"Xalq və cəmiyyət qarşısında məsuliyyəti olan insanlar şayiələrə yol verməməli..."
Tarix: 16-03-2020, 09:02 |
Çap et
"Dünyanı lərzəyə salan qlobal "taclı virus təhlükəsinin ölkəmizdə qarşısının alınması ücün Azərbaycan hökümətinin gördüyü tədbirlər diqqətə alınmalı, hamı qaydalara uyğun davranmalıdır."
Bu fikirləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Moderator.az saytının koronovirusla mübarizə sahəsində son günlər atılan addımlara münasibət bildirərkən deyib. A.Aşırlı qeyd edib ki, dövlət öz vətəndaşlarının təhlükəsizliyi ücün pandemiyanın yayıldığı ölkələrin gördüyü tədbirləri nəzərə alır, gərəkən addımları atır:
"Hazırda bir cox ölkələr qabaqlayıcı tədbirlər görür,təhlükədən az itkilərlə cıxmağın yolları aranır. Bizim ücün də ən önəmlisi odur ki, cəmiyyət yanlış, əsassız informasiyalardan xali olsun, şayiələrə yol verilməsin.Şayiə qəlp pulu xatırladır ,onu saxtakarlar hazırlayır, doğru insanlar da yayılmasında iştirak edir. Xalq və cəmiyyət qarşısında məsuliyyəti olan insanlar şayiələrə yol verməməli, panikanın qarşısını almalıdırlar. Hökumətin tədbirləri qulaqardına vurulmamalı, tövsiyyələr nəzərə alınmalıdır. Bir şeyi unutmaq olmaz, qorxu təhlükəli virusdan da təhlükəlidir "