"Mən xəbərdarlıq etmişdim ki, anti-Azərbaycan mövqeli xarici şəbəkə 3 istiqamətdə ölkəmiz əleyhinə kampaniya aparacaq"
Tarix: 14-12-2018, 09:26 | Çap et
Məlumat verdiyimiz kimi, Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) beynəlxalq platforması Azərbaycanla bağlı qərarını açıqlayıb. Beynəlxalq təşəbbüsün Rəhbər Komitəsinin dekabrın 5-də verdiyi qərarla Azərbaycana üzvlüyünü bərpa üçün müəyyən şərtlərlə daha 2 il zaman verilib. Bu müddət ərzində Azərbaycan hökuməti bütün maraqlı tərəflərin iştirakı ilə 2019-2021-ci illəri əhatə edən yeni fəaliyyət planı işləməli və icra etməlidir.
Belə ki, 2019-cu il martın 1-nə qədər Açıq Hökumət Tərəfdaşlığının (AHT) standartlarına uyğun 2019-2021-ci illər üzrə Milli Fəaliyyət Planının (MFP) işlənməsi üçün yol xəritəsi hazırlanmalı və çap edilməlidir. Bu yol xəritəsinə AHT Forumunun əsas görüşlərinin zaman çərçivələri daxil edilməlidir, MFP-nin hazırlanması prosesinə AHT Forumundan kənarda olan maraqlı tərəflər də cəlb olunmalıdır. Gələn il iyunun 1-nə qədər Azərbaycan AHT prosesinə rəhbərlik üçün yüksək səviyyəli nümayəndəsini (nazir və ya daha yüksək səviyyəli) təyin etməlidir. O zamana qədər həmçinin Azərbaycanda bütün tərəflərin iştirakı ilə OGP Fəaiyyət Planının hazırlanmasına başlanmalıdır. Plan vətəndaş cəmiyyətinə münasibətdə məhdudiyyətləri aradan qaldırmağa yönəlik olmalıdır.
Bundan əlavə, 2019-cu il dekabrın 31-nə qədər MFP yekunlaşdırılmalı, qəbul edilməli və AHT-nin müvafiq qurumuna (Support Unitə) təqdim edilməlidir. 2021-ci il avqustun 31-nə qədər Plan tam icra olunmalıdır. Bu şərtlərə əməl olunmadıqda Azərbaycan AHT-dən həmişəlik uzaqlaşdırılacaq. Ancaq öhdəliklər yerinə yetirilərsə, üzvlüyə yenidən qayıda biləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan AHT-yə 2011-ci ildə üzv seçilib. 2016-cı il may ayının 4-də Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin növbəti iclasında Azərbaycanın AHT-dəki üzvlük məsələsinə baxılıb və onun statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilib. Komitə bu addımın atılmasının əsas səbəbi kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətləri göstərib.
Azərbaycan Açıq Hökumət Platformasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsündən (MHŞT) və OGP-dən çıxarılacağına dair xəbərdarlıqla hələ 2015-ci ildə çıxış edib: “Mən xəbərdarlıq etmişdim ki, anti-Azərbaycan mövqeli xarici şəbəkə 3 istiqamətdə ölkəmiz əleyhinə kampaniya aparacaq. Bunlardan biri ölkənin MHŞT-dən, digəri OGP-dən çıxarılması, üçüncü istiqamət isə Ombudsmanın BMT yanındakı A statusu B statusuna keçiriləcək. Bir istiqamət üzrə nəticə əldə olunub - Azərbaycan MHŞT-dən çıxıb. Gəldiyim qənaət budur ki, ikinci istiqamət üzrə də eyni proseslər gedir. Söhbət ondan getmir ki, irəli sürülən 5 tələb yerinə yetirilə bilən deyil. Söhbət ondan gedir ki, beynəlxalq təşkilat statusu olmayan bir təşəbbüs ölkəyə ultimatum verir. Mən bunu məhz ultimatum hesab edirəm. Anlayıram ki, hər bir üzv üçün Təşəbbüs öz kriteriyalarını müəyyənləşdirə bilər. Onunla da razıyam ki, Azərbaycan o kriteriyalara tam uyğun deyil. Amma bunun yolları var: dialoq, təklif və tövsiyələr. Bunlarla məsələ həll olunmursa, Azərbaycanla bağlı istədikləri qərarı qəbul edə bilərlər”.
S.Məmmədovun sözlərinə görə, təcrübə göstərir ki, Azərbaycan hakimiyyəti ultimatumlara əks reaksiya verir: “Bu hökumətlə dialoqla daha çox nəticəyə nail olmaq mümkündür, nəinki ultimatumla. Ona görə də ehtiyatlanıram ki, Azərbaycan proseslərin sonunu gözləmədən bu Təşəbbüsdən də çıxsın. Daha sonra MHŞT-də olduğu kimi, təşəbbüsün prinsiplərini icra etsin, amma OGP üzvü olmadan. Təşəbbüsün şərtlərindən biri budur ki, geniş vətəndaş cəmiyyəti iştirakçılığına bütün maraqlı tərəflər cəlb edilməlidir. Açıq Hökumətin Təşviqinə dair Azərbaycanda hökumət və qeyri-hökumət təşkilatlarının dialoq platforması yaradılıb. Yaradılan zaman platforma hamı üçün açıq elan olundu. Lakin Çexiyadakı PİN təşkilatının təsiri altında olan təşkilatlar, Sivil Toplum Platformasında birləşənlər ora üzv olmadılar. Hətta onların sırasından bura gələnləri başladılar şantaj etməyə. İndi də hökumət bütün tərəfləri cəlb etmək istəsə belə, həmin qruplar boykot yolunu tutacaqlar. Ya da elə şərtlər irəli sürəcəklər ki, hökumət qəbul etməyəcək. Buna görə də bütün maraqlı tərəflərin iştirakçılığına hökumət istəsə belə nail ola bilməyəcək”.
Liqa rəhbərinin fikrincə, hökumət OGP üzrə rəhbər nümayəndə kimi yüksək ranqlı məmuru təyin etmək şərtinə əməl edə bilər: “Bu, Dövlət Neft Fondunun rəhbəri də ola bilər, maliyyə naziri də, Prezident Administrasiyasının şöbə müdiri də. Rəhbər Komitənin digər şərti Milli Fəaliyyət Planının hazırlanmasında bütün maraqlı tərəflərin təmsilçiliyinə şərait yaradılmasıdır. Düşünürəm ki, boykotçu qruplar buna da imkan verməyəcəklər icra olunsun. Planın hazırlanması üçün qoyulan müddət - 1 il normal müddətdir, işləri ona qədər yekunlaşdırmaq mümkündür. Lakin yenə də qeyd edirəm ki, hökumət bu Təşəbbüslə bağlı nələrsə edəcək, amma bu, ultimatumla olmayacaq. Bununla mən demək istəmirəm ki, hökumət süddən çıxmış ağ qaşıqdır. 2013-cü ildən başlayaraq vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini məhdudlaşdıran xeyli addımlar atılıb. Biz platforma daxilində bu məsələləri dəfələrlə qaldırmışıq, təkliflər hazırlayıb vermişik. Hökumət onları tam qəbul etməsə də, reaksiyalar var. Amma Azərbaycan OGP-dən tam çıxarsa, bu platforma da dayanacaq. Bu beynəlxalq təşkilatlar, təşəbbüslər birdəfəlik qəbul etməlidilər ki, Azərbaycanla tələb dilində danışmaq fayda gətirmir. Bu dillə danışdılar, Azərbaycan MHŞT-dən çıxdı. Nə baş verdi? Nə ölkənin kredit reytinqləri endirildi, nə də digər mənfi proqnozlar doğruldu. Əksinə, Azərbaycanın ”Doing Business" Beynəlxalq Rəqabətqabiliyyətlilik reytinqlərində mövqeyi dəfələrlə yüksəldi və sair". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|