Daha üç partiya maliyyə hesabatını MSK-ya təqdim edib
Tarix: 6-04-2020, 09:21 |
Çap et
Mərkəzi Seçki Komissiyasına (MSK) daha üç partiya 2019-cu il üzrə maliyyə hesabatı təqdim edib.
APA-nın MSK-nın saytına istinadən verdiyi məlumata görə, bunlar Azərbaycan Sosial Rifah Partiyası, Vətəndaş və İnkişaf Partiyası və Azərbaycan Tərəqqi Partiyasıdır.
Xatırıadaq ki, bundan öncə Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 32-i maliyyə hesabatını MSK-ya təqdim etmişdi.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.