“Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm” - Əli Əhmədov
Tarix: 22-01-2020, 10:41 |
Çap et
Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır.
“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini Əli Əhmədov Aİ-nın maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir:
"Azərbaycan Aİ ilə əmıkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".
Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.