Rəsul Quliyev də feministləri dəstəklədi: - “Əxlaqsız, fahişə...”
Tarix: 9-03-2020, 11:02 |
Çap et
“Dünyada hakimiyyəti insan , xüsusilə qadınların haqlarını təmin etməyə məcbur etmiş feminizm hərəkatı nəhayət Azərbaycanada çatmışdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, feminizm praktiki olaraq 1840-cı illərdə ABŞ-da yaradılıb. 19-cu əsrin axırlarında Avropa ölkələri, xüsusilə Böyük Britaniyada böyük vüsət alıb.
“Nəticədə ölkələrdə 1920-ci illərdə qadınların seçib-seçilmək hüquqları təmin edilib. Feminizmin ikinci mərhələsi 1960, üçüncü mərhələsi 1990-cı illərdə başlayıb və indiyə qədər davam edir. Son illər xüsusilə güclənib.
Hüquqlarının bərpası üğrunda mübarizədə müxtəlif ölkələrdə minlərlə qadın aktivistləri qətl edilib, bu represiyalar hərəkatın qarşısını ala bilməyib əksinə dahada alovlandırıb. 20-ci əsrin əvvəllərində hakimiyyət və ona yaxın qəzetlərdə gedən materiallar araşdırılsa, feministçilərin, əxlaqsız, fahişə və sairə iyrənc təhqirlərlə rastlaşdığını görərsiniz. Həmin proses 120 il sonra Azərbaycanda baş verir.
Eyni qaydada hökumət ruporuna çevrilmiş informasiya vasitələri feministləri təhqir edirlər. Buna baxmayaraq, bu savaşda Azərbaycan feministlərinin qələbə çalacağına heç bir şübhə yoxdur. Çünki tarix bunu təsdiq edir”.