Paşinyan nazir namizədini açıqladı .....                     Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub .....                     Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? .....                     Ukrayna müharibəsində yeni faza... .....                     "Bunların heç birinə kişilər dözməzdi" .....                     Şəmkirdə yolların təmiri 1,3 milyona .....                     Ərdoğan BƏYAN ETDİ: .....                     Öcalan Baxçalının çağırışına cavab verdi: .....                     "Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” .....                     Bakıda erməni başqasının əmlakını taladı .....                     “Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib .....                     Deputatdan Avropa Parlamentinə .....                     "Yağışdan çıxıb, yağmura düşdük": .....                     Dollar bu tarixdə bahalaşacaq .....                     Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar .....                     Generalın iddiası rədd edildi .....                     Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? .....                     Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU .....                     Yumurtanın qiyməti niyə bahalaşdı? .....                     Qonşumuzda kütləvi qiymət artımı gözlənilir .....                     Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? .....                     Lala Şövkət ürək əməliyyatı keçirib? .....                     Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... .....                     Həkimin burnuna yumurq vurdu... .....                     Ermənistan Prezidenti COP16-da iştirak edəcək .....                     Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi .....                     Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında .....                     Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb .....                     Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... .....                     “Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? .....                     “3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? .....                     Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər .....                     “Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” .....                     "İran peçləri"ndəki təhlükə: .....                     Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? .....                     Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil .....                     Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır .....                     Əməkdar artist Nanənin prodüserini hədələdi: .....                     Talıbovlara bağlı daha bir şirkət ləğv olunur .....                     Xalq artistinə ağır itki .....                 

Prezident seçkiləri oktyabrda keçirilsəydi...
Tarix: 2-10-2018, 08:23 | Çap et
Prezident seçkiləri oktyabrda keçirilsəydi...
1993-cü ildən başlayaraq 5 ildən bir oktyabrın ilk yarısında keçirilən prezident seçkiləri bu il apreldə oldu. Oktyabr ayının gəlişi bu və ya digər məsələləri aktual edib. Əsas müzakirələr seçkilər bu ayda olardısa, nələr baş verə bilərdi yöndədir.

Bütün bunlarla yanaşı, prezident seçkiləri aprelə təyin olunduğu vaxt meydana çıxan bir iddia yenidən gündəmə gəlib. Bu iddia da Azərbaycan hökumətinin payızda hər hansı bir siyasi təxribatların ola biləcəyini ehtimal edib, seçkiləri aprelə təyin etməsi ilə bağlıdır.

6 ayda nələrin dəyişdiyini, seçkilər bu ayda keçirilsəydi nələr baş verərdi kimi suallarla son seçkilərdə prezidentliyə namizəd olmuş şəxslərə müraciət etdik.

Apreldəki seçkilərdə ikinci yeri tutmuş deputat Zahid Oruc bildirdi ki, konstitusiyada prezident seçkilərinin vaxtının dəyişdirə biləcəyi ilə bağlı hər hansı bir müddəa yoxdur: “Məsələ ətrafında polemika quran və ondan hakimiyyət əleyhinə istifadə etməyə çalışanlara zamanında cavab verilib. Bunun dövlət baxımından uyarlı olmasını zamanında gördük. Bu gün də hesab edirəm ki, seçkilərin aprelə salınması Cənubi Qafqazda Ukrayna ssenarisi hazırlayan qüvvələrin planlarının bizdən ötüşməsinə yol açdı. Qafqazda Ukraynalaşma təhlükəsi dedikdə ilk növbədə, Qərblə Rusiya arasındakı savaşı nəzərdə tuturuq. Hazırda iqtisadiyyatlar döyüşür, sən mütləq əlaqələri məhv etməlisən, hər hansı bir tərəfdə yer almalısan. Digər tərəfdən, bunun hərbi təhlükəsizlik tərəfləri də var. Bir səngərdə dayanıb başqasına atəş açmalısan. Zənn edirəm ki, Ermənistandakı vəziyyət Azərbaycanda siyasi təqvimin dəyişikliyi səbəbi ilə çox dərəcədə bağlıdır. Bizim üçün daxildə müxtəlif vətəndaş toqquşmaları üçün düşünülmüş ssenari sanki bir dalğa kimi bizdən ötdü və hadisələrin mərkəzinə İrəvan düşdü. Əslində Rusiya dövlətçiliyini dağıtmaq istəyən qüvvələr, xüsusilə Qərb dairələri bu ölkənin ətrafında demokratiya zolağı yaratmaq niyyəti ilə Qafqazda artıq ikinci bir ölkədə inqilab həyata keçirdilər. Bütün hallarda məxməri proseslər anti-Rusiya rənginə malikdir. Bu bir faktdır. Məsələnin daha bir önəmli tərəfi də ondan ibarətdir ki, ölkə rəhbəri təqvimin hansı günündə seçkilər olsaydı, qalib gələcəkdi. Buna heç kəs şübhə etmir. Onu nəzərə almalıyıq ki, bu gün dünyanın müxtəlif ölkələrində dövlətçilik maraqlarının nəzərə alınması ayrıca bir vacibliyə çevrilib. 90-cı illərdə baş verən hadisələrin qarşısında sanki siyasi sel bizi aparırdı. O dövrdə parlament seçkiləri növbədənkənar keçirilə bilirdi, hökumətlər dəyişirdi. Həmin proseslər dövlətin xeyrinə işləmirdi. 1993-cü ildə ulu öndərin gəlişi ilə bu məsələdə bir sabitlik yarandı. Azərbaycanda bir şəxs amili ölkə həyatının və təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. O üzdən prezident seçkilərinin yalnız daxili rəqabət prosesində keçməsi çox önəmlidir. Burada ayrı-ayrı qüvvələr boykotçu mövqe tutdular. Bu onların öz işidir. Guya iştirak etsəydilər, nə olacaqdı ki? Bu ayda seçkilər keçirilsəydi, ayrı bir nəticəyə nail olacaqdılar? Bəlkə bizim xəbərimiz yoxdur, elə bir taktika işlədəcəkdilər ki, bu seçkilərdə mühüm nəticələr qazanacaqdılar? Hətta seçkilər dekabrda olsaydı belə nəticələr dəyişəsi deyildi”.

Sabiq prezidentliyə namizəd seçkilərdən keçən yarım ili bu cür dəyərləndirdi: “Son illər ərzində Azərbaycanın neft və qaz sərvətlərini xarici aləmlə qarşılıqlı maraq çərçivəsində, faydalı çərçivədə əməkdaşlığı kim aparıbsa, ölkənin gələcək liderliyində o yer tutmalıdır. Cəmiyyət üçün xeyli dərəcədə narahatlıqlar doğuran, suallar yaradan, müxtəlif sahələrdə problemlərə səbəb olan şəxslərdən müəyyən qədər qurtulmaq mümkün oldu. Hökumətdə yeniləşmə daha geniş səviyyədə reallaşdı. Təkcə sentyabr ayına diqqət yetirəndə görürük ki, ölkə başçısı regional və beynəlxalq çərçivəli tədbirləri, görüşləri reallaşdırmaqdadır. Bu tədbirlərin, görüşlərin hər birində Azərbaycanın milli maraqları ortadadır. Qarabağ məsələsində daha sərt addımlar atmaq, həmçinin öz müttəfiqlərimizi daha çox artırmaq, türk hərbiçiləri ilə birlikdə rus, İsrail silahları ilə digər şəraitdə öz gücümüzü nümayiş etdirmək, dövlətimizin müstəqilliyi üçün əlamətdar tədbirləri keçirmək imkanına gəlib çatdıq. Mənə elə gəlir ki, bütün bunlar 11 aprelin nəticəsidir. Bütün təhlükələr seçkilər bu ayda olsaydı belə dövlət tərəfindən neytrallaşdırılacaqdı. Amma sizləri əmin edirəm ki, müxtəlif beynəlxalq qüvvələr qəfil yaxalandılar. Onların ssenarisi boşa çıxdı, toparlanma imkanları əllərindən alındı. Bir neçə gün öncə ”Taliban" təfəkkürü ilə açıq-aşkar terror fəaliyyəti aparan qüvvələrin bir yığıncaqlarına baxdım. Onlar söyləyirlər ki, biz öz aramızda birləşə bilmirik, bir-birimizə qarşı olan nifrətimiz yaxınlaşmağımıza mane olur, əks halda, daha sistemli şəkildə Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparardılar. Bu sözdən çıxış edib deyirəm ki, əgər oktyabr seçkiləri konstitusion təqvim üzrə qalardısa, mütləq həmin qüvvələri bir araya gətirən dairələr mövcud olacaqdır. Azərbaycan iqtisadiyyatından, neftindən, qazından pay qoparmaq istəyən dairələr cəmi 1-2 milyon həmin şəxslərə ayırır ki, onların maraqları lobbiləşdirilsin, nəticədə onlar gəlib müxtəlif müqavilələrdən daha güzəştli pay qoparsınlar. Necə ki, vaxtilə Soros Azərbaycanın xaricdə saxlanan valyutasının müəyyən bir hissəsini idarə etmək, onları öz aktivlərinə cəlb edərək müxtəlif şərtlər altında ondan yararlanmaq niyyətini güdürdü. Bunlar baş tutmayan kimi dövlət əleyhinə məlum çirkli kampaniya yönəldildi. Yekun olaraq deyirəm ki, 11 aprel Azərbaycan tarixinin çox mühüm bir hissəsidir".

11 aprel seçkilərində üçüncü yeri tutan ADP sədri Sərdar Cəlaloğlu bunları dedi: “”Bu ay seçkilər keçirilsəydi, biz maksimum uğur qazana bilərdikmi" sualına konkret cavab vermək çətindir. İndiki vaxtda ölkədə elə bir aktivlik yoxdur ki, nəticələrin bu aktivliyə görə fərqli olacağını deyək. Mənə elə gəlir ki, o vaxt seçkilər keçirildiyi üçün uğur qazandıq. 6 ay öncə yığdığım səs faizini indi yığmaya bilərdim. Çünki o vaxt seçkilərin növbədənkənar keçirilməsi cəmiyyətdə də müəyyən bir qeyri-müəyyənlik yaratmışdı. Ona görə cəmiyyət seçkiyə bir qədər həssas yanaşırdı".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan nazir namizədini açıqladı
Bu gün, 01:48
Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Bu gün, 01:45
Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? - İNCƏLƏMƏ
Bu gün, 00:43
Ukrayna müharibəsində yeni faza... - Şimali Koreya əsgərləri savaşı dərinləşdirir
Bu gün, 00:40
"Bunların heç birinə kişilər dözməzdi"
Bu gün, 00:37
Şəmkirdə yolların təmiri 1,3 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Ərdoğan BƏYAN ETDİ: - Türkiyə Bakını qoruyan sistemin bənzərini yaradır
Bu gün, 00:00
Öcalan Baxçalının çağırışına cavab verdi: - İki şərt irəli sürdü...
Dünən, 23:58
"Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” - Keçmiş icraçı direktor detalları açıqladı...
Dünən, 23:56
Bakıda erməni başqasının əmlakını taladı - TƏFƏRRÜAT
Dünən, 23:54
“Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib - ƏMR
Dünən, 23:51
Deputatdan Avropa Parlamentinə ETİRAZ
Dünən, 19:02
"Yağışdan çıxıb, yağmura düşdük": - Bunun adı məmur özbaşınalığı...
Dünən, 19:00
Dollar bu tarixdə bahalaşacaq - AÇIQLAMA
Dünən, 18:56
Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar - "Keçən yay nə etdiyinizi bilirəm"...
Dünən, 18:18
Generalın iddiası rədd edildi - DETALLAR
Dünən, 18:16
Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? - Ən dəqiq iqtisadçının PROQNOZU
Dünən, 18:15
Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU - Türkanda BİABIRÇILIQ
Dünən, 18:11
Yumurtanın qiyməti niyə bahalaşdı? - SƏBƏB
Dünən, 18:10
Qonşumuzda kütləvi qiymət artımı gözlənilir
Dünən, 18:04
Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA
Dünən, 18:00
Lala Şövkət ürək əməliyyatı keçirib? - Oğlu açıqladı
Dünən, 17:59
Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... - Milyonlar belə XIRID EDİLİR...
Dünən, 17:54
Həkimin burnuna yumurq vurdu... - Məhkəmə qərar verdi
Dünən, 17:49
Ermənistan Prezidenti COP16-da iştirak edəcək
Dünən, 17:47
Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Dünən, 17:39
Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:37
Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb - FOTO
Dünən, 17:36
Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... - ZORƏN... NƏ?
Dünən, 17:33
“Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? - AXI NİYƏ?..
Dünən, 17:30
“3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? - İNCƏLƏMƏ
Dünən, 17:29
Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər - ŞOK AÇIQLAMA
Dünən, 17:24
“Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” - Aktrisadan illər sonra ETİRAF
Dünən, 17:22
"İran peçləri"ndəki təhlükə: - “Küləkli havalarda...”
Dünən, 17:16
Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA
Dünən, 17:14
Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil - AÇIQLAMA
Dünən, 17:11
Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır – Onu lider seçdilər
Dünən, 17:08
Əməkdar artist Nanənin prodüserini hədələdi: - "And içmişəm ki..."
Dünən, 17:07
Talıbovlara bağlı daha bir şirkət ləğv olunur - DETALLAR
Dünən, 17:05
Xalq artistinə ağır itki
Dünən, 17:00
Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA
Dünən, 16:59
ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
Dünən, 16:49
Zurabişvili saxtakarlığı ermənilərlə müqayisə etdi - “Bizdə buna belə deyirlər”
Dünən, 15:57
Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və ifadə vermək istəməyib - TƏFƏRRÜAT
Dünən, 15:55
Yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var - İqtisadçı
Dünən, 15:52
Zurabişvili: Seçkidə “erməni karuseli” işləyib - “Asoşeyted Press”
Dünən, 15:49
Gürcüstan bu gün: şərtlər, tələblər, gözləntilər - BİZƏ NƏ?
Dünən, 15:47
Bu universitet üçün daha bir korpusun inşasına başlanılır
Dünən, 15:45
Bakıda 100 min manat sərmayə ilə daha bir şirkət - TƏSİS EDİLİB
Dünən, 15:35
“MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru