Ombudsmanın hesabatı Milli Məclisin müzakirəsinə çıxarılacaqmı?
Tarix: 20-04-2020, 09:09 |
Çap et
İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanının) illik hesabat məruzəsi artıq parlamentə və İnsan hüquqları komitəsinə daxil olub.
Etikxeber.az-ın xəbərinə görə, hesabat məruzəsi Milli Məclisin (MM) növbəti-7-ci iclasına çıxarılmazdan öncə MM-in İnsan hüquqları komitəsində geniş müzakirələrdən keçiriləcək.
Zahid Orucun rəhbərlik etdiyi İnsan hüquqları komitəsi hesabatla bağlı müzakirələr apardıqdan sonra onu MM-in plenar iclasına tövsiyə edəcəklər.
Qeyd edək ki, hesabatla ilk dəfə olaraq yeni-ikinci Ombudsman Səbinə Əliyevə çıxış edəcək.
O, 2019-cu ilin payızında-5-ci çağırış MM-də 3 nəfərin arasından Ombudsman seçilib və ölkə Prezidenti tərəfindən təsdiqləndikdən sonra vəzifəsinin icrasına başlayıb.
Onu da qeyd edək ki, S. Əliyeva sabiq vitse-spiker və keçmiş səfir Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.
MM-in İnsan hüquqları komitəsinin və plenar iclasın nə vaxt keçiriləcəyinə gəlincə isə hələlik bununla bağlı qırar verilməyib.
İclas(lar)ın bu həftə və ya gələn həftə keçirilməsi gözlənilir.