KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir .....                     Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? .....                     DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi .....                     Bakıdan Makrona göndəriləsi “hədiyyə” .....                     Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                 

İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Tarix: 28-11-2016, 08:41 | Çap et
İqtidaryönlü deputat Eldar Namazovun iddiasına cavab verdi
Politoloq Eldar Namazov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, Madrid prinsiplərinin içində Dağlıq Qarabağı Azərbaycandan ayırmağın mexanizmi göstərilib, o da statusla bağlı referendum keçirilməsidir. Namazovun fikrincə, əgər bu fikir orda varsa, deməli, hansısa qüvvələr Azərbaycanı Dağlıq Qarabağdan imtinaya vadar etməyə çalışacaqlar.

“Həmin mexanizmlə bağlı addım çox yanlışdır, Azərbaycan diplomatiyası gərək bunun qarşısını alaydı. Razıyam ki, Azərbaycana belə bir təzyiqlər olub. O təzyiqlərin nəticəsidir ki, Madrid sənədində referendum məsələsi əksini tapıb...

Azərbaycan diplomatiyasının səhvləri olub. Ancaq indiki dövrdə Qarabağla bağlı aparılan siyasət ümumən düzgün qurulub. Bir tərəfdən Rusiyaya şirnikləndirici təkliflər verilir, eyni zamanda, ona müəyyən təzyiqlər olub. Təzyiq onunla bağlıdır ki, Azərbaycan ordusu genişmiqyaslı əməliyyatlara başlasa, bu, Rusiyanın maraqlarına böyük zərbə olacaq. Birincisi, Rusiya buna etiraz edə bilməz. Çünki müharibə Ermənistan ərazisində yox, işğal olunmuş Azərbaycan ərazilərində gedəcək. BMT TŞ-nin 4 qətnaməsi var və KTMT-ni də bu işə cəlb etmək mümkün olmayacaq” - Namazov bildirib.

İqtidaryönlü deputat Zahid Oruc isə Eldar Namazovun Madrid prinsipləri ilə bağlı Azərbaycan diplomatiyasının səhvlərə yol verdiyi iddiasının yanlış olduğunu dedi. “Yeni Müsavat”a açıqlamasında o, fikrini belə əsaslandırdı: “Eldar Namazov 1999-cu ilə qədər Qarabağla bağlı aparılan danışıqların içərisində olub. Ən azı prezident köməkçisi kimi müxtəlif məxfi məlumatlar həm poçt vasitəsilə, həm xüsusi xidmət orqanlarının təqdim etdiyi hesabatlardan tam əmin idi ki, Qarabağ danışıqları hansı mexanizmlər, hansı əsas baza prinsipləri üzərində qurulub. Xatırlayırsınızsa, 2001-ci ildə ermənilər ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülmüş 3 sənədi öz xeyirlərinə cəmiyyətə çıxarmağa çalışdılar. Ulu öndər Heydər Əliyev bu məqama və diplomatik danışıqların açılmaması prinsipinin pozulmağına görə mühüm addım atdı, həmin üç variantın hamısı cəmiyyətə açıqlandı və parlamentdə də Qarabağ dinləmələri keçirildi. Xatırlamıram ki, Eldar Namazov həmin tədbirə qatılmışdı. Amma Azərbaycan ictimai-siyasi qüvvələrinin böyük hissəsi o tədbirdə iştirak edirdilər və həmin müzakirələrin faydası ondan ibarət oldu ki, Azərbaycan dövləti xalqın maraqlarına uyğun olaraq güzəşt mövqeyini tutmadı - baxmayaraq ki, ermənilər 1994-1995-ci ildə MDB formatında atılmış addımları və razılaşmaları bu gün üçün də Qarabağın müstəqilliyinin mühüm hüquqi bazisi hesab edirlər. Əgər siz Minsk Qrupunun o dövrkü həmsədri Kazimirovun öz adı ilə yaratdığı müxtəlif informasiya portallarına baxsanız, dediklərimizi görəcəksiniz. Ermənilər də hər zaman Kazimirovla birgə hərəkət ediblər. Mən bu tarixçəni ona görə xatırlatdım ki, ondan sonrakı dövrdə istər Madrid prinsipləri, istərsə də Kazanda görüşlər zamanı razılaşdırılacağı deyilən məsələlər əsas tezislərin bu və ya digər modellərinin uzlaşdırılmış, uyğunlaşdırılmış variantları olub. Diplomatik siyasi həyata bələdçiliyi olan Eldar Namazov üçün belə bir mövqe ilə çıxış etməsi ciddi təəccübə səbəb olur. Çünki əvvəla, məsələ heç bir halda son variant deyil. Azərbaycan tərəfindən hansı şərtlər altında nəyə razılıq verildiyini təyin etmək çox çətindir və düşünmürəm ki, bu tənqidin arxasında kimsə Azərbaycan hakimiyyətini Dağlıq Qarabağı güzəştə getməkdə qınasınlar. Buna əsas yoxdur”.

