125 yer uğrunda gərgin mübarizə: - Seçkiyə gedənlər, yarı yolda qalanlar, geri qayıdanlar…
Tarix: 7-02-2020, 07:40 |
Çap et
9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri elan olunandan sonra bir çoxları namizəd olmaq istəyini açıqladı.
Cebhe.info xəbər verir ki, sonrakı mərhələdə 2431 nəfər namizəd olmaq üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına müraciət etdi. Onlardan 794 nəfəri ilkin mərhələni, imzatoplama və digər mərhələləri uğrula başa çatdıra bilmədiyi üçün qeydə alınmayıb. Qeydə alınan namizəd sayı isə 1637 nəfər olub. Prosesin gedişatında 313 nəfər namizədliyini geri götürüb.
Hazırda deputat mandatı uğrunda 125 dairə üzrə 1324 namizəd mübarizə aparır. Seçki dairələri üzrə ən az, yəni 3 namizəd 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan şəhər Seçki Dairəsində qeydə alınıb. Ən çox namizədin mübarizə apardığı dairə isə 15 və 16 saylı Yasamal Seçki Dairəsidir.
Qeyd edək ki, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən 23, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən isə 21 namizəd deputat mandatı uğrunda mübarizə aparır.