"Fərd olaraq əsas hədəfim - avtoritar idarəetməyə və uğursuzluğa görə Əli Kərimli idi" - QALMAQAL
Tarix: 25-09-2018, 08:48 | Çap et
AXCP sədri Əli Kərimlinin keçmiş müşaviri Sahib Kərimli ilə müxalifət təmsilçiləri arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Sabiq partiya funksionerinin 15 sentyabrda Bakının işğaldan azad olunmasının yüz illiyi ilə bağlı paytaxtımızda keçirilən hərbi paraddan sonra facebook profilində paylaşdığı status ətrafında yaranan qovğa səngimir.
S.Kərimlinin Ə.Kərimli başda olmaqla ənənəvi müxalifət liderlərini istefaya çağırmasına ADP sədri Sərdar Cəlaloğlunun “Yeni Müsavat”da verdiyi cavab gərginliyi bir az da artırıb.
ADP sədri AXCP-nin sabiq müşavirinin istefa tələbini səsləndirməyə siyasi çəkisinin çatmadığını bildirib. Partiya sədrinin əsas diqqətçəkən fikirləri bunlardır: “Müxalifət kimi qarşımıza qoyduğumuz məqsədlərin bir hissəsini yerinə yetirə bilməmişik. Onun da obyektiv və subyektiv səbəbləri var. Bunun subyektiv səbəblərindən biri də Azərbaycan xalq hərəkatında və sonrakı dönəmdə Sahib Kərimli kimi savadsız, əqidəsini, mövqeyini dəyişən insanların çox olmasıdır. O zaman zahirən göründü ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası iqtidara yaxındır, həmin vaxt Sahib Kərimli Şəkidən gəlib Bakıda mitinqlər aparırdı. Amma indi AXCP-nin şansları bir qədər az görünür, mövqeyini, cəbhəsini dəyişib, Sahib Kərimli hərəkətə keçərək Əli Kərimlinin, İsa Qəmbərin və Sərdar Cəlaloğlunun istefasını tələb edir”.
Sahib Kərimli də öz növbəsində facebook profilində ADP sədrinə yönəlik status paylaşıb. “Yeni Müsavat” olaraq ona cavab haqqı tanıdaraq həmin statusu təqdim edirik: “Bir həftə qabaq bir status yazmışdım. Bu gün xəbər tutmuşam ki, “Yeni Müsavat” qəzeti yazdıqlarımla bağlı Sərdar Cəlaloğlundan mövqe öyrənib, o da məni aşağılayıb. Deyib ki, Sahib Kərimlinin məni istefaya çağırmağa səviyyəsi çatmaz. Statusda vurğulamaq istədiyim fikir bundan ibarət idi ki, xalq hərəkatından doğulan, ictimai mülkiyyət hesab edilən, milli siyasətdə brendləşən cəbhəçilik və müsavatçılıq Türkiyə tərəfindən də ciddiyə alınmır. Fərd olaraq əsas hədəfim - avtoritar idarəetməyə və uğursuzluğa görə Əli Kərimli idi. Müsavat Partiyasına, partiyadaxili demokratiya vərdişlərinə, nizamnaməyə bir şəxsin iki dəfədən çox sədr seçilməsini əngəlləyən qaydanı əlavə etdiyinə və sədr yenilənməsinə görə bu tənqiddən çox az pay düşür. Baxmayaraq ki, müsavatçı dostlar statusa daha çox aqressiv rəylər yazdılar.
Xalq hərəkatından doğulan, konkret heç bir siyasi fərdin iradəsindən formalaşmayan, milli siyasətin brendi hesab edilən partiyalar dedikdə AXCP və Müsavat nəzərdə tutulduğu üçün ikincini ayırmadım.
ADP hərəkatdan doğulmayıb, ADP-çilik brendləşməyib, partiya Sərdar bəyin şəxsi mülkiyyəti kimi bir şeydir. ADP Sərdar bəyin şəxsi iradəsi ilə yaranmış şirkət-partiyadır. Zamanında Rəsul Quliyevi puluna görə, İlyas İsmayılovu adına görə şirkət-partiyaya ortaq etməsi də buna sübutdur.
16 yaşımdan fəaliyyət göstərdiyim təşkilatda sədrlik iddiama, seçkili post uğrunda yarışa qatılmağıma xəyanət damğası vurmaq Azərbaycan Demokrat Partiyasının (şirkətinin) sədri Sərdar bəyin “demokratlığının” göstəricisidir.
15000 -lik partiyanın 1500 kv.m- ik qərargahında 15 nəfərlə qalıb, 1500 səhifəlik “Tərəqqinin Metafizikası” əsərini yazmaq və bunu ictimailəşdirmək, Eynşteyinin elmi qələtini düzəltməkdən də böyük qələtdir.
Kosmik Dəyişmələr nəzəriyyənizə görə Nobeli bəlkə də, dediyiniz kimi, 30 il sonra sizə verdilər. Çünki elm elə inkişaf edir ki, normal ağıl onu qavraya bilmir. İddialar var ki, elmin hətta indiki yeniliklərini müasir insana təqdim etsən dəli olar. Başqa bir deyim də var ki, göydəki işığı ilk olaraq dəlilər görər. Buna bir sözümüz yoxdur, əlimizdə nəzəriyyənizi çürüdəcək material çatmır. 30 il sonra kim qalacaq və ya kim sizdən hesab soracaq ki? 30 ildir etdiklərinizdən hesab soran olmadığı və ya qalmadığı kimi. Amma ərəb dilini bilmədən Qurana təfsir yazmaq, fars dilini bilmədən Füzuliyə hücum etmək, onu kafir çıxarmaq qəssabın patoloqanotomluğudur.
Gözünüzü yumub, dilinizin acı sözlərini boşaltmısız. Dildən söz düşmüşkən, elmin baş vurmadığınız sahəsi qalmayıb, iddia edirsiniz ki, dil faktının bütün mərhələlərini bir nəzəriyyə ilə izah edirəm, qrammatikanı, leksikologiyanı, fonetikanı birləşdirmişəm. Ondan əvvəl gərək nitqinizi düzgün qurmağı, fikrinizi aydın və mədəni ifadə etməyi öyrənəydiz, bəy. Qrammatikanı öyrənməmiş hara birləşdirmisiz? Fonetika dilçiliyin danışıq səslərindən bəhs edən bölməsidir. Siz danışanda səsiniz adamın beyninə düşür. Bəlkə elə buna görə o bölməni də birləşdirmisiz.
Sözün leksik mənasında böyük səhv etmisiz, bəy. Sözün də çoxlu leksik mənaları olur, bunu, hər halda, bilirsiz".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
|