"Hələ də insanların kommunal xərclər problemi var, yardım ala bilməyiblər" - Partiya sədri
Tarix: 15-04-2020, 08:30 | Çap et
Azərbaycanda koronavirusa qarşı mübarizədə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın fəaliyyəti ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Tibb sahəsi üzrə mütəxəssislər bildirirlər ki, yerində və operativ şəkildə verilən qərarların nəticəsində ölkədə koronavirusun yayılması tezliyi digər ölkələrlə müqayisədə xeyli aşağıdır.
Bundan əlavə ictimaiyyətdə baş nazir Əli Əsədovun da mövcud vəziyyətlə bağlı qərarları yüksək qiymətləndirilir və insanlar hesab edirlər ki, bu proseslər Artur Rasi-zadənin zamanında olsaydı, hökumət xeyli çətinliklə üzləşə bilərdi.
Məsələ ilə bağlı Musavat.com-a danışan deputat Fəzail Ağamalı dedi ki, Artur Rasi-zadə dövlətçiliyə bütün imkanları daxilində sədaqətlə xidmət edib: "Ona görə də insanların onun adını bu kontekstdə müzakirə etmələrinin tərəfdarı deyiləm. Artur müəllim bir çox sahələrdə hər zaman öz ətrafına nümunə olub. Hər bir kəs bu və ya digər zaman kəsiyində cəmiyyətdə və həyatda tutmuş olduğu mövqeyə görə töhfələrini verir, insanlar ondan bəhrəsini alır. Müəyyən yaş həddinə gəldikdən sonra təbii ki, hər kəsin evdə qalıb, istirahət etməsinə ehtiyac yaranır. İnsan gənclikdə, orta yaş dövründə fərqli bir potensiala malik olur. Ona görə də müqayisəni məqbul hesab etmirəm. Bunu kənara qoysaq, deyə bilərəm ki, 2018-ci ilin prezident seçkilərindən sonra cənab prezidentin formalaşdırdığı komanda özünü bütün mənalarda doğrultdu. Ola bilsin ki, bu tip ciddi sınaqlar olmadığı halda insanların bütün potensialları özünü təsdiq edə bilmir. Ancaq mürəkkəb situasiya olduğu zaman hər bir fərdin və eyni zamanda komandanın artıq bütün potensialı üzə çıxır. Bu baxımdan koronavirus deyilən bəşəri bəla Azərbaycanda da özünün nəticələrini göstərdiyi zamandan, hətta deyərdim ki, bununla bağlı informasiya yayılan andan dərhal ölkə prezidenti olduqca ciddi və çevik tədbirlərə start verdi. Nəticədə Nazirlər Kabineti yanında haqqında danışdığımız Operativ Qərargah yaradıldı. Bu, bir yenilik və son dərəcədə əhəmiyyətli idi. Bunun əhəmiyyəti həm də ondadır ki, ölkə prezidentinin uzaqgörən və hər zaman prosesləri qabaqlaya biləcək siyasi intuisiyasından doğan bir dəyişiklik idi ki, Əli Əsədov kimi peşəkar, idarəçilikdə yetərincə təcrübəsi və biliyi olan şəxs baş nazir gətirildi. Əli Əsədov Operativ Qərargaha yüksək səviyyədə rəhbərlik edir, ora daxil olan qurumlar isə ortaya onun rəhbərliyi altında çox peşəkar, çevik mübarizə qoyurlar".
Deputat bildirdi ki, bütün bu müsbət fəaliyyət ölkə prezidentinin ünvanına yazılır: "Ölkə prezidentinin yaratmış olduğu yeni komanda və indiki mürəkkəb, kifayət qədər ciddi, təhlükəli vəziyyətdə üzərinə missiya götürən Operativ Qərargah öz missiyasını uğurla yerinə yetirməkdədir. Onun başlamış olduğu iş cəmiyyətə ajiotaj, panika yaratmadan mərhələli şəkildə nəhata xüsusi karantin rejiminin sərtləşdirilməsinə qədər gəlib, çatdı. Əgər ehtiyac olarsa bundan sonra da şərtlər daha da sərtləşdirilə, fövqəladə vəziyyətin elan edilməsinə qədər gələ bilər. Bunu həmin qərargahın sözçüsü İbrahim Məmmədov da deyib. Bir sözlər Azərbaycan prezidentinin rəhbərliyi altında formalaşan yeni komanda təkcə ölkəmiz üçün deyil, eyni zamanda dünyaya yeni bir töhfələr verdi. Artıq biz mətbuatdan oxuyuruq ki, bir sıra məsələlərdə Azərbaycanın təcrübəsindən istifadə olunur. Bu, SMS-lə icazə, koronavirusla bağlı yaradılan fon nümunəsində görünür. Eyni zamanda ölkə prezidentin son günlərdə aparmış olduğu telekonfranslar da dünya miqyasında müsbət dəyərləndirilir. Bu günlərdə beynəlxalq təşkilatlar iflic vəziyyətindədir. İtaliya kimi dövlət digər Avropa ölkələri tərəfindən dəstəklənmir, müdafiə edilmir. Ancaq bu gün ölkə prezidentinin təşəbbüsü ilə türk şurasına daxil olan ölkələr bir araya gəlib, səylərini ortaya qoymaq niyyətlərini nümayiş etdirdilər. Bu da Azərbaycan nümunəni də yaradan əlbəttə ki, ölkə prezidentidir. Hər bir tarixi ən çətin dönəmində dövlət başçısının və komandanın sınaq günü ortaya gəlir. Onun potensialına yaranan situasiyada qiymət vermək zamanı gəlir. Bu baxımdan çox böyük məmuniyyətlə demək olar ki, cənab prezident başda olmaqla onun komandası, yaranmış çətin vəziyyətdə üzərinə düşənə missiyanı çox müvəffəqiyyətlə həyata keçirir".
Ağ Partiya sədri Tural Abbaslı Musavat.com-a bildirib ki, Operativ Qərargahın işini normal qiymətləndirir: "Deməzdim ki, bu proseslərdən tam razıyıq. Çünki Operativ Qərargah qadağalar tətbiq etməklə, təəssüf ki, işini bitmiş hesab edir. Lakin bu, təkcə marşrut xətlərinin, metronun, ticarət mərkəzi və ya ictimai-iaşə obyektinin bağlanması ilə özünü göstərməli deyil. İnsanların yaşantısını təmin etmək üçün də real addımlar atılmalıdır. Demək olmaz ki, bu sahədə Operativ Qərargah operativlik göstərir. Hələ də insanların kommunal xərclər problemi var, yardım ala bilməyiblər. Eyni zamanda banklar da kreditləri dondurmayıblar. Lakin Operativ Qərargahın fəaliyyətinin tam faydasız olduğunu da söyləmək olmaz. Çünki bu gün koronavirusun Azərbaycanda digər dövlətlərdəki kimi geniş yayılmamasının səbəblərindən biri də təbii ki, Operativ Qərargahın atdığı addımlardır. Eyni zamanda insanların sağlam yaşantısının təmini üçün də Operativ Qərargah işləməlidir. İnanmıram ki, baş nazirin şəxsinin bu qərargahın fəaliyyətində xüsusi çəkisi olsun”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|