"Adamda da gərək həya-abır olsun" - Ağacan Əbiyev yenidən namizəd olanlara BELƏ REAKSİYA VERDİ
Tarix: 9-01-2020, 08:54 | Çap et
Budəfəki müsahibim 20 il millət vəkili olmuş SSRİ idman ustası Ağacan Əbiyevdir. Onunla söhbətimiz siyasi qərarlarından idman sahəsindəki gözləntilərinə qədər uzandı. Deyir ki, bu dəfə namizədliyini irəli sürməyəcək. Deputat olmaq istəmədiyini söyləyir. Özünəməxsus səbəbləri də var.
Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev hafta.az-a müsahibəsində onu da bildirdi ki, 80 yaşından sonra da deputat olmaq istəyən həmkarlarının qərarına hörmətlə yanaşır.
-Ağacan müəllim, bu dəfə də namizədliyinizi irəli sürəcəksinizmi?
-Xeyr, irəli sürməyəcəyəm. Bu haqda qərarımı bir-iki ay bundan əvvəl vermişəm.
-Bəs bundan sonra hansı işlə məşğul olacaqsınız?
-Bundan sonrakı fəaliyyətimi Boks Federasiyasında və Milli Olimpiya Komitəsində davam etdirəcəyəm. Olimpiya Komitəsində baş katibəm. 20 ildir bu vəzifədəyəm. Eyni zamanda, Boks Federasiyasının birinci vitse-prezidentiyəm.
-Milli Məclisə namizədliyinizi özünüz vermədiniz, yoxsa YAP-dan buna gərək duyulmadı?
-Yox, özüm. Mən nə qədər qoca olsam da, uzaqgörən oğlanlardanam (gülür). Mən artıq iki ay əvvəldən bildirdim ki, növbəti seçkilərdə Milli Məclisə namizəd olmayacağam. Çünki gənclər, cavanlar var. Çox enerjilidirlər. Birincisi, mən 20 ildir Milli Məclisdəyəm. İkincisi, yaşım 80-i keçib. Adamda da gərək həya-abır olsun. Demişdim ki, seçkiyə getməyəcəyəm. Bu da təbiidir. Yol gənclərindir. Mən anadan olanda alnıma ömrümün sonuna kimi deputat olmaq yazılmayıb. Mən Milli Məclisə olimpiya və idman hərəkatının nümayəndəsi kimi seçilmişdim. Maşallah, gül kimi kadrlarımız var. Onlar da bu sahədə işləməlidir.
-Ağacan müəllim, sizdən fərqli olaraq 80 yaşdan yuxarı həmkarlarınız var ki, onlar bu dəfə də parlamentdə oturmaq üçün namizədliklərini irəli sürüblər. Onlar haqqında nə deyə bilərsiniz?
-Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Hər kəs öz qərarını verir. 13 yaşında idmana başladım. 20 yaşında SSRİ idman ustası adını qazandım. Bilirsiniz, hər şeyin zamanı var. 30 yaşına qədər bokslaşmışam. Axırıncı dəfə 1967 –ci ildə sonuncu dəfə rinqə çıxdım. Bunları elə-belə demirəm. Sözümün canı var. İdmançılar fiziki cəhətdən sağlam olurlar. Fiziki və ruhi sağlamlığım imkan verdi ki, 80 yaşına qədər deputat olum. İndi elə adamlar var ki, idmançı olmasalar da çox sağlam və gümrah görünürlər. Eyni zamanda, fiziki göstəricilərin yaxşı olması idmanla bağlı deyil. İnsandan asılıdır. Elə adam var ki, 50 yaşındadır. Deyirsən ki, yaşlaşıb. Qocalıb. Eləsi də var ki, 80 yaşında cavan oğlandır. Həm də bizim kodeksimizdə 80 yaşından sonra deputat olmamaq anlayışı yoxdur. Qanunda da belə bir müddəa görməmişəm. Yoxdur. 18 yaşından yuxarı hər kəs deputat ola bilər. 18-dən yuxarı hər yaşda deputat olmaq mümkündür. Əgər belə bir qayda yoxdursa, deməli, burada qeyri-qanuni heç nə yoxdur. Deputatlığa namizədliyini irəli sürən həmkarlarım da özlərinə əmindirlər. Onlar bilirlər ki, vəzifələrinin öhdəsindən gəlməyi bacaracaqlar. İnsan qocalanda ona –qocasan, get- demək onu öldürmək kimi bir şeydir. Elə deməkdənsə, öldürün canı qurtarsın. Olmaz. Bu cür yanaşma yanlışdır. Hesab edirəm ki, təcrübəsi çox olanlar təcrübəsi az olan insanlara dəstək olmalıdır.
-Bu il Tokioda növbəti Yay Olimpiya oyunları keçiriləcək. Gözləntiləriniz nədir?
- Hələ ki, gözləyirik. Çünki lisenziya yarışları başlamayıb. Bir aya kimi başlayacaq. Lisensiyaları əldə edəndən sonra bu barədə danışmaq olar. Hələlik lisenziyaların kimlərin alacağını, idmançılarımızın rəqiblərinin kimlərin olacağını bilmirik. Bunlar bəlli olandan sonra bu barədə nəsə danışmaq mümkündür. Hələ heç nə məlum deyil. Komanda yarışlarında uğurlu iştirak etməliyik. Əsas hədəfimiz budur. 4-5 və 6-7 lisenziya qazansaq, boksçularımızın səviyyəsinin nə yerdə olacağını görəcəyik. Kimin hansı medal qazanacağını yalnız bundan sonra müəyyənləşdirmək olar. Bunun üçün bir ay gözləmək lazımdır. Kimin qızıl, gümüş və bürüncə iddialı olduğu qənaətinə bundan sonra gələ biləcəyik.
-Ağacan müəllim, çoxdan gözlənən həsrət bitəcəkmi? Boks üzrə olimpiya qızılı əldə edə biləcəyikmi Tokioda? Azərbaycan müstəqillik qazanandan boksda qızılımız yoxdur. Bu olmpiadada boks üzrə olimpiya tariximizin ilk qızıl sevincini yaşaya biləcəyikmi?
- Məgər müstəqillikdən əvvəlki dövrdə olimpiya qızılımız olub ki? Olmayıb axı. Ondan əvvəl bizim boksçular heç olimpiadada iştirak etməyiblər. Çünki SSRİ komandası olimpiya oyunlarında iştirak edərkən mən də həmin idmançıların içində olmaq şərti ilə bizim boksçulardan heç kim həmin yığmaya düşə bilməmişik. Ona görə ki, bizim boksçular SSRİ boks yığmasına düşmək üçün gərək öncə 15 ölkənin komandaları ilə görüşüb çempion olmalı idi. Bizdə də SSRİ çempionu olmadı. İkinci, üçüncü yerlərim var. Biz müstəqillik qazanandan sonra müstəqil komanda kimi olimpiya oyunlarına qatıldıq. Gümüş medalımız oldu. Bürünc medallarımız var. Amma hələ ki, qızıl medal qazana bilməmişik. İdmanda qabaqdan danışmaq düzgün deyil. Bu il qızıl əldə edib-etməyəcəyimizi indidən deyə bilmərəm. Çünki kimlərin və nə qədər lisenziya əldə etməsinə baxacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
|