“Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” .....                     Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir .....                     Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür .....                     Suraxanıda yaşayış binalarının elektrik təminatına .....                     Bu rayonda köçkünlərin evləri təmir olunacaq .....                     COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                 

“Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən ”qəhrəman"lar ortaya çıxarılsın"
Tarix: 20-02-2020, 08:45 | Çap et
“Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən ”qəhrəman"lar ortaya çıxarılsın"
Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir. Məsələn, son parlament seçkilərindən sonra sosial şəbəkələr söyüş-qarğış poliqonunu xatırladır. Söyüş, təhqir, böhtan yağdıranlardan ibarət xüsusi trol dəstələri də fəaliyyətdədir. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradırmı?

Media eksperti, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a deyib ki, sosial şəbəkələr seçkilərdən əvvəl də yalan, böhtan, təhqir platforması təsiri bağışlayırdı, seçkidən sonra durum bir qədər də pisləşib: “İnsanlar emosiyasını, qəzəbini, nifrətini burada ifadə edirlər və təəssüf ki, bu da xoş deyil”.

Qulu Məhərrəmlinin sözlərinə görə, bu cür xoşagəlməz halların qarşısının alınmasında dünya təcrübəsindən yararlanmaq olar: “Ən yaxşı qayda facebook istifadəçilərinin müəyyən etik öhdəliklər götürmələri ola bilər. Dünyada belə təcrübə var. Facebooka daxil olanlar söyüşə, təhqirə, ictimai əxlaqı pozan görüntülərə, qadağan olunmuş mövzularda - porno və bu kimi məlumatların yaymayacaqları öhdəliyi götürürlər”.

Q.Məhərrəmli deyir ki, ümumilikdə sosial şəbəkə tənzimlənən platforma deyil. Rusiyada, Çində, başqa ölkələrdə facebookda fəaliyyətdə olan xüsusi trollar ordusu var. Belə trol dəstələri insanların aşağılanması, təhqir edilməsi üçün istifadə edilir: “Ötən ilin yayında mətbuatı tənqid edəndə özüm də trol dəstəsinin təhqirləri ilə üzləşmişəm. Belə əməllərin qarşısının alınması istifadəçilərin müəyyən etik öhdəliklər götürməsi və buna əməl etməsindən keçir”.

Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsində KİV-lə yanaşı internet resurslarında da böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulur: “Düşünürəm ki, belə hallar zamanla ötəcək. Cəmiyyətdə ümumi harmoniya olmalıdır, insanlar bir-biri ilə normal danışa bilməlidirlər. Sosial şəbəkələr bir növ gərgin münasibətlərin davamıdır. Ümumi dialoq, harmoniya olmayanda, insanlar arasında tolerantlıq, anlaşma olmayanda, bu, sosial şəbəkələrə sıçrayır. Cəmiyyət irəlilədikcə, şüurlarda, düşüncələrdə, əxlaqda cilalanma gedincə belə hallar da aradan qaldırıla bilər. Bu gün Avropada belə hallar yoxdur. İnsanlar sosial şəbəkələrdən təhqir və böhtan atmaq üçün istifadə etmirlər. Sosial şəbəkəni söz demək fürsəti kimi qəbul eləmiş Şərq ölkələrində, keçmiş sovet ölkələrində bu cür formalardan istifadə olunur”.

Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a müxtəlif ölkələrdə sosial şəbəkələr üzərindən təhqir və böhtanla bağlı real cəzaların nəzərdə tutulduğunu deyib. Hüquqşünasın sözlərinə görə, Türkiyə Cümhuriyyətində sosial şəbəkələr üzərindən təhqir və böhtana görə cəza nəzərdə tutulur: “Türkiyə Cəza Qanununun 125-ci maddəsinə görə, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi təhqirdir və cinayəti tərkibi yaradır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən cinayət məsuliyyətinə səbəb olur”.

Hüquqşünas deyir ki, Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir: “Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Şəxsiyyətin nalayiq formada alçaldılmasını, təhqiredici hərəkətin nalayiq olub-olmamasını isə cəmiyyətdə ümumilikdə qəbul edilmiş əxlaqi dəyərlərə, birgə yaşayış qaydalarına, ümumi qəbul edilən prinsiplərə uyğun olaraq məhkəmə, amma ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Böhtan isə yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılmasıdır".

Hüquqşünas sosial şəbəkələrdə təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğunu deyir: “CM-in 148-1-ci maddəsinə görə - internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir. Təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir. Bu gün sosial mediada əsasən saxta hesab və profillərdən istifadə etməklə təhqir və böhtan atma geniş yayılıb. Adətən məsuliyyətdən və ”şəxsi hesablaşma"dan yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir. Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən “qəhrəman”lar ortaya çıxarılsın.

Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsində göstərilib ki, cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. İP və data ünvanının əldə edilməsi üçün “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” istintaq hərəkətlərinin məcburi aparılmasına məhkəmə qərarının alınması tələb olunur. Belə halda, müstəntiqin vəsatəti əsasında prokuror məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə qərarı ilə telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar ələ keçirildikdən sonra ekspert və mütəxəssislər cəlb edilməklə trolun, saxta profil arxasında gizlənən şəxsin yeri müəyyən edilə bilər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nüvə obyektlərinin hədəf seçilməsi faciələrə səbəb olacaq” - deputat
Bu gün, 01:16
Cərimələr artır, bu qurum isə deyilənləri eşitmək istəmir - NƏ ETMƏLİ?
Bu gün, 01:14
Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümüdür - 101 il əvvəl...
Bu gün, 01:09
Suraxanıda yaşayış binalarının elektrik təminatına - 8 MİLYON AYRILDI
Bu gün, 00:05
Bu rayonda köçkünlərin evləri təmir olunacaq - 600 MİNLİK TENDER
Bu gün, 00:02
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Dünən, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Dünən, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Dünən, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Dünən, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Dünən, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Dünən, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Dünən, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Dünən, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Dünən, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Dünən, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Dünən, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Dünən, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Dünən, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Dünən, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Dünən, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Dünən, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Dünən, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Dünən, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Dünən, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Dünən, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Dünən, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Dünən, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Dünən, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Dünən, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Dünən, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Dünən, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Dünən, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Dünən, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Dünən, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Dünən, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Dünən, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Dünən, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Dünən, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Dünən, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Dünən, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Dünən, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Dünən, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Dünən, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Dünən, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Dünən, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Dünən, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Dünən, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru