Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                     İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır .....                     İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? .....                     Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı .....                     Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... .....                     Universiteti BAZARA DÖNDƏRƏNLƏR... .....                     Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır .....                     “BİZİ HƏR İL ALDADIRLAR” .....                     Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub .....                     Tbilisidə keçirilən aksiyalarda .....                     Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar .....                     “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam .....                     İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… .....                     Qərb Gürcüstanın daxili məsələlərinə qarışır .....                     Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” .....                     Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi .....                     “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” .....                     Zelenski AĞ BAYRAQ qaldırdı? .....                     “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür .....                 

“Torpaq uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir”
Tarix: 1-10-2018, 08:31 | Çap et
“Torpaq uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir”
Sentyabrın 29-da Qarabağ Komitəsinin təşkilatçılığı ilə Bakıda keçirilən Qarabağ mitinqinə münasibət birmənalı olmadı. Az və ya çox adam gəlməsindən asılı olmayaraq, mitinq hər halda baş tutdu. Hakimiyyət aksiyaya icazə vermişdi. Kimiləri Qarabağla bağlı mitinqin vacib olduğunu, kimiləri isə Qarabağ məsələsinin mitinqlə həll olunmayacağını və mitinqlərə ehtiyac yaranmadığını deyir. Hətta hakim Yeni Azərbaycan Partiyasının deputatları arasında da bu məsələdə fikir ayrılığının olduğu ortaya çıxdı.

Məsələn, mitinqdən bir gün öncə YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov Qarabağ məsələsinin millətin məsələsi olduğunu və mitinqə hər kəsin gəlməsinin vacibliyini bəyan edib. Mitinq günü isə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və YAP-çı deputat Aydın Mirzəzadə Qarabağla bağlı fərqli, bu cür mitinqlərə ehtiyac olmadığını ehtiva edən açıqlamalar veriblər.

Bəs, Qarabağla bağlı mitinqlər keçirməyin hansı əhəmiyyəti var? Yaxud hansı zərəri ola bilər?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Qarabağ mitinqini izləyib. Çıxışların bir hissəsinə tənqidi münasibəti var: “Məsələn, tribunadan İslam Partiyasının həbsdə olan sədrinin salamlarının mitinq iştirakçılarına çatdırılmasına bütün mitinq iştirakçılarının adekvat yanaşmadığını hiss etdim. İslam Partiyasının üzvünə çıxış üçün şərait yaradıldı. Məndə olan məlumata görə, mitinqdə çıxış etmək istəyənlər çox olub və heç də hamıya belə şərait yaradılmayıb. Ancaq İslam Partiyası üzvünün çıxışına imkan yaratdılar. Bu, bəzilərində belə təəssürat yarada bilərdi ki, mitinqi təşkil edənlər İslam Partiyasının dəyərlərini bölüşürlər. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İslam Partiyasının üzvünün çıxışından dərhal sonra söz alaraq İran hakimiyyətinin işğalçı Ermənistanla əlaqələrini tənqid edən cümlə işlətdi. Böyük ehtimalla, Mirmahmud Mirəlioğlu bunu ona görə dedi ki, mitinqi təşkil edənlərin mövqeyi ilə İranla əlaqələrə önəm verən İslam Partiyasının siyasətinin üst-üstə düşmədiyi görünsün.

Hakim Yeni Azərbaycan Partiyasının deputat üzvlərindən biri mitinqdən əvvəl Qarabağla bağlı mitinqi dəstəklədiyini bildirdi. Bunu bəziləri belə qələmə verdi ki, YAP Qarabağ mitinqini dəstəkləyir. Halbuki bu belə deyildi. Mitinq bitər-bitməz YAP-ın bir çox üzvləri mitinqi tənqid etdilər. Bunun iki vacib səbəbi olduğunu düşünürəm.

Birinci səbəbi mitinqdə “istefa” şüarlarının səslənməsiydi. Mitinqdə çıxış edənlərdən bir neçəsi hakimiyyəti sərt tənqid etdi və bu da istər-istəməz “istefa” şüarlarının səslənməsinə şərait yaratdı. Aydındır ki, “istefa” şüarlarının səsləndiyi mitinqə hakimiyyət və ya YAP dəstək verə bilməzdi".

Politoloq hesab edir ki, mitinqə birmənalı münasibətin olmamasının ikinci səbəbi bu mitinqlərin davamlı hal ala biləcəyi ehtimalıdır: “Qarabağ Komitəsinin üzvlərinin tamamı müxalif mövqedə dayanan siyasətçilərdir. Bu da hakimiyyət üçün uyğun deyil. Qarabağ ümumi problemdir. Hakimiyyət müxalifəti başqa müstəvilərdə xeyli zəiflədib. Ancaq Qarabağ platformasında Qarabağ Komitəsinə yığılan insanlara qarşı hansısa addımların atılması ölkə daxilində və xaricində doğru anlaşılmaya bilər. Məsələn, düşünülə bilər ki, Azərbaycanda Qarabağ uğrunda müharibə çağırışları edənlərə qarşı sərt siyasətə üstünlük verilir. Halbuki, başda prezident olmaqla hakimiyyət nümayəndələrinin bir çoxu işğalçıya qarşı güc yolunu istisna etmirlər və 2016-cı ilin aprel savaşı və ya Naxçıvan əməliyyatı buna sübutdur. Qarabağ xalq üçün həssas və birləşdirici mövzudur. Hakimiyyət də siyasətində bunu nəzərə alır. Buna baxmayaraq, bəzi müxalif qüvvələrin Qarabağ üzərindən hakimiyyətə təzyiq etmək istəyi və hakimiyyəti zəiflətməyə çalışması da istisna deyil. Bu baxımdan Qarabağ Komitəsinə gələn dəfə mitinq təşkil etmək asan olmayacaq. İlk mitinqə bəlkə də gözlənildiyindən çox insan qatıldı. Ancaq Qarabağ Komitəsi onu da nəzərə almalıdır ki, hətta hakimiyyət növbəti mitinqə maneələr yaratmasa belə, Komitənin özü üçün ikinci mitinqə kifayət qədər insan toplamaq çətin olacaq. Çünki ilk mitinqdə Qarabağla bağlı hər şey deyildi. Yenə eyni mövzu və eyni şüarlar olacaqsa, mitinqə qatılmaq istəyənlərin sayı azala bilər”.

E.Şahinoğlu sonda onu da dedi ki, əslində Qarabağ uğrunda ictimaiyyətin artan səsi hakimiyyət üçün zərərli deyil: “Bununla hakimiyyət beynəlxalq aləmə, o cümlədən ATƏT-ə mesaj göndərmiş olar ki, cəmiyyət hakimiyyətdən Qarabağla bağlı sərt addımlar, müharibə tələb edir və əgər vasitəçilər tələsməsələr, vəziyyət gərginləşə bilər. Ona görə də Qarabağ uğrunda mübarizə hakimiyyət-müxalifət mübarizəsinə çevrilməməlidir. Mən deyərdim ki, YAP-ın özü də Qarabağ mitinqi keçirsəydi, bu, işin yararına olardı. Bu, danışıqlarda prezidentin əlini gücləndirərdi”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55
“Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29
Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43
Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36
“Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30
Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26
“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22
Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17
Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07
SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04
Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32
Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29
Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00
Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58
"Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00
Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru