"Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun…" - deputat
Tarix: 22-04-2020, 09:04 | Çap et
Pandemiya şəraitində dünya iqtisadiyyatında çox ağır bir vəziyyət yaranıb: iqtisadi potensialın zəifləməsi, ÜDM-in azalma meylləri güclənir və bu proses bütün ölkələri əhatə edir.
Azərbaycan hökuməti bu bəlanın-koronavirus pandemiyasının iqtisadiyyata təsirinin minimuma endirilməsi üçün kompleks tədbirlər müəyyən edib və onların həyata keçirilməsi dövlət başçısı tərəfindən ciddi nəzarətə götürülüb.
Dövlət başçısının tapşırığına əsasən ölkənin strateji resursu hesab edilən sahibkarlığa dəstək artır, kiçik və orta biznesə güzəştli, girovsuz kreditlər verilir.
İlin əvvəlindən bank sektoruna 630 min manat həcmində kredit verilib.
Ölkənin ərzaq ehtiyatlarını artırmaq, lazımı səviyyədə saxlamaq üçün tədbirlər görülür. Banklar tərəfindən yeni verilən biznes kreditlərinin 60 faizinə dövlət tərəfindən zəmanət veriləcək və onların həcminin yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Müddəti 3 ilədək olmaqla kreditlərin illik dərəcəsi 15 % ötməməlidir.
Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, əlverişli demoqrafik şəraitə malik olan respublikada yeni iş yerlərinin yaradılması bizim iqtisadi, sosial siyasətimizin ən prioritet istiqamətlərindən biridir. Son 20 ildə işsizliyin səviyyəsi dəfələrlə aşağa düşmüş və indi onun səviyyəsi 4.5-5 % arasındadır. Qanunla müəyyən edilmişdir ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub müvafiq İcra Hakimiyyəti orqanında qeydiyyata alınan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxs işsiz sayılırr və bu əsas tutularaq ölkədə işsizlərin sayı müəyyən edilir.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə beynalxalq təcrübədə özünü doğrultmuş metodologiyadan istifadə edilərək əmək statistikası barədə kifayət qədər məlumat bazası yaradılmış və onun əlçatanlığı təmin edilmişdir.
Kölgə iqtisadiyyatına qarşı son illərdə görülən tədbirlər ölkənin əmək balansının şəffaflığını artırmış, əmək müqavilələrinin bağlanması üçün möhkəm baza yaratmışdır. 70 min yeni əmək müqaviləsinin bağlanması bir daha sübut edir ki, kölgə iqtisadiyyatında calışan insanların sayının azalması imkanları böyükdür. Ölkə Prezidenti cənab İlham Əliyev bugünlərdə İqtisadiyyat, o cümlədən, Əmək və əhalinin sosial müdafiəsi nazirləri ilə videobağlantı şəklində keçirdiyi iclasda da kölgə iqtisadiyyatı məsələsinə toxunaraq bunları qeyd etmişdir:
“Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun…”
Eyni zamanda, bu gün əsas və ən vacib məsələ iş yerlərinin qorunub saxlanması, ixtisar olunmaması, sosial yardımın vaxtında bank hesabları vasitəsi ilə ehtiyacı olan insanlara çatdırılmasıdır. Ölkə Prezidenti də son illərdə bütün çıxışlarında, nitqlərində bu yöndə çağırışlarını səsləndirir, göstəriş və tapşırıqlarını verir.
Pandemiya şəraitində özünəməşqulluq forması da diqqət mərkəzində saxlanılır. Dövlət başçısı özünəməşqulluqla çalışanların sayımın 90 min nəfərə çatdırılması barədə hökumətə tapşırığı kifayət qədər böyük əhəmiyyət kəsb edir.
Pandemiya dövründə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan fərdi sahibkarlar da diqqət mərkəzində saxlanılır. Ötən ilin müvafiq dövrünə nisbətən fərdi sahibkarların sayı 65 min nəfər artaraq 930 min nəfərə catmışdır.
Vergi Məcəlləsində bu yaxınlarda qüvvəyə minəcək güzəştləri də qeyd etmək istərdim:
2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə edilən mənfəətin, gəlirin 75% miqdarında vergi güzəşti kimi, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcələrinin 50%, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə, ümumiyyətlə sadələşdirilmiş vergi məbləğinə 50% güzəştin verilməsi. 2021-ci il yanvarın 1-nə qədər olan dövr üzrə bütün sahibkarlıq subyektləri üçün aşağıdakı vergi güzəştləri nəzərdə tutulmuşdur.
Həmçinin, epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən, dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirlərdən çıxarılması, həmçinin əhalinin bir sıra ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən müddətli azad edilməsi nəzərdə tutulmuşdur.
Bütün bunlar pandemiya dövrü üçün əhalinin sağlamlığının qorunması, iqtisadi fəallığın davam etdirilməsi baxımından sanballı, maliyyə tutumlu tədbirlərdir.
İndi ən başlıca vəzifə ölkədə makroiqtisadi və maliyyə sabirliyini qorumaq, dövlət başçısının müəyyən etdiyi tədbirləri həyata keçirmək, baş verə biləcək iqtisadi prosesləri izləmək, onları düzgün qiymətləndirmək çox vacibdir.
Ziyad SƏMƏDZADƏ, Milli Məclisin deputatı, akademik 22.04.2020-ci il
Etikxeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|