Sosial şəbəkənin “qalib” namizədləri: onlar kimi aldadır? - ekspert danışır
Tarix: 30-01-2020, 08:24 | Çap et
Parlament seçkisi ərəfəsində sosial şəbəkələrdə, bəzi saytlarda virtual səsvermələr təşkil edilir. Həmin səsvermələrdə yaşadığı ərazidən asılı olmayaraq hər kəs iştirak edib, istədiyi namizədə səs verə bilir. Məlumatlara görə, virtual səsvermədə bir sıra namizədlər müxtəlif proqramlardan istifadə edərək, öz səslərini saxta yolla 90 faizdən yuxarı qaldırıb, rəqibinə “qalib” gəldiklərini göstərirlər. Ekspertlər bildirirlər ki, onlar həm özlərini, həm də ətraflarını aldadırlar.
Bu və ya digər məsələlərlə bağlı “Yeni Müsavat”a danışan ekspert Sənan Nəcəfov bildirib ki, virtual sorğu edənlər bir çox məsələləri qarışıq salıblar:
“Əvvəla nəzərə almaq lazımdır ki, seçkilər dairələr üzrə keçirilir. Yəni ölkə üzrə seçkidən söhbət getmir. Bizdə isə bunu bir-birinə qarışdırıblar. Bəzi insanlar düşünürlər ki, bu, prezident seçkiləri kimi bütün dairələrdə aparılır. Saytların dairə üzrə seçki keçirmək imkanı olsaydı, bu, tamam başqa bir məsələ olardı. Bəzi saytların ümumi İP-i bu sorğuda iştirak edənlərin, səs verənlərin sayından dəfələrlə aşağıdır. Bunun özü faktı aşkar edir. Müəyyən olunur ki, hansısa texniki imkanlardan istifadə edilir. İkinci bir məsələ də budur ki, namizədlərin çoxu fikirlərini səhv istiqamətdə yönəldirlər. Düşünürlər ki, kütlə ilə işləyirlər və eyni zamanda virtual seçkilərə də diqqət ayırmaq lazımdır. Bu, sadəcə olaraq, enerjinin boş yerə xərclənməsidir. Buna diqqət çəkmək lazım deyil. Bizdə bir problem də ictimai rəy sorğusunun aparılması ilə bağlıdır. Bu, özü böyük bir elmdir. Min nəfərə anket verib cavab almaqla iş bitmir. Ciddi araşdırmalar aparılmalıdır. Orada müəyyən komponentlər var ki, onlar əsaslandırılmalıdır. Hətta sualın qoyuluşu belə adi formada ola bilməz. Sosioloji sorğu müvafiq qaydalara uyğun təşkil edilməlidir. ”Kimə səs verirsən", “Niyə filankəsə səs verirsən” kimi olmalı deyil. Baxırsan ki, kimsə əlində kamera küçədə camaatdan soruşur ki, filan namizədi tanıyırsan? Göstərmir ki, bu sorğunu hansı ərazidə keçirir. Bəlkə mən metronun “Azadlıq” stansiyasının yanındayam, ancaq başqa bir ərazidə yaşayıram və siyasi məlumatsız adamam. Soruşurlar ki, filan namizədi tanıyırsanmı? Təbii ki, tanımadığımı söyləyəcəm. O dəqiqə də sorğu keçirən bunu montaj edib, yayacaq. Bu, tamamilə subyektivdir. Burada, sadəcə olaraq, ictimai rəyin çaşdırılmasıdır. Həm qanunlara ziddir, həm də siyasi mədəniyyətsizlikdir".
Nəcəfov real kampaniya aparanlar haqqında da danışıb:
“Bu seçkilərdə diqqətlə izlədiyim, yeniliklərin olduğu kampaniyalar gördüm. Məsələn, Rauf Arifoğlunun keçirdiyi kütləvi mitinqi son zamanlar görməmişəm. 2005-ci ildə Azay Quliyev Şirvan şəhərindən namizədliyini verən zaman görüşə 20 min adam gəlmişdi. Orada biz ciddi kampaniya aparmışdıq, vaxtımız da çox idi. Biz bir neçə təbliğat vasitəsindən istifadə etmişdik və buna görə də kütlə görüşə gəlmişdi. Onlardan biri qapı-qapı proqramı, digəri telefon zəngləri, üçüncüsü isə dəvət idi. Rauf Arifoğlunun təbliğatından tam məlumatlı deyiləm. Ancaq şəxsən dostlardan birinə Rauf Arifoğlunun özünün mobil telefonundan mesaj gəldiyini gördüm. Bu, kampaniyadır, işdir. Belə işi bir neçə nəfər də aparır və onları da izləyirəm. Kampaniya seçicilərə yönəlik olmalıdır. Bizim bəzi namizədlər düşünürlər ki, saytlardakı rəy sorğusunda qalib gəliblərsə, deməli, deputat seçiliblər. Sonra da real seçkidə səs yığmayanda başlayırlar hay-həşir salmağa ki, deputat olmağıma imkan vermədilər. Burada iki psixoloji məsələ var.
“Bəzi saytların ümumi İP-i belə sorğularda orada iştirak edən, səs verənlərin sayından dəfələrlə aşağıdır”
Bunlardan biri ”dunning-kruger" effektidir. Bu, o deməkdir ki, insanlar öz güclərini xəyali olaraq artırırlar. Elə zənn edirlər ki, onların rəqibləri yoxdur və bu adamların etdiklərini kimsə bacarmır. İkincisi isə yalnız konsensus effektidir. Məsələn, təsəvvür edin ki, kimsə sosial şəbəkədə bir müddət maraqlı statuslar yazıb və xeyli əhatə toplayıb. Digər effektləri nəzərə almır və real nəticələr ortaya çıxan zaman düşünür ki, seçkidə saxtakarlıq olub. Bunu daha da aydınlaşdırmaq üçün bir misal da deyim. Məsələn, xarici ölkədə hansısa iki şəxs arasında seçki mübarizəsi gedir. Bunlardan biri düşünür ki, sosial şəbəkədə yazdıqlarını hər kəs dəstəkləyir, o, liberaldır və qalib gələcək. Seçki günü isə rəqibi qalib gəlir və başlayır yazmağa ki, burada saxtakarlıq edilib. Düşünür ki, yazdığını dəstəkləyən çoxdursa, deməli, elə ən doğrunu bu edir. Əslində isə belə deyil. Seçki tamamilə başqadır. Seçici qutunun başında qərarı ideologiyaya görə deyil, ideyaya verir. Bir qədər də anlaşılan desək, xəstəni həkimin yazdığı resept yox, sağalması maraqlandırır. Seçkidə də elədir. Seçici insanın özünə deyil, onu inandıra bilən, gözləntilərinə səs verir".
Sənan Nəcəfov bildirib ki, seçkilərə çoxsaylı namizədlərin qatılması əslində müsbət haldır: “İlk dəfədir ki, bu qədər insan seçkiyə qatılıb. Bu, seçki üçün yaradılan gözəl mühitin nəticəsidir. İnsanlar var ki, hər zaman iddialı danışıblar. İndi isə danışdığını göstərmən üçün meydan yaranıb. Buyur, meydanda özünü göstər. Şəxsi qənaətimə görə, bu proseslərin nəticəsi yaxşı olacaq. Beynəlxalq təşkilatlar və müşahidə missiyaları bu halı çox yüksək qiymətləndirirlər. Yaranan haldan sui-istifadə edənlər, bazarlığa gedənlər də var. Ancaq elə insanlar da var ki, onların seçilməyə haqları çatır və bu işi də görə biləcək gücdədirlər. Onlara isə uğurlar arzulayıram”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|