“Əslində bütün bunlar Ermənistanın daxilində olan problemlərin təzahürüdür” - deputat
Tarix: 7-04-2020, 09:09 |
Çap et
“Əslində bütün bunlar Ermənistanın daxilində olan problemlərin təzahürüdür”.
Bunu Moderator.az-a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ermənilərin səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Bilirsiniz ki, Ermənistanda “Qarabağ klanı” indiki hakimiyyətlə çox amansız mübarizə aparır. Ancaq burada bir sıra digər amillər də ola bilər.
Onlar bu fikri ortaya atmaqla həm də münaqişənin həlli ilə bağlı gedən bütün beynəlxalq prosesləri, danışıqları pozmağa çalışırlar”.
Asim Mollazadənin sözlərinə görə, Ermənistandakı bəzi qüvvələrin istəyi odur ki, bölgədə hərbi əməliyyatlar yenidən başlasın, müharibə alovlansın və bu vəziyyətdən istifadə edib Ermənistanda hakimiyyəti dəyişsinlər:
“Ona görə də mənə elə gəlir ki, bu fikirlər onu ortaya atanların uzun vədəli planlarından xəbər verir. Plan da odur ki, Ermənistanda hakimiyyəti yenə dəyişsinlər, hərbi toqquşmaları aktivləşdirsənlər və bölgədə gərginliyi davamlı artırsınlar”.