Paşinyan nazir namizədini açıqladı .....                     Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub .....                     Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? .....                     Ukrayna müharibəsində yeni faza... .....                     "Bunların heç birinə kişilər dözməzdi" .....                     Şəmkirdə yolların təmiri 1,3 milyona .....                     Ərdoğan BƏYAN ETDİ: .....                     Öcalan Baxçalının çağırışına cavab verdi: .....                     "Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” .....                     Bakıda erməni başqasının əmlakını taladı .....                     “Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib .....                     Deputatdan Avropa Parlamentinə .....                     "Yağışdan çıxıb, yağmura düşdük": .....                     Dollar bu tarixdə bahalaşacaq .....                     Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar .....                     Generalın iddiası rədd edildi .....                     Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? .....                     Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU .....                     Yumurtanın qiyməti niyə bahalaşdı? .....                     Qonşumuzda kütləvi qiymət artımı gözlənilir .....                     Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? .....                     Lala Şövkət ürək əməliyyatı keçirib? .....                     Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... .....                     Həkimin burnuna yumurq vurdu... .....                     Ermənistan Prezidenti COP16-da iştirak edəcək .....                     Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi .....                     Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında .....                     Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb .....                     Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... .....                     “Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? .....                     “3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? .....                     Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər .....                     “Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” .....                     "İran peçləri"ndəki təhlükə: .....                     Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? .....                     Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil .....                     Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır .....                     Əməkdar artist Nanənin prodüserini hədələdi: .....                     Talıbovlara bağlı daha bir şirkət ləğv olunur .....                     Xalq artistinə ağır itki .....                 

"Rus dilinin süni təbliğatı yığışdırılmalıdır” - deputat
Tarix: 16-10-2018, 08:53 | Çap et
"Rus dilinin süni təbliğatı yığışdırılmalıdır”
Keçmiş sovet imperiyasının tərkibində olan bəzi ölkələrdə rus dili artıq xarici dil kimi rəsmiləşdirilib. 2014-cü ildə Ukraynada rus dili qadağan olunmuşdu. Belə ki, ölkə ərazisində rus dilinə rəsmi status verməyə icazə verən “Dövlət dili haqqında” qanun ləğv edilmişdi. Ötən ildən başlayaraq Ukrayna məktəblərində 5-ci sinifdən sonra rus dilinin tədrisi ləğv olundu. Məlumata görə, 2020-ci ildən artıq ibtidai siniflərdə də rus dili qadağan olunacaq.

Hətta Rusiyanın forpostu kimi tanınan Ermənistanda da indiki hakimiyyət Rusiyaya qarşı daha bir demarş həyata keçirməyə hazırlaşır. Belə ki, bu ölkədə Rus Dram Teatrının bağlanması üçün hazırlıqlara başladılıb. Bildirilib ki, Rus Dram Teatrının binasında hansısa rus teatrı deyil, sadəcə olaraq, teatr yerləşməlidir. Teatr ta bağlanılmalı, ya da ki erməniləşdirilməlidir.

Xatırladaq ki, ötən il Ermənistanda rus dili xarici dil statusunu almışdı. Qeyd olunmuşdu ki, Ermənistanda yeganə rəsmi dövlət dili erməni dilidir, digər dillər isə xarici dil hesab olunur...

Danılmaz faktdır ki, Azərbaycanda xeyli sayda azərbaycanlı bu gün də rus dilində danışır. Son illər dünyada rus dilində danışanların sayı azaldıqca, ölkəmizdə, əksinə, artmağa doğru gedir. Hətta yenidən valideynlər övladlarının daha çox rusdilli siniflərdə təhsil almasına maraq göstərməyə başlayıb. Məsələ ilə bağlı artıq bir neçə gündür ki, millət vəkilləri arasında da müzakirələr davam etməkdədir. Bir qisim millət vəkilləri düşünür ki, valideynlərin heç bir ehtiyac olmadan uşaqlarını rusdilli bölmələrə qoyması doğru deyil, həmçinin gələcəkdə milli düşüncə üçün təhlükədir, bir qismi isə bu fikrə tolerant yanaşmaq lazım olduğunu vurğulayır.