Deputat xatırlatdı ki, Eldar Namazov və onun bir neçə siyasi həmfikri dəfələrlə Tatarıstan modelini irəli sürürdülər: “Bilirsiniz ki, Rusiya federal ölkə olsa da, bir neçə respublikanın, onun tərkibində olan qurumların dövlətə bərabər səlahiyyətləri var. Onların sırasında Tatarıstan xüsusi fenomendir, bir neçə məqamı çıxmaq şərtilə demək olar əksər müstəqillik atributlarına malikdir. Xaricdə təmsilçilik, müstəqil gömrük siyasəti aparmaq və bir neçə hüquqları da əldə etsə Tatarıstan tamamilə müstəqil dövlət olur. Ona görə də belə hesab edirəm ki, bəlkə də hakimiyyət müəyyən aralıq dövrdə, Madrid prinsiplərində qeyri-müəyyən dövr üçün referendumun keçirilməsi prinsipinə razılıq verməklə oradakı şəraiti dəyişəcəyini hədəf edib. Bu gün Dağlıq Qarabağdan çıxan azərbaycanlıların sayı ilə 1989-cu ilin statistik göstəriciləri arasında fərq bəlkə də artıq bizim xeyirimizə dəyişib. Çünki demoqrafik artım baxımından azərbaycanlılar ermənilərdən fərqlənir. 1989-cu il statistikası Dağlıq Qarabağda 90 min erməni, 45 min azərbaycanlı şəklində əksini tapıb. Bugünkü statistikanın isə bizim xeyirimizə dəyişdiyini düşünürəm. Əgər azərbaycanlılar Dağlıq Qarabağa qayıdacaqları təqdirdə o bölgədə vəziyyət tamamilə dəyişə bilər. Azərbaycanın Madrid prinsiplərinin müzakirəsi getdiyi bir zamanda strateji hədəf olaraq nəyin nəzərdə tutduğunu bilmədən iqtidarı qınamaq yanlışdır. Zatən də göründü ki, Azərbaycan həmin danışıqlara problemin köklü şəkildə çözülməsi yolu kimi yanaşmayıb. Bu gün siyasi danışıqlardan daha kəskin hərbi qüvvənin daha gücləndirilməsi prosesi getməkdədir. Qarabağ məsələsinin həllinə dövlətin, ölkə rəhbərinin hansı variant üzrə hazırlıq gördüyünü bu şəraitdə görməmək qeyri-mümkündür. Aprel savaşı, bundan sonrakı dövrdə Ermənistanla Azərbaycan arasındakı vəziyyət, beynəlxalq durum ona qədərki bütün danışıqların üzərindən sanki xətt çəkib və sıfır vəziyyətinə qayıdılıb. Ona görə də hesab eləmirəm ki, Azərbaycan prezidentinin imzası olmayan sənədin əsasında uzağa gedən nəticələr çıxarılmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17
Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15
DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32
Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru