiyyəti alıb-almayacaqları barədə uzun-uzadı, yorucu müşavirələr-filan keçirdirdilər. İsgəndər Həmidov, indiki kimi yadımdadı, dəqiqəbaşı dəhlizlərdə peyda olur, tez də qeybə çəkilirdi. Pıçapıç, gizli xosunlaşmalar qərargahın bütün künc-bucaqlarına hakim olsa da, son sözü deyəcək qüdrət sahibi hələ görünmürdü.

Axır, bərk darıxıb sıxıldım. Süfrədəki nərə balığı kababından ağzıma yağlı bir tikə atıb, aradakı sükut buzunu qırdım.

- Bakı balıqçıları, nərə balığı, qara kürü qaçaqçıları, deyəsən, keçib Cəbhənin tərəfinə. Kim qara kürünün, ağ balığın sahibidirsə, Bakının fatehi də elə həmin adam olacaq.
Hardan biləydim camaata elə bircə bu hay lazımdı? Dəhlizdəki bütün bağlı qapılar bu dəm qəfil taybatay, öz-özünə açıldı elə bil. İclasdakılar dəhlizə tökülüşdülər. Türk mehtər marşının müşayiəti ilə cumdular eyyy Ali Sovetin ağ mərmər örtüklü qəşəng binasına tərəf.
Qısa atışma səsindən sonra eşitdik ki, bəs, Cəbhə hakimiyyətə yiyələnib. Bakını fəth edib.

***
- İsrail istehsalı “Uzi” avtomatını ilk dəfə həyatımda, bax, bu zaman gördüm. Təzəydi lap. Yağ içində. Görünür, təzəcə qutudan çıxarmışdılar. Qazan-qazan nərə balığı kababını, görünür, Hacı Cəbrayıl göndərmişdi cəbhəçilərin süfrəsinə.

“Müasir Musavat” Partiyasının sədri Hafiz Hacıyevin isti, rahat kabinetində əyləşib köhnə xatirələrimi danışıram. Hacı Cəbrayılın adını çəkən kimi Hafiz Hacıyev əsəbləşib sifətini turşudur.

- Nə? Hacı Cəbrayıl? Yox eyyyy... Mən idim... mən idim o vaxt bu kababı milli qazanlarımıza doldurub AXC qərargahına göndərən. Mən! Bunu məndən başqa daha kimsə bacarmazdı o vaxt. Bacarmazdı! O vaxt bizim “Azərbalıq” Dövlət Konserni nazirlik səviyyəsində bur qurum idi. Bakının balığı, kürüsü ixtiyarımızdaydı. Başqalarının ağzı nəydi bu sahəyə soxulsun...
Digər siyasi partiyaların qərargahlarıyla müqayisədə “Müasir Musavat”ın baş ofisi, necə deyərlər, toya gedəsidi. Qapıdakı elan qonaqlara bəribaşdan xəbərdarlıq edir: “Zəngi basıb, azca gözləyin”. Sədrin otağında, şükür, istidir. Qapısına sovetdənqalma üslubda, meşin üzlük çəkilib. Hafiz bəy bu detala marağımı görüb xəfifcə gülümsəyir. Bilir söhbətimizin nəbzini harda tutmaq lazımdı. Keçir şirin sovet dövrü xatirələrinə.

- Gəncədə, 1982-də, deyəsən, Kənd Təsərrüfatı İnstitutunu qurtardım. Məni ölkənin ən ucqar bölgəsi sayılan Kəlbəcərə göndərdilər. Komsomolda işlədim əvvəlcə. Təşkilat şöbəsinin müdiri vəzifəsindən başladım. Katib kürsüsünəcən irəlilədim. Cari komsomol fəaliyyətim elmi işlərimi üstələmədi. Leninqrad Biologiya İnstitutunda “Şoran sularda nohur balıqçılığı” mövzusunda namizədlik dissertasiyamı müdafiə etdim. Elmi rəhbərim Kaşnevskiy Vasiliy İvanoviçdən sonra, vallah, dünyada başqa bir təmiz adam tanımıram. İnan, balalarımın canıyçün.

“Xalq Cəbhəsinin qərargahına osetrin kababını və kürünü mən göndərmişdim”



- Elmi rəhbərinizə qutu-qutu nərə balığı, qara kürü payı necə, hədiyyə aparardız?

Hafiz Hacıyev, “Həəəəə” etirafını son dərəcə musiqi səsləndirir bu dəfə. Ağzındakı “Ə” səsini bir xeyli uzadıb, arada mən tərəfə baxmağı da unutmur.

- Daha kimlərə nərə, qara kürü daşıdınız Moskvada, Bakıda, Vaşinqtonda, İstanbulda, Ankarada? Deyin, utanmayın. Aradan gör neçə illər keçib.

***
Həəəə....siyasi hakimiyyətə can atanlar yaxşı bilər - Bakının qara kürüsü, ağ balığı kimə əvvəlcədən öz xoş sifətini göstərəcəksə, yadda saxla, hakimiyyət də elə həmin kəsə keçəcək.
Basarkeçər dağlarındakı Zod kəndindən Gəncəyə, Bakıya gəlmiş gənc tələbə Hafiz Hacıyev bir gün bu etirafı Bakının Kubinka məhəlləsində eşidib, dərin fikirlərə qərq olur. Qərara gəlir, öz bəxtini məhz qara kürü, ağ balıq sahəsində sınasın. Girişir balıqçılığa. İçinə “İxtioloq” yazılmış diplomuyla Kənd Təsərrüfatı Nazirliyində gur fəaliyyətə başlayır.

Tez bir zamanda şöbə müdiri, idarə rəisi vəzifələrinə yetişib, bunları son mənzil saymır özü üçün. Daha yüksək hədəfləri nişan alaraq, uzaq üfüqlərdən gözlərini bir an belə ayırmır. O vaxtlar Xəzər balığının mühafizəsi Həştərxana tabe idi. Kürü istehsalı, nərə balıq ovu isə birbaşa Moskvaya, Kremlə.
- Kommunist Partiyasının hər növbəti qurultayına 600 kilodan çox, bəzən hətta 1-2 ton qara kürü göndərərdik adətən.

Bir o qədər də nərə balığı. Müstəqillikdən sonra Elçibəyin razılığı ilə “Azərbalıq” Dövlət Konsernini yaradıb işə başladıq.

- Elçibəy, qara kürü, nərə balığı kababı...

Hafiz Hacıyev icazə vermir cümləmi bitirim.

- Yox. Elçibəy qara kürü, ağ balıq kababı yeməzdi heç vaxt. İstəsəydi, birinci mənə deyərdi bu arzusunu. Dilindən bir dəfə də belə xahiş səslənmədi, biləsiz haaaa... O vaxt qərara gəldik ki, hər azərbaycanlının payına ayda bir dəfə 200 qram qara kürü, 2 kilo nərə balığı düşür. Xalqı bu minimumla təmin etdik. Elçibəy dövründə 55 ton qara kürü, 650 ton nərə balığı istehsal edərək satışa buraxdıq.

- Qiymətlər necə idi bəs?

Bayaqdan ürəyimdə saxladığım bu sualı, ilk fürsət tapınca ona ünvanlayıb, deyəsən, azca karıxdırıram.

- Yaddaşım paslanıb, deyəsən. Dükanlardakı qiymətlər, bağışlayın, indi yadımda qalmayıb. Ancaq Türkiyəyə, ABŞ-a satdığımız qara kürünün, ağ balığın qiyməti heç vaxt yadımdan çıxası deyil.

***
Azərbaycanın həm qara kürüsü var, həm də qara baxtı. Həm də Qarabağı. Həm də qara nefti. 90-cı illərdə bu qara rəngli naz-nemətlərimiz ətrafında dünya supergücləri öz gizli-açıq oyunlarını qurub fikrə getdilər: “Bəs kim oyunçu olacaq bu qəliz oyunlarda?”

O vaxtkı kadrlar qıtlığından istifadə edən Hafiz Hacıyev bu çağırışı elə göydəcə tutmağı bacarır. Özünü verir irəli. Okeanın o tayında, Amerikada, Ağ Evlə üzbəüz yerləşən “Çarlton” hotelində qara kürümüzün təqdimat mərasimini keçirir. Dəvətlilər arasında indi prezidentliyə namizədliyini irəli sürmüş Hillari Klinton da varmış.

- Həəəə... o, masalar arxasında gəzişir, hərdən süfrədəki qara kürünün dadına baxırdı.

- Yadından çıxarmayıbmı o dad indi?

Qəliz sualım həm Hafiz bəyi ayıldır, həm də katibəsini. O, tez masaya yaxınlaşıb çayımı təzələyir.

- Düşmənlərimiz həmişə milli mətbəximizə, qara kürümüzə, ağ balığımıza məğlub olub, yenə də məğlub olacaqlar. Bunu o vaxtkı Vaşinqton təqdimatımızda hiss edib, xeyli sevindim. Vaşinqton hakim elitasının restoran menyusuna özüm baxmışam. Qara kürü, nərə balığı bu menyudan heç vaxt pozulub silinən deyil.

- Tanınmışlardan kimlər vardı “Çarlton” hotelindəki təqdimatınızda?

H.Hacıyev bu dəfə sualımdan ehtiyatlanır, deyəsən. Qonaqların tam siyahısını açıqlamır. Siyahını qısaldır.

- Hafiz Paşayevin, Ceyhun Mollazadənin indi də o günlər yadından çıxmaz. Elə Hillari Klintonun da...

- Bu dadı xanım Klintona xatırlatmaq lazımdı nə qədər gec deyil. Yoxsa sabah gec olar...
Növbəti tapşırığım anında hədəfə dəyir sanki. Hafiz bəyin xatirə dəftərçəsi sanki düz ortadan açılır. O, telefonunun səs siqnalını söndürüb, nəhayət, rahatlanır. Katibəyə him-cimlə nəsə başa salır. Katibə kabinetdən çıxan kimi Hafiz bəy xatirələrinə davam edir.

- O vaxt ilk dəfə Moskvadan yan ötərək, biz dünya bazarına Xəzər nemətlərimizi satışa çıxardıq. Turqut Ozalın bir qohumu vardı, fotoşəkillərimiz indiyəcən qalır, Əhməd Yurddaş adında. Ona məxsus “Urfa” bazar şirkəti vasitəsilə qardaş ölkəyə 250 ton nərə balığının kilosunu 3,5 dollar qiymətinə satdıq. Qara kürünün tonunu 105 dollara satdıq Türkiyəyə, 110 dollara Amerikaya.

“Elçibəy qara kürü, ağ balıq kababı yeməzdi heç vaxt. İstəsəydi, birinci mənə deyərdi bu arzusunu. Dilindən bir dəfə də belə xahiş səslənmədi”


Sonrakı xatirələrin acısı bu vaxt Hacıyevin gözlərində canlanıb məni də öz axarına alır.

- Surət Hüseynovun adamları Vaşinqton səfərimdən dərhal sonra qapımı kəsdirib, nağıllardakı yeddi ilin bac-xəracını, yəni 600 min dollar pul tələb etdilər məndən. Vermədim. Gəlib elə kollegiyanın iclasından apardılar məni. Qısası, Surət Hüseynov məni tutdurdu, Heydər Əliyev buraxdırdı. Zindandan ayrılınca, əvvəlcə “Elçibəy xalq hərəkatı”nı yaratdım, sonra “Müasir Musavat”ı təsis etdim.

- Eşitdiyimə görə, Heydər Əliyevi Bakıda qarşılayanlardan ən fəalı elə siz olubsunuz vaxtilə. Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Cəlal Əliyev sıra boyu öndə dayanmışdılar. Amma Heydər Əliyevə yeganə gül çələngini siz vermişdiniz o zaman.

- Hə...elədi... Onun bu çələngi qoxulamağı indiyəcən xatirəmdədir. Cəlal Əliyevin o vaxt çiynimə qonan əlinin istisi indi də getməyib.

Söhbətimizin bu ən şirin yerində katibə kabinetə qayıdır. “Vaşinqtonda vaxtilə çəkilmiş şəkillərdi” deyib, bir topa fotonu masa üzərinə buraxır.

***

Bir an fotolara zillənib keçmişə düşüb, müasirlikdən ayrılıram. Hafiz Hacəyev əvvəlcə gözləmə taktikasını seçir. Görəndə məsələ uzanır, başlayır öskürməyə. Bu, məni ayıldıb günümüzə qaytarır. Qayıdıb görürəm o, yenə əvvəlki yerindədi, katibə Könül xanım isə bir kənarda durub arxiv qovluqlarını vərəqləyir.

H.Hacıyev yenə öskürüb boğazını arıtlayır. Səsini bərpa edib sözünə davam edir.

- İndiki vəziyyətlə 1993-cü il arasında elə də fərq görmürəm. Tarix yenidən təkrarlanır. Qardaşımı, - o, prezident İlham Əliyevi daim belə çağırır, - gözü götürməyənlər, satqın məmur tayfası açıq sabotaja başlayıb prezidentimizə qarşı. Xalqla prezident arasında uçurum yaratmağa girişiblər. Məni ən çox kənd təsərrüfatı naziri əsəbiləşdirir, vallah. Toyuq əti niyə 1 manat 75-dən 3 manat 75 qəpiyə qalxmalıydı bu gün? Niyə? Mal ətinin kilosu 6 manatdan qalxıb 10 manata. Üzüm, Allahın üzümü, Azərbaycanın üzümü niyə 4-5 manata marketlərdə satışa çıxarılmalıdır? Sabotaj deyilsə, bəs nədir bu, hə, soruşuram hamınızdan?

Son vaxtlar oliqarxlar siyasətlərini dəyişiblər lap. Deyirlər, bəs prezident yaxşıdır, ətrafı zaydır. Yenə də təkrarlayıram hamı üçün - bunu adi adam deyə bilər, vəzifə sahibi yox... Hakimiyyəti parçlamaq siyasətidir axı bu...

- Çox qorxuludurmu vəziyyət? - həyəcanımı gizləyə bilmirəm.

- Xəbərlərdən belə çıxır ki, nurçuların siyahısı Türkiyədən Bakıya göndərilib elə bil. İndi masa üzərindədir... Prezident...

Axşamdı artıq. Sadə insan kütləsi aşağıdakı “Azadlıq” metrosuna tərəf axır, axır, axır. Qurtarmır.

***
Söhbətimiz axır, bax, bu nöqtəsində bitdi nəhayət ki. Amma Hafiz Hacıyev söndürdüyü telefonunu yandırınca, zənglərin sayı-hesabını itirdik. Zəng vuranların ən narahatı, səbirsizi “Müasir Musavat”ın Şirvan şəhər şöbəsinin sədri Əmənov Eyvazdı. Deyirdi bəs oğlunu yol polisi işçiləri tutub döyüblər. Vəziyyəti ağırdı. Əl mənim, ətək sənin. Bəs ay Hafiz, kömək əlini bizdən üzmə...

- Polislə prokuror əvəzi əlbirdi bu şəhərdə. Şikayət etmişəm barələrində. Prokuror əvəzinə şiddətli töhmət veriblər... Polisin biri qaçıb...vəziyyət qəlizləşib lap eyyy...

Hafiz bəy telefonlarını bir-birinə qatıb baş prokurorun köməkçisini aramaya başlayan vaxt, fikirləşdim qoy daha ona mane olmayım. Sakitcə qalxdım masa arxasından. Lal-dinməz, ingilissayağı kabineti tərk edirəm.

İmkan yaratdım ki, Hafiz bəy ölkəmizdə haqq-ədaləti bacardığı qədər bərpa etsin.
Mənimlə isə o, sonra da vidalaşa bilər.

Həmid HERİSÇİ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Özbəkistanda bu partiya qalib gəldi
Bu gün, 11:19
Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"
Bu gün, 11:17
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:12
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
Bu gün, 11:11
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda TƏFTİŞ QƏRARI...
Bu gün, 11:01
Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... - VİDEO
Bu gün, 10:58
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
Bu gün, 10:52
Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... - BU FAKTDIR...
Bu gün, 10:47
Mədəniyyət naziri Xalq artistini təltif edib - FOTO
Bu gün, 10:43
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - DETALLAR
Bu gün, 10:42
Maşın almaq istəyən şəxsi döyənlər qərardan şikayətçidirlər
Bu gün, 10:30
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi - YENİ TƏYİNAT
Bu gün, 10:19
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Bu gün, 10:16
Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir - “The Times of India”
Bu gün, 10:12
Prezident Sahir Şamşad Mirzanı qəbul etdi - FOTO
Bu gün, 10:09
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:07
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
Bu gün, 10:04
60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... - "Hamı DEYİR MƏNLİK DEYİL"
Bu gün, 09:53
Putindən Çinə qəribə təklif - "...bu hadisələrdən çox az adam xəbərdardır"
Bu gün, 09:49
İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... - Ekspert danışır...
Bu gün, 09:46
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Bu gün, 09:43
“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” – Mask VƏD VERDİ
Bu gün, 09:42
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Plagiat müsbət dinamikadır?!" - ETİRAZ VAR...
Bu gün, 09:35
"Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..." - REPLİKA
Bu gün, 09:31
"Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." - GİLEY
Bu gün, 09:25
Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib
Bu gün, 09:18
20 ildən çoxdur ki evlərinə SƏNƏD VERİLMİR... - Başçı da bilir...
Bu gün, 09:17
Erməni qızı Türkiyədəki gözəllik yarışında 1-ci yeri tutub - FOTO
Bu gün, 09:09
Ukrayna niyə Rusiyanın spirt zavodlarını vurmağa başlayıb?.. - Daha biri vuruldu!..
Bu gün, 09:03
Ermənistanı silkləyən qətl: “Öldür” əmrini Rusiya verib? – Ekstrasens açıqladı
Bu gün, 09:02
İrəvana da müharibəyə başlamaq təklif edilib - Ananyan
Bu gün, 09:00
Şəhid atası vəfat etdi
Bu gün, 08:58
Türkiyəli iş adamlarına İLGİNC TƏLƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:51
UZUN ÖMRÜN SİRRİ... kimyəvi maddələr imiş... - BİZ DEMİRİK...
Bu gün, 08:43
GÜRCÜ ARZUSU... budursa... Qərb də NƏZƏRƏ ALMALIDIR... - YOXSA...
Bu gün, 08:32
Vitse-spikerin qəbuluna düşə bilmədilər... - "Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi..."
Bu gün, 08:30
İki il ərzində ancaq ÖZÜNƏ İŞLƏDİ... - Rüstəmovun HESABATI...
Bu gün, 08:25
Ceyhun Cəlilov özünü HARDA HİSS EDİR... - NARAZILIQ VAR...
Bu gün, 08:21
Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb - SİYAHI
Bu gün, 08:12
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru