"Çünki Qarabağda onların dominantlığı güclüdür" - sabiq nazir
Tarix: 11-10-2018, 08:35 | Çap et
DİA.AZ Teleqraf.com-a istinadən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:
- Tofiq müəllim, Ermənistanda dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi siyasi durumu necə şərh edərdiniz?
- Ermənistanda siyasi baxımdan vəziyyət gərgindir. Baş verənlər onu deməyə əsas verir ki, Ermənistanda ciddi siyasi parçalanma var. Bu parçalanmanın tərəfləri Qarabağ klanı və Ermənistan erməniləridir. Əslinə qalsa inqilab, onun səbəbi Ermənistan-Azərbaycan konflikti və bu konfliktdən irəli gələn fəsadlarla bağlıdır. İqtisadi, siyasi, demoqrafik problemlər və yerlipərəstlik qüsuru ortaya çıxıb. Ermənistanı 20 ildən çox müddətdə Qarabağ klanı istismar edirdi. Bu da indiki vəziyyətə gətirib çıxardı.
Hazırda Nikol Paşinyanın Ermənistan ictimaiyyəti və xalqı arasında nüfuzu böyükdür. Amma 20 il iqtidarda olan Qarabağ klanı güc strukturlarında, Müdafiə Nazirliyində, yerli icra orqanlarında öz adamlarını yerləşdirib. Üstəlik parlamentdə Qarabağ klanının qurduğu Respublika Partiyası ən çox deputat mandatına sahibdir. Başqa sözlə, Ermənistanda əvvəlki hakimiyyət olduğu kimi qalıb.
Gedən proseslər də bununla bağlıdır. Həm də unutmayaq ki, Ermənistanda qarşıdurma tərəfi olan bu iki qüvvə həm də xaricdən olan fərqli qüvvələrə arxalanır. Qarabağ klanı Rusiyaya, Paşinyan komandası isə Qərbə arxalanır. Hazırda siyasi qarşıdurma və böhran davam edir. Fikrimcə, qüvvələr təxminən bərabər olduğu üçün böhran uzunmüddətli olacaq. Klanlar arasında artıq ilkin toqquşmalar da özünü göstərib. Məsələn, Dövlət Təhlükəsizlik Şurası katibinin atası Qarabağda özünü asıb.
Nəhayət, Ermənistan ictimaiyyəti sual verir: bu inqilab nəyə görə baş verib? Əsgərin “tuşenkasını” itlərinə yedizdirən bir generalı həbs ediblər və keçmiş prezident Köçəryanı bir neçə gün həbsdə saxlayıblar. Hələlik inqilabın nəticəsi bundan ibarətdir. Başqa nəticə yoxdur.
- Dekabrda keçiriləcək seçkilərdən nə gözləyirsiniz?
- Fikrimcə, seçkilərdə Paşinyan tərəfdarları parlament çoxluğunu əldə edəcək. Bu, bir növ Paşinyan hakimiyyətinin legitim mənbələrini daha da gücləndirəcək. İnqilab baş versə də, əslində Paşinyanı seçən parlament olub. Bu baxımdan Paşinyana parlament çoxluğunu əldə etmək lazımdır.
Ancaq nəzərə alın ki, qarşı tərəf də qollarını yanına salıb sakit durmaq və əllərində olanların alınmasına dözmək fikrində deyil. Bilirlər ki, əslində onlara qarşı sərt addımlar atılmalıdır, ancaq hələlik atılmır. Ermənistanın siyasi ənənəsini nəzərə alaraq, deyə bilərik ki, onlar daha çox terror variantına əl atmağa meyllidir. Vaxtilə parlamentin güllələnməsi, polis alayının qərargahının işğal edilməsi və s. nümunələr var. Bu mənada istisna etmirəm ki, indiki gərgin vəziyyət sonda toqquşmalara gətirib çıxara bilər.
- 1997-ci ildə Levon Ter Petrosyanın devrilməsi, 1999-cu ildə parlamentin gülləbaran olunması kimi faktlar Qarabağ klanının ayağına yazılır. Sizcə, bu kimi hallar seçkilərə qədər təkrarlana bilərmi?
- Nəzərə alaq ki, bu gərgin vəziyyət orada həm siyasi, həm də coğrafi bölünmə ilə müşahidə olunur. Baxın, ən gərgin nöqtə Azərbaycanın işğal edilən əraziləridir. Orada olan silahlı dəstələr Qarabağ klanını və ya öz yerlilərini dəstəkləyir. Bu mənada onlar daha çox güc amilindən istifadə etməyin tərəfdarıdır. Siyasətdə terror amilindən geniş istifadə edilməsi onların təbiətinə xasdır. Bu baxımdan toqquşma qaçılmazdır.
Eyni zamanda regionlararası toqquşma da ortaya çıxacaq. Qarabağlılar daha çox işğal olunan ərazilərdə toplaşacaq və çalışacaqlar ki, burada öz hakimiyyətlərini, əllərində olan qüvvəni qoruyub saxlasınlar. Başqa sözlə, “miyatsun” deyilən şüar heç də birləşməyə gətirib çıxarmayacaq. Biz görürük ki, indi Ermənistanda və ermənilər arasında “Myatsum” üçün əsaslar yoxdur. Əksinə, onlar bir-birindən daha uzaqlaşırlar. Üstəlik indiki Qarabağ 10-15 il əvvəlki Qarabağ deyil. Orada yaşayan erməni əhalisinin sayı iki dəfə azalıb. Çoxu Ermənistana və ya başqa ölkələrə köçüblər. Odur ki, müxtəlif hadisələr baş verə bilər. Hesab edirəm ki, sadaladığım amillərdən xarici qüvvələr istifadə edəcək.
- “Xarici qüvvələr” deyəndə konkret Rusiyanı nəzərdə tutursunuz?
- Təbii. Çünki Qarabağda onların dominantlığı güclüdür. Həm hərbi, həm də “siyasi” cəhətdən. Hesab edirəm ki, biz bu məsələlərə diqqətlə yanaşmalıyıq. Hətta burada bizim üçün imkanlar pəncərəsi açıla bilər.
- Demək istəyirsiniz ki, Qarabağ klanı ilə İrəvan erməniləri arasında siyasi və coğrafi ziddiyyətlərin inkişaf etməsi bizim üçün yeni imkanlar açacaq?
- Vaxtilə Ermənistan Azərbaycanın işğal edilən ərazilərində qondarma qurumlar yaradıb. İndi bu qondarma qurumlar Ermənistana qarşı çıxırlar. Buna bənzər hadisə Pakistanla “Taliban” arasında yaşanır. Əvvəllər Pakistanın “Taliban”a böyük dəstəyi var idi. Ancaq indi “Taliban” Pakistana düşməndir.
- Paşinyan seçkilərdə qalib gəldikdən sonra siyasətində kardinal dəyişikliklər baş verə bilərmi?
- Konkret Dağlıq Qarabağ mövzusuna aid siyasətində dəyişiklik edəcəyini gözləmirəm. İndi onun əsas maraq dairəsində olan məsələ şəxsi hakimiyyəti və daxildə gedən proseslərdir. Bəllidir ki, həm Qarabağ klanı, həm də İrəvan klanı Dağlıq Qarabağ kartından istifadə edəcək. İstisna etmirəm ki, daxili siyasətdə istifadə etmək üçün güc tətbiq edərək, Azərbaycanı buna cəlb etməyə çalışacaqlar. Başqa sözlə, xaricdə düşmən obrazı yaradıb daxili maraqları üçün istifadə etmək planı ola bilər.
Biz belə təxribatları istisna etməməliyik. Bunun tərəfdarları həm Qarabağda, həm də Ermənistanda var. Yəni gərginliyi aradan qaldırmaq məqsədilə də diqqəti Azərbaycana yönəltmək istəkləri ola bilər. Biz həmişə belə təxribatları gözləməliyik.
- Erməni tərəfinin cəbhə bölgəsində təxribat yarada biləcəyi haqqında proqnozlarınız hansı arqumentlərə əsaslanır?
- Belə fikirlər Düşənbə baş tutan kontaktın təhlili əsasında ortaya çıxır. Paşinyanın əsas marağı atəşkəs rejiminin gücləndirilməsi mövzusu idi. O, faktiki olaraq etiraf etdi ki, işğal edilən ərazilərdə təxribatlar baş verə bilər. Yəni birbaşa əlaqələrin qurulmasından sonra sabah Paşinyan zəng edib deyə bilər ki, cəbhədə baş verən təxribat bizim işimiz deyil, hansısa daxili qüvvələr atəşkəsi pozaraq təxribat yaradıblar. Fikrimcə, Paşinyan komandası belə ssenarilərin baş verməsini mümkün hesab edirlər.
- Seçkidən sonra Paşinyanın Rusiya siyasəti necə qurulacaq?
- Əvvəla, Ermənistanda anti-rus əhval-ruhiyyəsinin güclü olmasının səbəblərinə diqqət etmək lazımdır. Bu təkcə Paşinyanın yox, həm də erməni ictimaiyyətinin baxışlarıdır. Onlar anlayır ki, Rusiya nə bacarıbsa onlara verib. İndi gözləyirlər ki, investisiyalar gəlsin, inkişaf baş versin və s. Baxırlar ki, Azərbaycan inkişaf edir, onlar isə iqtisadi və demoqrafik istiqamətdə deqradasiya edirlər.
Ölkəyə investisiya cəlb etmənin yeganə mənbəyini Qərbdə görürlər. Amma bu məsələdə də ziddiyyətlər var. Birincisi, investisiyanın ölkəyə gəlməsi üçün qərbpərəst siyasət aparılmalıdır. Lakin Ermənistana su və hava qədər təhlükəsizlik qarantiyası vacibdir. Bunu isə Rusiya verir. Bir ölkənin sənə təhlükəsizlik qarantiyası, digər ölkənin isə investisiya verməsi qeyri- mümkündür. Bu nöqtədə ziddiyyət var. Buna nə Qərb razılıq verər, nə də Rusiya bundan razı qalar. Rusiya deyər ki, mən səni müdafiə edirəm, təhlükəsizliyini təmin edirəm və sən də gedib başqası ilə dost olmaq istəyirsən?
Məhz bu səbəbdəndir ki, bir müddət əvvəl Rusiyada Ermənistanla bağlı keçirilən ictimai müzakirədə ekspertlərdən biri Ermənistanı gəzəyən qadına bənzətdi. Hazırda yuxarıda qeyd etdiyim ziddiyyət erməni siyasətində qalıb. Dekabr seçkilərindən sonra Ermənistan ya Qərb xəttini, ya da Rusiya xəttini seçməlidir. Amma indiki vəziyyətdə Paşinyanın bir yolu qalır. Zənnimcə, o hansısa mərhələdə hərbi əməliyyatları bərpa etmək, yaxşı zərbə almaq istəyəcək. Rusiya da onu müdafiə etməyəndə deyəcək ki, ruslar bizimlə dostluğa “xəyanət” ediblər. Beləcə Qərbə doğru gedəcəklər. Təxminən belə bir ssenari qaçılmazdır. Ancaq seçkilərdən sonra. Qərb də Paşinyandan tələb edir ki, hərəkət et. Bir generalı həbs etməklə qərbpərəst ola bilməzsən.
- Sizin fikirlərinizdən belə çıxır ki, Ermənistanı gərgin bir gələcək gözləyir...
- Mən qeyd etdiyim faktorları analiz edəndə ortaya o çıxır ki, erməni siyasətində xəttin seçilməsi böyük toqquşmadan keçir. Siyasi cəhətdən bölünən erməni siyasətçilərinin barışması mümkünsüzdür.
- Paşinyan Qərbə üstünlük verəcək?
- Xatırladım ki, Paşinyandan əvvəl Qərbə üstünlüyü Sərkisyan verməyə başlamışdı. O da anlayırdı ki, artıq Rusiyadan ala biləcəkləri bir şey qalmayıb. Onlar anlayır ki, ölkəyə investisiya gəlməsə, inkişaf olmayacaq. İnkişaf olmasa, camaat qaçacaq və ölkə məhv olacaq.
Bu mənada Ermənistanda yaşananların Azərbaycanın apardığı siyasətin nəticəsi olduğu haqqında fikirlər doğrudur. Çünki blokada siyasəti, Ermənistanın regional layihələrdən kənarda saxlanılması Ermənistanı böhrana salıb. Bu qaçılmaz həqiqətdir.
Onu da qeyd edim ki, ermənilərin psixoloji və siyasi əhvalı imkan verməz ki, onlar qərar qəbul edərək işğal olunan ərazilərimizi azad etsin. Bunu ermənilərdən gözləmək sadəlöhvlükdür. Deməli hansı yol qalır? Biz düşündüyümüz yol.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən şirkətlərin YARATDIĞI TƏHLÜKƏ... - NƏ ETMƏLİ?
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
• Suriyada müxalif qüvvələr nəzarət etdikləri ərazini iki dəfəyədək artırıblar
Bu gün, 08:55 |
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi - Gəncə Dövlət Universitetində rektor maxinasiyaları...
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
|