"Azərbaycanın Qərblə yaxınlaşması Rusiyada qıcıq yarada bilər"
Tarix: 8-12-2016, 09:05 |
Çap et
ABŞ, Fransa və ən əsası Rusiya artıq Ermənistana təsir mexanizmini işə salmalıdır.
Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, Rusiya artıq istənilən yolla Dağlıq Qarabağ münaqişəsini həll etməlidir:
“Hesab edirəm ki, son zamanlar gündəmdə olan xalq diplomatiyasının arxasında Rusiyanın maraqları dayanır. Moskva bu platformaya daxil olmalı və İrəvana təzyiq göstərməlidir. Azərbaycan hazırda diktə edən tərəf olduğu üçün Ermənistan hakimiyyəti çox gec olmadan bu platformaya reaksiya verməlidir”.
Ekspert hesab edir ki, Rusiyanın regionda yürütdüyü siyasət Azərbaycana təsirsiz ötüşə bilməz:
“Azərbaycan və Rusiya arasındakı münasibətlər gözdən keçirilərsə, o zaman Bakının maraqları nəzərə alınmalıdır. Çünki Azərbaycanın Qərblə yaxınlaşması Rusiyada qıcıq yarada bilər. Ölkə rəhbərinin yürütdüyü balanslı siyasət nəticəsində hazırda Rusiya və Qərblə ikitərəfli münasibətlər təqdirdəlayidir. Bu nöqteyi-nəzərdən ABŞ, Fransa və ən əsası Rusiya Ermənistana təsir mexanizmini artırmalıdır. ABŞ, Fransa və ən əsası Rusiya artıq Ermənistana təsir etmək mexanizmini işə salmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi ancaq bu halda həll oluna bilər”.