Millət vəkili Tahir Kərimli isə məsələ ilə bağlı mövqeyini “Yeni Müsavat”a açıqlayıb. Millət vəkili vurğulayıb ki, ölkəmizdə məsələnin həm çoxlu tərəfdarları, həm də əleyhdarları var:

“Mövqe bildirəndə digər tərəf narazı qalır. Rus dilinin Azərbaycanda məhdudlaşdırılmasının tərəfdarı olanlar müstəmləkənin bərpası istiqamətində və yaxud keçmişdə Azərbaycanın müstəmləkə sisteminin bir razılığı kimi dərk edirlər, ona görə rus dilinə qarşı çıxırlar. Düşünürəm ki, bunu tələbatla uyğunlaşdırmaq lazımdır.

Ola bilər ki, Ermənistanda ruslar və yaxud rusdillilər yaşamır, Rus Dram Teatrına ehtiyac yoxdur, tamaşalarını izləmirlər, amma Azərbaycanda bu var. Azərbaycanda nəinki ruslar, slavyanlar, hətta rus dilində təhsil almış azərbaycanlılar var. Məsələn, Qandi dünyanın ən böyük məxməri inqilabının əsasını qoyan ustadlardan biridir. O, ingilisdilli idi və ingilis dillilər istiqlaliyyətin yaradılmasında mühüm rol oynadılar. Ona görə də düşünmürəm ki, rus dilində danışan azərbaycanlılar ölkəmizin istiqlaliyyətini istəmir, ruspərəstdir. Ola bilsin ki, dilləri o cürdür, amma milli ruhları yüksək səviyyədədir. Bu məsələni, sadəcə, süniləşdirmək lazım deyil. Yəni süni olaraq yeni rusdilli məktəblərin yaradılması, rus dili faktorunun gücləndirilməsi, süni ruslaşdırma yaratmaq olmaz. Doğrudur, son zamanlar Rusiyanın Azərbaycana meyli güclənib, ölkəmizdə rusdilli məktəblərin, rus ab-havasının olmasını dəyərləndirirlər. Lakin hazırda Ermənistanda hakimiyyətə gələn qüvvələr Rusiyaya birmənalı münasibət bəsləmir, bunun üçün də oradakı rusdilli teatrların olmasını istəmirlər. Lakin biz bilirik ki, bizim düşmənlərimiz olan erməniləri ölkəmizə gətirən elə ruslar olub, torpaqlarımızda onlar üçün dövlət düzəldiblər və sairə. Beləliklə, düşünürəm ki, rus dili ilə bağlı məsələ təbii proses kimi həll olunmalıdır.

Bu günlərdə Gədəbəydə İvanovka kəndində oldum. Orada rusların rəhbərliyi və digərləri ilə görüşdüm. Düşünürəm ki, onların orada yaşaması çox mühüm məsələdir. Çünki bildiyiniz kimi, həmin yer Ermənistanla çox yaxın sərhəddə yerləşir. Ermənilər istədikləri an oranı top atəşinə tuta bilər. Amma bunu etmirlər, çünki kənddə ruslar olduğu üçün buna cürət edə bilmirlər.

Biz bilirik ki, əslində tarixən həmişə bizə düşmənçilik edən Rusiya indi regionda ciddi faktordur, xüsusən Qafqazda özünü qoruyub saxlaya bilib, onun Qafqazdan çıxması özünün məhvi deməkdir. Bəli, özünün mənafeyi üçün ölkəmizdə rus məktəblərini qiymətləndirə bilər.

Onun tərəfdarıyam ki, qorxmaq lazım deyil, rus dilini də bilmək bizim üçün çox vacibdir. Məsələn, yaşlı nəsil rus ədəbiyyatını, rus dilində fəlsəfi-elmi kitablarını oxuyub. Yəni bildikləri dil bu dildir. İndi bunu inkar, rədd etməklə nə qazanırıq? Bizim daxilimizdə milli ruh var. Biz öz dilimizi, vətənimizin bir qaşığını Rusiyaya dəyişmərik. Ona görə də insanlar nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Adi rus dilini bilməklə çexlərin və yaxud bu tip başqa xalqların da dilini anlayırıq. Bunun üçün də bir daha qeyd edirəm ki, sadəcə, rus dilinin süni təbliğatı yığışdırılmalıdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan nazir namizədini açıqladı
Bu gün, 01:48
Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Bu gün, 01:45
Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? - İNCƏLƏMƏ
Bu gün, 00:43
Ukrayna müharibəsində yeni faza... - Şimali Koreya əsgərləri savaşı dərinləşdirir
Bu gün, 00:40
"Bunların heç birinə kişilər dözməzdi"
Bu gün, 00:37
Şəmkirdə yolların təmiri 1,3 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
Ərdoğan BƏYAN ETDİ: - Türkiyə Bakını qoruyan sistemin bənzərini yaradır
Bu gün, 00:00
Öcalan Baxçalının çağırışına cavab verdi: - İki şərt irəli sürdü...
Dünən, 23:58
"Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” - Keçmiş icraçı direktor detalları açıqladı...
Dünən, 23:56
Bakıda erməni başqasının əmlakını taladı - TƏFƏRRÜAT
Dünən, 23:54
“Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib - ƏMR
Dünən, 23:51
Deputatdan Avropa Parlamentinə ETİRAZ
Dünən, 19:02
"Yağışdan çıxıb, yağmura düşdük": - Bunun adı məmur özbaşınalığı...
Dünən, 19:00
Dollar bu tarixdə bahalaşacaq - AÇIQLAMA
Dünən, 18:56
Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar - "Keçən yay nə etdiyinizi bilirəm"...
Dünən, 18:18
Generalın iddiası rədd edildi - DETALLAR
Dünən, 18:16
Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? - Ən dəqiq iqtisadçının PROQNOZU
Dünən, 18:15
Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU - Türkanda BİABIRÇILIQ
Dünən, 18:11
Yumurtanın qiyməti niyə bahalaşdı? - SƏBƏB
Dünən, 18:10
Qonşumuzda kütləvi qiymət artımı gözlənilir
Dünən, 18:04
Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA
Dünən, 18:00
Lala Şövkət ürək əməliyyatı keçirib? - Oğlu açıqladı
Dünən, 17:59
Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... - Milyonlar belə XIRID EDİLİR...
Dünən, 17:54
Həkimin burnuna yumurq vurdu... - Məhkəmə qərar verdi
Dünən, 17:49
Ermənistan Prezidenti COP16-da iştirak edəcək
Dünən, 17:47
Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Dünən, 17:39
Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:37
Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb - FOTO
Dünən, 17:36
Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... - ZORƏN... NƏ?
Dünən, 17:33
“Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? - AXI NİYƏ?..
Dünən, 17:30
“3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? - İNCƏLƏMƏ
Dünən, 17:29
Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər - ŞOK AÇIQLAMA
Dünən, 17:24
“Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” - Aktrisadan illər sonra ETİRAF
Dünən, 17:22
"İran peçləri"ndəki təhlükə: - “Küləkli havalarda...”
Dünən, 17:16
Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA
Dünən, 17:14
Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil - AÇIQLAMA
Dünən, 17:11
Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır – Onu lider seçdilər
Dünən, 17:08
Əməkdar artist Nanənin prodüserini hədələdi: - "And içmişəm ki..."
Dünən, 17:07
Talıbovlara bağlı daha bir şirkət ləğv olunur - DETALLAR
Dünən, 17:05
Xalq artistinə ağır itki
Dünən, 17:00
Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA
Dünən, 16:59
ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
Dünən, 16:49
Zurabişvili saxtakarlığı ermənilərlə müqayisə etdi - “Bizdə buna belə deyirlər”
Dünən, 15:57
Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və ifadə vermək istəməyib - TƏFƏRRÜAT
Dünən, 15:55
Yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var - İqtisadçı
Dünən, 15:52
Zurabişvili: Seçkidə “erməni karuseli” işləyib - “Asoşeyted Press”
Dünən, 15:49
Gürcüstan bu gün: şərtlər, tələblər, gözləntilər - BİZƏ NƏ?
Dünən, 15:47
Bu universitet üçün daha bir korpusun inşasına başlanılır
Dünən, 15:45
Bakıda 100 min manat sərmayə ilə daha bir şirkət - TƏSİS EDİLİB
Dünən, 15:35
“MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın
Dünən, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru