Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? .....                     Tovuzun kəndlərində məktəblər niyə boşalır? .....                     "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" .....                     Benzinin qiymətini kimə həvalə etməli? .....                     Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? .....                     Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə .....                     Yeni lizinq şirkəti təsis edilib .....                     Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                 

“Bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər,190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı”
Tarix: 11-05-2020, 08:50 | Çap et
“Bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər,190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı”
YAP-ın qurucularından - məşhur “91”lərdən biri, professor Əli Əlirzayev pandemiyanın yaratdığı yeni şərait və ölkədə gedən kadr islahatları ilə bağlı Moderator.az-ın suallarını cavablandırıb.
- Əli müəllim, pandemiyanın dünya iqtisadiyyatına təsiri artıq göz önündədir. Bir iqtisadçı alim kimi, dünyanın iqtisadi mənəzərəsi və bunun Azərbaycana təsirləri barədə siz nə düşünürsünüz?
- Pandemiya dünyanın qarşısında artıq bir fakta çevrilib. Onun hansı ölkədə az, hansında çox olmasından asılı olamyaraq bu bir bəlaya çevrilib. Biz hər zaman qloballaşma şəraitində yaşamağımızla fəxr etsək də, onun da iki tərəfi var. İlk növbədə, qloballaşma elə bir prosesdir ki, ondan kənarda qala bilmərsən, iqitsadi əlaqələr və inteqrasiya olmalıdır. Digər tərəfdən, onun mənfi tərəfi də var ki, bax, bu, özünü bu pandemiyanın təzahüründə göstərir. İstər-istəməz nəqliyyat əlaqələri kəsildi, turizm sektoru dayandı, bütün bunlar hamısı onun nəticələridi. Bəzən pandemiyanı müharibə ilə müqayisə edirlər, o, müharibədən də dəhşətli bir hadisədir, ona görə ki, görünməyən bir bəladır və necə olacağını da proqnozlaşdırmaq çətindir. Pandemiyanın nəticələrini həm siyasi, həm də sosial-iqtisadi baxımdan izah edirlər və biz gündəlik bunları izləyirik. Bəzi ölkələr bundan sui istifadə edərək əlavə dividentlər qazanmağa çalışır və sair. Ona görə də pandemiyanın müxrəlif ölkələrdə müxtəlif təsirləri üzə çıxır.
Azərbaycan da elə bir məkanda yerləşir ki, tranzit ölkədir. Azərbaycanın iqtisadiyyatında da kənd təsərrüfatının müxtəlif sahələri, turizm və s. istiqamətlər idxalla bağlıdır. Buna göər də onun bizim iqtisadiyyatımıza da təsiri qaçılmazdır. Bu nə qədər olacaq, onu zaman göstərər. Pandemiyanın insan itkisi olmaqla yanaşı, iqtisadi itkiləri daha çox olur. Azərbaycan iqtisadiyyatına da vu zərbələr dəyir. Təkcə dövlət hesabına hələ ki, 3,5 milyard manat yardım paketi ayrılıb. Bu, özü itkidir. Əhalinin sosial vəziyyətinə də pis təsir göstərdi. İnsanları da qınamaq olmur, çünki işləməyəndə vəziyyətləri daha da ağırlaşa bilər.
Ümumi dinamikanı qiymtələndirərək demək olar ki, bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər.190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı.
- Daha az zərərə düşmək üçün nə etmək lazımdır?
- Bundan sonra gələcəyi düşünmək lazımdır. Hələ heç kim də dəqiq deyə bilmir ki, pandemiya nə qədər çəkəcək, nə vaxt yox olacaq. Ona görə də proqnoz vermək çətindir. Azərbaycan iqtisadiyyatında təbii ki, ümumi daxili məhsul (ÜDM) azalacaqdır. 1-ci rübə görə artıq 1 faiz azalma olub.
Bundan başqa, bizdə turizm sektoru inkişaf edirdi, ona ciddi təsir edəcək. Türizm obyektləri istifadəsiz qalacaq, nə qədər insan işsiz qalacaqdır. Bütün bunların nəticəsində zərərlər çox olacaq.
- Neftin qiyməti də xeyli ucuzlaşıb. Bizim iqtisadiyyatımız neftdən xeyli dərəcədə asılıdr. Bu barədə düşüncəniz nədir?
- Mən əvvəllər də bununla bağlı fikrimi bildirmişəm. Sonralar neftin istehsalı ilə bağlı verilən qərarlar mənim fikirlərimi də təsdiq etdi. Mən hələ bir neçə ay öncədən deyirdim ki, neftin istehsalı azaldılmalıdır. Doğrudur, o da asan proses deyil, bunun da zərərli tərəfləri var. Ancaq başqa yol yoxdur. Ona görə də düşünürəm ki, neftin emal sahəsini də genişləndirmək lazımdır. Bu, iş yerlərini qorumağa da imkan verər. Ancaq bu da investisiya və vaxt tələb edir.
İndi Azərbaycanda ikitərəfli problem yaranıb. Bir tərəfdən pandemiyanın iqtisadiyyatın bütün sahələrində yaratdığı problemlər. Digər tərəfdən də neft ölkəsi kimi neftin qiymətinin düşməsindən yaranan çətinlik. Bizim iqtisadiyyatımızın neftdən asılı olduğunu inkar etmək doğru olmaz. Neftin olması əslində çox yaxşı haldır, amma ondan düzgün istifadə etmək vacibdir.
Belə vəziyyətdə nə etmək lazımdır? Mən düşünürəm ki, biz investisiya qoyanda elə sahələrə qoymalıyıq ki, onlar daha tez gəlir gətirsin, nəinki 5-10 il sonra. Məsələn, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına diqqət edilməlidir. Pambıqdansa, biz taxıl istehsalını artırmalıyıq. Çünki bundan sonra necə olacağını bilmirik, idxal zəifləyə bilər. Elə vəziyyət yaranar ki, biz heç kimdən bu məhsulları ala bilmərik. Ona görə də resurslarımızdan düzgün istifadə etməliyik. Yaranmış iqtisadi böhranın yaxın bir-iki ildə düzələcəyini gözləmək olmaz. Ancaq bizim bir üstünlüyümüz var ki, neftdən yaranmış ehtiyatımız kifayət qədərdir. İnvestisiyalar istehsal sahələrinə qoyulmalıdır. Kreditlər də istahlakdan daha çox özünüməşğulluq sahəsinə verilməlidir.
- Əli müəllim, siz də parlamentdə təmsil olunmusunuz. İndi ölkədə xeyli dəyişikliklər baş verir. Yüksək mövqeli məmurlar rüşvət və korrupsiyaya görə həbs edilirlər. Bu hadisələri necə qiymətləndirirsiniz?
- Mən parlamentdə iki çağırış təmsil olunmuşam. Bir dəfə müstəqil şəkildə, bir dəfə də YAP-ın xətti ilə. Bundan sonra üç dəfə də seçkilərdə iştirak etmişəm, ancaq parlamentə düşə bilməmişəm.
Məsələ ondadır ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı Heydər Əliyev də mübarizə aparırdı. Hələ Sovet dövründə onun bu siyasəti SSRİ-də böyük reaksiya doğurmuşdu. Sosializm dövründə hesab olunurdu ki, o sistemdə rüşvət və korrupsiya ola bilməz. Amma az da olsa var idi, gizli iqtisadiyatda var idi.
İndi də Azərbaycan Prezidenti bu istiqamətdə mübarizə aparır. Mən hələ Milli Məclisdə olanda təklif edirdim ki, gəlirlərin deklorasiyası qanununu qəbul edib tətbiq etmək lazımdır. Qoy kimin nə qədər gəliri və xərci varsa, onu hamı bilsin, şəffaf olsun. O zaman çoxları bunu başa düşmürdülər və etiraz edirdilər. İndi sual yaranır ki, bu məmurlarda bu qədər pul haradan ola bilər. Sistem elə olmalıdır ki, buna imkan olmasın.
- Görülən tədbirlər, bu həbslər effektli olacaqmı sizcə?
- Düşünürəm ki, mübarizə yalnız bu metodla aparılsa, lazım olan effekti verməyəcəkdir. Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır. Onların hamısı demək olar ki, eyni prinsiplə işləyir. 16 il bir adam icra başçısı olub, onun cinayətləri indi açılır. Bu, olmalı idi o ilk işlədiyi illərdə, heç olmasa bir neçə il bundan əvvəl. Necə olur ki, bütün ictimaiyyət bunu bilir, illərlə danışır, ancaq indi üzə çıxır. İnsanları vəzifəyə qoyarkən onu ciddi və hərtərəfli araşdırmaq lazımdır. Dövlət əmlakını qoruyan adamları vəzifəyə qoymaq lazımdır.
Bu dövlətin apardığı siyasətdir, ancaq bunu daha əvvəl etmək lazım idi. Niyə onlara bu qədər səlahiyyət veirlirdi ki, hətta deputat seçkilərinə də müdaxilə edirdilər. Ona görə də bu mübarizə metodunun özü mübahisəlidir.
Ən pisi də odur ki, bizim məmurların etdiyi rüşvət və korrupsiya əməli çox eybəcər haldadır, ən primitiv formadadır. Sən bir bax gör kimin pulunu yeyirsən? 190 manata ehtiyacı olan bir adamın? Belə insanların puluna göz dikən adamlardan heç vaxt dövlətə, millətə xeyir gəlməz. İndi dövlət başçısı bu məsələdə qətiyyətli mövqe qoyub ortaya. Bunu alqışlamaq lazımdır. Amma adam xaricə gedəndə utanır. Soruşurlar ki, necə oldu sizdə elə bu icra başçıları hamısı belə oldu?
Kadrları yalnız xaricdə təhsil alıb deyə müəyyənləşdirmək düzgün deyil. Kadr siyasəti özü mürəkkəb bir işdir. Kadrları təyin edərkən bu insanları ciddi araşdırmaq və öyrənmək vacibdir. Açıq demək lazımdır ki, indi məmurların böyük əlsəriyyəti belədir. Bir adam ki, rüşvət verib vəzifəyə gəlir, o, rüşvət alacaq. Başqa yolu yoxdur. Ona görə də bunun kökünü kəsmək lazımdır.
Əsas odur ki, əvvəldən kadrların getdiyi yola diqqət edəsən. Pula nə qədər hərisdir, ya yox. O gün bir yoldaş mənə deyir, dəhşətə gəlirəm. İnsan da 6 min dollarlıq kostyum geyinərmi?! Mən heç ömrü boyu üst-üstə gəlsən bu qiymətə kostyum geyməmişəm.
- Hər halda dəyişikliyin olacağını gözləmək olar...
- Biz xalq kimi bütün bu prosesdə iştriak etməliyik. Milli mənafe öndə olmaldır. Xalqa xeyir vermək üçün gərək özünün təmizliyini qoruyasan. İctimai fikri düzgün qiymətləndirmək lazımdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36
Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34
"Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30
Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28
Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25
Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05
Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru